b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_82bb1b9f7806a9dd14cb2652bb9f59ff.jpg
  

İnquş biznesmenin sahibi olduğu “Russneft”in Azərbaycandakı neft aktivlərini niyə satdığı bilinmir

Rusiyanın özəl neft şirkəti “Russneft”in Azərbaycandakı neft aktivlərini idarə edən “GEA Holdings Limited” şirkətini 3 milyard 52 min rubl satması barədə xəbər vermişdik.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, inquşiyalı iş adamı Mixail Qutseriyevə məxsus şirkətin həmin aktivləri dəqiq kimə satdığı açıqlanmır.

“Global Energy Cyprus Limited” şirkəti 2008-ci ilin mayında Kiprdə qeydiyyatdan keçib, amma açıq mənbələrdə şirkətin səhmdarları haqda məlumat yoxdur.

779356_src.jpg (58 KB)

“Russneft” Azərbaycandakı neft aktivlərini niyə satdığını izah etməyib. Daha əvvəl “Veta” ekspert qrupunun idarəedici partnyoru İlya Jarski RBC-yə bildirib ki, şirkətin Azərbaycanı tərk etməsinə səbəb beynəlxalq əməliyyatlarla bağlı sanksiya riskləri ola bilər.

“Russneft”in təsisçisi Mixail Qutseriyev Aİ-nin sanksiyalar siyahısına salındıqdan sonra direktorlar şurasını tərk edib, amma aydındır ki, şirkətdə əsasa söz sahibi olaraq qalır. Qutseriyev Rusiyanın biznes mühitində tanınmış şəxsdir.

Musavat.com bildirir ki, Mixail Qutseriyev 1958-ci ildə martın 9-da Qazaxıstanda anadan olub. Əmək fəaliyyətinə Qroznıda müəssisələrin birində yükdaşıyan kimi başlayıb.

Cambul Texnologiya İnstitutunda axşam şöbəsində, 1995-ci ildə Rusiya hökuməti yanında Maliyyə Akademiyasında, Rusiya Dövlət Neft və Qaz Universitetində təhsil alıb. Plexanov adına İqtisadiyyat Akademiyasında doktoranturada “Azad iqtisadi zona” mövzusunda müdafiə edərək alimlik dərəcəsi alıb.

qut.jpeg (739 KB)

1992-ci ildə Cövhər Dudayevin hakimiyyətə gəlməsindən sonra bütün biznesini Çeçenistanda qoyub Moskvaya gəlib. Burada “BİN” adlı maliyyə kompaniyası yaradıb. 1995-ci ildə LDPR-in siyahısından Dövlət Dumasına deputat seçilib. 1999-cu ildə Jirinovskinin partiyasından çıxıb və müstəqil namizəd kimi Dumaya seçilib. 2000-ci ildə “Slavneft”in prezidenti seçilib və mandatından imtina edib.

2002-ci ildə “Russneft” kompaniyasını yaradıb və rəhbərlik edib. Qutseriyev bir neçə ilin ərzində sürətlə varlanaraq ölkənin ən zəngin adamlarından birinə çevrilə bilib. Onun şirkəti “Russneft” də sürətlə böyüməkdə idi...

2007-ci ilin iyununda Qutseriyev dövlət tərəfindən ciddi təzyiqlərə məruz qaldığından “Russneft”i Kremlə royal olan biznesmen Oleq Deripaskaya satır və “elmlə məşğul olmaq” istədiyini deyir. Deripaska kompaniyanı üç milyard dollara alır. Hələ o zaman deyilirdi ki, inquş biznesmen Kremlin qəzəbinə İnquşetiya müxalifətini maliyyələşdirdiyi üçün gəlib.

2007-ci ilin avqustunda Moskvanın Tver Rayon Məhkəməsi maliyyə fırıldaqlarında ittiham olunan Qutseriyevin qiyabi həbsinə qərar verir. Qutseriyev yəhudi iş adamı Mixail Xodorkovski kimi Sibir həbsxanalarına düşmədi və vaxtında Rusiyadan qaçdı. Rusiyadan qaçmağa məcbur olan biznesmen Belarusdakı dostlarının köməyindən istifadə edərək Minskdən özəl təyyarə ilə Londona gedir.

Elə həmin ərəfədə Qutseriyevin 21 yaşlı oğlu, Londonda təhsil alan və Rusiyaya qayıdaraq atasının biznes strukturlarına rəhbərlik etməyə başlayan Çingizxan Moskvada “Ferrari” avtomobili ilə qəzaya düşür. Qəzadan sonra o, hadisə yerini özü tərk edir, evlərinə qayıdır və bir neçə saatdan sonra sinəsində bərk ağrılar başlayır. Həkimə aparılsa da, onun həyatını xilas etmək mümkün olmur. Qutseriyev oğlu ilə vidalaşmaq üçün Moskvaya gələ bilmir, biznesmen Azərbaycan hakimiyyətinin yüksək dairələrində malik olduğu əlaqələrdən istifadə edərək oğlunun cəsədinin xüsusi təyyarə ilə Bakıya gətirilməsinə nail olur. Daha sonra özü də Bakıya gəlir və burada məxfi şəraitdə mərasim təşkil olunur. Daha sonra Çingizxanın cəsədi dəfn olunmaq üçün Qutseriyevin vətəni olan İnquşetiyaya aparılır.

Məlumatlara görə, Qutseriyevi o zaman Bakıda qoruyan iş adamı İsgəndər Xəlilov olub. Məhz Isgəndər Xəlilovun dəstəyi nəticəsində Qutseriyev bir müddət Bakıda təhlükəsiz şəraitdə qala bilib.

Qutseriyev yaşadığı şokdan çıxandan sonra biznes fəaliyyətinə başlayıb, Britaniyada “GCM Global” adlı böyük şirkət təsis edib. O, sonralar bildirib ki, Londonda gizləndiyi və beynəlxalq axtarışda olduğu vaxtlarda Azərbaycanda da biznesini genişləndirib, yeni neft layihələrinə qoşulub və dəfələrlə Türkiyə üzərindən Bakıya gedib-gəlib. Daha maraqlı bir fakt: biznesmen Londonda 400-ə yaxın şeir yazıb, onları iki kitabda toplayıb dərc etdirib.

2010-cu ildə Rusiya Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi Qutseriyev haqqında həbs-qətimkan tədbirini ləğv edib. 3 ilə yaxın axtarışda olduqdan sonra Rusiya hakimiyyəti ilə anlaşan və yenidən bu ölkəyə qayıdaraq biznesə başlayan Qutseriyev Putinə və Medvedyevə minnətdarlıq edib:

“Onlar işə qarışmasaydı, mənim Rusiyaya qayıtmağım heç vaxt mümkün olmazdı”.

Qutseriyev Rusiyaya qayıdıb “Russneft”i Deripaskadan geri alandan sonra dərhal səhmlərinin bir hissəsini “Sberbank”a və “Sistema”ya satıb. O deyib ki, səhmlərin bir hissəsinin həmin şirkətlərə verilməsi Rusiyaya qayıtmağı təmin etməyin əvəzində qoyulan şərt deyildi: “Onlar mənə belə şərt qoysaydılar, heç vaxt razılaşmazdım. Mən özüm qayıdandan sonra səhmləri onlara təklif etdim...”

Musavat.com

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti