Ardını oxu...
Fransa Şərqi Qüdsün Qədim şəhərin məhəlləsində yaranmış gərgin vəziyyəti dərin narahatlıqla izləyir.

Axar.az xəbər verir ki, bu barədə Fransanın Qüdsdəki konsulluğunun ermənilərlə polis qüvvələri arasında baş vermiş qarşıdurma ilə bağlı məlumatında deyilir.

“Fransa israilli köçkünlərin əhaliyə təzyiq etdiyi Qədim şəhərin erməni məhəlləsində davam edən gərginliyi dərin narahatlıqla izləyir”, - deyə bildirilib.

Qeyd edək ki, ötən gün erməni icmasının nümayəndələri ilə polis qüvvələri arasında növbəti qarşıdurma baş verib. Dörd erməni polis tərəfindən saxlanılıb, bir müddət sonra onlar sərbəst buraxılıb.
 
Ardını oxu...
Azərbaycan Parlamentinin deputatı Vahid Əhmədov 44 günlük Vətən Müharibəsinin qələbə ilə bitməsindən sonra ölkədə həllini tapmalı olan məsələlərdən biri -İnsan Hüquqları haqqında danışıb.

Gununsesi.info-ya müsahibəsində Vahid Əhmədov deyib ki, həbsdəki siyasi fəallar azadlığa buraxılmalıdır.

Həmin açıqlamanı təqdim edirik:
 
 
Ardını oxu...
Ermənistan silahlanır. Silahı isə əsasən Hindistan və Fransadan alır. Hindistan Ermənistana silahı İran, Fransa isə Gürcüstan üzərindən ötürür. Gecə-gündüz şiə həmrəyliyindən danışan molla rejimi Azərbaycandakı şiələrə qarşı Ermənistanın silahlanmasına açıq şəkildə yardım edir. “Dostum, qardaşım” dediyimiz Gürcüstan da Azərbaycanla düşmənçilik edən Fransaya qucaq açır.

Azərbaycanın isə əsas silah aldığı ölkə İsraildir. Belə bir fonda Azərbaycanda özünü “ağıl dəryası” hesab edənlər deyirlər ki, HƏMAS-İsrail müharibəsində Azərbaycan HƏMAS-a dəstək verməlidir. İsrailə qarşı sərt mövqedən çıxış etməlidir. Yaxşı, biz də qoşulduq sizə və başladıq İsraili İran mollarının ağzı ilə söyməyə. Sonra nə olacaq? Azərbaycan silahı kimdən alacaq?

Bilməyənlər üçün deyim ki, 2022-ci ildə İsrailin hərbi ixracatı 12.5 milyard dollar olub. Dünyada İsrail silahına tələbat ilbəil artır. Məsələn, 2021-ci ildə bu göstərici 11.4 milyard dollar idi.

Yəni “ağıl dəryaları”na qulaq assaq İsrail ilə düşmən olmalıyıq. Təbii ki, İsrail də öz düşmənlərinə silah satacaq qədər sadəlövh deyil.

Silah alış-verişi ilə bağlı bir şeyi də vurğulayım. Bəziləri elə düşünürlər ki, silah almaq üçün əsas məsələ pulun olmasıdır. Silah bazarı da kolxoz bazarı kimi bir şeydir. Bazara girib istədiyini ala bilərsən. Təbii ki, belə düşünənlər dünyada mövcud olan reallıqlardan xəbərsiz adamlardır. Silah strateji məhsuldur. Bu məhsulu yalnız dostlara satırlar, düşməninə silah satanlar sonda o qədər peşman olub ki. Həm də ultra-müasir silahlar, hansını ki, biz İsraildən alırıq, elədir ki, istehsal edən ölkə həmin silaha satışdan sonra da nəzarət edir. Bunun üçün elektron kodlar mövcuddur. Kodlar tez-tez dəyişdirilir. Sən o kodu bilmədən o silahdan yararlana bilməzsən. İsrail bu məsələdə də Azərbaycana ciddi üstünlüklər verib.

Hərdən düşünürəm ki, nə yaxşı ki, Azərbaycanı belə “ağıl dəryaları” idarə etmir. İnanın ki, bunlar bütün dünya ilə Azərbaycanı düşmən edərlər. Ölkə darmadağın olub gedərdi…

Diqqət edin, 2020-ci ildə “İbrahim anlaşması” (Abraham Accords) kimi tanınan sazişlə İsraillə münasibətləri normallaşdıran Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş yəhudi dövlətindən ən çox silah alan ölkələrdir.

Bizim ağıllılar deyir ki, siz ərəbləri boş verin, ancaq biz İsraildən silah almayaq. Bəs kimdən alaq? İrandan alsaq necə olar?..

XXI əsrdə yaşayırıq. Bunlar hələ də “Danabaş kəndinin əhvalatları” səviyyəsində düşünürlər.

Özü də biz İsraildən təkcə silahmı alırıq? WikiLeaks-ın yaydığı 2010-cu ilə aid gizli materialda İlham Əliyevin İsrail-Azərbaycan münasibətlərini aysberqə bənzətməsi haqqında istər Azərbaycan, istərsə də İsrail, bütövlükdə Qərb mediasında dəfələrlə yazılıb. Aysberq nə deməkdir? Yəni üzdə görünən bütövün vur-tut onda biridir. Aysberq-buz dağının-onda doqquzu suyun altındadır. Bu isə o deməkdir ki, İsrail-Azərbaycan münasibətlərinin çox dərin qatları var və o qatlar haqqında hər hansı məlumat dünya mediasına çox nadir hallarda sızır.

1992-ci ildə Konqres üzərindən Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş qüvvəyə mindi. Sənəd erməni lobbisinin təşəbbüsü ilə qəbul olundu. Azərbaycan yeganə keçmiş Sovet dövləti idi ki, Amerika ona qarşı belə bir qadağa tətbiq etmişdi. Özü də AXC dönəmində. Azərbaycanda demokratların iqtidarda olduğu dönəmdə demokratiyadan dəm vuran Amerika belə bir addım atdı. Ən pisi isə o idi ki, o vaxt ermənilər Azərbaycan torpaqlarını işğal edirdilər. Amerika bu işğala dəstək vermək amacı ilə belə bir yaramazlıq etdi. Adını da qoydular ki, Azərbaycan Dağlıq Qarabağı blokadada saxlayır…

Diqqət edin, Azərbaycan Laçın dəhlizini ləğv etdi. 9 ay Qarabağ erməniləri çıxılmaz vəziyyətdə qaldı. Daha sonra Azərbaycan 1 gün ərzində anti-terror əməliyyatı keçirdi. Ermənilər kütləvi şəkildə Qarabağdan çıxıb getdi. Ancaq Amerikadan səs çıxmadı. Niyə çıxmadı? Erməni lobbisi Amerikada indi də öz yerindədir. Əvvəlkindən də güclüdür. Bəs nədən bir iş görə bilmirlər? Çünki Amerikadakı yəhudi lobbisi buna imkan vermir. Niyə vermir? Çünki onlar yaxşı bilirlər ki, İsrail ilə Azərbaycan arasında “aysberq” münasibəti var…

Başqa bir məqama diqqət edək. Hər il ABŞ Azərbaycana hərbi yardım kimi 120 milyon dollara yaxın vəsait ayırır. Bəs Ermənistana nə qədər ayırır? Heç bir şey. Erməni lobbisi neçə ildir ki, özünü öldürür ki, Amerika “ermənilərə qarşı genosid siyasəti yeridən” Azərbaycana hərbi yardımı dayandırsın və həmin yardımı Ermənistana versin. Ancaq Amerika erməni lobbisini heç vecinə də almır. Niyə almır? Çünki yəhudi lobbisi erməni lobbisindən ən azı 10 dəfə güclüdür. Məhz onlar buna imkan vermirlər…

Özü də onu da bilmək lazımdır ki, 907-ci düzəlişin əsas müəlliflərindən biri Amerikanın hazırkı prezidenti Co Baydendir. O, qondarma “erməni genosidi”ni rəsmən tanıyan ilk Amerika prezidentidir. Ermənipərəstlik baxımından Amerikanın ən stajlı siyasətçisi sayıla biləcək Co Bayden belə Azərbaycana qarşı çıxmır. Niyə çıxmır? Çünki yəhudi lobbisi buna imkan vermir.

Çox təəssüf ki, Azərbaycanda bir çoxları bu kimi sadə məsələlərdən xəbərsizdir. İranın ağzı ilə danışan belələri adətən deyirlər ki, biz müsəlman HƏMAS-ı yox, musəvi İsraili müdafiə edirik. Guya ki, biz sionistik. Bəli, biz İsraili müdafiə edirik. Ancaq niyə edirik? Çünki Azərbaycanın maraqları bunu tələb edir.

Mahiyyətdə biz İsraildən daha çox Azərbaycanın yanındayıq.

ABŞ, Böyük Britaniya və SSRİ Faşist Almaniyasına qarşı birgə mübarizə aparıblar. Müttəfiq kimi bir-birlərinə dəstək veriblər. İndi vəziyyət necədir? ABŞ, Böyük Britaniya, bütövlükdə Qərb Ukrayna üzərindən Rusiyaya qarşı vuruşur. Yəni dünənki müttəfiqlər bu gün düşməndir. Niyə onlar bir-birinə düşmən kəsiliblər? Çünki tərəflərin maraqları arasında antaqonist ziddiyyətlər yaranıb.

HƏMAS-la bağlı bir şeyi də deyim. Bəllidir ki, İran HƏMAS-ı maliyyələşdirən əsas dövlətdir. İran eyni işi Livanda Hizbullahla da görür. Yəməndə üsyançı husilər, İraqda xeyli təşkilat rəsmi Tehrandan dolanır. Hizbullah lideri Həsən Nəsrullahın bir məşhur fikri var. Deyir ki, bizim içdiyimiz suyun da, yediyimiz çörəyin də pulu İran verir.

İranla Azərbaycan arasında müharibə ehtimalı varmı? Var. Özü də bu ehtimal xeyli böyükdür. Mən soruşuram: belə bir müharibə olsa, HƏMAS kimin yanında yer alacaq? Nəyinki HƏMAS, İranın su və çörəyini verdiyi bütün terror şəbəkəsi molla rejiminin Azərbaycana qarşı açdığı cəbhədə yer alacaq. Buna kiminsə şübhəsiz varmı?

Bəli, İsrail bizə silah verir, yəhudi lobbisi bizim yanımızdadır. Özü də təkcə Amerikada yox, digər Qərb ölkələrində də yəhudi lobbisinin sözü keçir. Özü də şıppıltı ilə. Azərbaycanın İsrail ilə siyasi-iqtisadi əlaqələri də çox yüksək səviyyədədir…

Ermənistan özünə təzə müttəfiqlər axtarır. Niyə təzəsini axtarır? Çünki Türkiyə və Azərbaycan əl-ələ verərək Rusiyanı ermənipərəst mövqedən türkpərəst mövqeyə çəkib apara bildilər. Yoxsa Azərbaycan “Laçın dəhlizi”ni ləğv edib, orada buraxılış-keçid məntəqəsi qura bilərdimi? Anti-terror əməliyyatı necə, həyata keçirə bilərdimi? Əlbəttə ki, yox. Hətta olsaydı belə bu, son dərəcə böyük itkilərin hesabına baş tuta bilərdi. Amma belə daha yaxşı deyilmi? Daha az itki ilə daha böyük hədəflərə varmaq siyasi məharət tələb edir. Biz Azərbaycan olaraq bunu bacardıq. Ona görə də Ermənistan təcili şəkildə özünə yeni müttəfiq axtarır. Azərbaycanın isə hal-hazırda kifayət qədər ciddi müttəfiqləri var. Bu sırada İsrail ilə yanaşı Böyük Britaniya da yer alır. Türkiyəni heç demirəm. Mənim üçün Türkiyə Azərbaycanın davamıdır.

Ermənistan çıxılmaz vəziyyətdədir. Nikol Paşinyan erməni hiyləgərliyinə xas olan bir tərzdə istəyirdi ki, Rusiyanı Azərbaycana qarşı qaldırsın. Azərbaycanda da Rusiyaya qarşı çağırışlar səslənirdi. Xüsusən bizim müxalifət iddia edir ki, Azərbaycan Qərbə üz tutmalıdır. Rusiya Azərbaycana düşmən ölkədir. İqtidar adından qərar verənlər zamanında bu kimi çağırışlara qulaq assaydılar, Azərbaycan indi təxminən Ukrayna kimi Rusiya ilə müharibə aparırdı. Bütün ölkə də xarabaxanaya dönmüşdü. Bəli, Rusiya 200 ildən çoxdur ki, ermənilərə dəstək verir. Məhz Rusiya Azərbaycan torpaqlarında qondarma Ermənistan dövləti yaradıb. Ancaq bu və ya digər olaylar dövlətlərin maraqlarını da dəyişir. Türkiyə və Azərbaycan Rusiyanın ermənipərəst siyasi oriyentasiyasını dəyişə bildi. Belə işlər ağılla olur, emosional yanaşma ilə belə möhtəşəm nəticələrə varmaq mümkün deyil…

Rusiyadan əli üzülən Ermənistan niyə Fransaya üz tutdu? Ən azı ona görə ki, Rusiya və ABŞ-dan sonra ən böyük erməni diasporu Fransadadır. Məhz Fransa ilk Avropa dövlətidir ki, 2001-ci ildə qondarma “erməni genosidi”ni tanıyıb. 2006-cı ildə isə “erməni genosidi”ni inkar edən şəxslərin qanunla məsuliyyətə cəlb olunmasına parlament səs verib.

Orasını özünüz düşünün. Biz bir çox strateji məsələlərdə Azərbaycana dəstək verən avtoritar Rusiya dodaq büzməliyik, yoxsa erməni separatizminə yenidən can verməyə çalışan demokratik Fransanı alqışlamalıyıq? Şəxsən mənim üçün fərqi yoxdur. İstər demokrat olsun, istərsə də avtoritar (adam ya da dövlət). Azərbaycana qarşı çıxan istənilən tərəf mənim üçün düşməndir. Azərbaycanın maraqlarını nəzərə alan tərəfə isə ehtiram göstərərik. Siyasətin oyun qaydası belə tələb edir…

ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt 1939-cu ildə diktator Samos haqqında jurnalistlərin sualına cavab olaraq belə demişdi:

“Bəli, o, it oğlu itdir, ancaq bizim itimizdir”. Bizim olmayan, xüsusi ilə bizim düşmənimizin yanında yer alan kimliyindən asılı olmayaraq bizə düşməndir. Düşmən ilə isə düşmən kimi rəftar etmək lazımdır…

Baxın, Amerikadan çox demokratiyadan, insan haqlarından danışan ölkə yoxdur. Ancaq Co Bayden suyu süzülə-süzülə Ər-Riyada getdi. Camal Qaşıqçının ölümünə fərman vermiş Səudiyyə taxtının varisi Məhəmməd ibn Salmanla görüşdü. Halbuki 2019-cu ildə-prezident seçkisi zamanı and içmişdi ki, bütün dünyanın nifrətini qazanmış vəliəhdi Səudiyyədən rədd edəcək. Bacarmadı. Əksinə, Amerikanın maraqları naminə qoca Bayden gənc vəliəhdin ayağına getmək zorunda qaldı…

Cənubi Qafqazda qarşılıqlı münasibətlər 3+3 formatında (Türkiyə, Rusiya, İran və Azərbaycan, Gürcüstan, Ermənistan) tənzimlənəcək. Azərbaycanın təklif etdiyi bu formata alternativ yoxdur. Olanlar da mövcud reallıqlardan çox uzaqdır…
/globalinfo.az/
 
Ardını oxu...
kyivindependent: NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 14-də Brüsseldə Aİ-nin Xarici İşlər Şurası qarşısında verdiyi şərhlər zamanı Rusiyanın Gürcüstanın işğal olunmuş regionu olan Abxaziyada hərbi-dəniz bazası yaratmaq planlarını kəskin tənqid edib. Stoltenberqin açıqlamaları Gürcüstan mediası Civil.Ge tərəfindən yayımlanıb.

“Biz Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, bu parçalanmış ərazilərin Rusiya tərəfindən hərbi bazalar yaratmaq üçün istifadə oluna biləcəyi ilə razılaşmırıq”, Stoltenberg dedi.

O, həmçinin bu planın “Rusiyanın Ukraynadakı hərbi hədəflərinə çatmaq üçün nə qədər getməyə hazır olduğunu” nümayiş etdirdiyini vurğuladı.

Rusiya qoşunlarının Abxaziyada yerləşən Qara dəniz Oçamçir limanında planlaşdırılan “daimi” yerləşdirilməsi barədə bəyanat, Rusiyanın Abxaziyada bir sirdaşı tərəfindən dəstəklənən Aslan Bjania tərəfindən verildi və oktyabrın 5-də Rusiya dövlətinin nəzarətində olan “İzvestiya” mediası tərəfindən yayımlandı. Ancaq Rusiya hakimiyyəti bu planları rəsmi olaraq şərh etməyib.

Gürcüstan Xarici İşlər Nazirliyi bu planları Gürcüstanın ərazi bütövlüyünün pozulması hesab edərək qətiyyətlə pisləyib. Rusiya qoşunları və vasitəçi əsgərlər 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən bəri Gürcüstanın başqa bir işğal olunmuş bölgəsi olan Abxaziya və Cənubi Osetiyada iştirak edirlər. Bu münaqişədən əvvəl hər iki bölgədə 1990-cı illərin əvvəllərindəki qarşıdurmaların səbəb olduğu Rus “sülhməramlıları” yerləşdirildi.

Həm Abxaziya, həm də Cənubi Osetiya faktiki olaraq müstəqil olsalar da, 2008-ci il müharibəsindən əvvəl qanuni olaraq Gürcüstanın bir hissəsi olsalar da, Rusiyanın bu bölgələri işğal etməsi orada Rusiya hərbi bazalarının yaranmasına səbəb oldu.

Abxaziyada Rusiyanın Qara Dəniz Donanması üçün dəniz bazasının yaradılması əhəmiyyətli bir eskalasiyadır və Gürcüstanın Rusiya ilə Ukrayna arasında birbaşa münaqişəyə cəlb oluna biləcəyindən narahatdır.

Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 24-də Rusiyanın Abxaziyada baza yaratmaq planlarının Rusiya gəmilərini “Ukrayna raketlərindən və dəniz dronlarından mümkün qədər uzaq”aparmaq istəyi ilə diktə edildiyini irəli sürdü. O əlavə etdi:” Biz onları hər yerdə tanıyacağıq”, Ukraynanın qanuni olaraq Gürcüstanın bir hissəsi olan Abxaziyadakı Rusiya aktivlərini hədəf ala biləcəyini ifadə etdi.

Limanın dərinliyi Rusiyanın Qara Dəniz Donanmasının daha böyük hərbi gəmilərinin yerləşməsi üçün yetərli olmasa da, ən vacib Logistika Mərkəzi ola bilər. Bəzi ekspertlər hesab edirlər ki, Rusiyanın Abxaziyada baza yaratmaq səyləri münaqişə zonasını Gürcüstan sərhədlərinə yaxın genişləndirmək cəhdidir.

Gürcüstanın müxalif “Lelo” Partiyasının lideri Badri Caparadize bildirib ki, bu gəmilər Ukraynaya hücum üçün istifadə olunarsa, de-yure Gürcüstanın bir hissəsi olan bir bölgədə yerləşsələr də, potensial olaraq qanuni hədəf ola bilərlər.(Turan)
 
Ardını oxu...
İsrail Müdafiə Qüvvələri Qəzzada dövlət qurumlarına nəzarəti ələ keçirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında məlumat verilib.

“7-ci briqadanın və “Qolani” briqadasının qüvvələri HƏMAS-ın mərkəzi idarəetmə mərkəzlərinə nəzarəti təmin edib və terrorçuları zərərsizləşdiriblər.
Şeyx İclin və Rimalda əməliyyatlar həyata keçirilib və HƏMAS-ın hərbi məqsədlər üçün istifadə etdiyi dövlət qurumlarına nəzarət təmin edilib.

7-ci briqadanın birləşmiş döyüş qüvvələri HƏMAS-ın qanunvericilik və hökumət binasını, HƏMAS-ın polis baş qərargahını, silah istehsalı və hazırlanması üçün istifadə olunan mühəndislik fakültəsini nəzarətə götürüb. Əməliyyat zamanı qüvvələr HƏMAS-ın təlim mərkəzlərinin, əməliyyat otağının, saxlanma və dindirilmə otaqlarının yerləşdiyi Qizat kompleksinə nəzarəti ələ keçirib. Obyektdə HƏMAS-ın silahları, eləcə də maarifləndirici və tədris materialları olub. Bundan əlavə, “Qolani” briqadasının birləşmiş döyüş qüvvələri HƏMAS-ın istifadə etdiyi obyekt kimi təyin edilən qubernator iqamətgahını uğurla ələ keçirib. Binada HƏMAS-ın hərbi və polis idarələri, həmçinin hərbi kəşfiyyat idarələri, qərargahları və təşkilatın müxtəlif postları yerləşirib. Bu postlardan bəziləri HƏMAS tərəfindən oktyabrın 7-də İsrailə hücuma hazırlıqlar zamanı təlimlər üçün istifadə edilib”, - deyə məlumatda qeyd edilib.
 
Ardını oxu...
Almaniya Federal Antiinhisar İdarəsi Amerikanın sərinləşdirici içki istehsalçısı “Coca-Cola”ya qarşı ölkə bazarında haqsız rəqabətə yol verilməsi iddiası ilə tədqiqat başladıb.

Musavat.com xəbər verir ki, bu barədə idarənin rəhbəri Andreas Mundtun tənzimləyicinin saytındakı açıqlamasında qeyd olunur.

Mundt bildirib ki, artıq müvafiq araşdırmalar başlayıb:

“Coca-Cola-nın alman ərzaq pərakəndə satış şirkətlərinə xüsusi qiymət şərtləri, məsələn, endirimlər təklif etməklə, digər şirkətlərin rəqabətli imkanlar əldə etməsinə mane ola biləcəyinə inanmaq üçün əsas var”.

İdarə rəhbəri qeyd edib ki, onlar “Coca-Cola”nın pərakəndə satış şirkətlərini konsernin məhsullarının bütün çeşidini almağa və reklam etməyə təşviq edən endirim sisteminin qanuniliyini qiymətləndirmək niyyətindədirlər.
 
Ardını oxu...
Azərbaycan Qarabağda separatizmi faktiki bitirdi və bununla xəstə ermənizm ideologiyasına sarsıdıcı zərbə vurdu. Bəs, görəsən, ümumiyyətlə, Qafqazda erməni məsələsi bitdimi? Ermənilərin “Böyük Ermənistan” xəstəliyi bir daha baş qaldıracaqmı? Və Rusiya buradan çəkilməyincə bu problemin bitməsinə imkan verərmi?

Azərbaycanda 1988-1991-ci illərdə SSRİ-Rusiya imperiyasına qarşı milli azadlıq mübarizəsinin fəal iştirakçılarından biri, Milli İstiqlal partiyasının fəxri lideri Etibar Məmmədov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib.

“Yox. Böyük Ermənistan xəstəliyi hələ də bitməyib. Ermənilərin Gürcüstana da ərazi iddiaları var. Və hətta Rusiya tərəfindən belə bir plan var ki, Qarabağdan köçlmüş ermənilər Abxaziyanın ərazisində yerləşdirilsinlər və artıq orada da müəyyən çoxluq təşkil etsinlər. Hazırda isə Abxaziyanın bütün infrastrukturu, iqtisadiyyatı Rusiyanın əlində, nəzarətindədir. Və erməniləri də orada yerləşdirməyə çalışırlar ki, Gürcüstan ərazisində, Qafqazda yeni bir güclü təsir bazası da yaratsınlar. Bir sözlə, Rusiyanın, eləcə də digər beynəlxalq güclərin ermənilərdən istifadə imkanları və planları hələ qüvvədə qalır...”
 
Ardını oxu...
Avropa Birliyi Ermənistanın Rusiyaya müqavimətini artırmaq istəyir.

Bunu AB-nin Xarici Əlaqələr Xidmətinin adı açıqlanmayan yüksək rütbəli nümayəndəsi deyib.

“Bizim siyasi xəttimiz Ermənistanı dəstəkləmək, Rusiyanın ciddi təzyiqi altında olan Ermənistanın müqavimətini gücləndirməkdir”, - AB rəsmisi vurğulayıb.

Mövzunu “Shger.az”a şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, hazırda Ermənistanın Rusiyaya müqavimət göstərməsi mümkün deyil:

“Bu gün Ermənistanın istər siyasi, istər iqtisadi, istərsə də hərbi resurslarının böyük əksəriyyəti Rusiyayönümlü şəxslərin əlində cəmləşib. Bu gedişatın dəyişməsi üçün Rusiya cəbhəsi Ukrayna tərəfindən məğlubiyyətə uğradılmalıdır. Digər tərəfdən Ermənistana Qərb kömək edərək onu gücləndirərsə, bu zaman müəyyən dəyişikliklər ola bilər. Amma indiki vəziyyətdə bu ehtimallar inandırıcı görsənmir. Çünki AB hazırda əsas diqqətini Ukraynaya köməyə yönəldib. Onların eyni zamanda bir neçə cəbhəyə kömək etməsi real deyil. Deyilənlər yalnız söz olaraq qalır”.
Ardını oxu...
Krım tatarlarının lideri Mustafa Cəmilova Ukrayna Qəhrəmanı adı verilib.

Axar.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.

Qeyd edək ki, bu gün M.Cəmilin 80 yaşı tamam olur.
 
 
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılıb. Maraqlıdır ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib. Bu dəfə isə durum tam fərqlidir. Yayılan foto və videolar bir faktdır ki, Gürcüstan Fransanın Ermənistana göndərilən silahlarına qapı açıb...

Durum təəssüf doğurur. Fransanın nə olduğunu, kimə və necə qulluq etdiyini biz gözəl bilirik. Müstəmləkəçi siyasət aparan, soyqırımlar törədən Fransanın özünə bənzər siyasət yürüdən Ermənistana dəstək verməsi açıq-aşkardır. Ancaq burada qonşumuz, enerji layihələrində dəstək verdiyimiz, qazla təmin etdiyimiz Gürcüstanın istifadə olunması üzücü haldır.

Cənubi Qafqazda gərginlik yaratmaq bu dəqiqə Qərbin və eləcə də Fransanın marağında olan haldır. Gürcüstanın hazırda Avropa İttifaqına (Aİ) namizəd statusu müzakirə edilir. Görünür ki, Gürcüstan buna görə də Qərbin, Fransanın tələblərini yerinə yetirməyi özünə borc bilir. Ancaq Gürcüstan unutmasın ki, gah Rusiyaya, gah Qərbə, gah da Fransaya sığınan Ermənistana göndərilən silahlar bir gün onun özünə qarşı da istifadə oluna bilər.

Gürcüstan həmişə Azərbaycanla olan enerji layihələrindən, iqtisadi əlaqələrdən qazancla çıxıb. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib.

Azərbaycanda 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 533-nün fəaliyyəti aktivdir. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.

Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

Mövzu ilə əlaqədar Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, təəssüf ki, Gürcüstan hökuməti belə bir siyasi oyuna alət oldu.

“Təbii ki, burada bir neçə istiqamətdə qiymətləndirmə lazımdır. Sözügedən silahların Gürcüstanın Poti limanında gözləmə müddəti 2 aya yaxın idi. Fransada doğulan, eyni zamanda Fransa vətəndaşı olan prezident Zurabişvilinin bu silahların ölkəsindən keçərək Ermənistana göndərilməsi onu göstərir ki, məhz xanım Salome Zurabişvili anti-Azərbaycan mövqeyi və Azərbaycana nifrəti olan şəxsdir. Görünür, onun dəstəyi ilə hakimiyyətdə olan güclər qalib gələrək 2 ay sonra yolu açaraq silahları Ermənistana göndərdilər ki, bu da olduqca vacib bir məqamdır. İkinci bir məqam isə Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük məsələsidir və gündəmdə olan bir məsələdir. Gürcüstanı Aİ-yə üzv edəcəklər, yaxud etməyəcəklər, bu, bəlli deyil. Amma görünür ki, Gürcüstanın hədəflədiyi böyük miqdarda maliyyə köməyi idi, bu hədəfə nail olmaq üçün hər halda danışıq və bazarlıq olub. Üçüncü vacib amil isə “3+3” formatının işləməməsi və lahiyənin uğursuzluğa düçar olmasına yönəlik rəsmi Tiflisin ata biləcəyi addımlardır. Belə addımların arxasında ABŞ və Fransanın olması təbii görünür. Sözügedən lahiyədə Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın regional əməkdaşlıq formatı nəzərdə tutulurdu. Amma bu addımla Gürcüstan hökuməti başqa bir istiqamətə yönəldiyini ortaya qoymuş oldu. Hələ ki, bu mesajlar dediyim 3 istiqamət üzrə qənaət irəli sürməyə imkan verir” - deyə ekspert qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti