Kiyev, Şuşa ,Moskva və Pekin: Orban Avropa Birliyini bu HƏRƏKƏTƏ görə DƏLİ edib
Macarıstanın baş naziri Viktor Orban Şuşadan sonra Moskvaya, oradan isə Çinə uçub.

Musavat.com xəbər verir ki, o, bu barədə özü "X" sosial şəbəkəsində gördüyünüz bu fotonun müşayiəti ilə paylaşım edib.

Paylaşımda maraqlı bir cümlə də var. Orban yazıb: “Sülhməramlı missiya 3.0”!

Məlum olub ki, Orban Çin prezidenti Si Cinpinlə danışıqlar aparmaq üçün Pekinə gəlib.
Danışıqların mövzusu Rusiya - Ukrayna müharibəsində sülhə nail olmaq cəhdləridir.
Xatırladaq ki, Orban bir neçə gün öncə Ukrayna prezidenti ilə görüşüb, onunla bu mövzuda danışıqlar aparıb. Sonra Şuşada TDT-nin Zirvə görüşündə iştirak edib, prezident İlham Əliyevlə, digər Türk liderlərlə müzakirələr aparıb. Füzuli hava limanından Bakıya, oradan da Rusiyaya uçub. Rusiya prezidenti Putinlə görüşüb, danışıb.

Orban indi də Çindədir. Görünən budur ki, TDT -nin üzvü olan Macar türklərinin lideri Ukraynaya sülh gətirmək prosesində vasitəsi polunu üstlənib.
Və bu prosesdə Şuşa dayanacağı da var...
Viktor Orbanın bu fəallığı və uğurlu vasitəçiliyi Avropa Birliyinin rəhbərliyini dəliyə döndərib.

Dünəndən onunla bağlı Avropa miqyasında "qara piar"a start verilib.
Şarl Mişel, Jozef Borel və digər AB yetkililəri onun həm Şuşada iştirakını, həm də oradan Moskvaya gedərək, Putinlə görüşməsini hədəfə alıblar.
AB -ni, Qərbin digər qurumlarını oyundan kənarda qoyan Macarıstan liderinin mesajının mənası da maraq doğurur.

Musavat.com təhlilçilərinin fikrincə o, AB -nin və Amerikanın qapısına 3 cavabsız qol atdığını elan edir.
Görünən budir ki, Kiyevdə Zelinski ilə görüşən Orban bu vasitəçiliyə onun da razılığını alıb.
 

Bölmənin digər xəbərləri

06 Oktyabr 2024 Fransa Avropadakı nüfuzu naminə Kiyevi dəstəklədiyini AÇIQLADI
06 Oktyabr 2024 İran Hörmüz boğazını bağlaya bilər
06 Oktyabr 2024 Bir gündə 5 mindən çox livanlı Suriyaya keçib
06 Oktyabr 2024 Tanınmış erməni jurnalistdən SENSASİON AÇIQLAMALAR: "Əliyevə və Paşinyana müraciət edirəm..."
06 Oktyabr 2024 Aİ İrana sanksiyalar tətbiq edəcək – “Bloomberg”
05 Oktyabr 2024 Avropanın böyük üçlüyü bank qaydalarını yumşaltmağa çağırır
05 Oktyabr 2024 Avropada artıq Putinin nüvə təhdidlərinə fikir vermirlər
05 Oktyabr 2024 “Minsk bir halda ukraynalıları dəstəkləyəcək” – Lukaşenko
05 Oktyabr 2024 Minskdə Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib - FOTO
05 Oktyabr 2024 Dəniz qaraçıları: suda yaşayan xalq
04 Oktyabr 2024 COP29 Azərbaycana nə vəd edir? - VİDEO
04 Oktyabr 2024 Gürcüstan hakimiyyətində qarşıdurma şüddətlənir - Prezidentin imzalamadığı qanunu Parlamentinin sədri imzaladı
04 Oktyabr 2024 Lukaşenkodan Azərbaycan AÇIQLAMASI: "Üçüncü ölkələrə qarşı..."
03 Oktyabr 2024 Putin jurnalistlərlə zarafat etdi: Qəhvəni kreditlə almışam - VİDEO
03 Oktyabr 2024 İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
03 Oktyabr 2024 Paşinyandan sülh sazişi ilə bağlı - Qadağa
03 Oktyabr 2024 “Qarabağ məsələsi Ermənistanın boynuna keçirilmiş ilgək idi” – Paşinyan
02 Oktyabr 2024 Qərbi Azərbaycan İcmasından Alen Simonyana SƏRT CAVAB
02 Oktyabr 2024 İsrailin İrana cavabı nə olacaq?
02 Oktyabr 2024 Əhmədinejaddan acı etiraf: "İranda Mossad-a qarşı mübarizə idarəsinə İsrail casusu rəhbərlik edirdi"

Dünyapress TV

Xəbər lenti