Ardını oxu...
Əsas fəaliyyəti Azərbaycanda agentura şəbəkəsini formalaşdırmaq və onları maliyyələşdirmək olan USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) bunu müxtəlif yollarla edir. USAİD öz agentura şəbəkəsini pulsuz qoymamaq üçün min cür hiyləyə əl atır. Belə hiylələrdən biri də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) adı altında gizlənmək və agentura şəbəkəsini bu yolla “yemləmək”dir.

Demokrat.az bu mövzudakı araşdırma yazısında iddia edir ki, ÜST-nin Bakı ofisinin Azərbaycanın dövlət strukturları ilə həyata keçirdiyi layihələrin əsas maliyyə təminatçısı USAİD-dir. Deməli, USAİD ÜST-nin Bakı ofisi vasitəsilə müxtəlif dövlət orqanlarına soxulur və bu yolla vəsaitləri leqallaşdırıb ABŞ-ın Azərbaycandakı şəbəkəsini maliyyələşdirir. “Əslində ÜST-nin Bakı ofisinin Azərbaycanda həyata keçirdiyi layihələrin səmərəliliyi də sual yaradır. Məlumdur ki, hər yerdə olduğu kimi, Azərbaycanın dövlət orqanlarında da ÜST-ninn Bakı ofisi kimi yüksək maliyyə tutumu olan xarici və beynəlxalq təşkilatlarla birgə layihələrin gerçəkləşdirilməsində, qrantların alınmasında maraqlı olan məmurlar var”, - deyə yazıda bildirilir.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov USAİD-in ölkəmizdə fəaliyyət göstərməsinə heç bir əsasın qalmadığını bildirdi: “Böyük güclər dünyanın heç bir yerində, heç kimə təmənnasız yardım göstərmirlər. Biz bunu birdəfəlik başa düşməliyik. Ümumi büdcəsi 27 milyard dollardan çox olan USAİD-in rəsmi nizamnaməsində onun ABŞ-ın zəif inkişaf etmiş ölkələrdə uzunmüddətli sosial-iqtisadi inkişafa yönəldən yardımlarının reallaşdırılması kimi vəzifələri yerinə yetirməli olduğu qeyd olunur. USAİD-in rəhbərinin ermənipərəst mövqeyi və Azərbaycana qarşı qərəzli mövqeyi bizi məyus edir. Belə bir mövqedə olan, Ermənistanla Azərbaycan arasında yaranmış hərbi münaqişə zamanı erməni vəhşiliyinin üzərindən sükutla keçən bir təşkilatın Azərbaycanda yeri yoxdur. Bəli, müstəqilliyimizin ilk illərində, dağılmış iqtisadiyyat və acınacaqlı maliyyə durumu şəraitində bizə yardım etmək istəyən tərəflərin təkliflərini rədd edə bilməzdik. Lakin USAİD-in başında dayanan ermənipərəst birinin Azərbaycana qarşı sərgilədiyi düşmənçilik mövqeyi ortadadırsa, bu təşkilatın ölkəmizdə yeri yoxdur.

Azərbaycan qanunlarının tələblərinə hörmət göstərmədən Azərbaycan ərazisində necə fəaliyyət göstərmək olar? Müxtəlif yollarla, hətta dövlət qurumları vasitəsilə bu işi görmək cəhdləri isə sadəcə, cinayət tərkibli fəaliyyətdir. Bu gün Azərbaycan yetərincə güclü bir dövlətdir. Onun maraqları dövlətin aidiyyəti strukturları tərəfindən yüksək səviyyədə qorunur. Kiminsə, hansısa bir yolla ölkədə qarışıqlıq yaratmaq cəhdi illüziyadan başqa heç nə ola bilməz. Bu yolu tutanlar bütün bunları yaxşı anlamalıdırlar. Bu yolda dövlətinə xəyanət etmək seçimi edənlər isə ən ağır cəzaya layiq olacaqlarını göz önünə almalıdırlar".

Beynəlxalq əlaqələr üzrə ekspert Şəhla Cəlilzadə belə təşkilatlar barədə maraqlı bir araşdırma aparıb: “ABŞ-ın dünyaya demokratiya ixracı bənzər ssenari ilə baş tutur və bənzər nəticələr doğurur. Xüsusilə Vyetnam, Əfqanıstan, İraq, Suriya, Yəmən, Gürcüstan, Ukrayna və s. ölkələr misal göstərilə bilər ki, öncə burada hakimiyyətə müxalif qüvvələr ABŞ-ın maliyyə-hərbi yardımı ilə dəstəklənir, daha sonra onlardan çevriliş üçün istifadə olunur. Gürcüstan və Ukraynada bu çevriliş daha sivil yolla, QHT-lər və medianın vasitəçiliyi ilə, yəni sivil vətəndaş cəmiyyətinin iştirakı ilə həyata keçirilməyə çalışılsa da, nəticədə yenə qanlı savaş oldu. Çünki bu çevriliş, sadəcə, bir ölkə ilə bağlı hadisə deyil, regional, hətta daha qlobal mənzərəyə baxsaq görərik ki, dünya nizamı ilə əlaqədar bir hadisədir. Təsadüfi deyil ki, xüsusilə Afrika ölkələrində ABŞ-ın bu cür müdaxiləsi və beynəlxalq QHT-lərin fəaliyyəti "Troya atı"na bənzədilməkdə, xarici qüvvələrin yardım adı ilə gələn “neokolonial istila mexanizmi” olduğu iddia edilməkdədir. Burada ABŞ-ın maliyyə yardımını maskalamaq üçün müxtəlif təşkilat strukturlarından istifadə olunur. Məsələn, başda ABŞ-ın maliyyə mərkəzləri dursa da, alt qatlarda CİA, USAİD, NED-NDI kimi quruluşlar, onların altında müxtəlif beynəlxalq təşkilatlar, məsələn, FİNCA, ÜST, onların altında isə yerlərdəki siyasi partiyalar, ticarət palataları, iqtisadi təsisatlar, tələbə birlikləri və s. sivil təşkilatlar yer almaqdadır. Məsələn, ABŞ-ın Meyvə Şirkətləri İttifaqının maraqlarını milliləşdirmə ilə təhdid etdiyi üçün Qvatemala prezidenti Jacobo Arbez 1954-cü ildə CİA tərəfindən devrilmiş, 1953-də nefti milliləşdirməyə çalışdığı üçün İran baş naziri Müsəddiq, ABŞ siyasətinə qarşı ideoloji xətt tutduğu üçün 1964-cü ildə Braziliya prezidenti Joao Coulart, 1973-də Çili prezidenti Salvador Allende, 1996-da sovet düşüncəli Rumıniya prezidenti İon İliesku devrilmişdi. Hətta 1980-ci illərdə fransız prezidenti Fransua Mitterandın sol sosialist hökumətinin qərarlarını boykot etmək və dəyişə bilmək məqsədilə USAİD, NED-NDI alt qatında yer alan İRİ xətti ilə Fransada AFL-CİO Azad Ticarət Birliyi İnstitutuna 1,5 milyon dollar qrant ayıraraq sağ-ekstremist qrupları dəstəkləmiş və ölkədə sabitliyi təhdid etməyi bacarmışdı. Ümumiyyətlə, USAİD-in yaradıldığı 1961-ci ildən sonra devrimlərdə birbaşa olaraq USAİD-in maliyyə dəstəyini əldə edən yerli sivil təşkilatlardan istifadə olunmağa başlanıb. Məsələn, Qırğızıstanda USAİD-in maliyyə dəstəyi ilə FİNCA ilk dəfə 1995-ci ildə öz layihəsini keçirməyə başlamışsa da, bu məhz 2005-ci ildə birinci, 2010-cu ildə ikinci Lalə inqilabı adını alan hadisələrlə nəticələnmişdi. 2009-da isə Qırğızıstan MDB üzvlüyünü tərk etmişdi. Təsadüfi deyil ki, bu proses Qırğızıstan üçün ağrısız keçməmiş, xüsusilə Rusiyanın iqtisadi təzyiqləri, həmçinin “Mərkəzi Asiyanın Dağlıq Qarabağı” hesab edilən Fərqanə vadisində Qırğızıstanın qonşu dövlətlər, xüsusilə Tacikistan ərazisindən dini-radikal hücumlara məruz qalması və buna cavab olaraq ABŞ-ın Qırğızıstanın Fərqanə ərazisində antirerror təlim mərkəzi açması ilə müşayiət olunmuşdu. Beləliklə, mini-Maydan hərəkatı modeli təcrübədən keçmiş, lakin Qırğız siyasi hakim elitası xalqını qırğına verməyəcək qədər ağıllı davranaraq bölgədə xarici təsirləri neytallaşdırmağı bacarmış, artıq 2013-cü ildə Qırğızıstan MDB sədrliyini edirdi. Beləliklə, açıq şəkildə bəyan etmək olar ki, USAİD-in Bakı ofisinin məqsədləri və vəzifələri də xalqın müxtəlif sosial problemlərini qabardaraq siyasi hərəkətlənməyə nail olmaqdır. Bu şəbəkənin fəaliyyətini məhdudlaşdırmaq üçün dövlət tərəfindən müxtəlif addımlar atılsa da, qara dəliklər tapılaraq, ölkə daxilinə qeyri-qanuni şəkildə ABŞ-ın müvafiq maliyyə axını təşkil edilir.

Öncə Gürcüstan yolu, daha sonra QHT-lərin və medianın maliyyələşdirilməsi, hazırda ÜST-nin Bakı ofisinin vasitəçiliyi ilə dövlət qurumlarına sızma qeyd oluna bilər. Bu qeyri-qanuni fəaliyyətdə vasitəçi fiqurlar dövlət tərəfindən deşifrə edilərək həbs olunanda belə, bunu “rejimin qeyri-qanuni davranışları”, “sivil vətəndaş cəmiyyətinin sıxışdırılması” adı ilə ictimai qınaq, ictimai tənqid mövzusuna çevirməyə, cəmiyyətdə siyasi hərəkətlənmə yaratmağa çalışırlar. Lakin dövlət ağlı bütün bunları görür və dərk edir. Odur ki, bu qruplar cəmiyyəti parçalayaraq, milli maraqları tapdayaraq qlobal maraqları bölgədə diktə etmək məqsədlərinə nail olmayacaqlar".

Mənbə: “Yeni Müsavat”

Ardını oxu...


Ermənistanın beynəlxalq himayədarları nə etsələr də, bəşəri cinayətlərin əbədi olaraq, gizli qalması mümkün deyil, çünki onları törədən cinayətkarların da, ssenari müəlliflərinin də kimliyi əvvəl-axır ifşa edilir... Erməni separatçı-terrorçular, hələlik gizli qalan bəzi həqiqətləri etiraf etdikcə, Azərbaycana qarşı bəşəri cinayətlərin arxasındakı hər kəsin, o cümlədən, beynəlxalq "sülh göyərçinləri"nin də "maskaları" düşəcək...
Cənubi Qafqaz öz tarixinin ən taleyüklü dövrünə qədəm qoyub. Bu mərhələ Cənubi Qafqazın hansı istiqamətdə inkişaf edəcəyinə böyük ölçüdə aydınlıq gətirilə bilər. Hələlik ən ciddi problemlərdən biri məhz bu regiona birbaşa aidiyyatı və ya geopolitik bağlılığı olmayan beynəlxalq siyasi iradə mərkəzlərinin özəl maraqlarından qaynaqlanır. Çünki həmin beynəlxalq güclər öz hədəflərini reallaşdırmaq üçün regional sülh prosesinə kobud müdaxilə etməkdə israrlı davranırlar. Və bu, artıq çoxdan pozitiv nəticələr ilə yekunlaşmalı olan sülh prosesini ləngidərək, əngəlləyir.

Maraqlıdır ki, son vaxtlar bu istiqamətdə bəzi müəmmalı məqamlar ortaya çıxmağa başlayıb. Belə ki, "Qarabağ münaqişəsi"ndə iştirak etmiş bəzi ermənilər açıqlamalarında bilərəkdən və ya bilməyərəkdən vaxtilə baş vermiş hadisələrin səbəblərini gündəmə gətirməkdədirlər. Xüsusilə də, hərbi cinayətkar Samvel Babayanın Ermənistan mətbuatına verdiyi açıqlama böyük əhəmiyyət daşıyır. Və onun sensasion sayıla biləcək son iddialarına Rusiya siyasi dairələrinin verəcəyi reaksiya maraq doğurur.

Ardını oxu...


Məsələ ondadır ki, Samvel Babayan əvvəlcə Qarabağın Paşinyan hakimiyyəti tərəfindən Azərbaycana "təhvil verildiyini" iddia edib. Halbuki, Qarabağda erməni separatizminin və terrorizminin "boz zona"sı məhz Azərbaycan ordusunun antiterror əməliyyatı sayəsində ləğv olunub. Ancaq Samvel Babayan iddia edib ki, Azərbaycan ordusunun antiterror əməliyyatı ərəfəsində Xankəndi və ətraf bölgədəki erməni separatçıların rəhbərləri Paşinyan hakimiyyəti ilə əlaqə saxlayıb.

Əsas maraqlı məqam da elə bununla bağlıdır. Belə ki, Samvel Babayanın iddiasına görə, Ermənistan baş naziri Nikol Paşinyan erməni separatçı-terrorçulara rəsmi Bakı ilə danışıqlar aparmağı, Azərbaycanın tələblərini qəbul etməyi tapşırıb. Ancaq erməni separatçı-terrorçular bu tapşırığa əməl etməyiblər.

Əksinə, rəsmi Bakının hövsələdən çıxarıb, səbrini tükədən addımlar atmağa üstünlük veriblər. Samvel Babayan bunun səbəbini Rusiyanın təsiri altında olan erməni separatçı-terrorçulara Kremldən "təslim olmayın, müqavimət göstərin" təlimatının verilməsi ilə izah edib. Onun fikrincə, Kremlin təlimatlarının icra edilməsi rəsmi Bakının Qaradağda antiterror əməliyyatlarına qərar verməsi ilə nəticələnib.

Göründüyü kimi, hərbi cinayətkar dolayısı ilə Rusiyanın Azərbaycanın dinc yolla, dialoq formatında öz ərazi bütövlüyünü bərpa etməsinə əngəl törətdiyinə eyham vurur. Böyük ehtimalla Kreml erməni separatçı-terrorçuların rəsmi Bakının şərtlərini qəbul edəcəyi təqdirdə, rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasının qaçılmaz olacağına əmin olub. Ona görə də, Rusiyanın geopolitik maraqlarını təmin etmək üçün rəsmi Bakının irəli sürdüyü dinc dialoq modelinə əngəl törədib. Və bununla da, Azərbaycanı daha sərt varianta əl atmaq məcburiyyətində buraxıb.

Ardını oxu...


Ümumiyyətlə, mövcud örnəkləri nəzərə alaraq, düşünmək olar ki, ermənilər danışdlqca hələ çox müəmmalı məqamların və sirlərin üstü açılacaq. Hətta tamamilə mümkündür ki, həm beynəlxalq, həm də regional səviyyədə bəzi "sülh göyərçinləri"nin maskaları düşəcək, onların əsl siması üzə çıxacaq. Xüsusilə də, bu baxımdan, Azərbaycan məhkəmələri qarşısında cavab verməli olacaq erməni hərbi cinayətkarların hazırda davam edən istintaq prosesindəki ifadələri ortaya çıxdıqca bir çoxları üçün ciddi problemlər yarana biləcəyi qətiyyən istisna deyil.

Hər halda, uzun müddət erməni separatçı-terrorçulara rəhbərlik etmiş Araik Arutyunyanın dedikləri böyük qalmaqal yarada biləcək məzmun daşıyır. Üstəlik, bu, hələ yalnız başlanğıcdır, əsl reallıq isə tezliklə ortaya çıxmağa başlayacaq. Araik Arutyunyanın Azərbaycan vətəndaşlığını qəbul etmək niyyətində olduğunu bildirilir. Onun hətta hazırda Ermənistanda yaşayan üç qızı da daxil olmaqla, ailəsini Azərbaycana gətirmək istədiyi də vurğulanır. Və bunun əsas səbəbi isə böyük ehtimalla onun istintaqa vermiş olduğu ifadələrlə bağlı ola bilər.

Məsələ ondadır ki, həmin ifadələrdən sonra Ermənistanda Araik Arutyunyanın ailəsinin təhlükəsizliyi ciddi problemlərə yol aça bilər. Çünki Araik Arutyunyan Gəncə və Azərbaycanın digər şəhərlərindəki mülki obyektlərə raket zərbəsi endirilməsi barədə əmr vermədiyini bildirib. Halbuki, yüzlərlə mülki Azərbaycan vətəndaşının həlak olmasına səbəb olmuş həmin raket zərbələrinin ardınca Araik Arutyunyan Xankəndidə efirə çıxaraq, şəxsən özünün əmr verdiyini bəyan etmişdi.

İndi isə Araik Arutyunyan Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun hərbi hissələrinə 44 günlük savaş dövründə hər hansı əmr vermək səlahiyyətinin olmadığını qabartdır. Onun sözlərinə görə, həmin erməni silahlı dəstələr birbaşa Ermənistan Müdafiə Nazirliyi tərəfindən idarə olunurdu.

Ardını oxu...


Araik Arutyunyan bildirib ki, Azərbaycan şəhərlərinə raket zərbəsi barədə əmr şəxsən Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən verilib. Ancaq sonradan baş nazir Nikol Paşinyan özünün və Ermənistanın bu hərbi cinayətlə bağlı məsuliyyətdən yayındılması üçün Araik Arutyunyana əmrin onun tərəfindən verildiyinin açıq şəkildə bəyan olunmasını tapşırıb. Və bu, bəşəri cinayət olmaqla yanaşı, beynəlxalq məkanda siyasi qalmaqal yarada biləcək bir iddiadır.

Məsələ ondadır ki, ABŞ və Qərb Ermənistan baş naziri Nikol Paşinyanın sülhpərvər imicini yaratmağa çalışır. Onun regional sülh prosesinə sadiq olduğunu iddia edərək, erməni baş nazir üçün beynəlxalq piar kampaniyası aparır. Hətta sülh sazişinə imza atacağı təqdirdə, baş nazir Nikol Paşinyana Nobel mükafatının verilə biləcəyi də iddia olunur. Yəni, Azərbaycan şəhərlərinə raket zərbəsi endirmək barədə əmr vermiş, yüzlərlə dinc sakinin qətlə yetirilməsi ilə nəticələnən bəşəri hərbi cinayəti törətmiş bir erməni baş nazirin "sülh göyərçini" kimi təqdim edilməsi Qərbin riyakarlığından başqa bir şey deyil.

Ancaq ABŞ və Qərb nə etsə də, belə cinayətlər əbədi olaraq, gizli qalmır. Cinayətlər də, onları törədən cinayətkarların kimliyi də əvvəl-axır ifşa edilir. Böyük ehtimalla yaxın vaxtlarda erməni separatçı-terrorçular əsl həqiqətləri etiraf etdikcə, Azərbaycana qarşı bəşəri cinayətlərin törədilməsinin arxasında duran hər kəsin, o cümlədən də, beynəlxalq riyakarlararın maskası yox olacaq, onların siyahısı da ortaya çıxmış olacaq. "Qarabağ sirləri" açıldıqca, beynəlxalq məkanda bəziləri üçün böyük problemlər, qalmaqallı ittihamlar qaçılmaz x
Ardını oxu...
Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində Ruben Vardanyanın istintaqından danışıb.

Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı deyib: "TV Müsavata məlum olub ki, Azərbaycan istintaq orqanları separatçı lider Ruben Vardanyanın sorğuları və digər araşdırmalar zamanı onun əlaqələrini ifşa edib. Onlardan biri də amerikalı nüfuzlu siyasətçi Samanta Paueldir".

Ətraflı videoda:

 
Ardını oxu...
Qazax yaxınlığında Azərbaycan-Ermənistan şərti sərhədində hər iki ölkənin Baş nazir müavinləri - Şahin Mustafayevlə Mqer Qriqoryan arasında növbəti görüş baş tutub.

Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşündə delimitasiya məsələlərinin müzakirəsi davam etdirilib, bir sıra təşkilati və prosedur məsələlər nəzərdən keçirilib.

Komissiyanın növbəti iclasının Qazax yaxınlığında keçirilməsi heç də təsadüfi deyil.

Azərbaycanın səkkiz kəndi hələ də işğal altındadır. Ermənistanın atdığı qeyri-adekvat addımlar isə tərəflər arasında sülh danışıqlarını yubadır.

Bəs görəsən, 2023-cü ilin bitməsinə sayılı günlər qaldığı dövrdə reallaşan bu görüşün hər hansı əhəmiyyəti olacaqmı?
Millət vəkili Sahib Alıyev bildirib ki, delimitasiya məhz danışıq keçirilən kəndin - Balacəfərlinin bir neçə kilometrliyində erməni işğalı altında olan Qazaxın 7 kəndindən başlasaydı, bu danışıqlarda irəliləyiş ola bilərdi:

“Ermənistan buna gedəcəkmi? Fikirləşirəm ki, yox. Amma bir məsələni xüsusi vurğulamaq istəyirəm. Azərbaycan necə öz torpaqlarını azad etdisə, bu regionda sülhü də təmin edəcək. İndiyədək atılan addımlarda Azərbaycanın məcburetmə mexanizmi işə düşüb. Yenə də mənə elə gəlir ki, qarşı tərəf üçün ayıldıcı hər hansısa bir addım atılandan sonra onlar başa düşəcəklər ki, bu cür sülh anlaşması hər bir tərəf üçün maraqlıdır”.

Qeyd edək ki, tərəflər Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib, komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər. Həmçinin növbəti görüşün keçirilməsinin tarixi və yeri barədə razılaşıblar.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
KTMT-yə üzv ölkələrinin nümayəndələrinin işçi görüşü olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Skopyedə keçirilən ATƏT iclası çərçivəsində baş tutub.

Tərəflər ATƏT-in gündəliyində duran əsas məsələlərə yanaşmalarını korreksiya edib və digər beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan ölkəsinin bu görüşdə iştirak etmədiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri KTMT sammitində iştirak etməkdən imtina etmişdi.
 
 
 
Ardını oxu...
44 günlük 2020-ci il Vətən müharibəsindəki qələbə xalqımız üçün təkcə Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi ilə bağlı sevinc və qürur hissi deyil, həm də Ermənistan tərəfindən həyata keçirilən şəhər və kəndlərimizin fəlakətli dağıntılarının miqyasından şoka düşdü. Azad edilmiş Qarabağa səfər edən beynəlxalq ekspertlər gördükləri mənzərədən şoka düşərək baş verənləri “urbisid” termini adlandırıblar ki, bunun da Ermənistanın Azərbaycanlıların Qarabağda qalmasının bütün izlərini, o cümlədən bütün şəhərlərin məhv edilməsini silməyə çalışdığı manik sistemliliyi tam əks etdirməsi mümkün deyil.

“Report” xəbər verir ki, hazırda Azərbaycanın postmüharibə inkişafının strateji istiqaməti “Böyük Qayıdış” proqramıdır və işğaldan azad edilmiş ərazilərin bərpası üzrə dərindən düşünülmüş iş olmadan həyata keçirilməsi mümkün deyil – özü də təkcə sıfırdan yox, hətta”-1 “-dən.

Bu çətin şəraitdə Azərbaycan minlərlə kvadrat kilometr ərazinin yenidən qurulması kimi genişmiqyaslı vəzifə ilə praktiki olaraq təkbaşına qaldığı bir vaxtda Prezident İlham Əliyev BMT-nin müvafiq qurumu ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi kursunu müəyyən etdi: Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (BMT -Habitat). Bakı və UN-Habitat haqqında həqiqətən də müzakirə ediləcək bir şey var idi: dünyanın heç bir yerində ölkəmizdəki qədər genişmiqyaslı bərpa işləri aparılmır.

2022-ci ilin iyun ayında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Maimunah Mohd Şərif işğaldan azad edilmiş əraziləri ziyarət edən BMT Agentliyinin ilk rəhbəri oldu. O, ermənilərin dağıtdığı Azərbaycan şəhər və kəndlərini yenidən yaratmaq üçün resurs tələb edən və son dərəcə mürəkkəb vəzifənin miqyası ilə şəxsən yerindəcə tanış ola bilib.

Azərbaycan ilə UN-Habitat arasında əlaqələr intensivləşdikcə, ölkəmizin rəhbərliyi 2026-cı ildə Ümumdünya Şəhər Forumuna (WUF13) ev sahibliyi etmək üçün ölkəmizin Bakı şəhərinin namizədliyini irəli sürməsinə qərar verdi. Arayış: BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qətnaməsinə əsasən, bu Forum iki ildən bir dünyanın şəhərsalma sahəsində ən nüfuzlu və genişmiqyaslı iştiraklı şəhərlərindən birində keçirilir. Yəni, söhbət urbanizasiya və şəhər inkişafının öyrənilməsi üçün ən böyük platformadan gedir.

Beləliklə, belə bir şərəfli tədbirə ev sahibliyi etmək hüququ uğrunda mübarizədə dünyanın qabaqcıl ölkələrindən ondan çox şəhərin toqquşması təəccüblü deyil. Prezidentin qarşıya qoyduğu məqsəd - WUF13-ə ev sahibliyi etmək hüququ uğrunda yarışda qalib gəlmək asan məsələ deyildi. Amma Azərbaycan dövləti bir daha sübut etdi ki, o, qarşısına qoyduğu məqsədlərə, hətta ən iddialılarına belə nail ola bilər.

Belə ki, bu gün Keniyada keçirilən BMT-Habitat-ın İcraiyyə Şurasının 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhər Forumunun (WUF13) 2026-cı ildə Bakıda keçiriləcəyi açıqlanıb. Üstəlik, diplomatik dairələrdən əldə etdiyimiz məlumata görə, Fransa başda olmaqla bir sıra Qərb dövlətləri Azərbaycanın namizədliyinə qarşı güclü əks-kampaniyaya başlayıblar. Bütün beynəlxalq məkanlarda bizi zəhlətökən ağcaqanad kimi müşayiət edən ənənəvi fransız çirkli hiylələrindən hara getmək olar? Sonda Paris “Azərbaycandan başqa hər kəsin” qalib gələcəyini təmin etməyə çalışdı, lakin WUF13 üçün Bakı müraciətinin dərin səviyyədə hazırlanması və ölkəmizin tərəfdaşlarla apardığı iş fransızların bu israrlı cəhdlərini “yox” səviyyəsinə endirdi.

Əminliklə demək olar ki, Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumu Cənubi Qafqazda ən böyük tədbirlərdən birinə çevriləcək. Tədbir çərçivəsində həm Azərbaycandan, həm də xarici ölkələrdən maraqlı tərəflər - dövlət rəsmiləri, QHT-lər, bu sahədə çalışan mütəxəssis və ekspertlər, özəl sektorun nümayəndələri bir araya gələcək, fikir mübadiləsi aparacaq, yeni bilik və təcrübə mübadiləsi imkanı əldə edəcəklər. Əminik ki, 2026-cı ildə Azərbaycan öz nailiyyətləri ilə xarici qonaqları heyran edə biləcək - axı o vaxta qədər 140 minə yaxın vətəndaşın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılır.

Qeyd edək ki, ötən il Polşanın Katovitse şəhərində 17 min insanın iştirakı ilə “Şəhərlərimizi daha yaxşı gələcək üçün dəyişdiririk” mövzusunda Ümumdünya Şəhər Forumu (WUF11) keçirilib. Forum əvvəllər müxtəlif illərdə Barselona, ​​Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilib və bir tədbirə 23 minə qədər iştirakçı cəlb edilib. Növbəti Forum (WUF12) 4-8 noyabr 2024-cü il tarixlərində Misirin paytaxtı Qahirədə keçiriləcək.
Xatırladaq ki, Dünya Şəhər Forumu aşağıdakı məqsədlərə xidmət edir:

- maraqlı tərəflər və qruplar, o cümlədən geniş ictimaiyyət arasında davamlı urbanizasiya haqqında məlumatlılığın artırılması;

- bütün maraqlı tərəflərin iştirakı ilə açıq müzakirələr keçirmək, öyrənilmiş bilikləri, ən yaxşı təcrübələri və ən yaxşı strategiyaları bölüşməklə davamlı şəhər inkişafı haqqında kollektiv bilikləri təkmilləşdirmək;

- davamlı urbanizasiyanın təşviqi və həyata keçirilməsi məqsədilə müxtəlif maraqlı tərəflər və əhali qrupları arasında koordinasiya və əməkdaşlığı gücləndirmək;

- Çoxtərəfli təşkilatların və maraqlı tərəflərin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dair hesabata daxil edilməsi üçün platforma.

Bu mühüm tədbirin 2026-cı ildə Bakıda keçirilməsi şəhərsalma sahəsində dərin islahatlar, ölkədə uğurla həyata keçirilən irimiqyaslı layihələr, eləcə də Azərbaycanın bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində əldə edilmiş beynəlxalq nüfuzun ən yüksək səviyyəsinin daha bir parlaq nümunəsidir.
Ardını oxu...
 
Ardını oxu...
Rusiya lideri Putini Aİ liderlərinin dekabr sammitindən sonra maraqlı sürpriz gözləyir.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynanın NATO-ya qəbulu ilə bağlı danışıqlar dekabr sammitindən sonrakı görüşə -marta qədər təxirə salınacaq.
Avropa Komissiyasının yazda rəsmi Kiyevin üzvlüyə namizədliyi ilə bağlı məruzəsinə hazırlıq gedir. Dekabr sammiti isə klassik kompromiss vədləri ilə bitəcək. Beləliklə, Putin Brüsseldən bundan yaxşı Yeni il hədiyyəsi gözləyə bilməz.
Gələn il həm Avropa, həm ABŞ-da seçkilər olacaq, bunlar Rusiya üçün Ukrayna məsələsində vacib məqamlardır. Kiyev isə kompromisdən ağrılı məyusluq keçirə bilər.
Qərb mətbuatı son 2 ayda ABŞ və Avropanın Ukrayna müharibəsindən yorulması barədə yazılar yazır.
 
Ardını oxu...
Ermənistan rəhbərliyi azərbaycanlıların ölkəyə qayıtmalarına hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Tatevik Ayrapetyan deyib.
“Nikol Paşinyanın göstərişi ilə komanda yoldaşları artıq Qərbi Azərbaycan konsepsiyasının təqdimatına keçiblər. Qulağımıza pıçıldamağa başlayıblar ki, nə vaxtsa azərbaycanlılar qayıdacaqlar, bu normaldır”, - ekspert bildirib.
Ayrapetyanın iddiasına görə, Ermənistan rəhbərliyinin bu siyasəti onun gözlədiyindən də sürətlə həyata keçirilir.
 
Ardını oxu...
Nikol Paşinyanın səkkiz saatlıq mətbuat konfransı vaxt itkisi idi, çünki imic formalaşdırmaq baxımından hökumət başçısına heç nə vermədi.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Badalyan Baş nazir Nikol Paşinyanın 24 noyabrda diaspor və yerli fəallar üçün keçirdiyi mətbuat konfransı haqda qeyd edib.

“Paşinyan oxşar mətbuat konfransları keçirən Putini yamsılamağa çalışdı. Putinə hazırlanmış suallar da verilir, lakin onlara cavab verməklə Rusiya prezidenti hansı problemi həll etdiyini bilir. Paşinyanın məsələsində belə bir anlayış yox idi, sadəcə olaraq, Baş naziri qəzəbləndirməmək üçün belə sualları seçmişdilər”, - ekspert qeyd edib.

Badalyan vurğulayıb ki, hakim partiyanın reytinqi düşsə də, yenə də rəqiblərinin reytinqindən yüksəkdir və əsas problem də budur:

“Amma bu, Ermənistan hakimiyyətinin formalaşmasında əsas amil deyil”.
 

Dünyapress TV

Xəbər lenti