Moskvanın Basman Məhkəməsi Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun (o, dünən həbs edilib) cinayət işi üzrə hədə-qorxu ilə tələb etdiyi iddia edilən Lyova Martirosyanı istintaq təcridxanasına göndərib.
Modern.az-ın məlumatına görə, Rusiya KİV-i məhkəmənin mətbuat xidmətinə istinadən bildirib ki, Kuznetsov Martirosyanla Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsində xidmət etdiyi müddətdə şəxsən tanış olub.
Məhkəmənin qərarına əsasən, ibtidai istintaq orqanlarının vəsatəti təmin edilib, Martirosyan barəsində iyulun 12-dək həbs qətimkan tədbiri seçilib.
İstintaqın məlumatına görə, Martirosyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə (xüsusilə külli miqdarda rüşvət verməkdə) ittiham olunur.