Rusiya Prezidenti Vladimir Putin İttifaq müqaviləsi çərçivəsində Belarusla vahid enerji bazarının formalaşması barədə sənədin təsdiqinə dair fərman imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, sənədin icrasına nəzarət Rusiyanın Energetika Nazirliyinə tapşırılıb.
Bir qədər əvvəl nazirlik vahid enerji bazarının formalaşdırılması layihəsi üzrə ilkin mərhələnin başlanmasına tam hazır olduqlarını açıqlayıb. Bildirilib ki, enerji sisteminin inteqrasiyası, Vahid Dispetçer İdarəetmə Mərkəzinin yaradılması və bu proseslərin sinxronlaşdırılması üzrə işlər isə tədricən həyata keçiriləcək.
Qeyd edək ki, Belarus sözü gedən sənədi 2023-cü ilin noyabrında təsdiqləyib. Bildirilib ki, müqavilənin mətni tam razılaşdırılıb və hər iki ölkənin dövlət başçıları onu imzaladıqdan sonra qüvvəyə minəcək.