Ardını oxu...
Ukraynalılara kömək etməsək, Rusiya qalib gələcək. Konqres cəld hərəkətə keçməlidir.

Bu sözləri ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton mediaya açıqlamasında deyib.

O bildirib ki, hazırda diqqət Qəzzadakı müharibəyə yönəldiyi üçün amerikalılar Ukrayna savaşını “unuda bilər”:

“Nümayəndələr Palatası və Senat Baydenə daha çox təzyiq göstərməlidirlər ki, onlar təkcə Ukraynanın uduzmasının qarşısını almaq deyil, həm də Ukraynanın necə qalib gələ biləcəyini anlamaq üçün qalibiyyət strategiyası hazırlasınlar”.

Bolton bildirib ki, Rusiyanın diplomatik qələbəsi, Ukraynanın şərqində işğal etdiyi torpaqları saxlamaqla bağlı narahatlıq artıb./Axar.az
Mənbə: yenisabah.az
 
Ardını oxu...
Koreya yarımadasında toqquşmalar və müharibələr KXDR ilə Koreya Respublikası arasında hərbi gərginliyin azaldılmasına dair razılaşmaya əməl olunmamasından sonra zaman məsələsinə çevrilib.

Bu barədə KXDR-dən olan hərbi müşahidəçinin Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən dərc olunan məqaləsində deyilir.

Ekspertin fikrincə, Cənubi Koreyanın hazırkı rəhbərliyi daxili siyasi səbəblərdən KXDR-ə qarşı düşmənçilik siyasəti yürüdür və təsadüfi toqquşmaların qarşısının alınması mexanizmi rolunu oynayan razılaşmadan imtina etmək üçün bəhanə gözləyir. Şərhçinin fikrincə, bu bəhanə noyabrın 21-də KXDR-in kəşfiyyat peykinin buraxılışı olub.
Mütəxəssis KXDR və Cənubi Koreyanın sərhədində böyük qüvvələrin cəmləşdiyinə diqqət çəkib.

“Artıq bufer zonaları “tamamilə ləğv edilib. İndi Koreya yarımadasında fiziki toqquşma və müharibə ehtimal yox, zaman məsələsinə çevrilib”, - deyə müəllif vurğulayıb.
 
Ardını oxu...
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak mediada dövlət başçısı Vladimir Zelenski ilə silahlı qüvvələrin baş komandanı Valeri Zalujnı arasında konfliktin davam etməsi barədə yazılanlara münasibət bildirib. Podolyakın sözlərinə görə, hazırda Zelenski və Zalujnı rollarını nəzərə alsaq, münaqişədən danışmaq çox qəribədir.

O qeyd edib ki, sərt müzakirələr olur, lakin bu, normal idarəetmə modelidir.

“Biz burada münaqişədən yox, normal işdən danışırıq. Heç bir münaqişə yoxdur”, – Podolyak əlavə edib.
axar.az
 
Ardını oxu...
Ukraynaya getmək üçün Polşa-Ukrayna sərhədində 2500-dən çox yük maşını növbə gözləyir.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.

Onun sözlərinə görə, yük maşınlarının əksəriyyəti “Rava-Russkaya-Xrebene” keçid məntəqəsi istiqamətində toplaşıb.

Demçenko nəqliyyatın çox yavaş templə buraxıldığını, saatda bir neçə avtomobilin sərhəddən keçdiyini deyib.
Eyni zamanda, səhər saatlarında Ukrayna Dövlət Sərhəd Xidməti Polşa ilə sərhəddə daha iki keçid məntəqəsinin fəaliyyətinin dayandırıldığı barədə məlumat yayıb. Buna səbəb kimi gömrük məlumat bazasının nasazlığı göstərilib.

Xatırladaq ki, noyabrın 6-da Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə üç əsas keçid məntəqəsini bağlayıblar. Noyabrın 23-də onlara dördüncüsü əlavə edilib. Etirazçılarla aparılan danışıqlar hələ ki, nəticə verməyib. Onlar Avropa İttifaqının (Aİ) Ukraynadan olan daşıyıcılara verdiyi güzəştlərin ləğvini, Ukraynanın kommersiya yük daşımalarının icbari lisenziyalaşdırılması ilə bağlı əvvəlki prosedurun bərpasını və ötən il fevralın 24-dən sonra Ukrayna nəqliyyat şirkətlərinə verilmiş icazələrin ləğvini tələb edirlər.

Mənbə: TASS
 
Ardını oxu...
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) dekabrın 2-nə keçən gecə Zaporojye Atom Elektrik Stansiyasının tam söndürülməsini qeydə alıb.

APA-nın məlumatına görə, AEBA rəhbəri Rafael Qrossi bildirib ki, Zaporojye AES kənar enerjidən məhrum edilib və reaktorları soyutmaq üçün müvəqqəti olaraq qəza dizel generatorları işə salınıb.

"Zaporojye AES hər iki xarici elektrik xətti ilə əlaqəni itirdi - bu, səkkizinci dəfədir ki, Avropanın ən böyük atom elektrik stansiyası hərbi münaqişə zamanı enerji təminatını tamamilə itirir və bu, nüvə mühafizəsi və təhlükəsizliyi ilə bağlı narahatlığı artırır", - Qrossi izah edib.

AEBA müfəttişləri nasazlığı gecə yarısına az qalmış qeydə alıblar. Təxminən 5 saat sonra kənardan əsas elektrik enerjisi təchizatçısı olan yeganə 750 kV-luq xətlə də elektrik verilişi dayanıb.

Qrossinin sözlərinə görə, AEBA nüvə qəzasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə davam edir. O, bütün tərəfləri AES-i daha böyük təhlükə altına atacaq addımlardan çəkinməyə çağırıb.
 
 
 
Ardını oxu...
“Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var”.

Bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli ölkəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetinə müsahibəsində deyib.

Avropa parlamentinin İtaliyanın müxalifət “5 Ulduz hərəkatı” partiyasından üzvü Fabio Massimo Kastaldonun Avropa Ittifaqı və Avropa Parlamentinin rəsmilərinə ünvanlanmış ədalətsiz və əsassız çağırışlarına münasibətdə nazir müavini E.Çirielli bunun uyğunsuz bir hərəkət olduğunu deyib. O, bu cür çağırışların indiyədək əldə olunan sülh razılaşmalarına xələl gətirmək riski daşıdığını, həm tarix, həm də beynəlxalq münasibətlər nöqteyi-nəzərindən az məlum olan hadisələrlə əlaqədar fəaliyyətə keçmək və ya birbaşa müdaxilə etmək üçün ən pis üsul olduğunu bildirib. E.Çirielli Avropa və İtaliyanın xüsusi tərzdə Azərbaycan və Ermənistan arasında yumşalma mühiti yaratmaq üçün çalışmalı olduğunu qeyd edib.

Avrodeputat F.M.Kastaldonun 19-20 sentyabr lokal anitterror tədbirlərinə dair ”azərbaycanlıların hücumu” iddialarına münasibətdə nazir müavini E.Çirielli bildirib ki, belə bir iddianı irəli sürə biləcək nə siyasi, nə də hərbi xarakterli heç bir qiymətləndirmə yoxdur, bu, doğrudan da dəlilikdir.

E.Çirielli əlavə edib ki, Azərbaycan heç vaxt Ermənistan ərazisinə qarşı hərəkətlər həyata keçirməyib və bu, BMT-nin müstəqil komissiyalarının təsdiq etdiyi məlum faktdır. İtaliya nazir müavini bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Qarabağda qalmış erməni sakinlərin köçünü Azərbaycan qoşunları yox, bölgədə repressiyaları həyata keçirən separatçılar təhrik ediblər və bunda separatçıların məqsədi gərginliyə əlavə bir səbəb yaratmaq olub.

Bakının dəfələrlə sülh çağırışları etməsi ilə bağlı E.Çirielli deyib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti İlham Əliyev döyüş meydanında aşkar üstünlüyünə baxmayaraq, Azərbaycan qoşunlarını dayandırdı və bununla da məsələnin sülh yolu ilə həllini tapmağa imkan verdi, habelə son üç il ərzində problemi sülh yolu ilə həll etməyə çalışdı.

İtaliyalı nazir müavini əlavə edib ki, təəssüf ki, Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıran, obyektiv olaraq beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı çaşdıranlar oldu.

E.Çirielli bildirib ki, Prezident İlham Əliyevin çox praqmatik liderdir və Azərbaycan beynəlxalq hüquqazidd olan hər hansı bir addımı qəti şəkildə istisna edir.

“Hər şeydən öncə bu, Ermənistanın təkcə Qarabağı deyil, eləcə də əvvəllər azərbaycanlıların məskunlaşdığı, sonra isə həmin torpaqlardan çıxarıldığı Qarabağdan da böyük olan ətraf zonaları işğal etməsi ilə əlaqədar Azərbaycanın otuz ildə tutduğu davamlı mövqeyinə ziddir. Bu işğalla bağlı Azərbaycan həmişə çoxtərəfli forumlarda, beynəlxalq məhkəmələr qarşısında bütün mövqelərini ortaya qoymağa çalışıb. Bu işğal Qızıl Ordunun himayəsi altında Ermənistan tərəfindən həyata keçirilib”, - deyə İtaliya xarici işlər nazirinin müavini vurğulayıb.

E.Çirielli qeyd edib ki, hazırkı baş nazir Nikol Paşinyan Ermənistanın rəsmiləri arasında BMT-nin müxtəlif qətnamələrinin dəfələrlə təsdiq etdiyi kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk şəxsdir və ondan öncəki Ermənistan hökumətlərinin heç biri heç vaxt belə bir mövqe tutmayıb. Nazir müavini qeyd edib ki, hələ də Ermənistanda çox millətçi olan hakim sinif, Ermənistandan kənarda da Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr, bu ölkənin hüdudlarından kənarda yaşayan, problemlərdən və mövcud vəziyyətdən həqiqətən xəbərsiz olan güclü erməni icmaları var.
“Onlar həm də insanların daha asan qəbul etdikləri səbəblərə istinad edirlər, çünki onlar erməni diasporunun çox millətçi və şovinist baxışlara malik övladları və nəsilləridir”, - deyə E.Çirielli vurğulayıb.

O əlavə edib ki, ermənilərə münasibətdə ötən əsrin əvvəllərində baş verənlərlə azərbaycanlıların heç bir əlaqəsi yoxdur, buna görə azərbaycanlılar heç bir məsuliyyət daşımırlar və azərbaycanlılar sadəcə müsəlman olduqları üçün başqalarının günahlarını ödəyə bilməzlər.

“Üstəlik, biz yaxşı bilirik ki, Azərbaycan müsəlman dünyasının ən dünyəvi və tolerant ölkələrindən biridir: bu, onların fərqləndirici xüsusiyyətidir. Odur ki, dindən xalqlar arasında münaqişə elementi kimi istifadə etməməyə çalışaq”, - deyə E.Çirielli bildirib.

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Qarabağ üzərində ərazi bütövlüyünü bir daha təsdiqləməsi fonunda İtaliyanın bu məsələ ilə bağlı mövqeyinə münasibətdə E.Çirielli qeyd edib:

“Bu məsələ bizim beynəlxalq mövqeyimizin əsasını təşkil edir: Meloni hökuməti eyni vəziyyətdə olan Ukraynaya hərbi yardım etməkdədir. Rusiya Ukrayna hökuməti tərəfindən ayrı-seçkiliyə məruz qalan rusları qorumaq bəhanəsi ilə Ukraynaya qarşı müharibə aparır. Ermənistanla Azərbaycan arasında müharibə ona görə baş verdi ki, Ermənistan Qızıl Ordunun dəstəyi ilə Azərbaycan ərazisi olan Qarabağı, eləcə də yalnız azərbaycanlıların yaşadığı digər bufer zonanı işğal etdi. Ukraynanı dəstəklədiyimiz halda, biz Ermənistanı necə dəstəkləyəcəyik? Əlbəttə ki, biz bunu edə bilməzdik və bu, sırf dini faktdan asılı olsaydı, kobud səhv olardı”.

E.Çirielli əlavə edib ki, Ermənistan tərəfindən aparılmış və otuz il davam etmiş təcavüzkar müharibə beynəlxalq hüququ açıq şəkildə pozub və Ermənistan da bunu dolayı yolla qəbul etdi, halbuki, Ermənistan gərginliyi başqa cür və daha əlverişli şəkildə həll edə də bilərdi, lakin Ermənistan hökumətlərinin düşüncəsizliyi BMT qətnamələrinə əsaslanaraq Azərbaycanın bu məsələni həll etməsinə gətirib çıxardı.

“Bu gün məsələ hərbi müstəvidə bitib və mən hesab edirəm ki, hər hansı başqa bir dövlət silahlı işğalı həll etmək üçün bəlkə də otuz il gözləməzdi: Təsəvvür edin ki, Alto Adicedə ordunun, könüllülərin və ya daha doğrusu Avstriya ordusunun dəstəyi ilə özünü Cənubi Tirol separatçıları adlandıranların silahlı işğalına məruz qalmış olsa idik, düşünmürəm ki, bu, otuz il çəkə bilərdi”, - deyə İtaliya xarici işlər nazirinin müavini bildirib.

İtaliyanın diplomatik roluna münasibətdə E.Çirielli əminliyini ifadə edib ki, ölkəsi bu işdə mühüm rol oynaya bilər.

“Amma azərbaycanlılar ermənilərə qarşı güc tətbiq edənlər kimi göstərilməyə davam edilsə, bu, sülhə kömək etməyəcək. Ən yaxşı yol, Gürcüstanın bir müddətdir etdiyi kimi, yumşalma mövsümünə başlamaqdır: xristian ölkəsi olmasına baxmayaraq, o, eyni zamanda Azərbaycan üçün imtiyazlı tərəfdaşdır və İtaliya kimi, böyük vasitəçilik potensialı roluna malikdir, çünki o, həmişə Azərbaycanın hüquqi və beynəlxalq maraqlarını müdafiə edib. Beynəlxalq hüququn və BMT prinsiplərinin müdafiəçisi olan İtaliyanın bu xətti dəstəkləməməsi qəribə görünərdi”, - deyə E.Çirielli fikirlərini tamamlayıb.
 
Ardını oxu...
Cümə günü Birləşmiş Ştatlar Azərbaycanda jurnalistlərin davam edən həbslərindən “dərin narahatlıq” hissi keçirdiyini bildirib. Son 10 gündə artıq müstəqil mətbuatdan beş jurnalist həbs edilib.

Cümə günü Bakıda məhkəmə Abzas Media-nın jurnalisti Nərgiz Absalamovanı özünün rədd etdiyi xarici valyuta qaçaqmalçılığı ittihamı ilə üç ay müddətinə həbs edib.

“Biz ilkin hesabatları gördük. Əvvəlki kimi, Azərbaycanda jurnalistlərin həbsindən dərin narahatlıq hissi keçiririk”, deyə Absalamova saxlanıldıqdan sonra Dövlət Departamentinin nümayəndəsi Turan-ın Vaşinqtondakı müxbirinə bildirib.

“Biz Azərbaycan hökumətini israrla insan hüquq və əsas azadlıqlarına, o cümlədən fikri ifadə etmək azadlığını həyata keçirənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırırıq”, deyə o qeyd edib.

Absalamova Abzas Media-nın pul qaçaqmalçılığı ittihamı ilə həbs edilən dördüncü nümayəndəsidir.

Nəşrin baş redaktoru Sevinc Vaqifqızı, direktor Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalov daha əvvəl eyni ittihamla həbs edilib.

Bundan başqa, Bakı məhkəməsi bu həftənin əvvəlində Kanal 13-ün direktoru Əziz Orucovu qanunsuz tikinti aparmaq ittihamı ilə həbs edib.(Turan)
Ardını oxu...
Pxenyan ABŞ-ın peyk əməliyyatlarına istənilən müdaxiləsini müharibə səbəbi kimi qiymətləndirəcək.

Bu barədə Şimali Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ, suveren dövlətin ərazisini qeyri-qanuni və ədalətsiz şəkildə qabaqcıl texnologiyaları silahlandırmaq yolu ilə pozmağa cəhd edərsə, Şimali Koreya da adıçəkilən dövlətin casus peyklərinin effektivliyini pozmaq və ya məhv etmək üçün özünümüdafiə üçün cavab tədbirləri görməyi nəzərdən keçirəcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya lideri Kim Çen İn casus peyki vasitəsilə Cənubi Koreyada ABŞ bazalarının yerləşdiyi Seul və digər şəhərlərin fotolarını əldə etdiklərini açıqlamışdı.
 
Ardını oxu...
İsrailin kəşfiyyat xidmətləri Qəzzada müharibə başa çatdıqdan sonra Fələstin HƏMAS hərəkatının dünya üzrə liderlərini məhv etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” İsrail rəsmilərinə istinadən yazıb. Bildirilir ki, İsrailin baş naziri Benyamin Netanyahu “Mossad”a dünya üzrə HƏMAS liderlərinə qarşı hərəkətə keçməyi əmr edib.

“İsrail kəşfiyyat xidmətləri Qəzza zolağında müharibə bitəndən sonra bütün dünyada HƏMAS liderlərini öldürməyə hazırlaşır və bu, oktyabrın 7-də törədilən qırğına görə məsuliyyət daşıyan yaraqlıları tapmaq üçün çoxillik kampaniyaya zəmin yaradır”, - nəşr qeyd edib.

Xüsusilə, Livan, Türkiyə və Qətərdə yaşayan HƏMAS liderlərinin izinə düşmək üçün planlar hazırlanır.
 

Dünyapress TV

Xəbər lenti