Koreya və Çindəki səfirliklərimizdə prezident seçkisi ilə əlaqədar səsvermə başlayıb - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycanın Çindəki səfirliyində yerli vaxtla saat 08:00-dan etibarən prezident seçkisində səsvermə başlanıb.

Bu barədə “Report”a Azərbaycanın Çindəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb.

“Vətəndaşlarımız səhər saatlarından başlayaraq seçki məntəqəsinə gəlirlər. Hazırda seçicilərin xüsusi fəallığı müşahidə olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizdə keçirilən ilk növbədənkənar prezident seçkisi ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımız üçün də xüsusi əhəmiyyət kəsb edir. Suveren, müstəqil və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan vətəndaşları seçkiyə bayram əhvali-ruhiyyəsində qatılırlar”, - Azərbaycanın diplomatik missiyasından vurğulanıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1707277137_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1707277137_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1707277137_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1707277137_4.jpg
03:52

Növbədənkənar Azərbaycan Respublikası prezidentinin seçkisi ilə əlaqədar Koreya Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə 03:00) səsverməyə start verilib. Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb.

“Report” xəbər verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır.

Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər.

Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.

Azərbaycanın Koreya Respubikasındakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən Seulda olan səsvermə hüququna malik seçicilər də səs verə bilərlər. Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 23 minə yaxın seçici siyahıya alınıb. Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə Cənubi Koreyada başlayan səsvermə prosesi ölkəmizin ABŞ-nin Los-Anceles şəhərindəki baş konsulluğundakı məntəqədə başa çatacaq.

Müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olan növbədənkənar prezident seçkisi Müzəffər Azərbaycan Ordusunun tarixə qızıl hərflərlə yazılan Qarabağ zəfəri sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ilk seçkidir.

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkisində səsvermə hüququ olan seçicilərin ümumi sayı 6 milyon 478 min 623 nəfərdir. Seçicilər 6 min 537 məntəqədə səs verəcəklər. Ölkə üzrə 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkündür. Seçkini izləmək üçün, ümumilikdə 90 minə yaxın müşahidəçi qeydiyyatdan keçib ki, onlar arasında müxtəlif dövlətlərin, beynəlxalq və regional təşkilatların, o cümlədən ATƏT-in, MDB-nin, Şanxay Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, nümayəndələri də var. Bundan başqa, “Associated Press”, BBC, “Əl-Cəzirə”, “Kyodo” da daxil olmaqla, 30-dan çox xarici media qurumu seçkini işıqlandıracaq.

Növbədənkənar prezident seçkisində üç təşkilat “exit-poll” keçirmək üçün müraciət edib.

06.02.2024 - 23:28

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində saat qurşağına görə səsvermə Cənubi Koreyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində başlayacaq.

“AZTV Xəbər”in xüsusi müxbiri Cənubi Koreyanın paytaxtı olan Seuldan seçki ilə bağlı ən son məlumatları çatdırıb.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin olunub. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.

Ətraflı süjetdə:

 
 
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Rusiyadan Avropaya təhlükə artmaqda davam edir - Hollandiya kəşfiyyatı təxribatların hədəflərini açıqladı
23 Aprel 2025 ABŞ İrana yeni sanksiyalar tətbiq edib
23 Aprel 2025 Deputat Xamenei üçün hazırlanan “Ağa can, 100 yaşa” videosundan danışdı: - “Güclü ideoloji iş apara bilməsək...”
23 Aprel 2025 Tərəflər yorulub, qarşıdurmanı dayandıracaq sülh formuluna ehtiyac var - ŞƏRH
22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu

Dünyapress TV

Xəbər lenti