ABŞ rəsmisi: Putin “elementar sağlam düşüncəyə meydan oxuyur”
Bazar ertəsi Birləşmiş Ştatlar ötən həftə sonu İsveçrədə keçirilmiş sammiti “Ukraynada ədalətli sülh yolunda mühüm mərhələ” kimi alqışlayıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukraynada sülhün prinsipial çərçivələrini müzakirə etmək üçün İsveçrədə Ukrayna prezidenti Zelenskiyə və 90-dan çox ölkənin liderlərinə və nümayəndələrinə qoşulub.

“İştirakçılar Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqlədilər. Onlar qlobal ərzaq təhlükəsizliyi, nüvə təhlükəsizliyi və müharibənin fəlakətli humanitar nəticələrinin aradan qaldırılması sahəsində mühüm əhəmiyyətli əməkdaşlığı müzakirə etdilər”, – Dövlət Departamentinin nümayəndəsi Metyu Miller gündəlik brifinqdə bildirib.

Lakin o əlavə edib ki, Moskvada Putinin başqa mesajı olub: danışıqlar başlamazdan əvvəl Ukraynanı Rusiyanın hazırda işğal etdiyi ərazilərdən daha çox suveren ərazidən imtina etməyə çağıran daha bir maksimalist bəyanat.

“Prezident Putin tələb edib ki, Ukrayna tərksilaha razı olsun, Rusiyanın gələcək təcavüzünə qarşı həssas olsun. Heç bir məsuliyyətli millət bunun sülh üçün ağlabatan əsas olduğunu söyləyə bilməz. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə meydan oxumaqdır. Bu, əxlaqın təməllərinə meydan oxumaqdır”, – Dövlət Departamentinin nümayəndəsi deyib.

“Aydındır ki, Rusiya hər hansı ciddi, vicdanlı müzakirələrə hazır deyil. Rusiyanın hərəkətləri bunu xüsusilə aydın göstərir ki, o, Ukraynanın mühüm infrastrukturunu bombalamağa, Qara dənizdəki gəmiləri təhdid etməyə və on minlərlə ukraynalı uşağı zorla köçürməyə davam edir”, – Miller əlavə edib.

ABŞ-a gəlincə, Miller deyib ki, bu həftə sonu sammit zamanı Ukraynanın etdiyi kimi sülh üçün birlikdə çalışacaqlar. “Biz həqiqətən ədalətli və davamlı sülh üçün şərait yaratmaqdan ötrü Ukrayna, onun tərəfdaşları və dünya birliyilə işləməyə davam edəcəyik”.

Turan-ın müxbirinin sammitin yekun kommünikesini imzalamayan Braziliya, Səudiyyə ərəbistanı və digərləri kimi bəzi iştirakçı ölkələr haqqında sualına cavabda Miller hər hansı tənqiddən çəkinərək deyib ki, “hər bir ölkə özü üçün danışmalıdır və hər bir ölkə özü qərar verməlidir”.

“Ancaq Ukraynanın əldə etdiyi dəstəyə baxsanız görərsiniz ki, bu sülh sammitində 90-dan çox ölkə iştirak edib. 80-dən çox ölkə və beynəlxalq təşkilat yekun kommünikeyə imza atıb. Hesab edirik ki, bu rəqəmlərin hər ikisi Ukraynaya və təkcə sülhə yox, ədalətli və davamlı sülhə çox əhəmiyyətli dəstəkdir ki, biz həmişə bunu açıq şəkildə bəyan etmişik”, – mətbuat katibi deyib.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

Dünyapress TV

Xəbər lenti