Həmkarlarımızın nədən danışdığımızı başa düşməməsi və Ermənistanın marionet dövlət olduğunu deməsi çox təəssüf doğurur. Məncə, İrəvan ilk dəfədir ki, müstəqil hərəkət edir.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Son 30 ildə Ermənistan ilk dəfə dövlətə çevrilib və dövlətçiliyin əsaslarını qoyur. Məsələn, deyə bilərik ki, himni italyan qızından almışıq, başqa bir şeyi Sovet İttifaqından götürmüşük, sərhədi bizə kimsə çəkib deyib ki, burada oturacaqsan, oğurlayacaqsan, uşaqlarını əsgərlikdən qaçıracaqsan, saraylar tikəcəksən, qarnını otaracaqsan. Düşmən qəfil hücuma keçsə, bizə zəng et, bir az fikirləşəcəyik: bizim üçün sərfəlidirsə, səni xilas edəcəyik, olmasa, 100 il əvvəl olduğu kimi, yenə sövdələşmə obyektinə çevriləcəksən”, - o bildirib.
Azərbaycanda prezident seçkilərinə hazırlıq ən yüksək səviyyədə aparılıb, təşkilatçılıq çox yaxşıdır.
Bunu jurnalistlərə Müstəqil Dövlət Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski deyib.
“Azərbaycanda seçkilər bütün demokratik normalara, standartlara tam uyğundur. Ölkədə seçki kampaniyasına hazırlıq yüksək səviyyədə aparılıb. Bunu namizədlərlə, seçki prosesinin təşkilatçıları ilə, o cümlədən Mərkəzi Seçki Komissiyası ilə görüşlər də təsdiqləyib. Xarici İşlər Nazirliyində, parlamentdə də görüşlər keçirdik. Ona görə də indi belə qənaətə gələ bilərik ki, ölkə seçkilərə yaxşı hazırlaşıb”, - o vurğulayıb./Report
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ABŞ-ni Ukraynaya 60 milyard dollarlıq yardımın təsdiqini sürətləndirməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Ş.Mişel bildirib ki, Kiyevi dəstəkləmək Ukrayna xalqının gələcəyini, eləcə də Avropanın təhlükəsizliyini və rifahını dəstəkləmək deməkdir.
O, Avropa Şurasının Ukraynaya 50 milyard avro ayırmasının demokratik dəyərlərə və azadlıq dəyərlərinə inananların hamısına ismarış olduğunu vurğulayıb.
Azərbaycanın Çindəki səfirliyində yerli vaxtla saat 08:00-dan etibarən prezident seçkisində səsvermə başlanıb.
Bu barədə “Report”a Azərbaycanın Çindəki səfirliyindən bildirilib.
Qeyd olunub ki, səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb.
“Vətəndaşlarımız səhər saatlarından başlayaraq seçki məntəqəsinə gəlirlər. Hazırda seçicilərin xüsusi fəallığı müşahidə olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizdə keçirilən ilk növbədənkənar prezident seçkisi ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımız üçün də xüsusi əhəmiyyət kəsb edir. Suveren, müstəqil və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan vətəndaşları seçkiyə bayram əhvali-ruhiyyəsində qatılırlar”, - Azərbaycanın diplomatik missiyasından vurğulanıb. 03:52
Növbədənkənar Azərbaycan Respublikası prezidentinin seçkisi ilə əlaqədar Koreya Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə 03:00) səsverməyə start verilib. Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb.
“Report” xəbər verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır.
Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər.
Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.
Azərbaycanın Koreya Respubikasındakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən Seulda olan səsvermə hüququna malik seçicilər də səs verə bilərlər. Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq. Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 23 minə yaxın seçici siyahıya alınıb. Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə Cənubi Koreyada başlayan səsvermə prosesi ölkəmizin ABŞ-nin Los-Anceles şəhərindəki baş konsulluğundakı məntəqədə başa çatacaq.
Müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olan növbədənkənar prezident seçkisi Müzəffər Azərbaycan Ordusunun tarixə qızıl hərflərlə yazılan Qarabağ zəfəri sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ilk seçkidir.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkisində səsvermə hüququ olan seçicilərin ümumi sayı 6 milyon 478 min 623 nəfərdir. Seçicilər 6 min 537 məntəqədə səs verəcəklər. Ölkə üzrə 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkündür. Seçkini izləmək üçün, ümumilikdə 90 minə yaxın müşahidəçi qeydiyyatdan keçib ki, onlar arasında müxtəlif dövlətlərin, beynəlxalq və regional təşkilatların, o cümlədən ATƏT-in, MDB-nin, Şanxay Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, nümayəndələri də var. Bundan başqa, “Associated Press”, BBC, “Əl-Cəzirə”, “Kyodo” da daxil olmaqla, 30-dan çox xarici media qurumu seçkini işıqlandıracaq.
Növbədənkənar prezident seçkisində üç təşkilat “exit-poll” keçirmək üçün müraciət edib.
06.02.2024 - 23:28
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində saat qurşağına görə səsvermə Cənubi Koreyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində başlayacaq.
“AZTV Xəbər”in xüsusi müxbiri Cənubi Koreyanın paytaxtı olan Seuldan seçki ilə bağlı ən son məlumatları çatdırıb.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin olunub. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.
“Qərbin Ermənistana verəcəyi dəstək onu Rusiyanın əlindən almaq üçün “pərdə” rolunu oynayacaq”.
Bu fikirləri ABŞ və aparıcı Qərb dövlətlərinin Cənubi Qafqaz regionunda fəallıqlarını artırmaq cəhdinin İrana qarşı mümkün müharibə hazırlığı ilə bağlılıq ehtimalını şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.
MDHP sədrinin sözlərinə görə, ABŞ-ın Ermənistana yönəlik addımlarının əsas məqsədi Paşinyan hakimiyyətini qorumaqdır:
“Regionumuzda böyük kataklizmlər olmayacaq. Hətta ABŞ-iran münasibətlərinə diqqət etsək, görərik ki, İran ABŞ hərbi bazalarını vurandan sonra Vaşinqton qisas əməliyyatı adı altında Suriyada İrana bağlı proksi qüvvələrin mövqelərinə zərbə endirsə də, İran ərazisinə toxunmadı.
Məsələni də belə qoydular ki, qisasımızı bu yolla aldıq. Bundan əvvəl də Qasim Süleymani öldürüləndə, İran ABŞ-ın hərbi bazalarına zərbə endirdi, ancaq heç bir Amerika əsgəri ölmədi. İran rəsmiləri də aiditoriyaya dedilər ki, qisasımızı aldıq. Yəni bu cür oyunlar oynayırlar.
Pakistan-İran məsələsinə baxaq. Əvvəl İran Pakistanı – oradakı terrorçu təşkilat hesab etdikləri bəlucları vurdu. Pakistan da öz növbəsində İranı – o da terrorçu təşkilat saydığı bəluclara zərbə endirdi. Hamı gözləyirdi ki, bunun arrdınca böyük skanqarşıdurma olacaq. Ancaq o dövlətlər bu olaylardan sonra müqavilə imzaladı.
ABŞ-ın bizim regionda öz vətəndaşlarına xəbərdarlıq etməsi də ictimai rəyə hesablanmış addımdır. Əslində, Qərbin Ermənistana dəstəyi göz qabağındadır. Çalşırlar ki, Ermənistanı silahlandırsınlar, oraya müəyyən qüvvələr yeritsinlər. Bu istiqamətdə müəyyən işlər görüblər. ABŞ-ın Ermənistan səfirliyində 2 mindən çox əməkdaş çalışırdı.
Bundan əlavə, Avropa İttifaqının, o cümlədən, Fransanın müşahidə missiyası Ermənistandadır. Hesab edirəm ki, bunların hamısı Paşinyan hakimiyyətini qorumaq üçün atılan addımlardır. Yəni əgər daxildə revanşist qüvvələr ayağa qalxarsa, Paşinyanın ətrafında müdafiə səddi çəkilər. Bir sözlər, Paşinyan daxildə ehtimal olunan çevrilişin qarşısını almaq üçün tədbirlər görür.
ABŞ və Qərbin digər dövlətləri Ermənistana hər hansı hərbi missiya göndərəndə, bunu guya “Azərbaycan tərəfindən təhlükənin olması” ilə əlaqələndirirlər. Daha deyə bilmirlər ki, bununla Rusiyanın hərəkətlərinə qarşı proflaktik tədbir görürük. Eyni zamanda, həmin missiyalar tərəfindən Ermənistanın sərhədlərində post-patrul xidməti təşkil olunur.
Qərb deyir ki, sərhədləri erməni hərbçiləri qorusun, ruslar yox. Bu da Zəngəzura Rusiyanın nəzarət etməsinin qarşısını almaq üçün edilir. Məqsədləri Ermənistanın sərhəd qoşunlarını yenidən formalaşdırmaq, Paşinyanın ətrafında müdafiə səddi qurmaq və Ermənistan ordusunu yeniləməkdir. Ermənistanı təpədən-dırnağa silahlandırsalar da Azərbaycana nə edə bilərlər? Heç nə!
Ermənistan da Rusiyadan asılı olan silah-sursat təchizatından qurtulmaq istəyir. Hətta Paşinyan bəyanat verdi ki, bundan sonra Rusiya ilə müdəfiə və təhlükəsizlik sahəsində əvvəlki kimi əməkdaşlıq edilməyəcək. Hesab edirəm ki, ABŞ-ın verdiyi o məlum bəyanat sadəcə, blefdir. Qərbin Ermənistana verəcəyi dəstək onu Rusiyanın əlindən almaq üçün “pərdə” rolunu oynayacaq. Bu məsələnin Azərbaycana heç bir aidiyyatı yoxdur. Regionumizda ABŞ-İran savaşı, ya da başqa müharibə olmayacaq”.
Azərbaycan Dövlət Televiziyasının (AzTV) hər həftənin bazar günü efirə gedən “Həftə” analitik-informasiya proqramında sensasion sayılacaq məlumat açıqlanıb. Proqramın müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib ki, Fransanın dəstəyi ilə Ermənistan Azərbaycana hücuma hazırlaşır. Aparıcı hücumun Cermuk istiqamətindən planlaşdırıldığını deyib. R.Məmmədov Fransa Milli Jandarma İdarəsinin generalı Uilyam De Meyerin Ermənistan ərazisinə səfərinə diqqət çəkib. O, deyib ki, fransalı general sərhədlərimizə yaxınlaşaraq binoklla müşahidə aparıb.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Konfliktologiyada sülh yoxdursa, müharibə var prinsipi mövcuddur:
"Azərbaycan və Ermənistan arasında da sülh sazişi olmadığına görə müharibə ehtimalı mövcuddur. Digər tərəfdən binoklla müşahidə təhdid kimi qiymətləndirilməməlidir. Amma binoklla müşahidə aparanın Fransa generalı olması vəziyyəti dəyişir. Sual yaranır ki, fransalı generalın Azərbaycan sərhədlərinə binoklla baxmaqda məqsədi nədir? Digər tərəfdən Fransanın Cənubi Qafqaz ərazisində xeyli maraqları mövcuddur. Yəni Paris Cənubi Qafqazda regional təsir gücünü artırmaq istəyir. Buna görə də Ermənistandan əlaltı kimi istifadə edir. Eyni zamanda Fransanın Azərbaycana təzyiq etmək imkanı olmadığına görə Ermənistanı şirnikləndirməklə məqsədlərinə çatmağa çalışır. Paris və İrəvan arasındakı xoş münasibətlər Fransanın çirkin niyyətlərinin təzahürüdür. Həmçinin Fransa regionda yeni savaşın başlamasında maraqlıdır və Ermənistanın taleyi qətiyyən onu düşündürmür. Amma genişmiqyaslı müharibənin başlaması hazırkı situasiyada mümkün deyil. Çünki Nikol Paşinyan iradəsiz olsa belə, ağıllıdır. Buna görə də genişmiqyaslı müharibəyə getmək istəməz. Genişmiqyaslı savaşın başlaması Nikol Paşinyan hakimiyyəti üçün çox ağrılı ola bilər. Amma kiçik çaplı münaqişələrin olması gözləniləndir. Paşinyan Makronun ipi ilə quyuya düşsə, bir daha o quyudan çıxa bilməyəcək".
Hurriyyet.Az bildirir ki, Konkret.Az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, qiymətli metalların çıxarılması üçün şəxslərə icazələrin verilməsi qaydaları Tacikistan hökuməti tərəfindən təsdiqlənib.
Faydalı qazıntıların çıxarılmasına icazə sənədinə uyğun olaraq uçota alınmamış ehtiyatları və ölkənin balans hesabatında qeyd edilməmiş mineral ehtiyatları olan ərazilərdə icazə verilir.
İcazə almaq üçün şəxslər ölkənin Maliyyə Nazirliyi tərəfindən təsdiqləndikdən sonra yerli maliyyə orqanı ilə əlaqə saxlamalı və oradan əldə etməlidirlər.
Faydalı metalların əsas mənbələrinin olduğu çay vadiləri və dağ yamacları Respublika Hökuməti yanında Geologiya Baş İdarəsi tərəfindən müəyyən edilir və Maliyyə Nazirliyinə təqdim olunur.
İcazəli və sərbəst gətirmə üsulu ilə icazə verilən faydalı qazıntıların siyahısına aşağıdakılar daxildir:
– əlvan və qiymətli metallar: qızıl, gümüş, platin, qalay (daş qalay), volfram (volframit, Şemelit), titan, nadir torpaq mineralları (loparit, monazit, ksenotime, fabulit),
– qiymətli və yarı qiymətli daşlar: yaqut və safir, xrizolit, topaz, beril, şpinel, klinogumit, qarnetlər, jade, agat, kvars qrupu (qaya bülluru), antimon, flüorit və digər minerallar, elüvial, divuvial, proluvial və kollüvial yataqlar.
Allüvial mineralların çıxarılması zamanı kimyəvi maddələrin istifadəsi qadağandır.
İcazə sənədinin sahibi aşağıdakı hüquqlara malikdir:
– Əl alətləri, mühərrik tutumu 50 at gücündən çox olmayan və istehsal gücü 5m³ / saatdan çox olmayan cihazlar istifadə etməklə allüvial minerallar istehsal etmək;
– rəsmi şəkildə qurulmuş qiymətli metalların alınması nöqtələrinə və mineral ehtiyatların (qiymətli metal və qiymətli daşlar istisna olmaqla) emalına lisenziyası olan sənaye müəssisələrinə alüvial mineralların alınması üçün təklif etmək.
İcazənin sahibi çıxarılan qiymətli metalları və daşları Maliyyə Nazirliyində və ya dövlət xəzinədarlığı tərəfindən yaradılmış qiymətli metalların alınma məntəqələrində dövlət xəzinəsinə satması tələb olunur.
Şəxslərdən yeraltı torpaqlardan istifadə zamanı məhv edilmiş torpaq və digər təbii obyektləri bərpa etmələri və sonrakı istifadəsi üçün uyğun vəziyyətə gətirmələri tələb olunur.
Sərhəd bölgələrində fəaliyyətləri yalnız sərhəd qoşunlarının müvafiq bölmələri ilə razılaşdırmaqla həyata keçirmək mümkün olacaq.
Qazılmış allüvial faydalı qazıntıların gizlədilməsi, habelə bir insanın bədəninə xəsarət yetirməsi və ya ölümü ilə nəticələnən mədən əməliyyatları zamanı təhlükəsiz iş aparılması qaydaları və tələblərinin pozulması icazənin ləğvi üçün əsasdır.
Dövlət ehtiyacları üçün mədən sənədi verildiyi ərazinin çıxarılması zərurəti yarandıqda, icazə sənədinin qüvvəsi əlavə şərtlər olmadan ləğv edilir.
Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi barədə reportaj yayımlanıb.
Oxu.Az xəbər verir ki, reportajda seçki məntəqələrinin səsverməyə hazır olduğu bildirilib. Xüsusi olaraq vurğulanıb ki, bu il ilk dəfə seçkilər Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində baş tutacaq.
Süjetdə Qarabağda, o cümlədən Zəngilan rayonunun Ağalı kəndində aparılan yenidənqurma-bərpa işlərindən, seçki məntəqələrinin texniki təchizatından da söhbət açılıb.
Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib. Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" nəşri məlumat yayıb. İclas Ermənistan Baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə baş tutub. Görüşdə strateji məsələlər müzakirə olunub.
Rusiya Amerika Birləşmiş Ştatlarını bir saat ərzində məhv edə bilər.
“AzPolitika.info” xəbər verir ki, bunu Kremlin ən “parlaq” təbliğatçılarından biri olan Marqarita Simonyan Rusiya televiziyasında deyib.
Simonyan iddia edib ki, Rusiya ABŞ-ni məhv edə biləcək yeganə dövlətdir: "Biz Birləşmiş Ştatların bütün tarixində və bu gün dünyada yeganə ölkəyik ki, ABŞ-ni tamamilə məhv edə bilirik. Məsələn, bir saata. Yaxşı, bunun nə qədər vaxta olması vacib deyil - amma nəzəri cəhətdən bunu edə bilərik. Başqa bu cür ölkə yoxdur. Onlar bununla barışa bilmirlər və bilməyəcəklər”.
Bu ayın əvvəlində başqa bir Kreml təbliğatçı - Vladimir Solovyov bildirib ki, Rusiya Ukraynanı dəstəkləyən NATO-nun Baş Qərargahını vurmalıdır ki, bu da daha geniş müharibəyə səbəb olsun.
Dmitri Medvedev isə son olaraq bəyan edib ki, Ukraynanın Rusiyaya aid raket buraxılış nöqtələrini vurmasına cavab olaraq, Rusiya nüvə silahına əl ata bilər.
Bütün bunlar ondan xəbər verir ki, Kremldəkilərin və onun xidmətində duranların psixi problemləri getdikcə daha da kəskin hal alır.