Mayın 28-də Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin “xarici agent” qanunu ilə bağlı vetosunu ləğv edərək qanunu qəbul edib.
Zurabişvili bu gün axşam saatlarında Gürcüstan xalqına etdiyi müraciətində deyib ki, referendum Gürcüstanın gələcək taleyini müəyyənləşdirə bilər:
“Bu referendum müəyyən etməlidir ki, Gürcüstan xalqı öz gələcəyini Avropada görür, yoxsa Rusiyanın əsarətinə düşməkdə”.
“Biz real referenduma hazırlaşmalıyıq. Bu gün enerjimiz imza toplamağa sərf edilməlidir. Referendumun keçirilməsi ilə bağlı qərarı imzalayacağam ki, aydınlaşdıraq: biz gələcəyimizi Avropanın yanında, yoxsa Rusiyanın əsarətində görmək istəyirik. 84 nəfər buna qərar verə bilməz”, – deyə Prezident çıxışında bildirib.