Qərb Rusiyaya qarşı “kart”ları açıq oynayır - ŞƏRH
Fransanın Ukraynaya hərbi kontigent göndərməsi Şərqi Avropada regional təhlükəsizliyi təhdid altına qoyur.

Qeyd edək ki, Fransanın Xarici Legionunun əsgərləri artıq Slavyanskda yerləşdirilib. Qabaqcıl dəstə 3-cü piyada alayından cəlb edilmiş 100-ə yaxın adamdan ibarətdir. Onların arasında artilleriyaçılar və kəşfiyyatçılar da var.

Ümumilikdə, Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün daha 1,5 min fransız əsgər gələcək. Bu qüvvələr Ukrayna əsgərlərinə rus ordusunun irəliləyişini dayandırmağa kömək etmək üçün Slavyansk bölgəsində yerləşdiriləcək.

Pentaqonun rəsmisi Stiven Brayan da Ukraynanın Donetsk vilayətinin Kramatorsk rayonunun Slavyansk şəhəri ərazisində Fransa ordusunun ilk nizami bölmələri yerləşdirilməsi barədə məlumat verib.

Bildirək ki, son günlər Rusiya ordusu Ukraynanın içərlərinə doğru irəliləməyə davam edir. Artıq bir neçə gündür Ukrayna Rusiyanın hücumlarını dayandıra bilmir. Xerson vilayətinin Arxangelsk yaşayış məntəqəsini Rusiya ələ keçirib.

Hazırda Rusiya ordusu Çasov Yar ətrafında əməliyyatlara davam edir. Belqorod yaxınlığında inşa edilən yeni baza sübut edir ki, Rusiya yaxında Xarkov istiqamətində hücuma keçəcək.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırskiy Xarkov istiqamətində Rusiya hərbçilərinin sayının artmasını və yenidən qruplaşmasını müşahidə etdiklərinə diqqət çəkib:

"Cəbhədə vəziyyət daha da pisləşib. Ruslar güc və vasitələrdə əhəmiyyətli üstünlüyə malikdirlər. Rusiya ordusu bütün cəbhə xətti boyunca fəal hücuma keçir, bəzi istiqamətlərdə taktiki uğur qazanır, bəzən də Ukrayna Silahlı Qüvvələri uğur qazanır”.

Ukraynada son vəziyyəti “Cebhe.info”-ya şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, Makron administrasiyasının Ukraynaya qoşun göndərməsi avantürist addımdır:

“Rəsmi Parisin burada əsas məqsədi təkcə Rusiya ilə hərbi qarşıdurmaya girmək deyil, həmçinin Avropa ölkələrini də münaqişəyə cəlb etməkdir. Afrikada Rusiyaya məğlub olan Fransa Ukraynada Rusiyadan intiqam almaq istəyir. Paris hesab edir ki, Avropa ölkələrini münaqişəyə cəlb etməklə Rusiyaya daha ağır zərbələr endirəcək. Buna görə də Ukraynaya qoşun göndərib. Əgər bu qoşunlar ciddi problemlə üzləşərlərsə, Fransa NATO-dakı müttəfiqlərindən öz qoşunlarına dəstək üçün hərbi kontigent göndərməyi tələb edəcək”.

ABŞ-nin Ukraynaya hərbi kontingent göndərməsinə gəlincə, E.Xalidbəyli bu ehtimalın çox aşağı olduğunu bildirib:

“ABŞ bir çox hallarda öz müttəfiqlərini qabağa verir. Əgər Vaşinqton istənilən halda öz qələbəsinə əmin deyilsə, o, hərbi münaqişələrə girməkdən yayınmağa üstünlük verir. ABŞ hər hansı bir səbəbdən dolayı Ukraynaya qoşun göndərəcəyi inandırıcı görünmür. Çünki ABŞ-nin hərbi-siyasi rəhbərliyi Rusiya ilə müharibənin tərəfdarı deyil. Ukraynaya qoşun göndərilməsini təklif edən demokrat konqresmenlərin açıqlamaları yalnız daxili auditoriyaya hesablanıb. Hesab edirəm ki, ABŞ Ukraynaya görə Rusiya ilə hərbi qarşıdurmaya girməyəcək”.

Şərqi Avropada böyük müharibənin baş vermək ehtimalının nə dərəcədə doğru olub-olmamasına münasibət bildirən E.Xalidbəyli qeyd edib ki, həm NATO, həm də Rusiyanın regionda öz hərbi mövqelərini möhkəmləndirməsi istənilən zaman bu ehtimalı doğrulda bilər:

“NATO Rusiyanın qərb sərhədlərini tamamilə mühasirəyə alıb. NATO Rusiya ilə həmsərhəd olan Şərqi Avropa və Baltikyanı regionda öz hərbi bazalarını qurub, eyni zamanda həmin regiona öz uzaqmənzilli raketlərini yerləşdirmək niyyəti güdür. Hazırda Şərqi Avropada NATO-nun 90 minlik qoşunlarının təlimləri başlayıb. Bu o anlama gəlir ki, NATO Rusiya ilə müharibəyə hazırlaşır.

Digər önəmli məqam isə NATO Polşada öz nüvə silahlarını yerləşdirmək istəyir. Polşa hökuməti, şəxsən NATO-ya müraciət edərək nüvə silahının öz ölkəsində yerləşdirilməsinə razı olduğunu bildirib.

Əgər Polşada NATO-nun nüvə silahı obyektləri qurularsa, həmin obyektlər Moskvanın legitim hədəfləri olacaq. Yəni Moskva mesaj verib ki, Rusiyanın hərbi rəhbərliyi Polşadakı nüvə silahı obyektlərinə raket zərbələri endirməkdən çəkinməyəcək. Bütün bunlar baş verərsə, Ukraynadakı müharibə ölkə hüdudlarından kənara çıxıb bütöv bir regiona yayılacaq”.

O ki qaldı Ukraynada müharibənin gedişatının Rusiyanın xeyrinə dəyişməsinə, E.Xalidbəyi bunun əsas səbəbkarının ABŞ və müttəfiqlərinin olduğunu bildirib:

“ABŞ və Qərbi vaxtında Ukraynaya silah-sursat və hərbi ləvazimat göndərmədi. Bu səbəbdən də Ukrayna ordusu xeyli sayda canlı qüvvəsini itirdi və cəbhədəki mövqelərini əldən buraxdı.

Ukrayna çox ağır vəziyyətlə üzləşib. Bütün bunların günahkarı məhz ABŞ və Qərbdir. ABŞ və müttəfiqlərinin riyakar siyasəti səbəbindən Ukraynada siyasi, hərbi, iqtisadi və maliyyə böhranı hökm sürür. Qərb nə zamansa, buna cavab verməli olacaq”.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti