İsrail İordaniya ilə hər üç sərhəd keçidini növbəti xəbərdarlığa qədər bağlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.
“Ölkənin şimalındakı Beyt Şean şəhəri yaxınlığındakı İordaniya keçid məntəqəsi, Allenbi körpüsündəki keçid məntəqəsi, eləcə də cənubdakı Eylat şəhəri yaxınlığındakı Rabin sərhəd-keçid məntəqəsi bağlanıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, sərhədin bağlanması barədə qərar sentyabrın 8-də Allenbi körpüsündə 3 israillinin ölümü ilə nəticələnən terror aktından sonra verilib. “The Times of Israel” qəzetinə görə, atəş açan şəxs İordaniyadan gələn yük avtomobilinin sürücüsü olub.