Mercedes-Benz Dubayda lüks mənzil sektoruna daxil olur. 1 milyard dollarlıq sərmayə ilə həyata keçirilən rezidensiya layihəsi Burj Xəlifə mənzərəli mənzilləri ilə diqqət çəkir. Layihədə mənzil qiymətləri 2,5 milyon dollardan başlayır, orta qiymətlərin isə 10 milyon dollar civarında olması gözlənilir.
Layihə Mercedes-Benz Group AG və Birləşmiş Ərəb Əmirliklərində yerləşən daşınmaz əmlak şirkəti Binghatti Properties ilə birgə hazırlanır. 150 mənzildən ibarət olacaq rezidensiya lüks və rahatlığın bir araya gəldiyi yaşayış sahəsi təqdim etməyi hədəfləyir.
Dubay daşınmaz əmlak bazarı son vaxtlar sürətli inkişafı ilə investorların sevimlisinə çevrilib. 2024-cü ilin ilk rübündə rekord səviyyələrə çatan bazar, tədarük məhdudiyyətləri, lüks seqmentdəki böyümə və artan kirayə qiymətləri ilə diqqət çəkir. Ekspertlər Dubayın qlobal mərkəzə çevrilmək yolunda olduğunu və daşınmaz əmlak bazarında yüksəliş trendinin davam edəcəyini gözləyirlər.
Dubayın yüksəlişində mühüm rol oynayan Dubay Hava Limanı 35 milyard dollarlıq genişləndirmə layihəsi ilə dünyanın ən böyük hava limanı olmağa hazırlaşır. Layihə başa çatdıqdan sonra hava limanı 260 milyon sərnişin tutumuna və 400 təyyarə girişinə sahib olacaq.
Dubayda əhalinin artması və məhdud mənzil təklifi kirayə və satış mənzil qiymətlərinin artmasına səbəb olur. Ekspertlər bu tendensiyanın 2024 və 2025-ci illərdə də davam edəcəyini gözləyirlər. Buna görə də lüks və rahat həyatın qapılarını açan Mercedes rezidensləri investorlar üçün cəlbedici fürsət təqdim edir.