Avropa İttifaqı Rusiyaya qarşı maliyyə sanksiyalarının genişləndirilməsi və SWIFT-in yerli analoqu – Rusiya Bankının Maliyyə Mesajlarının Ötürülməsi Sisteminin (SPFS) “qara siyahılar”a daxil edilməsi imkanlarını nəzərdən keçirir.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg”ə mənbələr məlumat verib.
Məlumata görə, SPFS-ə qarşı sanksiyalar Ukraynanın işğalı ilə bağlı 14-cü tədbirlər paketinə daxil edilə bilər. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Avropa Komissiyası Aİ-yə üzv ölkələrə müvafiq təkliflər göndərib.
Bundan başqa, 25 faizdən çox Rusiya strukturlarına məxsus nəqliyyat şirkətlərinə qarşı sanksiyalar, həmçinin Moskvaya dəstək verdiyi üçün Belarus, Çin, BƏƏ və Türkiyəyə qarşı əlavə tədbirlər nəzərdə tutulub.