Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşenin kimliyi və hadisənin detalları məlum olub.
“AzPolitika” xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumtlarda həmin şəxsin polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğlu olduğu bildirilib.
Məlumatda həmçinin bildirilir ki, o, qızıl qaçaqmalçılığında ittiham olunur.
Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması ittihamların mərkəzində dayanır.
Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.