Ardını oxu...
Türkiyənin Xarici İşlər Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərt eniş etməsi xəbəri ilə bağlı açıqlama yayıb.

Bu barədə nazirliyin “X”dəki hesabında paylaşım olunub.

Qeyd edilir ki, Türkiyə İranda helikopter qəzası ilə bağlı xəbərləri üzüntü ilə izləyir.

“Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla İran rəsmilərinin sağ-salamat olduqlarına ümid edir və qardaş İran xalqına keçmiş olsun deyirik. Axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstəyin göstərilməsi üçün tədbirlər görülür”, - Türkiyə XİN bildirib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.

Musavat.com xəbər verir ki, İran mediası qəzada həlak olanların adlarını açıqlayıb.

Belə ki, yayılan ilkin məlumata görə, İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rəhməti helikopter qəzasında həlak olub.

"Mehr" Xəbər Agentliyi Şərqi Azərbaycan vilayətində helikopter qəzası nəticəsində Prezident İbrahim Rəisinin ölməsi xəbərini təsdiqləyib. SEPAH-a bağlı bəzi Telegram kanalları da bu xəbəri təsdiqləyib.

Qeyd olunub ki, helikopterdə bəzi cəsədlər yanıb və kimliyini müəyyən etmək mümkün deyil.
Ardını oxu...
Ardını oxu...
 
İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopter qəzasından sağ çıxan olmayıb.

Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivand deyib.

“Qəzaya uğramış helikopter qalıqlarının tapıldığı yerdə sağ qalmış sərnişin olmayıb”, - Kolivand IRIB-ə bildirib.

06:05

İran prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdə olan sərnişinlərin siyahısı açıqlanıb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı helikopterin göyərtəsində prezidentdən başqa Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti, pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçilərdən biri olub.

04:39

İran Prezidenti İbrahim Rəisinin helikopterinin göyərtəsində olan Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli əl Haşimi iki dəfə telefonla əlaqə saxlayıb və səhhətindən şikayətlənib.
Ardını oxu...
Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Mehdi Səfəri bildirib.

"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterin qalıqları olduğu ehtimal edilən yer müəyyən edilib. Bir neçə dəqiqə əvvəl hadisə yerində olan heyət üzvünün helikopterindən və mobil telefonundan bir siqnal alındı. Hazırda biz bütün hərbi qüvvələrlə sözügedən bölgəyə yola düşürük və ümid edirəm ki, insanlara müjdə verəcəyik", - "Tasnim" agentliyi ondan sitat gətirib.

Xatırladaq ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

00:38

İranın "Fars" agentliyi Rəisinin helikopterinin axtarışı üzrə əməliyyatın yeni görüntülərini paylaşıb.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi və bir neçə dövlət rəsmisinin olduğu helikopter 19.05.2024 tarixində Şərqi Azərbaycan əyalətində qəza enişi edib. Helikopterin axtarışı davam edir.

Sözügedən görüntüləri təqdim edirik:
Ardını oxu...
Konqo Demokratik Respublikasının (KDR) silahlı qüvvələri ölkədə dövlət çevrilişi cəhdinin qarşısını ala bilib.

“Cebhe.info” xəbər verir ki, “Actualite” nəşri bu barədə X sosial şəbəkəsində ölkənin Silahlı Qüvvələrinin nümayəndəsi Silven Ekengeyə istinadən məlumat yayıb.

"Konqo Demokratik Respublikasının Silahlı Qüvvələri yerli və beynəlxalq ictimaiyyətə dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirir", - ordu sözçüsü bildirib.

Ekenge əlavə edib ki, çevriliş cəhdi xarici müdaxilə ilə bağlıdır. Onun sözlərinə görə, hazırda ölkədə vəziyyət nəzarət altındadır.
 
Ardını oxu...
İsveçrədə Ukrayna ilə bağlı konfransın təşkilatçıları cəfəngiyyatla məşğuldurlar.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, konfransın məqsədi sülhə nail olmaq deyil:

"Məqsəd mümkün qədər çox ölkəni Rusiyaya qarşı yönəltmək və sonra bizə qarşı olan daha bir neçə maddi addım atmağa çalışmaqdır". \\Axar.Az
Ardını oxu...
Türkiyənin uğurlarından narahat olan, deputat türk xalqını aşağılamağa çalışıb. Portuqaliya parlamentində türklərə qarşı irqçi ifadələr işlədən ifrat sağçı “Çeqa” Partiyasının liderinə ilk reaksiya öz ölkəsindən gəlib. İrqçi siyasətçiyə Portuqaliya parlamentində bu sözlərlə dərs verilib: “Hər millət dəyərlidir, hər millət hörmətə layiqdir”.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Portuqaliyada ifrat sağçı “Çeqa” Partiyasının lideri Andre Ventura parlamentdə həddini aşdı və özünəməxsus şəkildə Türkiyənin uğurlarını və türkləri aşağılamaq istəyib.

O, ümumiləşdirmədə bütün "türklərin tənbəl" olduğunu iddia edib. Ventura bir çox aviasiya mütəxəssisi və turistin təriflədiyi İstanbul hava limanını da aşağılamağa cəhd edib. Lakin sağlam düşüncəli deputatlar onun çirkin sözlərinə dərhal cavab veriblər. Millət vəkilləri bu sözlərin irqçi olduğu, nəinki siyasətçiyə, həmçinin insanlığa yaraşmayan hərəkət olduğunu diqqətə çatdırıblar.

Portuqaliyalı irqçi siyasətçinin türklər haqqında ümumiləşdirməsi Portuqaliya parlamentində çaşqınlıq yaradıb. İfrat sağçı şəxsə ilk reaksiya Portuqaliya Parlamentində verilib və hər bir xalqın hörmətə layiq olduğu vurğulanıb. Onlar həmçinin Assambleyanın sədri Xose Pedro Aguiar-Brankodan bu irqçi deputatı qınamağı xahiş ediblər.

Sol ittifaqın deputatı Fabian Figueiredo Venturanın sözlərinə görə Türkiyənin Lissabondakı səfirindən ölkəsi adından üzr istəyib: "Parlamentin çətiri altında bu cür ümumiləşdirmələr aparıla bilməz. Türk xalqı da digər xalqlar, xüsusilə də Portuqaliya xalqı kimi eyni hörmət və ehtirama layiqdir", - deyə o üzrxahlıq edib.

Bu, “Çeqa” Partiyasının lideri Venturanın parlamentdə ilk qalmaqallı bəyanatı deyil. Ventura əvvəllər qaradərili deputat haqqında söylədiyi iyrənc fikirlərə görə məzəmmət olunub. 2020-ci ildə o, qaraçılara qarşı ayrı-seçkilik xarakterli ifadələrinə görə cərimələnib.

Qadir, Bizimyol.info
 
Ardını oxu...
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, seçkilərə qalan 5 ay ərzində hazırkı Amerika rəhbərliyinin səriştəsizliyi ucbatından III Dünya müharibəsi başlaya bilər.

Qaynarinfo xəbər verir ki, prezidentliyə namizəd bu barədə Minnesotadakı tərəfdarlarının qarşısında çıxışı zamanı danışıb.

“Bu ölkəni idarə edən axmaqlarla çox insan sağ qalmayacaq, çünki müasir silahların gücü qorxuludur. Biz yaxın beş ayda III Dünya Müharibəsinə qərq ola bilərik”, deyə Tramp bildirib.

Keçmiş prezident prezident varisi və rəqibi Co Baydenə istinad edərək deyib: “Bu dəliyə görə qarşıda beş təhlükəli ay var”.

Tramp həmçinin noyabr seçkilərində qalib gələcəyi təqdirdə Ukraynadakı dəhşətli münaqişəni həll edəcəyinə söz verib. O bildirib ki, ABŞ-a rəhbərlik etməyə davam etsəydi, bu münaqişənin yaranmasına imkan verməzdi.

Tramp bundan əvvəl də dəfələrlə bəyan edib ki, yenidən seçiləcəyi təqdirdə Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişənin cəmi 24 saat ərzində həllinə nail olmaq niyyətindədir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın sözlərini şərh edərkən qeyd edib ki, bu, belə sadə həll üçün çox mürəkkəb problemdir.
 
Ardını oxu...
Ermənistanın Aşağı Axta (Razdan) şəhərində mayın 18-də atışma baş verib.

TNS xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, hadisə yerində bir kişi meyiti, silah, qan izləri və avtomobil aşkar edilib. İki yaralı tibb məntəqəsinə çatdırılıb, onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb. Mənbənin sözlərinə görə, öldürülənlərdən biri kriminal avtoritetdir.
 
Ardını oxu...
Zəngəzur dəhlizinin Kalininqrad statusu ilə açılması məsələsi Ermənistanda gündəmə gətirilib. Ermənilər iddia ediblər ki, hər şey dəhlizin bu statusla açılmasına doğru gedir və bu rəsmi Bakının tələb etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”ni ehtiva edən bir modeldir.

Qeyd edək ki, Kalininqrad modelinə əsasən sərnişin və malların daşınmalarında güzəştlər tətbiq olunur, bəzi mallarla bağlı ümumiyyətlə rüsum alınmır. Bu modelin tətbiqindən sonra Naxçıvan əhalisinə tələbat malları göndəriləcəksə, bu zaman rüsum alınmayacaq. Sərnişinlərin daşınmada isə Azərbaycandan Azərbaycana olacağı üçün Naxçıvana getmək istəyən və ya bura gəlmək istəyən vətəndaşlardan viza tələb olunmayacaq.

Hurriyyet.az bildirir ki, məsələ ilə bağlı Referans.az-a millət vəkili Elman Nəsirov danışıb:

"Zəngəzur dəhlizi ilə bağlı məsələ bilirsiniz ki, 2020-ci ilin 10 noyabr bəyanatında öz əksini tapıb. Burada Zəngəzur sözü işlənməsə belə, üç ölkə arasında nəqliyyat- kommunikasiya əlaqələrinin açılmasından bəhs olunur. Bu da o deməkdir ki, söhbət Zəngəzur dəhlizindən gedir. Təxminən 43-45 km ərazi Erkənistan ərazisinə düşür. Bəzən bunu Kalininqrad və s. variantlarla izah edirlər. Mənə elə gəlir ki, əsas problem budur ki, həmin sənəddə yazılıb ki, dəhliz boyunca təhlükəsizlik məsələlərini Rusiyanın Təhlükəsizlik xidmətinin sərhəd qoşunları həyata keçirəcək. Bu sənədə Nikol Paşinyan imza atıb. Paşinyan deyir ki, kommunikasiya əlaqələri bərpa olunsun, amma, təhlükəsizlik məsələlərini üçüncü tərəf deyil, Ermənistan özü həyata keçirsin. Rusiya da hesab edir ki, bu Paşinyanın özünün imzaladığı 10 noyabr sənədinə ziddir. Paşinyan deyir ki, 10 noyabr sənədindəki reallıq bir reallıq idi, yəni Qarabağla bağlı status fərqli idi. Orada erməni silahlı qüvvələri var idi, indi isə Qarabağda erməni silahlı birləşməsi yoxdur və bu təmamilə yeni reallıqdır. Azərbaycan ərazisinin bütövlüyünü 1991- ci il Alma-ata bəyannəməsinə görə tanımışıq və s. Paşinyan hesab edir ki, fərqli reallıqda 10 noyabr sənədi öz qüvvəsini itirib".

Deputat hesab edir ki, Rusiya bununla razılaşmır, gərginliyin fundamental kökündə dayanan əsas səbəb budur:

"Azərbaycan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki dəhliz vasitəsilə Naxçıvanla birbaşa əlaqəmiz olacaq. Türk dünyasını süni şəkildə necə parçalamışdılarsa, bu məsələlər həll olacaq. Dəhliz Ermənistan üçün də çox faydalıdır. Burada uduzan tərəf yoxdur".

Elman Nəsirov deyir ki, Azərbaycana qarşı viza məsələsindən söhbət gedə bilməz: "Belə olan halda dəhliz aktuallığını itirir. Azərbaycan tərəfi dəfələrlə Ermənistana deyib ki, əgər siz razı olmasanız, bizim alternativ variantlarımız da var. İranla bu sahədə müəyyən sənədlər imzalanıb. Yəni İrandan keçməklə Naxçıvana quru yolun təminatı ilə bağlı. Zəngəzur dəhlizi işə salınmasa, bu addımı atmasanız, daimi blokada şəraitində qalacaqsınız. Belə olan halda, fəsadları ən yaxşı Ermənistan və onun siyasi rəhbərliyi bilir. Ona görə də hesab edirəm ki, Zəngəzur dəhlizinin işə düşməsi labüddür".
 

Dünyapress TV

Xəbər lenti