Səlahəddin Dəmirtaşa hökm oxunub
Türkiyədə “Kobani hadisələri”ndə təqsirləndirilən Xalqların Demokratik Partiyasının (HDP) sabiq həmsədri, PKK sempatizanı Səlahəddin Dəmirtaşa hökm oxunub.

Ankara 22-ci Ağır Cəza Məhkəməsində yekun hökm 43 il 8 ay olub.

HDP-nin digər sabiq həmsədri Figen Yüksekdağ 30 il, Mardin Şəhər Bələdiyyəsinin sabiq sədri Ahmet Türk 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Altan Tan, Ayhan Bilgen və Aysel Tuğluk isə bəraət alıblar.

Qeyd edək ki, 2014-cü ildə Kobani hadisələri zamanı Diyarbəkirdə 31 nəfər, o cümlədən iki polis əməkdaşı ölüb, 460 insan yaralanıb. Bu işlə əlaqədar 2019-cu ildə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş həbs edilib.

Qeyd edək ki, HDP-nin 2014-cü il oktyabrın 6-da "İŞİD"in Kobaniyə (Eyn əl-Ərəb) qarşı həyata keçirdiyi hücumların bəhanə edərək 35 rayonda icazəsiz mitinqlər keçirilmişdi. Hadisələr zamanı 33 nəfər ölmüş, 2 polis şəhid olmuş, 221 mülki vətəndaş və 139 polis isə yaralanmışdı. Mitinqlərdə 25-i icra hakimiyyəti, 67-si hüquq-mühafizə, 29-u siyasi partiya, 212-si məktəb olmaqla ümumilikdə 1 113 binaya zərər dəymişdi. Aksiyalarda özəl, bələdiyyə, təcili tibbi yardım və polis avtobilləri yandırılmış və ümumilikdə 1 177 nəqliyyat vasitəsi istifadəyə yararsız vəziyyətə düşmüşdü.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti