Ardını oxu...
Paşinyan komandasının odla oyunu davam edir. Bunu hər şeydən öncə ondan görmək olar ki, İrəvan rəsmiləri hamıdan çox sülhdən danışsalar da, sülh üçün hamıdan az iş görürlər - onu da əgər görürlərsə. Lap dəqiqi, Ermənistanın ritorikası barışığa, sabitliyə deyil, yeni müharibəyə xidmət edir. Öz kasıb əhalisinin güzəranını yaxşılaşdırmaq əvəzinə, büdcə vəsaitlərini xaricdən ölümsaçan silahlar almağa yönəltməyin ayrı hansı adı ola bilər ki?

“Ermənistanın hazırkı hakimiyyəti Qərbdəki yeni "dostlara" arxalanır. Ermənistan hakimiyyətinin planlarına görə, həmin “dostlar” İkinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılmasına və Azərbaycanı erməni əhalisini bölgəyə qaytarmaq adı altında Ermənistana Qarabağ üzərində faktiki nəzarəti “qaytarmağa” məcbur etməlidirlər".

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, PolitRus ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib. “Bu, Ermənistanı regionda öz ekspansiyasını genişləndirmək üçün əməliyyat meydanı hesab edən Qərbin - ilk növbədə Fransa və ABŞ-ın maraqları ilə üst-üstə düşür. Buna görə də Ermənistana bəzi silahlar verilir, hərbi məsləhətçilər göndərilir (o cümlədən Müdafiə Nazirliyində işləmək üçün), komandoslar və xüsusi xidmət orqanlarının əməkdaşları sülhməramlılar adı altında kəşfiyyat işləri aparmaq üçün yerləşdirilir”, - ekspert qeyd edib.

Bu arada erməni radikal-revanşist və avantürist, keşiş Baqrat Qalstanyan Azərbaycanı hədələyərək deyib ki, “biz nə yolla olur-olsun, "artsax"a qayıtmalıyıq”. Bu da müəyyən mənada Arkovun fikri ilə səsləşir. Rusiyalı analitik haqlımı, rəngləri çox tündləşdirmir ki? Gerçəkdənmi Ermənistanın silahlanmasında hədəf - erməniləri geri qaytarmaq bəhanəsi ilə Qarabağ üzərində İrəvanın “nəzarətini” hansısa formada “qaytarmaq”dır?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov hesab edir ki, nə qədər cəhd etsələr də, Ermənistanın Azərbaycan Ordusu qarşısına çıxacaq güclü ordusu heç zaman olmayacaq: “Rusiyalı siyasi şərhçilərin Ermənistanın ünvanına söylədikləri fikirlərə ciddi yanaşmaq olmaz. Çünki onların söylədikləri indi Rusiyanın sözünə baxmayan Ermənistanın ünvanına səslənən qərəzli fiklirlərdən başqa heç nə deyil. Ruslar dünyada xalqlar arasında qarşıdurma yaradıb öz istəklərini reallaşdıran tərəf kimi tanınırlar. Baxın, Sovetlər İttifaqı dağıldıqdan sonra bir məkanda yaşamış xalqlar arasında nə kimi münaqişələr ortaya çıxdı? Bunlar hamısı Sovetlər ittifaqının başında dayanan və onu idarə idarə edən rus "texnoloqlarının" zaman-zaman əkdikləri toxumlar idi və bu toxumlar ittifaq dağılan kimi cücərməyə başladı. Ermənistan silah-sursat almağa məcburdur, onun bir dövlət kimi yaşaması üçün bu önəmlidir. İkinci Qarabağ savaşında ağır məğlubiyyətlə üzləşən Ermənistanın hərbi potensialı demək olar ki, tükənmişdi. Rusiyadan verilmiş, dəyəri milyardlarla dollarla ölçülən silahların bir çoxu döyüş meydanlarında Azərbaycan Ordusu tərəfindən məhv edildi, qalanı isə qənimət kimi götürüldü. Ermənistan indi silah almağa daha çox pul xərcləməklə, həmin itkiləri müəyyən bir səviyyədə bərpa etməyə çalışır. Lakin Paşinyan hökuməti yaxşı başa düşür ki, bu məsələdə qırmızı xətləri keçmək olmaz. Əgər qırmızı xətt keçilərsə, Azərbaycan bunun qarşısını almaq üçün addımlar ata bilər. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan hökumətinə bununla bağlı bir neçə dəfə xəbərdarlıq edib. Digər tərəfdən, erməni hökuməti yaxşı anlayır ki, ordunu nə qədər silahlandırsalar da, Ermənistanın Azərbaycan Ordusu qarşısına çıxacaq güclü ordusu heç zaman olmayacaq. Qarabağa nəzarəti bərpa etmək, oradan öz təşəbbüsü ilə qaçıb getmiş erməniləri geri qaytarmaq isə növbəti erməni nağıllarından başqa heç nə deyil. Qarabağ məsələsi tarixi ədalətlə həll olunub yekunlaşdı".
Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı müharibəyə hazırlığın getdiyini düşünür: “Bu dəfə Ermənistanı məqsədli şəkildə Qərb və Amerika silahlandırır. Milyonlarla dollara silah almaq əlbəttə ki, müharibəyə hazırlığın formasıdır. Həm də Ermənistanın silahlandırılması Azərbaycana qarşı açıq təzyiq formasıdır. Əhalisinin böyük hissəsi kasıb səviyyəsində yaşayan və hər il on minlərlə vətəndaşı ölkəni birdəfəlik tərk edən Ermənistan Qərbin diqtəsi ilə ağır bir duruma salınacaq. Paşinyan hakimiyyətinin Qarabağda yaşamış erməniləri müharibə yolu ilə qaytarmaq haqqında düşünməsi axmaqlıqdır. Ermənistan unutmamalıdır ki, Azərbaycan əlini əlinin üstünə qoyub oturmayıb. Hər il dövlət büdcəsindən yüz milyonlarla vəsait hesabına Azərbaycan dünyanın ən müasir silah satan ölkələrindən silah alır. İsrail, Türkiyə, Rusiya, Belarusiya, İtaliya və digər ölkələrdən. Ordu quruculuğunda da Azərbaycan ən önəmli addımlar atır. Bütün bunlara nəzarəti birbaşa Ali Baş Komandan İlham Əliyev həyata keçirir. Ermənilər unutmamalıdır ki, son 30 ildə Rusiya Ermənistanı pulsuz silahlandırdı. Hətta "İsgəndər" raketinə qədər təmin etmişdi. 44 günlük Vətən müharibəsində hansı aqibətlə qarşılaşdılar? Buna görə ağıllarını başlarına yığmalıdılar. Qarabağda yaşayan ermənilərin qayıtmasının yeganə yolu Azərbaycanla sülh sazişini əldə etməkdən keçir. Başqa yolu yoxdur. Erməni radikal-revanşistlər özlərinin hakimiyyətə qayıtması üçün Rusiya vasitəsindən istifadə edirlər. Onları Qarabağda yaşayan ermənilər maraqlandırmır. Köçəryan-Sərkisyan cütlüyü 30 ildə Ermənistanda amansız rejim qurduqlarından və korrupsiyaya bulaşdığından cəmiyyətdən güclü dəstək qazana bilmirlər. Ancaq dediyiniz kimi, Rusiya bütün imkanları ilə çalışır ki, İrəvana nəzarəti tam ələ keçirsin. Paşinyanın Qərbə qulluq etdiyini Rusiya çox yaxşı bilir. İndiki vəziyyətdə Sorosun uşağı olan Paşinyanın “nazı” ilə oynayır. Həm də biz unutmamalıyıq ki, Putin üçün İlham Əliyev çox önəmli bir prezidentdir. Və bu gün Rusiyanın Azərbaycan və Türkiyə ilə çox normal və ikitərəfli əlaqələri mövcuddur. 30-40 min erməniyə görə Putin bu əlaqələrin pozulmasını arzu etməz. Rusiyanın hakimiyyətində təmsil olunan ermənipərəst qüvvələrin arzusu nəyin bahasına olursa-olsun, Rusiya-Azərbaycan münasibətlərini pozmağa cəhd etməkdir".

“Yeni Müsavat”
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin İttifaq müqaviləsi çərçivəsində Belarusla vahid enerji bazarının formalaşması barədə sənədin təsdiqinə dair fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədin icrasına nəzarət Rusiyanın Energetika Nazirliyinə tapşırılıb.

Bir qədər əvvəl nazirlik vahid enerji bazarının formalaşdırılması layihəsi üzrə ilkin mərhələnin başlanmasına tam hazır olduqlarını açıqlayıb. Bildirilib ki, enerji sisteminin inteqrasiyası, Vahid Dispetçer İdarəetmə Mərkəzinin yaradılması və bu proseslərin sinxronlaşdırılması üzrə işlər isə tədricən həyata keçiriləcək.

Qeyd edək ki, Belarus sözü gedən sənədi 2023-cü ilin noyabrında təsdiqləyib. Bildirilib ki, müqavilənin mətni tam razılaşdırılıb və hər iki ölkənin dövlət başçıları onu imzaladıqdan sonra qüvvəyə minəcək.
 
Ardını oxu...
Ukrayna artıq öz mövqeyini dəyişə və məğlubiyyətdən qaça bilməyəcək.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.
"Həqiqətən, Ukrayna üçün çox gec olduğunu düşünürəm. Baş verəcəklərin trayektoriyası artıq müəyyən edilib, bunun həyata keçməsi üçün sadəcə vaxt lazımdır", - o bildirib.
Mütəxəssis Ukraynadakı vəziyyəti xərçəngin dördüncü mərhələsi ilə müqayisə edib:

“Sizə yaxşı xəbər deyilməsini istərdiniz, amma xərçəng öz işini görür və siz altı ay və ya üç aya öləcəksiniz”.

Larri Consonun fikirlərini şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Ukraynanın cəbhədə işi bir qədər çətindir :

"Rusiya ordusu az-az da olsa, cəbhədə irəliləməyə davam edir. Amma Ukrayna müharibəsi bir neçə ildir gedir. Rusiya müharibə başlayanda 3,4 günə Ukraynanı ram edəcəyini və Zelenski iqtidarının sülhə imza atacağını bildirirdi. Lakin hələ də sözügedən məqsədlərinə çata bilməyib. Yəni müharibə bir çox hallarda güclər nisbəti və mövcud situasiya ilə qiymətləndirilir. Ancaq cəbhədə hər şeyin ani dəyişikliklərdən dolayı dəyişdiyini görürük. Necə ki, Ukrayna müharibəsi kənar təsirlərə görə illərdir uzanır. Hazırkı status-kvo məhz hansısa səbəbdən dəyişə bilər? Eyni zamanda müharibənin gedişində Amerika Birləşmiş Ştatlarında kimi Prezident seçiləcəyi də önəmlidir. Əgər yeni prezident Ukrayna savaşını tezliklə bitirməyə fokuslanacaqsa, Kiyev üçün mövcud vəziyyət daha da qəlizləşəcək. Əksinə olaraq Ağ Evə gələn şəxs Ukraynaya dəstəyi daha da artırsa, Kiyevin müharibədə əli güclənəcək".

Ekspert qeyd edib ki, Ukrayna üçün qara lent bağlayıb, onun ölümünə fərman veriləcək tonda danışmaq indiki situasiyaya görə məntiqlidir:
“Amma Ukrayna savaşı anlıq reallıqlarla ölçülməməlidir. Bəlkə də Rusiyanı Ukraynanın dərinliklərinə doğru aparıb, daha sonra yenidən hansısa üsulla geri püskürtmək Qərb dairələrinin planıdır. İndiki vəziyyətdə Ukrayna müharibəsinin bitməsi real deyil. Çünki Ukrayna savaşının Rusiyanın üstünlüyü ilə sonlanması Avropanın çöküşü deməkdir. Düşünməliyik ki, Qərb bu cür məğlubiyyətə hazırdırmı və ya buna məruz qalmamaq üçün hansı efor xərcləyə bilər?".
 
Ardını oxu...
Kirill Putini Aleksandr Nevski ordeni ilə təltif edib
Patriarx Kirill Rusiya Prezidenti Putini Aleksandr Nevski ordeni ilə təltif edib

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Rusiya Prezidenti Vladimir Putini Aleksandr Nevski ordeni ilə təltif edib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bundan əvvəl iyulun 28-də Putinin Sankt-Peterburqdakı Aleksandr Nevski lavrasına gələcəyi bildirilirdi. Lavranın əsas ziyarətgahı - müqəddəs nəcib şahzadə Aleksandr Nevskinin qalıqları müvəqqəti olaraq Annunciation kilsəsində yerləşdirildi.

Aleksandr Nevski ordeni Rus Pravoslav Kilsəsinin (ROC) ən yüksək ordenləri siyahısına daxildir. O, Vətənin müdafiəsi və tərəqqisində böyük xidmətləri olan hərbi qulluqçulara, diplomatlara, dövlət xadimlərinə və din xadimlərinə verilir.
 
Ardını oxu...
ABŞ-da prezidentliyə namizəd olan hazırki vitse-prezident Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb.

APA xəbər verir ki, TikTok-a yeni qoşulan Harrisin artıq 2,5 milyondan çox izləyicisi var.

Demokratların namizədi olan vitse-prezident Kamala Harris prezident seçkiləri kampaniyasında TikTok sosial media platformasından istifadə etməyə başlayıb.

Amerikanın CNBC kanalının saytında yer alan xəbərə görə, Harris TikTok hesabında "@kamalaharris" adlı video yayımlayıb.

Noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyası üçün TikTok-da paylaşdığı videoda Harris, "Bu yaxınlarda eşitdim ki, videolarım TikTok-a yerləşdirilib. Ona görə də platformaya şəxsən qoşulmaq istədim", - deyə bildirib.
 
Ardını oxu...
Bu ideyanın həyata keçirilməsi üçün, Zaxarovanın sözlərinə görə, ABŞ və Böyük Britaniya Ukrayna hakimiyyətinə külli miqdarda pul ödəyib.
Sputnik. Qərb ölkələri, xüsusən də ABŞ və Böyük Britaniya Ukraynanın köməyi ilə Rusiya ilə Avropa ölkələri arasında enerji sahəsində əməkdaşlığı pozmağa çalışır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “İzvestiya”ya müsahibəsində deyib.
"Qondarma kollektiv Qərbin vəzifələrindən biri Rusiya Federasiyasının Qərbi Avropa ölkələri ilə sabit enerji qarşılıqlı əlaqəsini sonsuz turbulentlik zonasına çevirmək idi" – Zaxarova bildirib.
Bu ideyanın həyata keçirilməsi üçün, Zaxarovanın sözlərinə görə, ABŞ və Böyük Britaniya Ukrayna hakimiyyətinə külli miqdarda pul ödəyib.
Bundan əvvəl Ukraynanın Rusiya neftinin tranzitini dayandırmaqla Macarıstanı enerji böhranı astanasına qoyduğu bildirilib. Ancaq Kiyevin qərarının Rusiya iqtisadiyyatı üçün heç bir nəticəsi olmayacaq.
 
Ardını oxu...
Ozerov bildirib ki, payızda Soçidə Rusiya-Afrika formatında xarici işlər nazirlərinin ikigünlük görüşündə 2023-cü ilin yayında Sankt-Peterburqda keçirilən ikinci Rusiya-Afrika sammitindən sonra aralıq nəticələrinə yekun vurulacaq.
Payızda Soçidə keçiriləcək Rusiya-Afrika Tərəfdaşlıq Forumunun nazirlər konfransına 54 Afrika ölkəsinin hamısının nümayəndələri dəvət olunub, əksər xarici işlər nazirləri artıq iştiraka razılıq veriblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi və Rusiya-Afrika Tərəfdaşlıq Forumunun katibliyinin rəhbəri Oleq Ozerov RİA Novosti Afrika-ya bildirib.
"Biz bütün 54 Afrika ölkəsinin nümayəndələrini, eləcə də Afrika İttifaqından başlayaraq SADC, ECOWAS və digərləri ilə bitən regional və subregional inteqrasiya birliklərinin rəhbərlərini iştirak etməyə dəvət etdik XİN rəhbərləri artıq iştiraka razılıq veriblər. Gözləyirik ki, qalan müddətdə əksər ölkələr bu və ya digər səviyyədə bu tədbirdə iştirakını təsdiq edəcəklər, baxmayaraq ki, biz, xarici işlər nazirlərinin şəxsən iştirakına ümid edirik", - Ozerov deyib.
Ozerov bildirib ki, payızda Soçidə Rusiya-Afrika formatında xarici işlər nazirlərinin ikigünlük görüşündə 2023-cü ilin yayında Sankt-Peterburqda keçirilən ikinci Rusiya-Afrika sammitindən sonra aralıq nəticələrinə yekun vurulacaq.
Ozerov deyib ki, Afrika ölkələrinin Qərblə münasibətlər qurmaq istəyi əhəmiyyətli dərəcədə dəyişir.
"Afrika ingilis və fransız dili kimi "imperialist" dillərdən imtina edərək öz səsi ilə danışmağa başlayır", - Ozerov deyib.
O, Afrika ölkələri ilə enerji sektorunda iqtisadi əməkdaşlığa qanunvericilik dəstəyinə dair strateji sessiyada deyib ki, Afrika qitəsinin nəhəng, bəlkə də qiymətləndirilməmiş milli və mədəni dirçəliş prosesi başlayıb.

Ardını oxu...
Rusiya uzunmüddətli passivlikdən sonra platforma təklif edirsə, bu, heç də təsadüfi deyil, geosiyasi və regional təhlil və proqram təklifi var.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında gürcü politoloq Kaxa Qoqolaşvili Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Azərbaycan və Ermənistana görüş üçün Moskva platformasını təklif etməsi haqda qeyd edib.

O bildirib ki, plan varsa, o zaman bu, təkcə təklif deyil:

“Bəlkə də bu platformada danışıqlara töhfə verəcək inkişaflar olacaq. Etiraf etmək lazımdır ki, Qərb vasitəçiliyin yaradılması üçün böyük fəallıq nümayiş etdirir, lakin bu, mürəkkəbliklərlə müşayiət olunur, çünki Azərbaycan birbaşa danışıqlar aparmaq istəyir. Son illər biz görürük ki, heç bir ölkənin platforması vasitəçi kimi sabit deyil. Bu, təbii ki, qaynar geosiyasi proseslərlə, eləcə də tərəflərin – indki halda Azərbaycanın - istəkləri ilə şərtlənir”.
Politoloqun sözlərinə görə, Azərbaycan nəinki birbaşa danışıqlar istəyir, həm də Qərb platformasını arzulamır:

“Çünki Ermənistanla Qərbin münasibətlərində yaxınlaşma istiqamətində dəyişikliklər var. Bəyanatlardan da göründüyü kimi, Azərbaycan Qərbin, xüsusən Fransanın Ermənistana göstərdiyi hərbi dəstəyi problem hesab edir. AB də İrəvana müəyyən maliyyə dəstəyi vermək istəyir. Azərbaycanda Qərbin qərəzsiz vasitəçi olmayacağı ilə bağlı narahatlıq var”.

Onun fikrincə, tərəflər problemin böyük bir hissəsinin razılaşdırıldığını nə qədər bəyan etsələr də, vasitəçi ölkənin rolu əhəmiyyətsiz ola bilməz, çünki vasitəçi ölkənin öz maraqları, məqsədi var:

“Platformaların Vaşinqton, AB, Rusiya, Almaniya, Qazaxıstana keçirilməsinin səbəbi də budur. Növbəti yerin Mosva olacağı istisna edilmir, lakin bu da uzunmüddətli olmayacaq”.
Ardını oxu...
İranın polis rəisinin müavini Sərdar Qasım Rzayi Qəzvin vilayətinin təhlükəsizlik şurasının iclasında bildirib ki, hökumətlərin dəyişməsi Nur planının həyata keçirilməsində axsama yaratmayacaq.

Yarı-rəsmi ISNA xəbər agentliyinin məlumatına görə, Qasım Rzayi deyib: “Müəyyən cinayətlərlə məşğul olmaq polis qüvvələrinin təbii vəzifələrindən biridir. Bizi dalğalar əsir götürməyəcək, bizim iffət və hicab sahəsində hüquqi və şəriət öhdəliyimiz var”.

Nur Planının dayandırıla bilməyəcəyinə işarə edən Rzayi bu plana vilayətin təhlükəsizlik şurasının dəstəyinin vacibliyini vurğulayıb.

Bu yüksək rütbəli polis məmuru həmçinin iddia edib ki, cinayətin cəzası ölkədə cinayətlə düzgün nisbətdə deyil və qanunlar lazımi çəkindirici təsirə malik deyil. O hesab edir ki, bu məsələ polisin gücünü də şübhə altına alır.
Polis məmurunun açıqlamalarını tənqid edən bəzi fəallar bu bəyanatların niyə Məsud Pezeşkianın seçki kampaniyasında Nur planına qarşı olduğunu bildirdiyi zaman verilmədiyini və andiçmə mərasimi ərəfəsində dilə gətirildiyini sual edərək tənqid edirlər.

Həm İran parlamentində Təbrizin nümayəndəsi kimi fəaliyyət göstərərkən, həm də seçki kampaniyası zamanı Məsud Pezeşkian polisin məcburi hicab taxmayan qadınlara qarşı sərt rəftarına qarşı olduğunu açıq şəkildə bəyan edib.

İslam Respublikasının qanunlarına görə, polis qüvvələri İslam Respublikasının rəhbərinə tabedir; o, baş komandan olaraq polis qüvvələrinə nəzarət edir, beləliklə, hökumətin polis qüvvələrinə nəzarət etmək gücünə şübhə ilə yanaşılır.

İranda vilayətlərin təhlükəsizlik şurası Milli Təhlükəsizlik Şurasının tabeliyindədir və vali bu şuranın rəhbəridir. Vilayətin İslam İnqilabı Keşikçiləri Korpusu komandiri, hərbi və polis qüvvələrinin komandirləri, vilayətin təhlükəsizlik qüvvələrinin rəhbəri və İnqilab Məhkəməsinin prokuroru bu iclasda iştirak edən rəsmilər arasında olub.
 
 
 
Ardını oxu...
Webometric info il ərzində ikinci dəfə dünya universitetlərinin reytinq səviyyəsini dərc etmişdir. Dünya universitetlərinin reytinqi təhlili ilə məşğul olan çoxsaylı təşkilatlar arasında ən obyektiv qurumdur. Çünki bu süni intellekt proqramı əsasında və təmənnasız işləyən bir qurumdur, nəticələr tamamilə insan subyektivizmindən uzaqdır. İkinci dünyanın bütün universitetlərini təhlil edir. Üçüncüsü isə daimi axtarışdadır, gündəlik informasiya alır və ildə iki dəfə hesabat dərc edir.
Bu hesabat da ilkin məlumatlara əsasən hazırlanmışdır. Bir neçə gün dəqiqləşmə aparıla bilər.
İlkin məlumatlara görə dünya üzrə yenə də birinci üçlük hamısı ABŞ-a məxsusdur, birinci 20-lik də ingilislərə məxsusdur (ABŞ, Böyük Britaniya, Kanada). Müsəlman ölkələri üzrə birincilik bu ildən Səudiyyə Ərəbistanına keçir, ikinci yer İrandadır, üçüncü yer isə Türkiyədədir (son vaxtlara qədər birinci yeri Türkiyə özündə saxlayırdı). Hər iki ölkə təhsilə böyük kapital yatırır, Azərbaycandan 10 dəfə çox...
Cədvəldə ölkənin ilk 20 universitetinin reytinq səviyyəsi verilmişdir.
Ölkəmizə gəldikdə UNEC yenə də birinciliyi qoruyub saxlayır və bu ildə də bir neçə yüz universiteti geridə buraxmışdır. BDU da bu ilə vəziyyəti xeyli yaxşılaşdırmışdır (ola bilər bu daha çox Akademiyanın bir neçə reytinqli universitetinin bu universitetin tabeçiliyinə verilməsi ilə əlaqədar olsun). UNEC-lə BDU arasında fərq də xeyli azalmışdır. Amma Xəzər və Ada universitetləri isə xeyli geriləmişdir.
Qonşu iki Cənubi Qafqaz respublikası universitetlərində də vəziyyət xeyli fərqlidir. Ermənistan da Erevan dövlət universiteti xeyli irəliləmiş, Gürcüstanın birinci universiteti isə 150 universiteti irəli buraxmışdır, yəni geriləmişdir.
Cənubi Azərbaycan universitetləri isə xeyli irəliəmişdir. Təbriz tibb universiteti birinci 900 universitetin tərkibində yer alaraq 878-ci yerdə qərarlaşmışdır (İran universitetləri işərisində 7-ci yer). Təbriz universiteti isə 1038-ci yeri tutmuşdur (İran universitetləri içədisində-13-cü yer). Maraqlı sual ortaya çıxır, nə üçün Şimali Azərbaycan universitetləri Amerika, Avropa, Asiya universitetləri ilə əməkdaşlıq edir, amma Təbriz, Qəzvin, Urmiya, Ərdbil ... universitetləri ilə deyil? Əminəm təhsil Nazirliyi və universitet rəhbərləri suala cavab tapacaqlar....
Saleh Məmmədov
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti