Ardını oxu...
Bir il sonra Milli Hökumətin (Pişəvəri hökumətinin) 80, 4 il sonra isə Türkmənçay sazişinin 200 illik ildönümləri gəlir. Əvvəlki yazılarda qeyd etdiyimiz kimi, hər iki mövzu İran təbliğatı tərəfdən xüsusi olaraq istismar edilir, Azərbaycan Respublikasına və ümumən azərbaycanlı kimliyinə qarşı istifadə edilir.

Rusiya imperiyasının süqutu ilə Türkmənçay sazişi 100 il əvvəl qüvvədən düşsə də (müqavilələrin hüquqi qüvvəsi və müddətliliyi haqqında 1969-cu ildə qəbul edilmiş Vyana konvensiyasına əsasən, həm Gülüstan, həm də Türkmənçay müqavilələri hazırda qüvvədə deyil və heç bir hüquqi məsuliyyəti əks etdirmir –C.Q), XIX -XX əsr boyunca bir millətin bölünməsinin, milli-siyasi sınıqlığın rəmzi olaraq qalır.

İranda aparılan anti-Azərbaycan təbliğatında daim Türkmənçay sazişinə istinad edilir, “Arazdan şimaldakı” torpaqlar (Azərbaycan Respublikası) itirilmiş, bir gün ana vətənə-İrana qayıdacaq ərazilər, “fars mədəniyyətinin bir parçası”, həyati maraqlar zonası elan olunur. Hətta 31 dekabr sərhəd hərəkatı və 20 yanvar faciəsi haqda belə həyasız təbliğat aparılır, bu faciələr azərbaycanlıların tarixi Vətənlə birləşmək hərəkatı kimi təqdim olunur.

Təbriz Universiteti tərəfindən çap olunan “Azər” jurnalının 2-ci sayında (2018-ci il) getmiş “Rüsvayçı Gülüstan və Türkmənçay müqavilələri haqqında Ali Rəhbərin bəyanatları: Qafqazın 17 şəhəri, İranın canının yarısı” adlı məqalədə deyilirdi ki, İran ictimaiyyəti rus qüvvələri tərəfindən “İranın Qafqazdakı tarixi şəhərləri”nin işğalının acı xatirəsini unutmayıb. 2 əsr keçməsinə baxmayaraq, bu damğa “Arazın hər iki tayındakı İran xalqı”nın ruhunda və zehnində yaşayır. Ziyalılar Araz çayının şimal rayonlarını “böyük İran mədəniyyətinin” ayrılmaz hissəsi hesab edir, mütəxəssislər bu regionları “Şimali İran” adlandırırlar. Vurğulanırdı ki, Xameneinin də İranın Qafqazdakı tarixi torpaqlarına marağı böyükdür. O, İranda Gülüstan və Türkmənçay müqavilələrini açıq şəkildə rədd edən ilk yüksək vəzifəli rəsmi şəxsdir, Sovet İttifaqının dağılması ərəfəsində və ondan sonra İranın müxtəlif vilayətlərində, xüsusilə də Təbrizdə bir neçə dəfə bununla bağlı çıxış edib. Sitatlar:

- Tarixə baxırıq və anlayırıq ki, Fətəli şah Qacar necə çirkin varlıq və murdar insan olub. Şəxsi həyatı, şəhvətpərəstlikləri, ürəyinin rəhmsizlikləri, nadanlıqları, öz zamanında Qafqazın 17 şəhərini əldən verməsi, onun zamanındakı Türkmənçay müqaviləsi (7 oktyabr 1992-ci il).
-Şimal qonşumuz tərəfindən müharibəyə sürükləndik. O müharibənin nəticəsi və müharibə zamanı zəifliklər bu idi ki, bu vətənin böyük bir hissəsi ondan ayrıldı və rüsvayçı Türkmənçay müqaviləsi bağlandı(21 oktyabr 1992-ci il).

- Uzaq keçmişdə, əziz ölkəmiz şimal qonşumuzun, yəni rusların hücumuna məruz qalanda Qacar padşahlarının zəifliyi, siyasi və hərbi şəxslərin acizliyi səbəbindən Gürcüstan və Qafqazın 11 şəhəri əziz İrandan ayrıldı, öz qələbələrindən məst olmuş rusları öz yerində oturdan qüvvə Təbriz idi (27 iyul 1994-cu il).

Bu gün rüsvayçı Türkmənçay müqaviləsindən 200 ilə yaxın zaman keçir. O tarixi oxuyan hər bir iranlı 2 əsr keçdikdən sonra öz ruhunda utanc, həqarət və məğlubiyyət hiss edir və özündən soruşur: O cür böyük hadisə zamanı ölkə başçıları ölkənin milli kimliyinin köməkliyi ilə milli iradəni, ölkənin maddi və mənəvi sərvətlərini niyə ortaya çıxara bilmədilər?! Halbuki, Qafqazın 17 şəhərini İrandan almış və ölkəni öz canının bir parçasından məhrum etmişdilər (27 sentyabr 2000-ci il).

- ...İnqilab ilə nəticələnən 200 illik bu uzun müddət ərzində biz çətin, qaranlıq və əzablı yol keçmişik. Bu 200 illik müddətdə təhqiramiz Türkmənçay, ondan qabaq isə Gülüstan müqaviləsi bağlanmış, Qafqazın 17 şəhərini İrandan ayırıblar (3 iyun 2012-ci il).

Yəni İran parlamentində və digər səviyyələrdə Azərbaycan Respublikasına qarşı açıq iddialar, “İranın Ukraynası” yanaşması hər hansı təsadüfi şəxsdən deyil, birbaşa ölkənin bir nömrəli ali məmurundan qaynaqlanır.
2011-ci ildə İran parlamentinin azərbaycanlı üzvü Nadir Qazipur “müjdə” vermişdi ki, Ərdəbil, Təbriz və Urmiyadan olan Azərbaycan nümayəndələri Şimali Azərbaycanla bağlı “plan” hazırlayıblar. Plana görə, Azərbaycan Respublikası rəsmiləri “münafiqlərə” sığınacaq verərsə və “inqilabçılara” qarşı çıxarsa, İslam Şurası Türkmənçay müqaviləsinə yenidən baxılmasına qərar verməlidir. Bu əndərabi planın tərcüməsi o idi ki, Azərbaycan Respublikası İranın cızdığı xətdən kənara çıxacağı təqdirdə ilhaq iddiası qaldırılmalıdır. Təxminən Rusiyanın Ukraynaya qarşı etdiyi kimi .

II Qarabağ savaşı, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə Türkmənçay müqaviləsi yenidən yada düşdü, az qala hər gün İran KİV-ləri rəy, təhlil, tarixi ekskurs, müsahibə janrında bu mövzu ilə bağlı çoxsaylı yazılar dərc edir, verilişlər yayımlayırlar. İranın xüsusi xidmətlərinə yaxın KİV və ekspertlər də Azərbaycanı susdurmaq üçün etnik azlıq kartını və “itirilmiş 17 Qafqaz şəhəri “ mövzusunu daim diqqətdə saxlamağı tövsiyə edirlər.

2020-ci ilin dekabrında Bakıda keçirilən hərbi paradda Ərdoğanın Laçın haqda dediyi şeir ətrafından yaranmış qalmqaladan sonra “Vəliyyi-Fəqihin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri” bəyanatla çıxış etmişdilər. Bəyanatda yenə də “ana İran və itirilmiş torpaqlar” haqda nağıllar təkrarlanırdı: “Azərbaycan Respublikasının Qarabağ müharibəsindəki qələbəsinə həsr edilmiş paradda elə şeirlər və ifadələr dilə gətirildi ki, ölkəmizin izzəti və ərazi bütövlüyünü hədəfə almışdı və onları dilə gətirənin bədbəxtliyindən bu şeirlər doğma vətənlərindən ayrı düşmüş iranlılar tərəfindən deyilib. 200 ildir ki, Qafqazın şimalındakı 17 vilayətdə yaşayan, rus imperiyası tərəfindən ana vətənləri, ata-baba yurdları və tarixi vətənlərindən ayrılan iranlılar həsrət şeiri deyirlər, həsrətlə yaşayırlar... Sovet hökumətinin dağılması ərəfəsində baş verən 19 yanvar hadisəsi və azərilərin öz ana yurdlarına doğru axın etmələri dünyaya azərbaycanlıların çox dözümlü, soylu, əsil və qeyrətli şəxsiyyətlərini nümayiş etdirmiş oldu və məlum oldu ki, ana vətənə sevgi və məhəbbət alovları hələ də onların ürəklərində alovlanmaqdadır”.

2022-ci il noyabrında İran parlamentinin deputatı Ehsan Ərkani “Naxıvan xalqı”nın ana İrana birləşmək istəyi haqda cəfəngiyat ifraz edir: “Naxçıvan və bütün Azərbaycan Respublikası yüz il bundan əvvəl İran ərazisinin bir hissəsi idi və İrana məxsus idi, Gülüstan və Türkmənçay isə biabırçı müqavilə zamanı İrandan alındı”.
Avrasiya məsələləri üzrə ekspert kimi təqdim edilən Əhməd Kazemi “Khabaronline” saytındakı müsahibəsində deyir ki, Ankara və Bakı İran konsulluğu yerləşən Sünik (Zəngəzur ) vilayətini qəsb etməyə can atır: “Gülüstan və Türkmənçaydakı biabırçı müqavilələrdən sonra İran bölgədən çəkiləndə azərbaycanlılarla ermənilər arasında problemlər yarandı. Azərbaycanlılar, ermənilər, Qafqaz və Cənub-Şərqi Türkiyə Osmanlı türklərinin soyqırımının və hərbi təcavüzünün şahidi olublar” (2023 fevral).

İranın müxtəlif dairələri Rusiyaya sığınmış separatçıları fəallaşdırmaq üçün də təşəbbüslər göstərir, Türkmənçay müqaviləsi ilə parçalanmış “azsaylı xalq” haqda təbliğat aparılır. Separatizmə meyilli fiqurlar İsmayıl Şabanov və Zabil Məhərrəmov parçalanmış xalq haqda İran mediasında çıxış edir, İranda konfrans keçirir, İrana birləşməyə can atdıqlarını bildirirlər.

Məsələyə hər çıxışlarında iranlı olmaları haqda nağıl danışan Şabanov və Məhərrəmovdan fərqli yanaşan separatçılar da var. Onlar Türkmənçayı özlərinin xilası olan hadisə kimi qiymətləndirirlər. Ötən ilin fevralında Vüqar Salayevin sədrliyi ilə müxtəlif separatçı təşkilatlarını birləşdirən yeni qurum təsis edilir. Təsis toplantısında əsas diqqət Türkmənçay müqaviləsinin qarşıdan gələn 200 illik yubileylərinə yönəlib. Rusiyaya birləşmənin türklər tərəfindən assimilyasiya olunmanın qarşısını alan hal kimi qiymətləndirilib. İddia edilib ki, Cənubi Talışda qalanların (İranın Gilan və Ərdəbil vilayətləri nəzərdə tutulur) 80 faizi türkləşib.

Bir sözlə, İran öz qabığına sığmaq istəmir. Hələ şah dövründən bəri İraqla mövcud sərhədləri süni hesab edirdilər, əldə edilmiş bəzi anlaşmalar da , siyasi islamçıların üsyanla hakimiyyətə gəlişindən sonra Xəzər dənizinin 20 faiz prinsipi ilə sektorial bölgüsünü qəbul etmir, indiyədək də son uzlaşmanı ratifikasiya etmir. Həmin danışıqlarda iştirak etmiş Həsən Ruhani hakimiyyəti isə mühafizəkarlar tərəfindən Türkmənçay və müqaviləsindən sonra ən böyük xəyanətə imza atmış dövlət başçısı kimi lənətlənir.
Göründüyü kimi, 200 il əvvəlki geosiyasi oyunçuların yenə də meydandadırlar. XIX əsrin əvvəllərində Qafqaz və İran ətrafında Böyük Britaniya, Fransa və Rusiya toqquşurdular.

İndi situasiya daha dramatikdir: güclü, NATO-nun ikinci ordusuna sahib Türkiyə XİX əsrin əvvəlindəki Osmanlı deyil; nüvə ölkəsi olmaq istəyən və özünü Qacarların varisi sayan və Bütöv Azərbaycan təhdidini neytrallaşdırmaq üçün “böyüklük residivi” baş qaldıran İran; yeni, aqressiv oyunçu İsrail və arxasında duran ABŞ. Və nəhayət, o vaxt geosiyasi obyekt-hədəf olan, 200 il sonra geosiyasi subyektə çevrilən Azərbaycan.
Bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq bölgədə maraqlı müxtəlif geosiyasi oyunçular Türkmənçay mövzusunu istismar edib, edir və edəcək. Bəs biz 200 illiyə hansı narrativlə gedirik? Bəlkə də 20 il əvvəl bu sual yersiz görünər, parçalanma faciəmiz haqda oxşar məzmunlu cavablar eşidərdik. Amma bu gün o qədər fərqli cavablar var ki!!! Fərqliliyə qarşı deyilik, təki o cavablar antimilli məzmunda olmasın...

Cəmaləddin Quliyev, siyasi ekspert

Ardını oxu...
Regional sabitliyin pozulmasına və bu istiqamətdə atılan addımlara gəlincə, bu, təbii ki, hər bir sağlam düşüncəli insanda narahatlıq yaradır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsində Ermənistanla Azərbaycan arasında üçüncü müharibənin başlaya biləcəyindən qorxub-qorxmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

“Qorxu - yanlış sözdür, çünki Ermənistan demokratik, inkişaf edən dövlətdir və Ermənistan, artıq qeyd etdiyim kimi, davamlılığını artırmaq üçün genişmiqyaslı islahatlar həyata keçirir və yeri gəlmişkən, son illərdə düşünürəm ki, beynəlxalq ictimaiyyət də, bizim cəmiyyət də gördü ki, ölkəmizin dayanıqlılığı xeyli artıb. Biz Ermənistanın inkişafına və davamlılığının artırılmasına yönəlmiş islahatlar yolunu davam etdiririk. Regional sabitliyin pozulmasına və bu istiqamətdə atılan addımlara gəlincə, bu, təbii ki, hər bir sağlam düşüncəli insanda narahatlıq yaradır”.

Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin dövlətlərarası xarakter daşıması çox vacibdir:

“Diplomatik münasibətlərimiz olmasa da, imzaladığımız sənədlərə istinad etmək məcburiyyətindəyəm. Mən artıq dedim ki, biz Azərbaycanla gücdən istifadə etməmək və güc tətbiq etməklə hədələməmək haqda sənəd imzalamışıq. Əgər Azərbaycan imzaladığı sənədlərə hörmət etmirsə və ya hörmət etməməlidirsə, o zaman Azərbaycan istənilən ölkəyə hücum edə bilər, niyə təkcə Ermənistan? Azərbaycanın ətrafına baxın: əgər o, beynəlxalq öhdəliklərini yerinə yetirməsə, o zaman hər hansı qonşu dövlətə hücum edə bilər, əgər belədirsə”.

Jurnalistin “Beynəlxalq zəmanətlər alarsa, Əliyevin bu öhdəlikləri yerinə yetirəcəyinə inanırmı” sualına Paşinyan belə cavab verib:

“Mən Allaha inanıram. Hesab edirəm ki, özünə hörmət edən hər bir dövlət öz öhdəliklərini yerinə yetirməlidir”.
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.

Bu barədə Paşinyan Putinin BCM-nin orderi ilə əlaqədar İrəvana gələcəyi təqdirdə onun həbsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən “The Telegraph” qəzetinə müsahibəsində deyib.

“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib, kimin həbs olunmamasına Baş nazir qərar vermir”, – hökumət başçısı vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib.

Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.
 
Ardını oxu...
Estoniyanın Baş naziri Kaya Kallas ilə ölkənin keçmiş baş naziri, Avropa Parlamentinin (AP) üzvü Andrus Ansip arasında qalmaqal yaşanıb.

“Report” ERR-ə istinadən xəbər verir ki, Kallas Ansipə açıq məktub göndərərək ondan AP-yə növbəti seçkilərdə namizəd kimi iştirak etməməsini xahiş edib.

Belə ki, Baş nazir Avropa Parlamentinin deputatını AP-dəki vəzifəsindən yalnız hökumətin işini daim tənqid etmək üçün istifadə etməkdə ittiham edib.

“Siz evdə olarkən də partiyanı, hökuməti və məni tənqid edə bilərsiniz. Qoy Avropa Parlamentinə Estoniyanın maraqlarını müdafiə etməyə hazır olanlar namizəd olsunlar”, – Kallas yazıb.

Ansip cavab olaraq məktubun məzmununun onun üçün heç də təəccüblü olmadığını bildirib. Keçmiş baş nazir onu da söyləyib ki, o, Estoniya iqtisadiyyatının və xalqının rifahının tənəzzülünü səssizcə izləmək niyyətində deyil və öz fikirlərinə sadiq qalmağa davam edəcək.

“Estoniyanın etibarlı hökumət başçısına ehtiyacı var. Onun təhlükəsizliklə bağlı hazırkı vəziyyətdə olmaması təhlükəsizliyə təhdid yaradır”, – Ansip vurğulayıb.

O qeyd edib ki, martın sonunda Avropa Parlamentinə namizəd olub-olmayacağına qərar verəcək.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi Respublika Alyansının namizədi Əziz Yenianın seçki kampaniyası zamanı baş verən silahlı insidentə münasibət bildirib.

“Həyata keçirilən silahlı hücumu qınayır, ağır yaralanan vətəndaşımıza şəfa diləyirəm” - Ərdoğan özünün “X” sosial şəbəkə hesabında yazıb.

Türkiyə lideri əlavə edib ki, hadisədən dərhal sonra hücumla bağlı hərtərəfli istintaq başladılıb.
“Seçki prosesinin sağlam və demokratik gedişinə dözə bilməyənlərin prosesi zəhərləməsinə heç vaxt imkan verməyəcəyik” – deyə R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyədə seçkiqabağı tədbirdə atışma olub. Belə ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərlik etdiyi Respublika Alyansının namizədi Əziz Yenianın seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə irikalibrli silahdan atəş açılıb. Hadisə nəticəsində 22 yaşlı Türkiyə vətəndaşı yaralanıb.
 
Ardını oxu...
İranın Xorasan-e Rəzəvi əyalətinin Sərhəd Qoşunlarının komandiri Məcid Şüca 15 gün ərzində 20 min Əfqanıstan vətəndaşının bu ölkədən deportasiya edilərək “Taliban” hərəkatına təhvil verildiyini açıqlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məcid Şücanın sözlərinə, əfqanların İranda yaşayış icazəsi olmayıb.

“Əfqanlar İrana rəsmi və qanuni yollardan daxil olmalıdırlar, əks halda onlarla qətiyyətli mübarizə aparılacaq”, - deyə Məcid Şüca əlavə edib.
 
 
Ardını oxu...
“Hətta özünü hazırkı hakimiyyətə müxalif hesab edənlər də etiraf etdilər ki, baş tutan sonuncu növbədənkənar prezident seçkisində hazırkı ölkə Prezidenti cəmiyyətin bütün təbəqələri tərəfindən dəstək aldı. Lakin bunu dilə gətirib dərhal Qərb strukturlarına, ATƏT-in seçki müşahidə edən qurumlarına istinad edərək yenidən ölkədəki durumdan şikayət etməyə başlayırlar”.

Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilib.

Süjetdə qeyd olunur ki, nə ölkə vətəndaşlarının mövqeyinə, nə faktiki nəticələrə sözügedən Qərb qurumlarını maraqlandırmır.
Ətraflı

Bildirilib ki, Qərb strukturların bir vaxtlar təriflədiyi ölkələr isə hazırda bütün dünyanın gözü qarşısında müharibə meydanına çevrilib.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Jurnalist Sima Babayeva öz “facebook” səyfəsində Mahsun Kırmızıgül və Mübariz Mənsimov dostları arasında “Dostların cütlük xəyanəti adlı” yazı paylaşıb.

Boyukmillet.com olaraq həmin yazını olduğu kimi təqdim edirik:

Mahsun Kırmızıgül yeni mahnısında Urmu gölünü kürd gölü adlandırmaqla dünyanın hər yerində türklərin qəzəbinə tuş gəlib.
Birdən-birə belə qələt etməyinin əsl səbəbi yəqin bilinəcək. Ən doğrusunu çox güman Mübariz Mənsimov bilər.
Axı Mahsunun dostu, can qardaşıdır. Hələki dostunun son hərəkətindən sonra Mübarizin səsi çıxmır.
Amma o həbs olunanda Mahsun dəstək olmuş, məhkəmədə ifadə vermiş, hətta Mənsimov türmədən çıxanda onu qarşılamışdı.

Mənim kürdlərə qarşı heç bir kin-küdurətim yoxdur.
Azərbaycanda da kürd vətəndaşlar var. Qaynayıb-qarışıb mehriban yaşayırlar.
Eləcə də Türkiyədə də firavan güzəranları var. Ancaq PKK və başqa terror təşkilatlarında birləşən separatçı kürdlər də var ki, kimlərinsə alətə çevriliblər.
Türk əsgəri illərdi onlara qarşı mübarizə aparır. Araşdıranda məlum olur ki, bunların çoxu yezidi və erməni mənşəli adamlardı.

İndi bu Mahsun Kırmızıgülün qəfildən belə hərəkətə yol verməsi çox maraqlıdır.
Bilərəkdən PKK-çıların dəyirmanına su tökür. Terrorçuların dediklərini musiqinin dili ilə çatdırır.
Məgər Mahsun bəy bilmir ki, ora tarixi türk torpaqlarıdır? Bilmirsə, dostu Mübariz Mənsimovdan öyrənsin.
Amma kimi kimə tapşırırıq. Erməni ilə şərikli iş görən işbaz Mübarizin dostu da bundan artıq ola bilməzdi.
Biri FETÖ ilə əməkdaşlıqda şübhəli bilinir, özü haqqında yalan tarix uydurur, Azərbaycan balalarının təhsil aldığı məktəbə qarşı dava aparır, digəri də torpaqlarımızı mahnılarında özünküləşdirir.
Elə bir-birinə yaraşan dostdurlar. Mahsunun qardaşlığı Mübariz Mənsimovun 7 fevraldakı prezident seçkilərində mövqeyi də qəribə olub.
“Palmali” Şirkətlər Qrupundan cəmi 3 nəfər səsvermədə iştirak edib. Qalan heç bir işçi səs verməyib.
Əgər Mübariz Mənsimov özünü təqdim etdiyi kimi həqiqətən Azərbaycanı sevəndirsə, onda dövlət başçısının seçiminə biganə qalmamalı idi. Ona görə biganə qalıb ki, Avropadakı bloger dostlarının xətrinə dəyər.

Sima Babayeva
 
Ardını oxu...
İsrail hakimiyyəti Vaşinqtonu Yaxın Şərqdə, xüsusilə də Qəzzada müharibə bataqlığında boğacaq.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "Tasnim" agentliyinə müsahibəsində bildirib.

"İsrailin 4 aylıq müharibəsindən sonra bu gün görürük ki, Təl-Əviv qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb. ABŞ-ın Netanyahuya davamlı dəstəyi açıq-aşkar uğursuzluğa səbəb olacaq. İsrail rejimi Yaxın Şərqdə ABŞ-ı müharibə bataqlığında boğmağa çalışır", - nazir deyib.

O, ABŞ-ı İsrailin Qəzzada törətdiyi cinayətlərə görə dəstək verməməyə çağırıb.
Mənbə: axar.az
 
 
 
Ardını oxu...
Bayden keçirdiyi mətbuat konfransında Misir Prezidenti Əbdülfəttah əs-Sisini "Meksika prezidenti" adlandırıb.

Ağ Evin rəhbəri bunu Qəzza ilə bağlı sualı cavablandırarkən deyib.

Prezident eyni zamanda onun haqqında hazırlanan məhkəmə hesabatında yaddaşının zəifliyi ilə bağlı ittihamlara etirazını bildirib:

"Mənə hafizəmin yaxşı olmadığını deyilir, yaddaşım yaxşıdır. Oğlumun vəfat etdiyi ili xatırlamadığım qeyd olunub. Buna necə cürət edirlər? Kim bunu unuda bilər?"

Sözügedən hesabatda Baydenin vitse-prezidentliyi dövrdə məxfi sənədləri evinə apardığı vurğulanıb və Ağ Ev rəhbəri "xoş niyyətli, zəif hafizəsi olan yaşlı biri" kimi xarakterizə edilib.
 

Dünyapress TV

Xəbər lenti