Ardını oxu...
“Rusiyanın Ukraynaya qarşı müharibəsi NATO-ya üzv ölkələrin tədarükünü tükəndirib”.

Gununsesi.info xəbər verir ki, bunu İsveçdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq bu ölkənin Baş naziri Ulf Kristerssonla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, alyansa üzv ölkələr müdafiələrini təmin etmək üçün istehsalı artırmalıdırlar: “NATO ölkələrinin təhlükəsizliyi texnoloji üstünlüklərdən və müdafiə sənayesindən asılıdır. İstehsalın artırılması Ukraynanın ehtiyaclarını ödəmək və öz müdafiəmizi təmin etmək üçün lazımdır”.
 
Ardını oxu...
İslam aləminin dini lideri Ayətullah Seid Əli Xamnei özünün "X" sosial platformasında Azərbaycan dilində paylaşım edib.

32gun.az xəbər verir ki, o, "Zülm və cinayət həddini aşarsa və yırtıcılıq son həddə çatarsa, tufanı gözləmək gərəkir"- deyə sosial şəbəkədə #Əqsatufanı, #Fələstin həştaqları ilə paylaşım edib.
 
Ardını oxu...
Bu gün Bakıda, digər şəhər və rayonlarda yüzlərlə erməni var. O cümlədən də Xankəndi ermənisi... Svetlana Qurgenovna da onlardan biridir.

Xankəndidə doğulub. 17 yaşından Bakıda yaşayır. Qorxusuz, həyəcansız. İllərlə münaqişə xəbərlərini yaxından izləyib.

Elə bu gün də proseslərlə maraqlanır. Qarabağ ermənilərinə sözü də var.

DİA.AZ "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videosüjeti təqdim edir:

Ardını oxu...
Məncə, bizim ölkənin çökmə ehtimalı tezliklə, hardasa 30-cu illərdə baş verəcək. Ona görə ki, Putin əbədi deyil və o, qocalır. Putin hakimiyyəti saxlamaq baxımından çox güclüdür.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq və şərqşünas Yevgeni Satanovski deyib.

Satanovski qeyd edib ki, Putin də, bütün güclülər kimi, idarəetmədə zəifləri seçir:

"Onun ölkəni necə idarə etdiyi və kadrları necə seçdiyi barədə ayrıca mövzum var. Beləliklə, o öz yerinə bu kadrlardan zəif, cılız zibili (nəcisi) qoyacaq. Medvedyev buna nümunə ola bilər", - o bildirib.
https://t.me/Axaraz/31944
 
 
 
Ardını oxu...
Xaricdə işləmək istəyənlərin ilk seçimlərindən biri olan Almaniya işə qəbul və işləmək üçün yeni şərtlər təklif edir. Alman dilini bilmək tələbi aradan qaldırılsa da, vətəndaşlıq almağı asanlaşdıracaq qanun yoldadır. Almaniya hökuməti 3000 manat maaşla işləmək üçün minlərlə işçi axtarır. Hansı peşələr tələb olunur? Hansı şərtlər qəbul edilir?

Almaniya əhalinin getdikcə qocalması səbəbindən əmək miqrasiyasını artırmağa çalışır. İşçi qəbulu zamanı alman dilini bilmək tələbi aradan qaldırıldığı halda, vətəndaşlıq şərtləri də sadələşdirilir. Almaniyada bir çox müxtəlif sektorlar üçün minlərlə, hətta milyonlarla iş elanları var.

Almaniyada işçilərin işləməsi tələb olunan peşələr və müraciət şərtləri arasında dil tələbi istisna olmaqla, 67 yaşdan yuxarı şəxslər üçün imtahan ləğv edilir, vətəndaşlıq üçün tələb olunan yaşayış müddəti isə 8 ildən 5 ilə endirilir.

Qanun yaxın aylarda təsdiqlənəcək və qüvvəyə minəcək. 18-45 yaş arası müraciətlərə üstünlük verilərkən, Almaniyada minimum əmək haqqı 2 min 100 avro, maaş şkalası isə 37 min avroya qədər ola bilər.

Almaniyaya müraciət edənlər üçün hansı sənədlər tələb olunur?

Şəxsiyyət vəsiqəsinin surəti

Sürücülük vəsiqəsinin surəti

Cinayət qeydi

Yaşayış yerindən arayış

Diplom

Sağlamlıq hesabatı

Peşəkar bacarıq sertifikatı

CV alman dilinə tərcümə

İş təcrübənizi göstərən xidmət qeydi

Pasportun surəti (3 il)

6 ay ərzində çəkilmiş 6 biometrik fotoşəkil

Almaniyada əsasən hansı peşələr üzrə işçilər tələb olunur?

Ağır sənaye və metal sənayesi işçisi

Qaynaqçı

Metal və ağır sənaye işçiləri

Elektrik və elektronika mühəndisləri və işçiləri

Texniki və mexaniki

Şef

Qastronomiya mütəxəssisləri və s.
 
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
Yəqin ki, Stalinin kabinetində bir neçə komissarın (nazirin) və Kremlin yüksək ranqlı məmurlarının iştirakı ilə keçirilən müşavirədə 30 yaşlı sıravi bir mühəndisin yumruğunu ölkə rəhbərinin stoluna çırpmasının nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil. Sözsüz ki, mühəndis Andrey Zavyalov da bunu yaxşı anlayıb.
Amma “insident” heç də hamının düşündüyü kimi yekunlaşmayıb. Əksinə, Stalin əlini Zavyalovun çiyninə qoyaraq onun bu hərəkətinə haqq qazandırıb:
- Sən ağıllı mühəndissən, amma həyasız adamsan.
Maraqlıdır, Zavyalov hansı səbəbdən məcbur olub ki, yumruğunu sovet liderinin masasına çırpıb?
Əslində, Zavyalov adi həyatda çox sakit, mədəni, təmkinli və səbrli bir adam olub. Hətta işlədiyi kollektivdə, Leninqraddakı İjorsk zavodunda onun nə vaxtsa səsinin tonunun qaldırmağını heç kim eşitməyib. Deməli, yumruq məsələsində mühəndisi özündən çıxaran səbəb kifayət qədər ciddi olub.
Ardını oxu...
Andrey Zavyalov 1905-ci ildə Moskva ətrafında, Redinko kəndində anadan olub. 14 yaşından əmək fəaliyyətinə başlayıb, dəmiryolu stansiyasında yükdaşıyan işləyib. Sonra fəhlə-gənclər məktəbində təhsil alıb. 1924-1929-cu illərdə isə Leninqrad Dağ Mədən İnstitutunda mühəndis-metallurq ixtisasına yiyələnib.
Zavyalov mütəxəssis kimi ilk fəaliyyətinə Leninqraddakı İjorsk zavodunda başlayıb. Bu zavodda hərbi texnikalara və hərbi dəniz donanmasının gəmilərinə zirehli laylar hazırlanıb. Zavyalov həmin zavodun mərkəzi laboratoriyasına rəis təyin edilib. O, eyni zamanda elmi yaradıcılıqla da məşğul olub, zirehli laylar üzrə dissertasiya üzərində işləyib.
Zavyalov çox qısa müddət ərzində savadı, işgüzarlığı, elmi araşdırmaları, bir çox ölkələrin müvafiq sahələri ilə apardığı təcrübə mübadilələri, mətbuatda maraqlı çıxışları ilə fərqlənib. Bir sözlə, gənc mühəndisin işləri yaxşı gedib. Amma 1936-cı ildə onun keçirdiyi bir təcrübə hər şeyi dəyişib.
Həmin il Leninqrada vətəndaş müharibəsi gedən İspaniyadan alman istehsalı olan bir tank gətirilib. Həmin tank İjorsk zavodunun həyətində saxlanılıb. Hər dəfə zavodun həyətindən keçəndə alman tankı Zavyalovda güclü bir peşə marağı yaradıb. Mühəndisi bu tankın zirehli layları maraqlandırıb və o, təcrübə keçirmək qərarına gəlib.
Beləliklə, Zavyalov zavod rəhbərliyindən icazə alaraq tankı poliqona aparıb, o, eyni zamanda paliqona bir sovet tankı da çıxarıb. Təcrübə nədən ibarət olub? Zavyalov sovet tankından alman tankına atəş açıb. Alman tankının zirehli laylarının davamlılığı nəticəsində tanka heç bir ciddi ziyan dəyməyin. Mühəndis daha sonra alman tankından sovet istehsalı olan tanka atəş açıb. İlk atəşdən sovet tankı darmadağın olub.
Ardını oxu...
Təcrübənin nəticələri Zavyalovu sözün əsl mənasında şoka salıb. O, bu nəticələri zovod rəhbərliyinə çatdırıb, zirehli layların daha möhkəm olması üçün konkret təkliflər verib. Rəhbərlik mühəndisin təkliflərini qulaqardına vurub.
Zavyalov qərara gəlib ki, təcrübəsinin nəticələrini Leninqrad vilayət partiya komitəsinin birinci katibi Andrey Jdanova çatdırsın. Bir həftəlik get-gəldən sonra o, birinci katibin qəbuluna düşə bilib. Zavyalov bütün məsələləri təfərrüatı ilə Jdanova danışıb və təkliflərini də ona söyləyib. Mühəndisin fikirləri Jdanovun ağlına batıb və o, bir daha dəqiqləşdirmələr aparmaq məqsədi ilə Zavyalovdan soruşub:
- Siz yeni zirehli layların hazırlanmasında öz elmi təkliflərinizə arxayansınız?
- Bəli, yoldaş Jdanov, təkliflərimin hamısının elmi əsasları var.
- Əgər belədirsə, mən indi Stalinə bu haqda məruzə edəcəm.
Beləliklə, Jdanov Stalinə zəng vurub, onu məsələni agah edib. Stalin İjorsk zavodunun nümayəndələri ilə görüş vaxtı təyin edib.
Zaman yetişib. Stalin müvafiq sahənin komissarları və Mərkəzi Komitənin yüksək ranqlı məmurları ilə birlikdə onları qəbul edib.
Müşavirədə əvvəlcə sözü zavodun direktoruna veriblər. O, işlərin tam normal qaydada getməsi, planı artıqlaması ilə yerinə yetirlməsi ilə bağlı Stalinə məlumat verib. Daha sonra zirehli texnikalarla işləyən yüksəkçinli hərbçilərin hərbi texnikaların yüksək keyfiyyəti haqqında məruzələri dinlənilib. Bu arayış xarakterli və pafoslu çıxışlar Zavyalovu özündən çıxarıb və o, yumruğunu stolun üstünə çırparaq ayağa qalxıb, üzünü Stalinə tutub:
- Yalandır, hamısı söz yığınağıdır. Bzim tanklar özü yeriyən tabutdan başqa bir şey deyil.
Sonra 30 yaşlı mühəndis apardığı bütün təcrübələrin nəticələrni aramla Stalinə başa salıb və təklif edib ki, zirehli layların istehsalı tamamilə yenilənməlidir.
Elə həmin iclasda zavodun direktoru və baş mühəndsi vəzifələrindən uzaqlaşdırılıb. Zavyalovun təkliflərinin həyata keçirilməsi üçün Stalin müvafiq qurumlara tapşırıqlar verib. Gənc mühəndisin işlədiyi laboratoriyaya baş idarə statusu verilərək Zavyalovu həmin idarəyə rəis təyin ediblər, o cümlədən Zavyalov eyni zamanda zavodun baş metallurqu vəzifəsinə də təyinat alıb.
Sonralar Zavyalov zirehli laylar haqqında dissertasiya və doktorluq işi müdafiə edib, professor rütbəsi daşıyıb, Leninqrad Texniki Universitetinin rektoru vəzivəsində işləyib.
Məhz Zavyalovun elmi xidmətlərinin nəticəsində sovet-alman müharibəsi illərində T-34 tankları ən ağır döyüş bölgələrində ağır həmlələrə tab gətirərək hədəfə doğru irəliləyə biliblər.
Andrey Zavyalov öz ixtiraları və elmi xidmətlərinə görə zaman-zaman ən yüksək mükafatlarla təltif edilib . O, iki dəfə Stalin mükafatına, “Lenin” ordeninə və çoxsaylı medallara layiq görülüb.
Stalinin stoluna yumruq vurmaq cəsarətində olan Andrey Zavyalov 1985-ci ildə, 80 yaşında vəfat edib.
İlham Cəmiloğlu.
Teref.az
Ardını oxu...
 

“Paşinyanın sözlərindən Ermənistanın rusiyapərəst, yoxsa qərbyönlü kurs tutduğu anlaşılmır, o, daim ziddiyyətli bəyanatlar verir”.

Bunu Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

“Paşinyan bildirib ki, AB-nin himayəsi altında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün yol xəritəsi yaradılıb. Hər şey çox sadədir. Əliyev Paşinyanı barmağına dolayıb: onu Qarabağın statusunu gələcəyə saxlayan Rusiya variantı qane etmədi, ona görə də Əliyev Qərb platformalarında danışıqlara qoşuldu. Ermənistanın Qarabağdan imtina etməsi prosesi hələ 2022-ci ildə, Paşinyan-Əliyev-Mişel görüşündə qəbul edilən bəyanatla başladı.

Paşinyan düşünürdü ki, Qarabağı qurban verməklə Ermənistanı xilas etmək olar. Amma o düşünmürdü ki, Əliyev Rusiyanın zəifləmiş vəziyyətindən istifadə edərək Qarabağı almaq üçün “yolu yarıya qədər” gedəcək. Paşinyan Qranadada Əliyevi gözləyirdi ki, Ermənistanın maraqlarına uyğun hissə (yol xəritəsi - red.) imzalansın, lakin Azərbaycan prezidenti İspaniyaya uçmadı.

İndi Paşinyan düşünür ki, Qərb Əliyevə təzyiq edəcək və o, oktyabrın sonunda görüşə gələcək. Qərb özü də bu sənədin imzalanmasına nail olmaq istərdi, çünki bu, Rusiyanın regionda təsirini zəiflədəcək və onun sərhədlərində növbəti müharibənin başlama riskini azaldacaq. Lakin Əliyev hələ də gündəmini bitirməyib və indi Rusiya platformasında Ermənistan üzərindən dəhliz əldə etmək istəyir.

Ermənistan hakimiyyəti də necə aldadıldığını anlamağa başlayıb, çünki nə Rusiya platformasında aparılan danışıqlar, nə də Bakı ilə birbaşa müzakirələr onların gözlədiklərini təmin etməyəcək. Bu tam iflasdır.

Avropada alqış almaq üçün sadəcə Rusiyanı tənqid etmək lazımdır. Amma bu, təhlükəli strategiyadır, çünki Rusiya ciddi faktor olaraq qalır və Ermənistan üçün problemlər yarada bilər.

Paşinyanın ən böyük səhvi odur ki, o, Qərbin Azərbaycanı cilovlaya biləcəyini, AB-nin Azərbaycanı saxlamaq qabiliyyətinə, istəyinə və niyyətinə malik olduğunu düşünür. Bu, Paşinyanın primitiv düşüncəsinin nəticəsidir. O, cahil Saakaşvilidir”, - deyə siyasətçi vurğulayıb. (Axar.az)

 
 
 
Ardını oxu...
 

Nikol Paşinyanın və ümumiyyətlə, Ermənistanın xarici siyasəti yalan və riyakarlıq üzərində formalaşıb. Heç kimə sirr deyil ki, Paşinyan hər an başqa bir fikir səsləndirə bilən adamdır. Ona görə də, onun indiki halda özünü “sülhpərvər” kimi göstərməsi məkirli siyasətin davamıdır. Əgər o sülh istəyirdisə, II Qarabağ müharibəsindən dərhal sonra sərfəli şərtlərlə bu istiqamətdə addım ata bilərdi.

Bunu Teleqraf.com-a politoloq Yeganə Hacıyeva deyib.

O qeyd edib ki, Paşinyan sülhpərvər kimi görünməklə yanaşı, paralel olaraq anti-Azərbaycan mesajları səsləndirir:

“Hazırda erməni lobbisi dünya üzrə səfərbər olub. Azərbaycana qarşı mərhələ-mərhələ ayrı-ayrı ölkələrin “bəyanatlarının” qəbuluna çalışılır. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər ölkələrin vermiş olduğu “bəyanatlar” buna aiddir. Ona görə də, bu kimi yanaşmaları təəccüblə qarşılamaq olmaz. Bu, Ermənistanın ənənəvi “siyasətidir”.

Ardını oxu...

Politoloqa görə, bütün bunların fonunda Ermənistanın Azərbaycanla sülh sazişi imzalamaqdan başqa yolu yoxdur:

“Paşinyanın qarşı çıxdığı kommunikasiya xətlərinin açılması üçün indiki halda əldən-ayaqdan getməsi də təsadüfi deyil. O yeni şərait formalaşdırmağa çalışır. Çünki Paşinyanın gələcəyi kommunikasiyaların açılmasından asılıdır”.

Yeganə Hacıyeva hesab edir ki, Zəngəzur dəhlizi və kommunikasiyaların sülh və alternativ variantlarla açılması məsələsi gündəmdədir:

“Reallıq odur ki, Azərbaycan heç bir halda beynəlxalq hüquqla tanınan ərazilərdən kənarda hər hansı hərbi əməliyyata razılıq verməyib, verməyəcək. Əslində Paşinyanın Avropa Parlamentində bu dəhlizin açılmasından danışmasının da səbəbləri başqadır. Bu, Ermənistanın inkişaf perspektivinin olmaması ilə bağlıdır. Bunu sığortalamaq lazımdır. Erməni lobbisinin verdiyi qəpik-quruş Ermənistan dövləti üçün kifayət etmir. Paşinyanın isə ölkəyə iqtisadi gəlir gətirən lider kimi yadda qalmaq şansı var. O da bundan istifadə etmək istəyir. Sadəcə olaraq erməni tərəfi növbəti dəfə spekuliyasiya edir. Reallıq odur ki, kommunikasiya xətləri açılmalıdır. Burada Zəngəzur adına olan qısqanclıq isə tarixi və digər məqamlarla izah olunur. Amma bu işin mahiyyətini dəyişmir”.


Ardını oxu...
DİA.AZ: - Görünür, Fransada hesab edirlər ki, Azərbaycan Ordusu Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcək və bu məqsədlə Ermənistanın müdafiəsini gücləndirmək lazımdır.
DİA.AZ xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Fransa müdafiə naziri Sebastyan Lekornunun Fransa və Ermənistan arasında silah satışı ilə bağlı saziş imzalanacağı və müqavilədə hava hücumundan müdafiə sistemlərinin alınmasının nəzərdə tutulduğu haqda açıqlamasını şərh edərkən deyib.

“Fransa siyasətçiləri kimi düşünənlər başqa ölkələrdə də var. İstisna deyil ki, Fransa Ermənistana hücum silahları da satacaq. Biz Türkiyə və İsraildən lazımı silahlar alırıq, eyni zamanda, İtaliyadan da müasir hərbi texnikanın alışı ilə bağlı danışıqları intensivləşdirməliyik. Bu, Fransanın xoşuna gəlməyəcək, ancaq Parisin Ermənistana hərbi texnika satmaq qərarı digər Avropa Birliyi dövlətlərinin Azərbaycana silah və hərbi texnika satmasını asanlaşdıracaq”, - politoloq qeyd edib.

Xatırladaq ki, Sebastyan Lekornu Senatda çıxışında Ermənistana “sərhədlərinin mühafizəsini təmin etmək imkanı vermək” lazım olduğunu dilə gətirib.
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
18 illik hakimiyyəti dövründə Leonid Brejnev özündən əvvəlki və sonrakı sovet liderlərindən mülayim xarakteri ilə fərqlənib. Əslində, baş katib heç də göründüyü kimi “yumşaq” olmayıb. Sadəcə o, bütün məsələləri, kadr təyinatlarını, məmurların vəzifədən uzaqlaşdırmağı, ona qarşı çıxanları siyasi müstəvidən kənarlaşdırmağı “gülə-gülə” həyata keçirib, tez-tez işlətdiyi “yoldaşlar belə məsləhət görür” ifadəsi ilə mütləq hakimliyini gizlətməyə çalışıb. Bəli, Brejnev heç vaxt əlini stola çırpmadan, səsinin tonunu qaldırmadan bütün məsələləri öz istədiyi kimi öz xeyrinə həll edib.
“Mülayim” baş katibin gülə-gülə həll etdiyi məsələlərdən biri də 1967-ci ildə SSRİ-də ən böyük yeyinti faktı ilə bağlı olub. Hansı ki, söhbət dövlətə vurulan 3 milyon rubl ziyandan gedib...
1967-ci ildə Mərkəzi Komitədə keçirilən müşavirənin sonunda Mərkəzi Komitənin katibi, SSRİ-nin siyasi elitasında kifayət qədər populyar olan mədəniyyət naziri Yekaterina Furtseva Brejnevdən onunla təkbətək görüşmək istədiyini bildirib. Baş katib bu xahişə zarafatla cavab verib:
Yekaterina Alekseyevna, siz məni görüşə dəvət edirsiniz? Etiraz etmirəm.
Beləliklə baş katib Furtsevanı təklikdə qəbul edib. Mədəniyyət naziri baş katibin vaxtını çox almayaraq birbaşa mətləbə keçib:
Leonid İliç, biz Korşilovanı xilas etməliyik. O, siyasi dairəyə yaxın adamdır. Bu həm də sizin qızınız Qalyanın xahişidir.
Sonra Furtseva Korşilova ilə bağlı baş katibə daha ətraflı məlumat verib. Sonda Brejnev məsələyə başını bulayaraq münasibət bildirib:
Yenə Qalya, yenə qaranlıq məsələlər. Mən lazımi göstəriş verərəm, Karşilovanı sərbəst buraxarlar.
Ardını oxu...
Maraqlıdır, baş katibin qızının və mədəniyyət nazirinin diqqət mərkəzində olan Mariya Korşilova kim olub? Furtseva Brejnevdən nə xahiş edib?
Mariya Korşilova 1960-cı illərdə Moskvanın ən zəngin qadınlarından biri olub. 1963-cü ildə Moskvada istifadəyə verilən “Moskva” univermağı isə onu daha da zənginləşdirib.
Qeyd edək ki, “Moskva” univermağı SSRİ-də qərb standartlarına cavab verən ilk ticarət mərkəzi olub. Nikita Xruşovun “biz bütün sahələrdə Amerikanı üstələməliyik” şüarına uyğun olaraq, “Moskva” univermağında mövcud dövrün ən son texnologiyaları tətbiq edilib. 23 min kvadrat metr sahəsi olan 7 mərtəbəli ticarət mərkəzində müştərilərə fərqli xidmətlər göstərilib. Univermaqda radio vasitəsi ilə məhsullar haqqında məlumat verilib, xüsusi televizorlarda hər bir müştəri istədiyi məhsul haqqında görüntülü məlumat alıb, ticarət mərkəzinin bir neçə yerində səhnə podiumlarında geyimlər nümayiş etdirilib. Bütün bu yeniliklər univermağı ən qısa müddətdə populyarlaşdırıb, müştərilərinin sayını artırıb.
“Moskva” univermağı ümumdünya gənclər festivalının iştirakçısı olduğundan ticarət mərkəzinin mal və məhsullarla təminatına xüsusi diqqət yetirilib. Yerli sakinlərlə yanaşı Moskvaya gələn xarici qonaqlar da univermağı ziyarət etmək arzusunda olublar.
Ticarət mərkəzi istifadəyə tam hazır olduqdan sonra Yekaterina Furtsevanın təşəbbüsü ilə yaxın rəfiqələrindən biri olan Mariya Korşilova univermağa direktor təyin edilib. Mariya Korşilova əvvəllər də ticarət sahəsində çalışıb və işgüzar qadın kimi tanınıb. Bununla yanaşı, o, həm də yüksəkçinli məmurların həyat yoldaşları ilə çox yaxın münasibətdə olub, onları defisit geyimlərlə, zinət əşyaları ilə təmin edib.
Ardını oxu...
Korşilova peşəkar ticarətçi olmağı ilə bir neçə ay ərzində “Moskva” univermağını daha da məşhurlaşdırıb. 1960-cı illərdə xaricdə istehsal olunan geyimlər sovet adamları üçün əlçatmaz sayılanda, “Moskva” univermağında zaman-zaman insanların arzuladığı dəbli geyimlər əlçatan olub.
Öz işinin hərtərəfli bilicisi olan Korşilova ilk növbədə birincilərin ailələrini təmin edib, onlara qiymətli hədiyyələr verməkdə də xəsislik etməyib. Mərkəzi Komitədə, Moskva şəhər Partiya Komitəsində, SSRİ Ticarət Nazirliyində Mariya Korşilovanı çoxları tanıyıb. Məhz bu münasibətlər sayəsində Korşilova bir çox “güzəşt və imtiyazlara” sahib olub. SSRİ-yə daxil olan xarici malların bölgüsündə “Moskva” univermağı siyahıda birinci yerdə olub.
Ticarət sahəsində böyük səlahiyyətlərə sahib olan Mariya Korşilova daha böyük qazanc əldə etmək, daha da zənginləşmək üçün yalnız alqı-satqı ilə kifayətlənməyib. Həmin dövrdə kişi və qadın alt paltarları və idman geyimləri paytaxtın mağazalarında qıt olub. Bunu nəzərə alan Korşilova yeni “biznes”ni bu sahəyə istiqamətləndirib.
Korşilova xarici ölkələrdən idman geyimləri və alt paltarların tikilişi üçün istifadə olunan parçaların alınmasına nail olub. Həmin parçalar və xammal satışa çıxarılmayıb. O, biri univermağın zirzəmisində olmaqla gizli 3 tikiş sexi yaradıb. Güzəştli qiymətlə alınan həmin parçalardan bu sexlərdə alt paltarları və idman geyimləri tikilib. Sonrakı araşdırmalardan məlum olub ki, bu “biznes” təxminən 300-350 faiz gəlirlə işləyib. Məsələn, onun satdırdığı 60 rublluq idman geyiminin gizli işçi qüvvələrinin maaşı da daxil olmaqla maya dəyəri 15-20 rubl olub.
Bu minvalla Mariya Korşilova Moskvanın ən varlı qadınlarından birinə çevrilib. Onda olan zinət əşyaları SSRİ-nin ən dəbli qadınlarını təəccübləndirib. Həmin vaxt hələ 30 yaşını təzə keçirmiş Qalina Brejneva Korşilovanın brilyantlarına həsəd aparıb.
Furtseva ilə yaxın dost münasibətində olan Mariya Korşilova ölkə miqyaslı mədəniyyət tədbirlərində istifadə olunan geyimləri, quraşdırılan səhnələrdəki istifadə olunan parçaları, kargüzarlıq ləvazimatlarını, qonaqlara verilən hədiyyələri, suvenirləri və s. univermağın malları ilə təmin edib. O, bu əməliyyatlarda dövlət büdcəsindən on minlərlə rubl vəsaiti dəfələrlə öz şəxsi xəzinəsinə köçürüb. Sözsüz ki, Korşilova belə əməliyyatlar zamanı zəngin həyat tərzini sevən Furtsevanı da razı salıb.
Mariya Korşilovanın yaşam tərzi, qanunsuz əməlləri, gizli sex fəaliyyəti zaman-zaman şübhələr yaradıb. Brejnev hakimiyyətə gəldikdən sonra onun haqqında Mərkəzi Komitəyə anonim məktublar göndərilib. Həmçinin Qalina Brejneva da müəyyən dairələrdə Korşilovanın zənginliyindən tez-tez söhbət açıb. Nəhayət, 1967-ci ildə, Yuri Andropov DTK sədri təyin edildiyi il Mariya Korşilovanın fəaliyyətini araşdırmağa başlayıblar.
Ardını oxu...
DTK-nın apardığı işdə 128 nəfər istintaqa cəlb olunub. Onlardan 42 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. 2 nəfərə isə ölüm cəzası verilib.
İstintaqın yekunlarına görə Mariya Korşilovanı da ən ağır cəza gözləyib. Bu işdə ona Furtseva kömək edib. O, Korsilovada olan çox qiymətli brilyant daşı Qalina Brejnevaya hədiyyə edib. Daha sonra isə Brejnevlə görüşərək Mariya Karsilovanın uzun illər sovet ticarətindəki xidmətlərini və qızının istəyini nəzərə almasını xahiş edib.
Brejnev Mariya Korşilovanın 5 il ərzində dövlətə vurduğu 3 milyon rubla göz yumub. Korşilova istintaqın sonrakı gedişində sadəcə şahid qismində iştirak edib. “Mərhəmətli” Brejnevin bu “insaflı” addımını anlamaq çətin deyil. Çünki onun qızına hədiyyə edilən brilyant daşın qiyməti də elə təxminən dövlətə vurulan ziyanın məbləğində olub.
İlham Cəmiloğlu.
Teref.az
 

Dünyapress TV

Xəbər lenti