“Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
2020-ci ilin 44 günlük savaşından bu yana ara-sıra belə fikirlər səslənir ki, guya “Bir kəmər- bir yol” və Orta Dəhliz layihələri çərçivəsində Çin və Böyük Britaniya da Zəngəzur dəhlizinin açılqmasında maraqlıdır. Bu günlərdə Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallegerin tarixi Zəngəzur ərazisinə səfərini də bu istəklə əlaqələndirənlər var. Görəsən, belə iddialar nə dərəcədə gerçəyə uyğundur?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları nəzərə çatdırıb:

“Sözün düzü, mənə elə gəlir ki, Zəngəzur dəhlizi artıq öz əhəmiyyətini itirməkdədir. Özəlliklə də məhz o “Bir yol-bir kəmər” layihəsi çərçivəsində. Düzdü, Çinin bu dəhlizə marağı tam itməyib. Amma Avropa Birliyi ilə Mərkəzi Asiya ölkələri arasında imzalanan son saziş onu istisna eləmir ki, “Şərq-Qərb” dəhlizinin İran üzərindən Ərəbistan dənizinə çıxmaqla icrası da mümkündür. Və xatırlayırsınızsa, iki il öncə Avropa Birliyi, Hindistan, ABŞ və Səudiyyə Ərəbistanı belə bir saziş imzalamışdılar ki, Ərəbistan dənizindən Hindistan-Yaxın Şərq-Avropa dəhlizi keçiriləcək və bunun ardınca “HƏMAS”-İsrail savaşı başladı. Məlum məsələdir ki, həmin savaşla o memorandumun imzalanması arasında birbaşa əlaqə var idi...

Çin adətən dənizlərə yol axtarır. Çünki dənizlər daşımalar baxımından daha təhlükəsizdir. Və ümumiyyətlə, yalnız Çin deyil, bu gün biz baxsaq, görərik ki, istər ABŞ-ın Panama kanalı iddiası, istər Qrenlandiya iddiası – hamısı məhz dəniz daşımalarına üstünlük verilməsilə əlaqəlidir. Amerika ilə Çin arasında Cənubi Çin dənizi yolları uğrunda yarışma, yaxud mübarizə də- bunlar hamısı göstərir ki, dənizlərə üstünlük verilir. Və bu da təbiidir, dəniz daşımaları həm daha az təhlükəli, həm də daha ucuz başa gələndir. Bu mənada əgər Çin-Avropa yolu Mərkəzi Asiya-İran üzərindən çəkilərsə, bu halda Orta Dəhlizin rolu xeylu dərəcədə azalır. Üstəlik də, bütün bu prosesin iştirakçıları bir şeyi də yaxşı anlayır ki, Azərbaycan-Ermənistan sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və bundan başqa onun bir parçası kimi Zəngəzur dəhlizinin açılması da ləngiyəcəkdir. Düzdü, Orta Dəhliz Gürcüstan üzərindən də keçə bilər. Amma burada Rusiya faktoru var. Çünki Rusiya bütün bu yolların onun nəzarəti, onun iradəsindən kənar keçməsini heç cür qəbul etmək fikrində deyil. Və çox güman ki, məhz bu səbəbdən Orta Dəhliz üzərindəki mübahisələr davam etməkdədir...

Böyük Britaniyanın Zəngəzur dəhlizinin açılmasını istəyib-istəməməsinə gəlincə, bunu söyləmək bir qədər çətindir. Ona görə ki, Şərq-Qərb yolunun açılmasında Böyük Britaniyadan daha çox Avropa Birliyi maraqlıdır. Böyük Britaniyanın Ermənistandakı səfirinin tarixi Zəngəzur ərazisinə gəlişi isə, hesab edirəm ki, birbaşa Orta Dəhliz- Zəngəzur dəhlizi məsələsi ilə bağlı deyil. Bilirik ki, Cənubi Qafqaza təsir uğrunda mübarizə aparan bütün qlobal güclər özlərini məhz Zəngəzurda göstərməyə çalışır. Və Zəngəzur da hal-hazırda Cənubi Qafqazda ən ciddi əhəmiyyət kəsb edən açar nöqtədir. Diqqət edirsizsə, son dövrdə İran da, Amerika da Zəngəzurda təlimlər keçir. Türkiyə ilə Ermənistan arasında Zəngəzur yoluyla bağlı danışıqlar gedir. Və s. Ancaq Cənubi Qafqazda Rusiya faktoru var. Hesab edirəm ki, məhz bu faktora görə Orta Dəhlizin əhəmiyyəti önə çəkilmir. Çünki Rusiya istənilən halda həmin layihəyə mane ola bilər. Yəni burada hər şey qeyri-müəyyəndir. Ona görə də Zəngəzur dəhlizi haqda birmənalı fikir söyləmək çox çətindir...”
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır

Dünyapress TV

Xəbər lenti