“Biz öz torpaqlarımızı kiməsə təhvil vermirik. Hər kəsin beynəlxalq tanınmış sərhədləri var, hər kəs öz sərhədlərində yaşamalı, inkişafına baxmalıdır”.
Gununsesi.info “News.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşü zamanı deyib:
“Real olmayan sərhədlərdən imtina etməliyik. Xəyali Ermənistandan real Ermənistana keçid etməliyik. Əks halda həmin xəyali Ermənistan ucbatından real Ermənistanı da itirə bilərik”.
O qeyd edib ki, indi real Ermənistan naminə xəyali Ermənistandan imtina etmək zamanıdır:
“Bu övladlarımızı qoruyacaq, Ermənistanı isə nəhayət suveren, demokratik və azad bir dövlət edəcəyik”.