Moskvadan Srbazana “stavka” və iflas: keşişlə bağlı plan dəyişdi
Erməni Apostol Kilsəsinin (AAK) Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın (Baqrat Srbazan) rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatında fəal struktur dəyişiklikləri və yenidənqurma işləri aparır. Bu barədə erməni nəşri “Hraparak” yazır.

Qeyd olunur ki, hazırda etiraz prosesinə “bütün istiqamətlər üzrə” nəzarət edəcək müxtəlif strukturların və şuraların yaradılması məsələsi müzakirə olunur. Ermənistan Parlamentinin keçmiş deputatı Karen Bekaryanın rəhbərliyi ilə artıq Koordinasiya Şurası yaradılıb. Şura tezliklə yeni məsul şəxsləri seçəcək. Onlar hərəkatın “katiblərinin” və onun gənclər özəklərinin işini əlaqələndirəcəklər.

Etiraz lideri Baqrat Srbazan həmçinin hərəkatı dəstəkləyən respublikanın siyasi qüvvələrinin nümayəndələrinin daxil olacağı məsləhət orqanı olan siyasi şura yaratmağı planlaşdırır.

“Joxovurd” (“Xalq”) qəzeti isə öz növbəsində yazır ki, Baqrat Srbazanın müvəqqəti olaraq ruhani xidmətini dayandırmasına baxmayaraq, Eçmiədzin Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasına yeni primat təyin etməyə tələsmir.

Erməni mediası etiraz hərəkatının rəhbərliyinin payızda “geniş miqyasda” küçə mübarizəsini bərpa etmək planlarını yazıb. Eyni zamanda, Baqrat Srbazanın 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərini gözləmək fikrində olmadığı da irəli sürülür.

Nə baş verir? Srbazanın etirazı tamamilə səngimədi? O, nəyə ümid edir? Üsyançı arxiyepiskopun rəhbərliyi altında Ermənistanda anti-Paşinyan əhval-ruhiyyəsinin artması hələ də mümkündürmü?

Tanınmış regional ekspertlər AYNA-ya vəziyyəti şərh ediblər.

Politoloq Akop Karapetyan (İrəvan):

- Əvvəla, erməni mətbuatının yazdıqları müzakirə edilərkən nəzərə almaq lazımdır ki, ümumən azad olsalar da, bəzi erməni KİV-lərinin müəyyən biznes və siyasi mənsubiyyətləri var və bu KİV-lərin “mötəbər mənbələrindən” daxil olan məlumatlara münasibət bildirərəkən müəyyən skeptisizm yaradır. Hər halda, “Müqəddəs hərəkat”ın hazırkı nəticələri və perspektivlərindən danışarkən, may ayında baş tutan izdihamlı mitinqləri (2018-ci ilin Məxməri İnqilabından sonra ən böyük mitinqlər) yada salmaq olar. İndi o aksiyalar İrəvandakı Müqəddəs Anna kilsəsinin həyətində və ya vilayət şəhərlərinin meydanlarında və mədəniyyət mərkəzlərində keçirilən bir neçə onlarla insanın iştirakı ilə “daş oturacaqlar”a çevrilib.

Beləliklə, arxiyepiskop Baqratın hazırkı fəaliyyəti simasını qorumaq üçün geri çəkilmə cəhdi və ya sonrakı proseslərdən əvvəl kadr dəyişikliyi kimi qiymətləndirilə bilər. Və növbəti parlament seçkilərinə iki ildən də az vaxt qaldığından, gözləmək lazımdır ki, müxalifətin bu hissəsi fövqəladə deyil, müntəzəm proseslərə hazırlaşsın.

Digər tərəfdən, yadda saxlamalıyıq ki, Srbazanın hərəkatı əvvəlcə müəyyən xarici siyasət kontekstinə malik idi (təklif olunan delimitasiya variantına qarşı və dolayısı ilə Ermənistan-Rusiya strateji dialoqunun bərpası üçün). Bu mənada qeyd etmək lazımdır ki, delimitasiya artıq ən azı Tavuş-Qazax bölməsində müəyyən edilmiş faktdır.

Ermənistan-Rusiya münasibətlərinə və ya Ermənistan Respublikasının xarici oriyentasiyası məsələsinə gəlincə, yalnız onu qeyd edirik ki, may ayından sonra Paşinyan hökuməti Avrointeqrasiya perspektivləri haqqında danışarkən, daha ehtiyatlı və təmkinli ifadələr seçməyə başlayıb. Rusiya Federasiyasından qopmaq üçün heç bir ani addım görünmür. Bunun “müqəddəs hərəkat”la əlaqəsi olub-olmadığını söyləmək çətindir, amma ən azından müvəqqəti təsadüflər göz qabağındadır.

Konfliktoloq, beynəlxalq əlaqələr doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani:

- Bu gün Ermənistandakı siyasi vəziyyət Rusiya üçün son dərəcə qəbuledilməzdir və narahatdır. Eyni zamanda, “Ukrayna tələsinə” düşüyü üçün onun artıq rəsmi İrəvana “dərs vermək” imkanı yoxdur və buna görə də amansızcasına əziyyət çəkir. Birincisi, o, Köçəryana “stavka” etdi və “üsyankar və nankor erməni xalqını” (məlum oldu ki, Böyük Rusiyanın mərhəmətini dəyərləndirməyən) cəzalandırmaq qərarına gəldi. Kreml erməni inqilabından az sonra Paşinyanı aradan götürmək üçün işə başladı, lakin uğursuz oldu. Prinsipcə, bu da məntiqli idi, çünki Putin xalqın legitimliyi olan siyasi liderlərə dözə bilmir, o, yalnız özünün legitimlik verdiyi liderləri tanıyır, bunlar “Kreml qaydaları”dır.

Bu gün Qalstanyan və ya Srbazana siyasi “stavka”nın ediməsi Moskvanın iflasından xəbər verir. Deyim ki, bu gün Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi Rusiyanın hegemonluğunu qətiyyən tanımır və Qərbə yönəlib, bunu ancaq alqışlamaq olar. Ona görə də, fikrimcə, Rusiya nəhayət, həm Gürcüstanı, həm də Ermənistanı itirdi, çünki xalqın iradəsi müqəddəsdir və ona yenidən baxıla bilməz. Vahid Qafqaz mədəniyyətinin tərkib hissəsi olan qardaş Azərbaycan xalqına da böyük ümidlər bəsləyirəm və biz hər üçümüz birlikdə işıqlı gələcəyimizi təmin etməliyik ki, bu da təbii ki, Rusiya ilə sıx əlaqələrdən keçmir. Bu paradiqmanın düzgünlüyünü yaxın tarixi keçmişimiz də nümayiş etdirir.

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti