Nazirdən İstanbulla bağlı qorxunc proqnoz: “2,5 milyon insan risk altındadır”
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum 17 Avqust 1999-cu il Mərmərə zəlzələsinin 25-ci ildönümü ilə bağlı verdiyi açıqlamada qorxunc proqnoz açıqlayıb.
Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir İstanbulun 39 rayonunda risk analizinin tamamlandığını və 1,5 milyon evin təhlükəli vəziyyətdə olduğunu müəyyənləşdiyini bildirib.
“Mümkün bir zəlzələnin ilk dəqiqələrində 600 min ev uçmaq təhlükəsi ilə üz-üzədir. Yəni təxminən 2,5 milyon insanımız çox ciddi risk altında yaşayır. Biz bu vəziyyətin ciddiliyini tam dərk edirik və bilirik ki, bu binaların təcili transformasiyası lazımdır”, deyə Murat Kurum bildirib.
Onun sözlərinə görə, İstanbul zəlzələsi təkcə şəhərə deyil, bütün Mərmərə bölgəsinə, hətta bütün Türkiyəyə təsir edəcək:
“Çünki ölkəmizin iqtisadiyyatının gücü daha çox İstanbulda, bu bölgədə, yəni Mərmərədədir. İstanbulda baş verəcək zəlzələ iqtisadiyyat, ticarət və turizmlə yanaşı, təhsil, müdafiə və nəqliyyat sahələrində də ciddi problemlər yaradacaq”.
“İstanbulda müəyyən etdiyimiz 1,5 milyon riskli binanın bəzilərini transformasiya etdik. Biz ictimai binaların, o cümlədən təhsil və səhiyyə binalarının zəlzələyə davamlılığını artırdıq. Bu çərçivədə 505 min müstəqil hissəni sökdük. 2012-ci ildən isə biz nazirlik və özəl sektorla birlikdə 903 min müstəqil bölmənin transformasiyasını başa çatdırmışıq. Hazırda 181 min müstəqil bölmənin transformasiya işlərini davam etdiririk”, deyə Murat Kurum bildirib.

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti