Azərbaycan bölgədə açar rolunu oynayır
İyulun 3-də Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü işə başlayıb. “ŞƏT+” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Bu nüfuzlu təşkilatın Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edəcək. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.
Qeyd edək ki, Azərbaycanın ŞƏT-lə əməkdaşlığı: 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib, 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. Azərbaycan Prezidenti artıq ikinci dəfədir ki, ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısına dəvət olunur. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Onu da deyək ki, Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı statusunu aldıqdan sonra Heydər Əliyev Fondu təşkilatın katibliyi ilə sıx əməkdaşlıq edərək, bir neçə tədbir, o cümlədən 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi” adlı tədbir keçirib.

Siyasi şərhçi Azər Həsrətin “Sherg.az”a açıqlamasına görə, Azərbaycanın son illər beynəlxalq arenada artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkənin ŞƏT üçün əhəmiyyətini artıran əsas faktorlardan biridir:
“Azərbaycan bir dövlət olaraq öz inkişafının elə bir mərhələsinə çatıb ki, bölgəylə bağlı gedən proseslərdə dövlətlər, hətta dövlətlərarası qurumlar da Azərbaycan olmadan hərəkət edə bilmir. Şanxay Əməkdaşlıq Təşkilatının da Azərbaycana olan marağı məhz buradan qaynaqlanır. ŞƏT üzvü olan böyük dövlətlər də Azərbaycana qarşı həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə maraq göstərirlər. Rusiya, Çin kimi dövlətlərin başçıları belə Azərbaycan Prezideti ilə yaxın olmağa can atırlar. Bilirlər ki, qlobal arenada Azərbaycanın özünəməxsus çəkisi, sözünün kəsəri var. Azərbaycan faktiki olaraq bölgədə açar rolunu oynayır. Azərbaycan uzun illər mövcud olub, lakin səsi heç vaxt eşidilməyən Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə bu təşkilatın fəaliyyətində xeyli irəliləyiş müşahidə edildi. Bunu Şanxay Əməkdaşlıq Təşkilatında yer alan aparıcı dövlətlər də görürlər. Prezident İlham Əliyevin siyasi iradəsi, dünya liderləri arasındakı şəxsi nüfuzu da mühüm faktordur”.

A.Həsrətin fikrincə, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycanın iştirakı vacib amildir:
“ŞƏT-in yaratdığı reallıqlardan, imkanlardan faydalanmaq üçün Azərbaycan da bu dəyişən dünyada imkanları dəyərləndirməlidir. Azərbaycan özünün yerləşdiyi geostrateji bölgənin əhəmiyyətini nəzərə alaraq müxtəlif güc mərkəzləri ilə balanslı mövqedə əməkdaşlığın daha da dərinləşməsini icra etməkdədir. Bu bizim regionumuzun spesifikasıdır. Xarici siyasətimizin həm də uğurlu məqamlarından hesab edilməlidir”.

Bölmənin digər xəbərləri

22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır

Dünyapress TV

Xəbər lenti