Ardını oxu...
Ukraynada 8 Noyabr - Zəfər Günü ilə bağlı SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine”in bütün yanacaqdoldurma məntəqələrində (YDM) bayrama dair videoproyeksiya yayımlanıb.

AZƏRTAC xəbər verir ki, videoproyeksiyada üçrəngli bayrağımızın fonunda - “Azərbaycanın Zəfər Günü mübarək!” şüarı yer alıb.Görüntü yerli sakinlər və qonaqlar tərəfindən maraqla qarşılanıb.
 
Ardını oxu...
Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Bu barədə Türkiyənin diplomatik missiyası “X” sosial şəbəkəsində paylaşım edib.

“9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik.
Daim yüksəklərdə ol, böyük zəfərin ucalmış şanlı Bayrağı!”, - paylaşımda qeyd olunub.
Ardını oxu...
İstanbulda şəhərin rəmzlərindən biri sayılan Fateh Sultan Mehmet körpüsü İkinci Qarabağ müharibəsində Zəfərin ildönümü, eləcə də Bayraq Günü münasibətilə Azərbaycan bayrağı rənglərində işıqlandırılıb.

Körpünün axşam saatlarında mavi, qırmızı və yaşıl rəngli işıqlarla bərq vurduğu bildirilib.

Qeyd edək ki, Fateh Sultan Mehmet körpüsü Bosfor körfəzi üzərindən keçən ikinci asma körpüdür. O, İstanbulun Avropa və Asiya hissələrini birləşdirir. Körpünün uzunluğu 1510 metr, eni 39 m, dayaqların hündürlüyü sudan 165 m-dir. Yolun hərəkət hissəsindən suyun səthinə qədər məsafə isə 64 metrə barəbərdir.
https://t.me/oxuaze/69341
 
 
 

Ardını oxu...
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev olduqca ilginc biir açıqlama ilə çıxış edib. Xəbərlərdən bəlli olur ki, Azərbaycan-Ermənistan münasibətlərinin hansı halda normallaşa biləcəyi barədə danışan TŞ katibi çox incə şəkildə rəsmi İrəvana, həm də elə Qərb dairələrinə eyham edib.

Bildirək ki, o, bu barədə Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclasında danışıb.

Patruşev qeyd edib ki, Bakı ilə İrəvan arasında normallaşma yalnız QEYRİ-REGİONAL QÜVVƏLƏRİN vəziyyətə müdaxilə etməyi dayandırdıqları halda mümkündür.

Hər halda, qabartdığımız ifadədən məsələnin nə yerdə olduğunu sezmək asandır.

Əslində, Patruşev açıq şəkildə İrəvana xitab edir ki, bu gün Ermənistan ərazisində yerləşməkdə olan Avropa İttifaqı missioner ordusu qaldıqca, Güney Qafqazın Azərbaycan-Ermənistan səmtində sakitlik olmaayacaq...

Yəni bu o deməkdir ki, SÜLH PLANI ancaq rusların iştirakı ilə mümkündür... Əks halda... bunu isə yaşayıb, görəcəyik...

Çünki hələlik İrəvan məhz ƏKS İSTİQAMƏT üzrə irəliləməkdədir...

Azər FİKRƏTOĞLU
DİA.AZ (Ərsoyun Bloqu)
Ardını oxu...
Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor Türkiyənin Qəzza münaqişəsində mümkün iştirakı ilə bağlı narahatlığını ifadə edib.

Ölkə. Az xəbər verir ki, bu barədə o, X (Tvitter) şəbəkəsindəki səhifəsində yazıb.

“Ərdoğanı ciddiyə almamaq səhv olardı. Türklər yüz illər boyunca Fələstində olub! Bir zamanlar Yaxın Şərqdə ərəb dünyasının böyük hissəsini nəzarətdə saxlayan Türk İmperiyası! İnsanlar unudurlar ki, türk nöqteyi-nəzərindən yəhudilər İslam torpağında yaşayırlar”, - Makqreqor deyib.

Mürtəza
Ölkə.Az
Ardını oxu...
“8 Noyabr - Zəfər Günü” Fransanın Strasburq şəhərində musiqili tədbirlə qeyd olunub.

Bu barədə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan icmasının üzvləri və ölkəmizin dostları iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və tarixi zəfəri öz qanı və canı bahasına xalqımıza bəxş edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edildikdən sonra tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İşmayılov çıxış edib.

O, Ermənistanın Azərbaycanın tarixi torpaqlarına əsassız iddialarının ardınca ərazilərimizin 20 faizini işğal etməsini və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın didərgin düşməsini xatırladaraq, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin Azərbaycan dövləti və xalqı üçün bir ölüm-dirim mübarizəsi olduğunu qeyd edib.

F.İsmayilov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində üzləşdiyimiz işğala son qoyulduğunu bildirib və ötən dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində verilən taleyüklü qərarlar və onların nəticəsində əldə olunan tarixi nailiyyətlər barədə danışıb.
Tədbirdə həmçinin Strasburqda işgüzar səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbərinin müavini Kamal Cəfərov çıxış edib.

Qonaqları həm Zəfər Günü, həm də Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edən K.Cəfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını yüksəltməyi ilə Azərbaycanın bütövləşdiyini vurğulayıb.

Azərbaycanın hazırda tarixdə olmadığı qədər güclü, bütöv və müstəqil olduğunu bildirən K.Cəfərov əlavə edib ki, gələcəyimiz hələ indi başlayır və bunun üçün də möhkəm təməllərimiz vardır. Bundan başqa, tədbir iştirakçılarına 2020-ci il Zəfər Gününü həkk edən video görüntülər nümayiş etdirilib və Azərbaycandan gələn tanınmış DJ Kamran Qaralovun tərtib etdiyi musiqi proqramı təqdim olunub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Paşinyan Nikol, əmin ol ki, bizdən beş-on nəfər sənin yanına gəlməyəcək. Biz on minlərlə erməni ilə gələcəyik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın “Milli Demokratik Qütb” adlı təşkilatını üzvü, Qarabağda azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri ilə tanınan Jirayr Səfilyan mətbuat konfransında deyib.

O qeyd edib ki, Milli Demokratik Qütb həmişə öz siyasi fəaliyyətini bəyan edib və hələ də eyni taktikaya sadiq qalacağını bildirir.

“Milli demokratik qütb həmişə cinayətkarların cəzalandırılmasından danışıb, bu, ilk növbədə sizə və ətrafınıza aiddir. Siz keçid hökuməti mərhələsində, ədalət mərhələsində erməni Nürnberqinə bənzər şəkildə cəzalandırılasınız. Biz sizin cəzanızı belə təsəvvür edirik”, – deyə Sefilyan Paşinyana müraciət edib.

O qeyd edib ki, bir çoxları, o cümlədən Albert Bazeyan Paşinyanın göstərişi ilə azadlıqdan məhrum edilib.

“Yenə də getməyə hazırlaşın. Bunu etməkdən vaz keçirsinizsə, onda biz artıq nələrin ola biləcəyini demişik”, – Səfilyan bildirib.
 
Ardını oxu...
Bu gün beynəlxalq ekspert qiymətləndirmələri Ermənistanın mümkün “zonal bölgüsü”nü müzakirə edir. İstisna deyil ki, baş verən hadisələr son nəticədə kiçik Ermənistanın Türkiyə, Rusiya, İran və Avropa Birliyinin təsir zonalarına bölünməsinə gətirib çıxaracaq.

Bu sözləri erməni politoloq Vahe Ovannisyan deyib.

“Gələcəyə indiki əzilmiş vəziyyətimizlə getməyə məcburuq. İstəməsək də, bizi aparacaqlar. Keçmişi səhv başa düşməyə və bu günü yanlış qiymətləndirməyə davam etsək, gələcəyimizi öz əllərimizlə cəhənnəmə çevirə bilərik”, - o bildirib

TEREF.AZ-ın xəbərinə görə, Vahe Ovannisyanın sözlərin “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, hazırda Ermənistan cəmiyyətində ümumi bir məğlubiyyət və qorxu panikası höküm sürür:

“Sözü gedən məğlubiyyət və qorxu eyforiyasını müxtəlif formalarda erməni ekspertlər cəmiyyətə ötürməyə çalışırlar. Azərbaycan və Türkiyə Ermənistana sülh və formlaşacaq regional iqtisadi, siyasi və tranzit komunikasiya imkanlarından istifadə etməyi təklif edir. Hər hansı bir formada Azərbaycan və Türkiyənin Ermənistan ərazilərinə iddiası mövcud deyil. Buna baxmayaraq bu gün Ermənistanın hansısa zonalara bölünməsi ilə bağlı erməni cəmiyyətinə fikir aşılmaq özü böyük bir absurdluğu ifadə edir”.

T. İsmayılov Paşinyan və komandasının faktiki olaraq öz ərazilərini müxtəlif xarici güc mərkəzləri üçün peşkəkə çevirdiklərini vurğulayıb:

“Hazırda Ermənistanın bir tərəfində Avropa İttifaqının mülkü müşahidə missiyası adı altında Qərbin hərbi komissarları fəaliyyət göstərir. Gümrüdə Rusiya hərbi bazası var. Qafanda İran konsulluğu adı altında SEPAH agentləri var. Ermənistan hakimiyyətinin hazırda ərazilərini tikə-tikə müxtəlif güc mərkəzlərinin ovucuna atması reallıqdır. Bu gün Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq əslində Ermənistanı xilas edə bilər. Bu baxımdan Azərbaycan və Türkiyənin Ermənistanı hansısa zonalara birləşdirmək və yaxud özünün tərkibə qatmaq kimi ideası yoxdur”.
Ardını oxu...
BMT-nin Demokratiya Fondu (UNDEF) vətəndaş cəmiyyəti təşkilatları üçün 18-ci qrant müsabiqəsinə müraciətləri açıq elan edib. Müraciətlər noyabrın 30-dək qəbul ediləcək.

Bu barədə BMT-nin Azərbaycan nümayəndəliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları insan haqlarının və bütün qrupların demokratik proseslərdə iştirakının təşviqinə və vətəndaş cəmiyyətinin gücləndirilməsinə yönəlmiş layihə təklifləri ilə müsabiqəyə müraciət edə bilərlər.

“UNDEF vətəndaş cəmiyyətinin səsini gücləndirən, insan haqlarını təşviq edən və bütün qrupların demokratik proseslərdə iştirakını təşviq edən layihələri dəstəkləyir. UNDEF layihələrinin həyata keçirilməsi müddəti iki ildir. Ərizəçilər minimum 100.000 ABŞ dolları və maksimum 200.000 ABŞ dolları məbləğində qrant tələb edə bilərlər. UNDEF fondlarının vəsaitlərinin böyük əksəriyyəti yerli vətəndaş cəmiyyəti təşkilatlarına sərf olunur. Bu yolla, UNDEF BMT-nin bütün dünyada demokratik idarəçiliyi gücləndirmək üçün digər işini - hökumətlərlə işini tamamlamaqda fərqli rol oynayır”, Demokratiya Fondu bildirir.

BMT-nin Azərbaycan nümayəndəliyi isə bildirir ki, təqdim edilən layihələr gənclərin iştirakı, media və ifadə azadlığı, gender bərabərliyi, qanunun aliliyi və insan hüquqları, vətəndaş cəmiyyətinin hökümətlə birgə fəaliyyətinin gücləndirilməsi, seçki prosesləri sahələriundən birini əhatə etməlidir.

2006-cı ildən UNDEF 120-dən çox ölkədə ümumi məbləği 211 milyon ABŞ dollarından çox olan 890-dan çox layihəni dəstəkləyib. Təkliflər çox ciddi seçim prosesindən keçir və təkliflərin iki faizindən az hissəsi maliyyələşmə üçün seçilir.
 

Dünyapress TV

Xəbər lenti