Ardını oxu...
Ermənistan Baş naziri Nikol Paşinyanın qeyri-sabit siyasəti, vaxtaşırı olaraq fikir dəyişdirməsi və təzadlı siyasi xətt tutması Ermənistanda daim müzakirə mövzusudur.

Axar.az xəbər verir ki, “Hraparak” nəşri Paşinyanın ziddiyyətli açıqlamaları və bir-birini təkzib edən fikirlərini qarşılaşdırıb.

Bildirilib ki, Paşinyan sanki hakimiyyətə gələndən sonra cidd-cəhdlə müharibəyə can atıb. Buna misal olaraq 2020-ci ilin iyul hadisələri göstərilib. Nəşr dolayısı ilə 2020-ci il Tovuz hücumunu Ermənistan hakimiyyətinin törətdiyi təxribat olduğunu da təsdiqləyib.

N.Paşinyan məhz “uğurlu iyul hücumundan” sonra – 2020-ci ilin avqustunda Yerablurda Ermənistan ordusunu “regionun ən güclü ordusu” olaraq qiymətləndirib.

Nərin iddiasına görə, sülhdən danışan, sülh yolları təklif edən Nikol Paşinyan Azərbaycanla müharibəyə nail olmaqla, “Qarabağdan qurtulmaq” istəyirdi:

“Paşinyanın bu planı ən azı 2019-cu ilin payızında mövcud idi: o, müharibəyə nail olaraq, Qarabağdan canını qurtarmaq istəyirdi. Buna sübut kimi milliyətcə yəhudi olan bloger Lapşinin həmin vaxt jurnalist Nairi Hoxikyana verdiyi məlumatı göstərmək olar.

Onun 44 günlük müharibədən 10 gün əvvəl Feysbukda yazdığı geniş yazının başlığını yada salaq: “Səhv etmək əzmi doğru yoldur”.

Məqalədə bildirilib ki, 2008-2009-cu illərdə N.Paşinyan Qarabağın Ermənistan üçün ağır yük olduğunu və bundan qurtulması gərəkdiyini bildirmişdi, 2019-cu ildə isə “Qarabağ Ermənistandır və nöqtə” demişdi.

Müəllif hesab edib ki, bu, şəxsiyyətin ikiləşməsidir və ruhi xəstəlik sayılır.
Ardını oxu...
Oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülən israillilərin ailələri Ankaraya gələrək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyir.

Bu barədə türkiyəli jurnalist Fulya Öztürk “X” sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, ailələrin müvafiq müraciəti artıq Ankaraya göndərilib.

Xatırladaq ki, bir neçə gün öncə girovların ailələri məktub yazaraq Türkiyə liderindən saxlanılanların azad edilməsilə bağlı yardım istəmişdilər.
Ardını oxu...
ABŞ Konqresinin Nümayəndələr Palatasının üç üzvü İlon Maskın həmtəsisçisi və rəhbəri olduğu “SpaceX” şirkəti ilə bağlı araşdırmaya başlamaq zərurətini açıqlayıb.

Araşdırma tələbi "SpaceX"in obyektlərində aşkarlanan istehsalat xəsarətləri ilə bağlı açıqlanan rəqəmlərdən sonra irəli sürülüb.

Agentliyin məlumatına görə, 2014-cü ildən indiyədək tikinti sahələrində, montaj zavodlarında və "SpaceX"in digər obyektlərində ümumilikdə 600-ə yaxın işçi xəsarət alıb və insidentlərdən biri işçinin ölümü ilə nəticələnib.

Kaliforniya və Nyu-Cersi ştatlarını təmsil edən demokrat konqresmenlər bu məlumatların ciddi narahatlıq doğurduğunu əsas gətiriblər.
Report
 
Ardını oxu...
İsrail hakimiyyəti Yəmən husiləri tərəfindən “Galaxy Leader” yük gəmisinin ələ keçirilməsini pisləyir və hücumda İranı günahlandırır.

APA xəbər verir ki, Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

“Biz İranın beynəlxalq gəmiyə hücumunu qətiyyətlə pisləyirik. İngilis şirkətinə məxsus olan və Yapon şirkəti tərəfindən idarə olunan gəmi İranın istəyi ilə Yəməndə husilər tərəfindən ələ keçirilib”, – məlumatda bildirilir.
 
 

 


Ardını oxu...
“ABŞ administrasiyası 43 gündür İsrailə lazımi döyüş sursatı göndərir”.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə müdafiə naziri Yoav Gallant və hökumətin Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantzla birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

“Əziz dostumuz Co Baydenin rəhbərlik etdiyi Birləşmiş Ştatlar bizimlə ümumi maraqları güdür. Onlar bizə şəxsi sualtı qayıqlar və donanma ilə birlikdə təyyarədaşıyan gəmilər göndərdi. Lazımi döyüş sursatı isə göndərməkdə davam edir”.

Netanyahu Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli məhbusların azad edilməsinə dair razılaşmalarla bağlı yalan xəbərlərin olduğunu qeyd edərək, hazırda heç bir razılaşmanın olmadığını və bir razılaşma olacağı təqdirdə bunu İsrail ictimaiyyəti ilə paylaşacaqlarını bildirib.
 
Ardını oxu...
Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyi Gorus hava limanının yenidən işə salınması üçün ilkin araşdırmalar aparır.
Departament bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq məlumat verib.
“Nəzərinizə çatdırırıq ki, nazirlik Gorus hava limanının yenidən işə salınması, o cümlədən binanın və uçuş-enmə zolağının bərpası ilə bağlı ilkin araşdırma aparır”, - deyə məlumatda bildirilir.
Nazirlikdən onu da qeyd ediblər ki, bərpa işlərinin dəyəri və müddəti tədqiqatlar başa çatdıqdan sonra müzakirə oluna bilər.
Bundan əvvəl Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, hakimiyyət Gorus aeroportunu bərpa etmək niyyətindədir.
Qeyd edək ki, Gorus hava limanı 70-ci illərin sonlarında tikilib. Gündə 8-ə qədər uçuş qəbul edib. İrəvandan buraya An-2 və Yak-40 təyyarələri uçub. (Publika.az)
 
Ardını oxu...
Kolumbiyada bir vaxtlar dünyanın ən böyük narkotaciri hesab olunan Pablo Eskobar tərəfindən ölkəyə gətirilən, sonra isə hədsiz sürətlə çoxalmağa başlayan “kokain” begemotlarının sterilizasiyasına başlanılıb. Hökumət bu yolla heyvanların sayını azaltmaq istəyir.

Ancaq hökumət nümayəndələrinin sözlərinə görə, sterilizasiya uzun vaxt tələb edir, çünki heyvanların yerini tapmaq və onları tutmaq çətindir.

Hazırda iki erkək begemot və bir dişinin sterilizasiyası həyata keçirilib. Proqrama əsasən ildə təxminən 40 begemot bu prosedurdan keçməlidir.

Məlumata görə, ölkədə ilk “kokain” begemotları Eskobarın təşəbbüsü ilə peyda olub. Belə ki, narkobaron dörd Afrika begemotunu Hasienda-Napoles malikanəsindəki şəxsi zooparkına gətirdib. Bu gün onların sayının 169 olduğu təxmin edilir, tədbir görülməsə 2035-ci ilə qədər begemotların sayı 1000-ə çata bilər.

Bu heyvanlar üçün Kolumbiyadakı yırtıcılar tərəfindən təhdid yoxdur, bu səbəbdən onlar ekosistemi poza biləcək invaziv növ elan ediliblər.

Qeyd edilir ki, sterilizasiya heyvanlar üçün nəzərdə tutulan üç tədbirdən biridir. Belə ki, heyvanların bəzilərini köçürmə, bəzilərini isə “etik səbəblərə görə” evtanaziya gözləyir.

Xatırladaq ki, Yeni Zelandiyada da elan edilib, invaziv növ sayılan vəhşi heyvanların kütləvi məhvinə başlanılıb. 2050-ci ilə qədər bütün siçovullar, sincablar, opossum və vəhşi pişiklər bu siyasətin qurbanı olacaqlar.
Ardını oxu...
Ardını oxu...
Mənbə: Gazeta.ru
 
 


 
Ardını oxu...
"Azərbaycan İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı iş üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli müvəqqəti tədbirlər barədə qərarını qeydə alıb".

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Biz Məhkəmənin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən, Ermənistanın Azərbaycanın Qarabağ üzərində uzun müddətdir qəbul edilmiş və beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbini rədd edən qərarını alqışlayırıq. Həmçinin diqqətəlayiq haldır ki, Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini də rədd edib", - nazirlikdən bildirilib.

Qeyd olunub ki, məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir: "Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir. Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub. Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir.

Məhkəmənin Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfərini asanlaşdırmaq və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığa dair tələbi ilə bağlı heç bir tədbir görməyi tələb etməməsi faktı Azərbaycanın bu sahədə göstərdiyi açıqlığın və əməkdaşlığın etirafıdır. Bu, ölkəmizə qarşı irəli sürülən bütün ittihamları mahiyyətcə əsassız edir.

Azərbaycan milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq şəxsi mülkiyyəti, mədəniyyət abidələrini, artefaktları, habelə qeydiyyat sənədlərini qoruyur. Beləliklə, Məhkəmənin bu sahələri qeyd etməməsi eyni zamanda Azərbaycanın həyata keçirdiyi tədbirlərin təsdiqidir.

Məhkəmə Ermənistanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvədə olan maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib. Azərbaycan Ermənistanın və bütün digər tərəflərin qanuni istintaq tədbirlərinə müdaxiləsini dayandıracağını gözləyir.

Azərbaycan CERD üzrə öhdəliklərinə ciddi yanaşır. Biz beynəlxalq hüquq çərçivəsində bu öhdəlikləri və bütün insanların hüquqlarını qorumağa sadiq qalırıq və diqqətimizi dinc və firavan bir regionun qurulmasına yönəltmişik".
 
Ardını oxu...
BMT Baş Assambleyasının Sosial, Humanitar və Mədəni Məsələlər Komitəsi “İran İslam Respublikasında insan hüquqlarının vəziyyəti haqqında” qətnaməni təsdiqləyib. Sənəd İranın “online və oflayn rejimdə qadınlara və qızlara qarşı artan, məqsədyönlü repressiyasını ” pisləyir. Maraqlıdır ki, Ermənistan və Hindistan bu qətnamənin əleyhinə səs verib .
Qırmızı və sarı rənglə işarələnmiş, yəni səsvermədə iranı müdafiə edən və iran əlehinə səsvermədə iştirak etməyən ölkələri birləşdirən ortaq xüsusiyyətləri sayıram, kasıblıq, insan haqlarının kobud pozulması və müsəlman ölkələri.
Həmçinin o ölkələr Ukraynada Rusiya işğalına biganə qalan ölkələrdir.
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə Rusiyanın məktəblərə hədiyyə etdiyi rusdilli dərsliklərin paylanmasını dayandırıb.

Moderator.az xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, bu barədə RF Federal Şurasının sədr müavini Yuri Vorobyov noyabrın 16-da özünün telegram-kanalında yazıb.

Onun sözlərinə görə, “Ermənistan Milli Assambleyasının təşəbbüsü ilə Rusiya-Ermənistan parlamentlərarası komissiyasının iclaslarında erməni deputatların dəfələrlə müraciətləri nəticəsində Federal Şura rəhbərliyinin bilavasitə dəstəyi ilə Rusiya tərəfi 50 mindən çox dərslik alınması və rus dilini tədris edən erməni məktəblərinə əlavə ianə üçün əlavə büdcə vəsaiti tapmağa nail olub.

Noyabrın 11-də dərsliklər Ermənistana gətirilib və tələbatın çox olduğu məktəblərdə onların paylanmasına başlanılıb.

Ermənistanın Təhsil və Elm Nazirliyinin bu prosesi dayandırdığını biləndə çox təəccübləndim. Erməni həmkarlarımızın özləri bizə lazımi dərsliklərin konkret siyahısını göndərmələri xüsusilə qəribədir.

Çox təəssüf ki, ilk olaraq bizim qardaş erməni xalqının sadə oğlan və qızları belə uzaqgörən siyasi intriqalardan əziyyət çəkirlər”, - deyə Vorobyov bildirib.

O qeyd edib ki, Bişkekdəki Rusiya nümayəndə heyəti Ermənistan parlamentinin sədr müavini qarşısında bu məsələni qaldırıb və yaxın vaxtlarda bütün maneələrin aradan qaldırılacağına ümid etdiyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti