Ardını oxu...
Fələstin bayraqları ilə yüzlərlə insan Türkiyənin İncirlikdəki ABŞ hərbi bazasına basqın etməyə çalışır. Fələstin Azadlıq Karvanı adlı aksiyanın iştirakçıları İsrailin Qəzza zolağındakı hərəkətlərinə etiraz edirlər.

Bizim.Media xəbər verir ki, etiraz Türkiyə Humanitar Yardım Fondu “İnsan Haqları və Azadlıqları” (İHH) tərəfindən təşkil olunub.

Nümayişçilər İstanbuldan və digər şəhərlərdən əraziyə gəlib. Etirazçılar Amerika hərbçilərinin yerləşdiyi İncirlik Hərbi Hava Qüvvələri bazasını mühasirəyə alıblar.

Polislər və digər hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.

 
Ardını oxu...
“Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir, hətta sıfırın altındadır, lakin zaman keçdikcə onlar yenilənməli olacaqlar”.

“Report” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Eyni zamanda, o qeyd edib ki, Rusiya Federasiyası və ABŞ qlobal strateji sabitlik üçün xüsusi məsuliyyət daşıdığından, zaman keçdikcə münasibətlər yenidən bərpa edilməli olacaq.

Peskov həmçinin bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında ehtimal olunan görüş üçün lazımi şərtlər yaranmalıdır:

“Qarşılıqlı istək də lazımdır. Putin dəfələrlə istənilən təmaslara hazır olduğunu bildirib”.
 
 


 
Ardını oxu...
“Qəzza zolağında baş verən qırğınlarda ABŞ və Prezident Co Bayden şəxsən günahkardır”.

“Qafqazinfo” “Al Mayadeen” nəşrinə istinadən xəbər verir ki, bunu HƏMAS liderlərindən biri Usama Hamdan deyib.

Hamdan Fələstin xalqına qarşı təcavüzü dayandırmaq üçün Vaşinqtona təzyiq göstərməyə çağırıb.

Bundan əlavə, hərəkatın nümayəndəsi İsraili Qəzza zolağından əcnəbilərin təxliyəsi ilə bağlı razılaşmanı pozmaqda ittiham edib. O, Rəfah keçidinin açılmasına çağırıb və həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatından öz işçilərinin yaralı fələstinliləri daşıyan təcili yardım ekipajlarını müşayiət etməsini istəyib.
 
Ardını oxu...
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rusiya” sərgi-forumu çərçivəsində “Bilik” cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.

Peskov Putinin “dublyor”ları ilə bağlı müzakirələrə növbəti dəfə münasibət bildirib.

“Yəqin ki, müxtəlif teleqram kanallarını oxuyursunuz. Prezident Putinin neçə “dublyor”u var? İndi ekspertlər onların üç və ya dörd olduğunu təxmin edirlər. Bəs, hər gün gördüyümüz kimdir? Bu səhər Minin və Pojarskinin abidəsinin önünə çiçəklər qoyan üçüncü, yoxsa dördüncü “dublyor”dur? Aydın deyil, elə deyilmi? Bizim isə yalnız bir Putinimiz var”, – Peskov qeyd edib.

Qeyd edək ki, Kreml bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin oxşarı olması və onun bəzən Rusiya liderini əvəz etməsi barədə yayılan məlumatları təkzib etmişdi. \\Ölkə.az
Ardını oxu...
İsrail xüsusi xidmət orqanlarının əməkdaşları ölkə xaricində israillilərə qarşı bir neçə hücumun qarşısını ala biliblər.

Teref.az xəbər verir ki, bu barədə İsrailin “Kan” ictimai telekanalı məlumat yayıb.

Telekanalın təhlükəsizlik xidmətlərindəki mənbəsinin bildirdiyinə görə, bəzi hücumlar kortəbii olaraq planlaşdırılıb, digərləri isə radikal qrupların üzvləri tərəfindən hazırlanıb.

Konkret hansı hücumların planlaşdırıldığı, onların sayı və qarşısının alınması üsulları barədə məlumat verilməyib./Report
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin ölkənin İctimai Palatasının yeni tərkibilə görüş keçirib.

Kadrlar sosial şəbəkələrdə yayılıb.

Görüş zamanı dövlət başçısı tatarıstanlı din xadiminin “Hörmətli Vladimir Vladimiroviç, assalamu aleykum!”, - müraciətinə “Aleykum assalam!”, - deyərək cavab verib.

Daha sonra Putin bildirib ki, SSRİ dövründə indiki qədər məscid tikilməyib.
“Müasir Rusiyada sovet dövründəkindən daha çox məscid tikilib. Ərəb həmkarlarım Rusiyada 8 min məscidin tikildiyinə inanmırlar”, - deyə o bildirib. Prezidentin sözlərinə görə, bu rəqəm fantastik görünür, lakin tikinti davam edəcək.

“Bu, dövlət üçün vacibdir və biz bunu dəstəkləyəcəyik”, - deyə prezident vurğulayıb.
https://t.me/oxuaze/68771
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi, Cümhuriyyətin 100-cü ildönümü münasibəti ilə Boğaziçidə təşkil edilmiş və Türkiyə donanmasının tarixindəki ən böyük rəsmi paradın təfərrüatları məlum olub.

Musavat.com xəbər verir ki, 100 gəminin iştirak etdiyi parad üçün təxminən 10 aydır hazırlıq görülüb. 7 min 896 şəxsi heyətin iştirak etdiyi parada Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu rəhbərlik edib. Mərasimdə Türkiyənin ilk milli freqatı "İstanbul", "Pirireis" sualtı qayığı, həmçinin döyüş dəstək gəmisi "Derya" da iştirak edib. Tarixi mərasimdə gəmilərin keçidi “nizamlı cümhuriyyət” adlanan qaydada baş tutub.

Ərdoğanın mərasimi izlədiyi ərazidə qara bayrağın olması və paşaların qılınclarını çıxarması diqqət çəkib. Bu simvollar “dünyaya meydan oxumaq” kimi şərh olunub.
Ardını oxu...
Türkiyəli yazıçı Mustafa Kurnaz qara bayrağın sirrini açıqlayıb.

“Qara bayraq 1517-ci ildə Hicazdan Türkiyəyə gətirilib. Peyğəmbərimizin dövründə müharibədən əvvəl qara bayraq açılırdı. Osmanlılar da səfərə çıxmazdan əvvəl qara bayraq açır və səfərə çıxacaqlarını bildirirdilər" - Kurnaz bildirib.

Bəs qılınclar niyə qınından çıxarılıb? Özü də paşalar qılıncı əlcəksiz tutub.

Yazıçı bu suala belə cavab verib: "Türk dövlət adətinə görə, qılınclar qınından çıxarılsa, qanlı olana qədər onları geri qoymaq olmaz".
 
Ardını oxu...
“Türkiyə və İran Yaxın Şərqin güc mərkəzləri hesab olunur. Hər iki ölkə regionda söz sahibidirlər. Ankara və Tehranın Yaxın Şərq siyasətində fərqli strategiya olsa da, yenə də regionla bağlı bəzi məsələlərdə eyni maraqları bölüşürlər”.

Bu sözləri türkiyəli eskpert Engin Özer müsahibəsində Türkiyə və İranın Yaxın Şərqlə bağlı xarici siyasətində ortaq və fərqli maraqlar barədə fikirlərini bölüşərkən bildirib.
Qeyd edək ki, noyabrın 1-də İran İslam Respublikasının XİN rəhbəri Hüseyn Əmir Abdullahian Türkiyəyə rəsmi səfər edib və həmkarı Hakan Fidanla görüşüb. Hər ölkənin XİN rəhbəri görüşdə ikitərəfli əlaqələr və regional proseslər, ən əsası da Fələstindəki hazırki vəziyyəti müzakirə ediblər. Nəzərə çatdıraq ki, Türkiyə və İran Yaxın Şərqin böyük, güclü və xüsusi təsir dairəsinə malik olan ölkələrdir. Hər iki ölkə bu regionda hər vəchlə öz geosiyasi mövqeyini möhkəmləndirməyə çalışırlar. Regionda hər iki dövlətə bağlı olan hərbi-siyasi qüvvələr də mövcuddur.

Yaxın Şərqdə baş verən proseslərdə Ankara və Tehranın ortaq məxrəcə gəlməsinin mümkün olub-olmaması ilə bağlı suala cavablandıran Engin Özer qeyd edib ki, hər iki ölkənin bəzi regional məsələlərdə eyni mövqeni paylaşır:

““Soyuq müharibə”nin bitməsindən sonra Yaxın Şərqdə fərqli geosiyasi xətt yürüdülür. Bildiyimiz kimi, “soyuq müharibə” dövründə Yaxın Şərqə hökmranlıq etmək üçün SSRİ ilə ABŞ arasında ciddi rəqabət gedirdi. Amma 21-ci əsrdə, yəni son iyirmi ildə bu regionda regional dövlətlər də, xüsusilə İran və Türkiyə söz sahibi olublar.

Artıq Yaxın Şərqlə bağlı məsələlərdə region dövlətləri öz geosiyasi mövqeyini açıq-aşkar nümayiş etdirirlər. Həm Türkiyə, həm də İran Yaxın Şərqin hərbi-siyasi və iqtisadi cəhətdən güc mərkəzləri hesab olunur. Düzdür, Türkiyə və İran Yaxın Şərqdə fərqli strategiyaya malikdir, amma hər iki ölkə regiona aid olan bəzi məsələlərdə eyni maraqları bölüşür. Xüsusilə, Suriyanın ərazi bütövlüyü və Fələstin məsələsində Ankara və Tehranın mövqeyi eynidir.

Türkiyə və İran rəhbərliyi İsrail-Fələstin bölgəsində hazırki vəziyyətin nizamlanması yönündə ortaq məxrəcə gələ bilərlər. Bir məqamı da vurğulayım ki, Türkiyə və İran İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz üzrə yaradılan “3+3” formatının üzv ölkələridir. Hər iki dövlət hesab edir ki, həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə mövcud problemlər yalnız region ölkələri tərəfindən həll olunmalıdır. Hər ikisi kənar güc mərkəzlərin bu iki regiona müdaxiləsinə qarşıdırlar”.

Türkiyə və İranın İsrailə qarşı birgə hərbi-siyasi cəbhə yaratması ehtimalına gəlincə, ekspert bunun qeyri-mümkün olduğunu bildirib:

“Çünki Türkiyə hələ də NATO-nun aparıcı üzv ölkələrdən biridir. Bundan əlavə, Ankaranın Qərblə mühüm və qoparılmaz bağlantıları var. Ankara qətiyyən Qərblə olan bütün əlaqələrini dayandıra bilməz. Bəli, Türkiyə Qərblə bir çox məsələlərdə toqquşur, amma yenə də Qərb blokunun mühüm ölkəsi hesab olunur.

Buna görə də Türkiyənin İranla bərabər İsrailə qarşı cəbhə yaratması mümkün deyil. Bu, Ankaranın maraqlarına ziddir. Ancaq Qəzzadakı yerli əhaliyə humanitar yaradımın edilməsində və BMT-də İsrailə qarşı qərarların qəbul olunmasında Türkiyə və İranın birgə əməkdaşlığı mümkündür”.

Ekspert Ankara və Tehranın Yaxın Şərqdə fərqli geosiyasi hədəflər güddüyünü bildirib:

“Türkiyə və İran Yaxın Şərqdə fərqli mədəniyyətə malikdirlər. Bu dövrdə Türkiyə Osmanlı imperiyasına daxil olan Yaxın Şərqin torpaqlarda, xüsusilə İraq, Suriya və Fələstində, hətta Misir və Liviyada öz maraqlarına uyğun mədəni siyasət yürüdür. İran isə Yaxın Şərqdə fərqli mədəni siyasət təbliğ edir, doğrusunu desək, şiələrin məskunlaşdığı ərazilərdə möhkəmlənməyə çalışır. İran özünü şiə dünyasının mərkəzi hesab edir. Bu baxımdan Yaxın Şərqdə Türkiyə və İran bir-birinə rəqib dövlətlər hesab olunur.

Amma bu rəqabət iki ölkə arasında düşmənçiliyə, ən əsası da toqquşmalara gətirib çıxarmayıb. Həmçinin, Osmanlı imperiyası ilə Səfəvi dövlət arasında imzalanan “Qəsri-Şirin” müqaviləsindən bu günə qədər Türkiyə-İran sərhədlərində heç bir dəyişiklik olmayıb. Hətta Ankara və Tehran bu regionda bəzi məsələlərdə, xüsusilə Fələstin məsələsində birgə addımlar atmağa hazırdır”.

E.Özer Türkiyə və İran arasında regionda geosiyasi nüfuz uğrunda mübarizənin də getdiyini vurğulayıb.

“Keçmiş dövrlərdə olduğu kimi, bu gün də Türkiyə və İran Yaxın Şərqdə öz geosiyasi mövqeyini möhkəmləndirmək istiqamətində eyni vasitələrdən istifadə edirlər. Osmanlı imperiyasının xələfi olan Türkiyə sünni, İran isə şiə dünyası üzərində geniş təsir dairəsinə malikdir. Hər iki ölkənin İraq və Suriyada fərqli hədəflərinin olması bunu açıq-aşkar sübut edir.

Qədim və dərin tarixi olan bu iki ölkənin Yaxın Şərqlə bağlı bir çox strateji məsələlərdə maraqları ziddiyyət təşkil edir və onların tam ortaq məxrəcə gəlməsi qeyri-mümkündür. Lakin İran və Türkiyə rəqib dövlətlər olsa da, bir-birinə qarşı təhdid yaratmır”.

Türkiyə və İranın Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təminatına təsir etmək imkanlarının olmasına toxunan E.Özer region üçün ümumi formatın formallaşdırılmasına ehtiyac olduğunu deyib:

“Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün “3+3” formatına bənzər formatın yaranmasına ehtiyac var. Düzdür, İran və Suriya arasında çox ciddi problemlər yaşanır. Hər iki ölkə arasında hələ də münasibətlər normallaşmayıb. Amma yenə belə formatın formallaşması üzərində müzakirələr aparıla bilər”.
 
Ardını oxu...
“Ukrayna üçün risklər var, lakin Bayden və onun administrasiyası buna nail olmaq üçün əlindən gələni edir”

ABŞ Konqresinin Nümayəndələr Palatası yeni spiker seçib. Bir neçə uğursuz səsvermə və bir sıra namizəd dəyişikliyindən sonra Palataya Respublikaçılar Partiyasının ABŞ-ın sabiq Prezidenti Donald Trampa yaxın qanadından olan respublikaçı Mayk Conson rəhbərlik edib. Yeni spiker Ukrayna münaqişəsi ilə bağlı hansı mövqe tutacaq?

Oktyabrın əvvəlində ABŞ tarixində ilk dəfə olaraq Nümayəndələr Palatasının spikeri səlahiyyət müddəti başlayandan dərhal sonra vəzifəsini itirib. Tarixi prosesə oktyabrın 2-də onun fraksiyadan olan həmkarı və ABŞ-ın sabiq Prezidenti Donald Trampın şəriki Mett Qeyts başlayıb. Artıq oktyabrın 3-də Demokrat partiyasından olan konqresmenlərin səsləri respublikaçılara əlavə edildikdə, spiker Kevin Makkarti istefa verdi.

Qeyd edək ki, Makkartiyə səsvermədən əvvəl spikerin geri çağırılması proseduru dəyişdirilib. Bundan əvvəl konqresmenlərin ən azı üçdə biri spikerin geri çağırılması üçün imza atmalı idi. Bundan başqa, spikerin vəzifəsindən azad edilməsi və müvəqqəti rəhbərin seçilməsi ilə Nümayəndələr Palatasının funksional imkanları məhdudlaşdırılıb.

Yeni spikerin seçilməsi təkcə ABŞ-da deyil, dünyada “dastana” çevrildi. Əvvəlcə hətta Makkartinin vəzifəyə qayıtması müzakirə olundu. Lakin bu baş vermədi və respublikaçı namizədlər dəfələrlə spikerlikdən imtina etdilər.

Oktyabrın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçı çoxluğun lideri, əksəriyyət tərəfindən namizədliyi irəli sürülən Stiven Skaliz səsvermədə iştirak etməkdən imtina etdiyini açıqladı. Çünki hətta bütün partiyadaşları da onu dəstəkləməyə hazır deyildilər. Səbəblərdən biri onun səhhətində ciddi problemlər göstərildi.

Əgər Skaliz özünü Ukraynaya yardımın tərəfdarı kimi göstərirdisə, o zaman Respublikaçılar Partiyasındakı Trampçı qanadın nümayəndəsi Cim Jordan Nümayəndələr Palatasının rəhbəri vəzifəsinə yeni iddiaçı oldu. Ancaq spiker olmaq da onun qisməti olmadı. Üç səsin hər birindən sonra onun tərəfdarlarının sayı ardıcıl olaraq azalırdı. Və sonda Jordanın özü kreslo uğrunda mübarizədən əl çəkmək qərarına gəldi.

Spikerliyin müddətini nəzərə alan konqresmenlər müvəqqəti spikerin səlahiyyətlərinin müvəqqəti genişləndirilməsi barədə düşünməyə başladılar ki, bu da xüsusilə Ukraynaya əlavə yardım göstərməyə imkan verəcək. Lakin məsələ səsverməyə çıxarılmayıb və müvəqqəti spiker Patrik Makhenrinin özü bu təklifi dəstəkləməyib.

Oktyabrın 24-də respublikaçıların 5 tur səsverməsindən sonra Ukraynanı dəstəkləyən bir sıra qərarları dəstəkləyən Tom Emmer spiker postuna növbəti namizəd olub. Lakin ona Palataya rəhbərlik etmək də qismət olmadı. Namizədliyini irəli sürdükdən bir neçə saat sonra məlum olub ki, Emmer namizədliyini geri götürüb, çünki respublikaçıların əksəriyyəti onu dəstəkləməkdən imtina edib.

Sonda respublikaçılar Maykl Consonu spikerliyə namizəd kimi seçdilər. Demokratlar ona qarşı Hakem Jeffriesin namizədliyini irəli sürüblər. Ancaq möcüzə baş vermədi və üç həftəlik gərginlikdən sonra partiyanın bütün qanadlarının dəstəyini alan Conson rəsmi olaraq Kevin Makkartinin varisi oldu.

Nümayəndələr Palatasının yeni sədri seçilməzdən əvvəl ardıcıl olaraq Ukraynaya yardımın əleyhinə idi. O ancaq praktikada heç vaxt işə yaramayan “Lend-Lease” qanununa səs verib, sonra Ukraynaya dəstəyin azaldılmasının tərəfdarı olub. O həmçinin Kiyevə 40 milyard dollar yardımın verilməsinin əleyhinə səs verib. Palatada səsvermədən dərhal əvvəl Conson Ukraynaya yardımdan ümumiyyətlə bəhs etməyib və diqqətin İsrailə yardıma yönəlməli olduğunu qeyd edib.

Artıq seçildikdən sonra Conson Ukraynaya əlavə yardım məsələsini müzakirə etməyə hazır olduğunu bəyan etdi və partiyadaşlarının əksəriyyəti belə bir qərarı dəstəklədi. Bununla belə, xatırladaq ki, sentyabrda 93 respublikaçı konqresmen Ukraynaya yardımı qadağan edən düzəlişi dəstəkləyib. Nümayəndələr Palatasında ümumilikdə 221 respublikaçı var. Beləliklə, üstünlük olduqca zəifdir.

Bununla belə, ekspertlər Nümayəndələr Palatasının spikeri kimi trampçı keçmişi olan şəxsin seçilməsinə baxmayaraq, Konqresdə Ukraynaya yardım üçün səsverməyə nikbin yanaşırlar.

Ukraynalı politoloq Volodimir Volya UNİAN-a deyib ki, Consonun seçilməsinin Ukraynaya yardımın azalmasına gətirib çıxarmayacağına inanır. Analitik respublikaçıların əksəriyyətinin bu cür yardımların davam etdirilməsinə tərəfdar olduğunu xatırladıb və qeyd edib ki, respublikaçıların xüsusilə daxili məsələlərə ictimai önəm verirlər: “Bu da ABŞ-da seçkilərin yaxınlaşması ilə bağlıdır. İndi Birləşmiş Ştatlarda Respublikaçılar Partiyasına təsir etmək üçün respublikaçılar arasında mübarizə gedir və indiyə qədər orada trampçılar azlıq təşkil edir. Bununla belə, təhlükəyə baxmayaraq, birlik qorunmalıdır. Digər tərəfdən, respublikaçılara müəyyən nailiyyətlər lazımdır. Palatada yerlərin çoxu respublikaçılara məxsusdur və bu, onları ən azı seçki ilinin əsas büdcə sənədində respublikaçıların xərclərini əks etdirməyə çalışmağa məcbur edir. Ona görə də belə qızğın mübarizə gedir”.

“Ukraynaya yardıma gəlincə, yeni spiker hesabatlılığın və nəzarətin zəruriliyini bildirib. Makkartinin spiker olduğu dövrdə buna nail olundu: müvafiq müfəttiş Ukraynaya gəldi. Yəni Birləşmiş Ştatlarda bu şiddətli mübarizə Ukraynanı vəsaitsiz qoymaq deyil, respublikaçıların bəyan etdiyi məqsədləri həyata keçirmək üçün pula sahib olmaqdır”, - politoloq əlavə edib.

Volya xatırladıb ki, Senatda respublikaçıların lideri aktiv şəkildə Ukraynaya yardımın artırılması lehinə çıxış edir: "Respublikaçılar fərqlidirlər. Və spiker vəzifəsinin trampçıların nümayəndəsinə verilməsi, məncə, trampçıların bir növ nəticə əldə etdiyini göstərmək üçün siyasi jest ola bilər”.

Öz növbəsində amerikalı Oleksandr Kraev xatırladır ki, yeni spiker hətta amerikalılar üçün də “qaranlıq atdır”.

"Conson nisbətən desək, kölgədən çıxdı. Amerika qəzetləri "Cənab Conson kimdir" başlığı ilə manşetlər verdi. Yəni o hətta Amerika ictimaiyyətinə də kifayət qədər tanış siyasətçi deyil. 2020-ci il prezident seçkilərinin nəticələrinin tanınmaması üçün əməliyyat təşkil edənlər 2018-ci il, aktiv trampçı konqresmen idi və kifayət qədər sağçıdır. Amerika üçün təhlükəli ola bilər, amma uzunmüddətli perspektivdə təhlükəlidir. Yəni 2024-cü ildə prezident seçkilərinin nəticələrinin təsdiqlənməsi lazım olanda... Onlar əvvəlcə Nümayəndələr Palatasından, sonra isə Senatdan keçməlidirlər. Biz görürük ki, nəticələri tanımamağı bacaran adam var. 2020-ci ildə bunun üçün mübarizə aparan və indi Nümayəndələr Palatasının spikeri kimi bunu etmək üçün tam səlahiyyətə malik olan şəxsdir. Düşünürəm ki, yaxın gələcəkdə trampçılar mötədil respublikaçılarla həmrəy olacaqlar” , - deyə o qeyd edib.

Layihəsində Ukraynaya yardım nəzərdə tutan ABŞ Federal Büdcəsinə səsvermənin perspektivləri, habelə spikerin onu səsə qoymamaq hüququ barədə danışan Krayev qeyd edib ki, büdcə baxılmasının pozulması perspektivi var. Birinci böyük lakin Federal Büdcədir. Ukrayna üçün Federal Büdcədə Bayden paketinin bir hissəsi kimi yazılmaya bilər, çünki Ukrayna üçün təxminən 40 milyard var, o zaman onlar öz reytinqlərini dolduracaqlar. Axı bunu Respublikaçılar Partiyasının etdiyi hamıya aydın olacaq ki, bu, “öz ayağına vurulan zərbə” olacaq”.

Ağ Evin İsrail, Ukrayna və Tayvana 100 milyard dollar yardım təklifinə gəlincə, o, xüsusi olaraq hər bir xərc maddəsi üçün çox böyük, genişləndirilmiş paketlərlə hazırlanmışdır ki, Demokratlar və Trampçılar hər bir konkret mövqe üzərində bazarlıq edə bilsinlər...

"Yenə də Baydenin paketini məhv etsələr, o zaman seçicilərinin nöqteyi-nəzərindən cənub sərhədinə dəstəyi məhv edəcəklər. Ona görə də Ukrayna üçün risklər var, lakin Bayden və onun administrasiyası buna nail olmaq üçün əlindən gələni edir”, ekspert qeyd edib.

Krayev əlavə edib ki, riyazi olaraq siyasi aspektlər nəzərə alınmasa, Ukraynaya yardımın maliyyələşdirilməsi üçün kifayət qədər səs toplanır: “Müəyyən risklərin olmasına baxmayaraq, hələlik heç bir fəlakətli vəziyyət yoxdur”.

Müəllif: Turan Abdulla
ayna.az
Ardını oxu...
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nəzdində xüsusi idarə yaradılıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən hökumət iclasında bildirib. Baş nazirin sözlərinə əsasən, həmin idarənin funksiyasına ölkə ərazisindən keçən avtomobil yollarının, dəmir yollarının, elektrik xətlərinin, qaz kəmərlərinin, regional və beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək daxildir.

Paşinyan onu da əlavə edib ki, idarə demək olar ki artıq hazırdır, onun yaradılması üzərində uzun müddətdir işlər aparılır və artıq tam heyətlə təmin edilib.

TEREF.AZ-ın məlumatına görə, hadisə ilə bağlı “Sherg.az”a danışan politoloq Ramiz Alıyev bildirib ki, hansısa idərənin yaradılması ilə Ermənistanın Rusiyadan uzaqlaşdığını deyə bilmərik:

"Yəni tək səbəb bu deyil. Ermənistanın son dövrlərdə apardığı siyasət və Rusiyaya qarşı münasibəti onu göstərir ki, rəsmi İrəvan Moskvadan uzaqlaşır. Həmçinin son hadisələr Ermənistanın Qərbə meyilləndiyinin göstəricisidir. Digər tərəfdən Ermənistanın Rusiyaya qarşı mövqeyinin dəyişməsi rus rəsmiləri tərəfindən də dəfələrlə dilə gətirilib. Amma heç kəsə sirr deyil ki, Ermənistan uzun illərdir Rusiyanın dəstəyindən yararlanıb və bu fonda bölgədəki mövcudluğunu saxlayıb. İndiki addımlar isə Ermənistanın ikiüzlülüyünün daha bir nümunəsidir. Çünki o verilən dəstəkləri unudur. Ümumiyyətlə tarixən Ermənistan onsuz da öz müttəfiqlərini sataraq yeni "dostlar" qazanıb. İndi də belə edir. Bu gün Ermənistanda Rusiyaya qarşı böyük bir aqressiya var. Eyni zamanda bu mövzuda dəfələrlə Rusiya rəsmiləri tərəfindən xəbərdarlıqlar olunub".

Analitik əlavə edib ki, Ermənistanın Qərbə yönəlməsi Rusiya və İranın xoşuna gəlmir:

"Hətta gələcəkdə İrəvana qarşı Kreml və Tehran tərəfindən müəyyən təzyiqlər də olacaq. Həmçinin okeanın digər tərəfində olan dövlətlər gəlib ona dəstək ola bilməyəcək. Bu səbəblə də Ermənistan qonşu ölkələrlə münasibətlərini korlayaraq yanlış oyun oynayır. Heç kəsə sirr deyil ki, Ermənistanın dəmir yolu xətlərinin və digər infrastruktur, iqtisadi sahələrinin böyük əksəriyyəti Rusiyanın nəzarətindədir. Ona görə də Nikol Paşinyanın belə bir qərar qəbul etməsi birbaşa Rusiyanın Ermənistana təsirini və nüfuzunu azaltmaq üçündür. Digər tərəfdən Ermənistanda bu cür addımların davamlı olacağını düşünürəm. Hətta rus dilinin və rus telekanalların qadağa olunmasını da proqnozlaşdırmaq olar. Bir sözlə, Qərb Paşinyan simasında Cənubi Qafqazda yeni Zelenski yaratmaq istəyir. Lakin Ukraynanın vəziyyəti hər kəsə məlumdur. Nə qədər maliyyə yardımı olunsa da əhalisi qırılan və şəhərləri dağıdılan Ukraynadır. Bu mənada Paşinyanın alqışlanılması ona müəyyən səhvlər etmək üçün yaradılan şəraitdir. Belə addımlar isə onun ölkəsi üçün gələcəkdə böyük fəlakətlər gətirə bilər".
 

Dünyapress TV

Xəbər lenti