Ardını oxu...
21 fevral 2024-cü il tarixində Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan Baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir.

"Bununla yanaşı, Alma-Ata bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin, nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı.

Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır.

Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik".

 
 
 
Ardını oxu...
Norveçin Baş naziri Yonas Qar Stör Rusiyanın NATO ölkələrinin heç biri ilə silahlı münaqişəyə başlamayacağını düşünür.
O, bu barədə “France 24” telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, Störe qeyd edib ki, alyansın üzvü kimi Norveç hərbi potensialını gücləndirməlidir.

Baş nazirin sözlərinə görə, ölkəsi, eləcə də Finlandiya və İsveç 75 il ərzində mövcud olmuş NATO-nun kollektiv təhlükəsizliyini istəyir.
 
Ardını oxu...
"Donald Trampın Avropanı Rusiya ilə təhdid etməsi seçicilərinə ünvanlanmış çağırışlardır".

TEREF bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Trampın son açıqlamalarında Avropanı yenidən Rusiya ilə təhdid etməsinə münasibət bildirərkən deyib.

"Respublikaçılardan prezidentliyə namizəd Donald Trampın Avropa dövlətləri və NATO üzrə müttəfiqlərini yenidən Rusiya ilə təhdid etməsi, prezident seçiləcəyi təqdirdə əsas diqqəti daxili məsələlərə, miqrasiyaya qarşı mübarizəyə yönəldəcəyilə bağlı açıqlamaları birinci seçki dövründə onun qələbəsini təmin edən əsas şüarlar idi. Tramp yenə də həmin şüarlardan istifadə edərək, öz seçki kampaniyasını aparır. Bu şüarlar Trampın növbəti seçki kampaniyasında da səs çoxluğunu təmin edən əsas amillər hesab oluna bilər. Bu mənada Trampın Avropanı Rusiya ilə təhdid etməsi də seçicilərinə ünvanlanmış çağırışlardır", deyə Taleh Əliyev bildirib.
 
Ardını oxu...
Rusiyanın tanınmış “Z-müxbir”lərindən olan Andrey Morozov intihar edib.

“AzPolitika.info” xəbər verir ki, müxalif Rusiya “Telegram” kanallarının yazdığına görə, uzun müddətdir cəbhədə hərbi müxbir kimi çalışan və səhifəsinin 100 mindən çox izləyicisi olan Morozov Kreml təbliğatçılarının təzyiq və təhqirlərindən bezərək özünü güllələyib.
Ətraflı

Morozovun intihar etdiyini İqor Strelkovun həyat yoldaşı Miroslava Reginskaya, vəkil Maksim Paşkov və Rusiyanın bir çox “Z-kanalları” təsdiqləyib. Onun “Telegram” kanalındakı son paylaşımı intihar qeydi, vəsiyyətnamə, habelə hərbi prokurorluğa kəskin silah çatışmazlığı, böyük itkilər, rotasiyanın olmaması barədə müraciətindən ibarət olub. Müxbir həmçinin, onun xidmət etdiyi bölmədə tibbi yardımın çatışmazlığı, idarəçilikdəki yalan və saxtakarlıqdan şikayət edib.

Bundan öncə isə Morozov Avdeyevkanın işğalı ilə bağlı yazı dərc edib və orada qeyd edib ki, şəhərin ələ keçirilməsi Rusiya tərəfinə 16 min canlı qüvvə itkisi və 300-ə yaxın sıradan çıxarılmış zirehli texnika bahasına başa gəlib. Lakin hərbi rəhbərlik ondan bu paylaşımını silməyi tələb edib. Morozovun sözlərinə görə, onun yazdıqlarının silinməsi əmri Kreml təbliğatçıları - Vladimir Solovyovun, Yuliya Vityazevanın və Armen Qasparyanın təzyiqləri altında verilib.
 

Ukrayna Prezidenti Volodimir Zelenski blokada problemini həll etmək üçün Polşanın Baş naziri Donald Tusku ölkələr arasında sərhəddə görüşməyə dəvət edib.

“Cebhe.info” xəbər verir ki, o, bu barədə teleqramda bildirib.

“Və sizdən, Donald, cənab Baş nazir, sərhədə gəlməyinizi xahiş edirəm. Andjey Duda, cənab Prezident, sizdən bu dialoqa dəstək verməyinizi xahiş edirəm. Bu milli təhlükəsizlikdir. Biz bunu gecikdirməməliyik. Yaxın günlər bizə bunu etmək şansı verir”, - deyə Ukrayna lideri qeyd edib.

Zelenski hökumətə fevralın 24-dək Ukrayna-Polşa sərhədində olmağı tapşırıb. O, orada olmağa hazır olduğunu da bildirib. Bundan əlavə, dövlət başçısı Avropa Komissiyasına (AK) Avropada birliyin qorunması ilə bağlı müraciət edib. Ukrayna Prezidenti iclasda AK nümayəndəsinin də iştirakını xahiş edib.
 
Ardını oxu...
"Missiyamız Rusiya FTB-nin cavabdehlik zonasında olan Nerkin Xan ərazisi istisna olmaqla, Ermənistanın bütün ərazisinə səfər edə bilər".

Bunu fevralın 21-də jurnalistlərlə görüşündə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter deyib.

“Əvvəlcədən biz Nerkin Xana getməklə bağlı problemlərin yarana biləcəyini istisna etmirdik”, - Ritter bildirib.

Jurnalistlər Aİ müşahidəçilərinin Nerkin Xana buraxılmamasının nə ilə izah olunduğunu soruşduqda o, belə cavab verdi: “Bu sualı Rusiya tərəfinə vermək lazımdır. Biz Ermənistanda qonaq kimiyik. Bu məsələni Ermənistan həll etməlidir, çünki biz Ermənistanda yerləşən Rusiyanın sülhməramlı qüvvələri ilə əlaqə saxlamırıq”.

Ritterin sözlərinə görə, belə bir problem yalnız Nerkin Xanla bağlı mövcuddur.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində Nerkin Xandakı son insidentdən danışarkən bildirmişdi ki, Aİ missiyasının oraya çıxışı yoxdur:

"Orada yalnız ruslar var. Onlar son hadisənin qarşısını ala bilmədilər və nəticədə erməni tərəfi dörd nəfər itki verdi".
 
Ardını oxu...
Rusiya xüsusi dövrünü yaşayır, bunun yeniliyi ölkəni fərqli inkişaf səviyyəsinə çatdırmaqdır.

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Strateji Təşəbbüslər Agentliyinin (STA) “Yeni zaman üçün güclü ideyalar” forumunda çıxışı zamanı bildirib.

“Güclü ideyalara hər zaman ehtiyac var, çünki həmişə inkişafla bağlı məsələlər var. Amma bu gün yeni dövr üçün güclü ideyalar lap yerinə düşür! Bu yenilik ondan ibarətdir ki, biz qarşımızda duran məsələri həll etməklə ölkənin yeni, tamam başqa inkişaf səviyyəsinə çatırıq”, - o deyib.
 
Ardını oxu...
İlon Maskın rəhbərlik etdiyi “SpaceX” 2021-ci ildə ABŞ hökuməti ilə 1,8 milyard dollarlıq gizli müqavilə imzalayıb.

Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, şirkət ABŞ kəşfiyyatı və hərbi xidmətləri ilə əlaqələrini dərinləşdirir. Ötən müddətdə “SpaceX” ən azı bir əsas məxfi müqavilə qazanıb və müştəriləri üçün “Starshield” adlı gizli peyk proqramını genişləndirib. Şirkət müqavilədən əldə edilən vəsaitin qarşıdakı illərdə “SpaceX”-in gəlirlərinin mühüm hissəsinə çevriləcəyini gözləyir. Eyni zamanda şirkətin əlaqədə olduğu dövlət sifarişçisinin adı açıqlanmır”.

Məlumatda qeyd olunur ki, ötən ilin avqustunda “SpaceX”-in dövlət müştəriləri üçün yaradılmış “Starshield” bölməsi Pentaqonun onlarla tərəfdaşına rabitə xidmətləri göstərdiyinə görə ordudan 70 milyon dollar mükafat alıb. Bununla belə, sözügedən bölmə ictimaiyyətin nəzərindən kənarda işləyib.
 
Ardını oxu...
“Müharibədən sonra əhali maksimum 3-4 milyon azala bilər, lakin bu, ən pessimist proqnozdur”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Milli Elmlər Akademiyasının M.V.Ptuxa adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova yerli mətbuata açıqalmasında deyib.

Onun sözlərinə görə, hazırda 9 milyona yaxın ukraynalı ölkədən kənardadır: “Ukraynada 34-35 milyon insan var. Ancaq bunlar təxmini rəqəmlərdir - bir milyon artıq, ya da əskik ola bilər. Demoqrafik vəziyyətə təsir edən əsas amil təbii ki, miqrasiyadır. 2023-cü ilin dekabrına olan məlumata görə, Avropada müvəqqəti qaçqın statusuna malik 4,3 milyon ukraynalı, üstəgəl 2,5-3 milyon əmək miqrantı var. Lakin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr də var - bu, daha bir milyon deməkdir. Rusiya Federasiyasına gəlincə, orada mənzərə son dərəcə qeyri-müəyyəndir, amma məncə, orada da bir milyon var”.

Ekspert əlavə edib ki, Ukrayna Avropanın mərkəzində yerləşir, əla iqlimə, təbiətə və resurslara malikdir, ona görə də müharibədən sonra orada “hər şey yaxşı olacaq”: “Baxmayaraq ki, çox şey müharibənin nə vaxt bitməsindən asılıdır. Hər gün davam edən döyüşlər və Ukrayna infrastrukturunun dağıdılması ukraynalıların vətənə qayıtma ehtimalını azaldır. Geri dönməyə yeri olmayanların sayı artır, qaçqınların yeni yerlərə adaptasiyası baş verir”.

Bir müddət əvvəl Volodimir Zelenski də bu məsələyə münasibət bildirib. O, əmindir ki, Ukrayna Rusiyanın hava hücumlarından kifayət qədər müdafiəni təmin edə bilsə, milyonlarla Ukrayna vətəndaşı evlərinə qayıdacaq.
 
Ardını oxu...
Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsindəki məlumatında qeyd edilib.

“P.Kuznetsov Aleksey Navalnının ölümü ilə bağlı Rusiyanın məsuliyyətini vurğulamaq, tam və şəffaf araşdırma aparılmasını tələb etmək üçün Finlandiya XİN-ə çağırılıb”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, fevralın 16-da Aleksey Navalnı həbsxanada ölüb.
 
Ardını oxu...
“Qarabağda müharibənin dayandırılması ilə bağlı bəyanatda Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyalarına Rusiyanın nəzarətinin mümkünlüyü barədə bənd yoxdur”. Paşinyan belə deyib. Bəs onda onun imza atdığı nədir?

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

Korotçenko “Üçtərəfli bəyanatın 9-cu bəndində belə bir şey yoxdur” deyən Nikol Paşinyana xatırlatma üçün 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndini olduğu kimi təqdim edib:

“9-cu bənd. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Dünyapress TV

Xəbər lenti