Almaniyanın paytaxtı Berlində 1919-cu ildə öldürülən alman fəhlə hərəkatının liderləri Karl Liebknext və Roza Lüksemburqun xatirəsinə keçirilən nümayiş zamanı yaranmış iğtişaşlarla bağlı vəziyyət daha da pisləşib.
“Report”un məlumatına görə, bu barədə “Bild” xəbər yayıb. Qeyd edilir ki, azı 20 polis əməkdaşı yaralanıb.
Qəzetin məlumatına görə, nümayişçilər Yəmənə dəstək şüarları səsləndirərək, Ukraynaya silah tədarükünün dayandırılmasını tələb ediblər.
“Ən azı 20 polis işçisi yaralanıb”, - nəşr yazır. Eyni zamanda nümayişçilər arasında da zərərçəkənlərin olduğunu bildirib.
Bundan əvvəl Berlində nümayişçilərlə polis arasında baş verən toqquşmada azı 8 nəfərin yaralandığı barədə məlumat yayılıb.