Ardını oxu...
İsrail Xarici İşlər Nazirliyi HƏMAS nümayəndələrinin Moskvaya səfərini pisləyib.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail XİN bəyanat yayıb.

“İsrail HƏMAS-ın yüksək səviyyəli rəsmilərinin dəvətini Moskvanın terrora dəstək verən və HƏMAS terrorçularının vəhşiliklərini qanuniləşdirən addım kimi qiymətləndirir. Biz Rusiya hökumətini HƏMAS terrorçularını dərhal ölkədən çıxarmağa çağırırıq”, – deyə İsrail XİN-dən bildirilib.

Qeyd edək ki, HƏMAS-ın nümayəndə heyətinin üzvləri Rusiyaya səfərə gedib.
 
Ardını oxu...
Ukrayna hakimiyyəti Rusiyaya qarşı ikinci cəbhə açmağa, Qafqaz və Dnestryanı bölgədə müharibəyə səbəb olmağa çalışır.

Bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Kiyev hələ də, necə deyərlər, Rusiyaya qarşı ikinci cəbhə açmaq arzusundadır. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bu yaxınlarda Gürcüstanı oxşar hərbi əməliyyatlara başlamağa çağıran Zelenskinin ardınca Moldova hakimiyyətinə də analoji çağırış ünvanlayıb”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, Ukrayna “Qafqazda və Dnestryanıda müharibəyə qızışdırır”.

Mariya Zaxarova əlavə edib ki, Kiyevin bu cür hərəkətlərinin arxasında Vaşinqton dayanır.
 
Ardını oxu...
Gürcüstan enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə qlobal təsir göstərən strateji əhəmiyyətə malik bir neçə yüksək səviyyəli layihəyə start verib.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 4-cü İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qara dəniz sualtı elektrik ötürücü kabeli Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında yaşıl enerji ticarətini asanlaşdıracaq, həmçinin bərpa olunan enerji və hidrogen istehsalını təşviq edəcək.

Baş nazir deyib ki, 2022-ci ilin dekabrında Buxarestdə Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya liderləri tərəfindən imzalanan strateji saziş enerji tərəfdaşlığı üçün möhkəm zəmin yaradıb və Dünya Bankı artıq bunu iqtisadi cəhətdən sərfəli saziş hesab edir: “Biz gözləyirik ki, 2024-cü ildə layihənin tam texniki-iqtisadi tədqiqi aparılacaq. Həmçinin bu sualtı elektrik kabeli ilə paralel olaraq, fiberoptik kabel də Cənub-Şərqi Avropanı Cənubi Qafqazla birbaşa birləşdirəcək”.

Bundan əlavə, Qara dənizdə bərə hərəkəti aktivləşdiriləcək ki, bu da Gürcüstanı Rumıniya və Bolqarıstanla birləşdirəcək və xüsusilə Orta Dəhliz boyu beynəlxalq daşımaları gücləndirəcək. Həmçinin Qara dənizdə nəqliyyat marşrutlarının rəqəmsallaşdırılması bu dəhlizin inkişafı üçün növbəti addımdır.

Gürcüstan hökuməti ölkənin dəmir yollarının tutumunu ikiqat artıracaq iddialı dəmir yolunun modernləşdirilməsi layihəsinə start verib.

“Gürcüstan Şərq-Qərb magistralına sərmayə qoyur və inanırıq ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti də 2024-cü ildə tamamlanacaq”, - deyə Qaribaşvili vurğulayıb.
 
Ardını oxu...
İran Qətər və Türkiyə ilə birlikdə HƏMAS-ın İsrailə hücumu zamanı əsir götürdüyü girovların azad edilməsinə yardım etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT Baş Assambleyanın Fələstinin mülki əhalisinin müdafiəsi ilə bağlı xüsusi sessiyasında çıxış edərkən deyib.

"Biz [Qəzza zolağındakı vəziyyəti həll etmək üçün] daha çox səy göstərməyə hazırıq. "HƏMAS" hərəkatının liderləri mülki məhbusları azad etməyə hazır olduqlarını bəyan ediblər və İran, Türkiyə və Qətər bu mühüm humanitar problemin həllində iştirak etmək niyyətindədirlər", - deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
 
Ardını oxu...
Düşünün ki, Zəngəzur dəhlizi Ermənistandan yox, İrandan keçir. Bu, Ermənistan üçün nə deməkdir?
1) Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlı qalır.
2) Azərbaycanla Ermənistan arasında tez-tez silahlı münaqişələr baş verir.
3) Rusiya ilə Ermənistan arasında münasibətlər dalana dirənir.
4) Ermənistanın Azərbaycan üzərindən Rusiya, İran və Orta Asiyaya çıxışı bağlı qalır.
5) Ermənistanın Türkiyəyə və Türkiyə üzərindən Avropaya girişi əldən çıxır.
6) Zəngəzur dəhlizinə görə İran milyardlar qazanır, həmin pullar isə Ermənistanın kisəsindən gedir.
7) Həmsərhəd olduğu 4 ölkədən 2-si ilə sərhədi bağlı olan Ermənistanın iqtisadi inkişafına ciddi zərbə dəyir.
İri kapitalın Ermənistana marağı sıfırlanır. Çünki Türkiyə və Azərbaycanla düşmən münasibətdə olan ölkənin gələcəyi dumanlı görünür. Belə ölkəyə kapital qoymaq olarmı? Çünki orada bizneslə məşğul olmağın təhlükə əmsalı kəskin şəkildə yüksəkdir.
9) Şübhəsiz ki, Türkiyə və Azərbaycan Ermənistanın daha da zəifləməsi üçün birgə səylərini əsirgəməyəcək.
10) Qərbdən də Ermənistan elə bir dəstək gəlməyəcək. Çünki heç bir təbii resursu olmayan, iqtisadi baxımdan Rusiyadan asılı olan Ermənistan Qərb üçün cəlbedici deyil.
11) Rusiyada yaşayan ermənilərin sıxışdırılması prosesi Ermənistanda zəlzələ effekti yarada bilər...
Əlbəttə, bu siyahını xeyli uzatmaq da olar...
Məntiq deyir ki, Ermənistan, daha doğrusu Nikol Paşinyan belə səhvə yol verə bilməz. Çünki bu, intihar kimi bir şey olardı. Fikir verin, İran Ermənistana deyir ki, bərk dayan, Zəngəzur dəhlizinin açılmasına imkan vermə. Bu tərəfdən də özü buna razılıq verir. Ola bilməz ki, ermənilər düşünməsin ki, əgər bu dəhliz pisdirsə, niyə İran buna razılıq verir. Niyə özünə rəva gördüyünü bizə rəva görmür? Arada biz qonşularla üz-göz oluruq. Əminəm ki, yuxarıda sadladıqlarım+ faktorlar erməniləri yüz ölçüb bir biçməyə təhrik edəcək...
Elbeyi Hesenli
Teref.az
Ardını oxu...
Gürcüstanda keçirilən Beynəlxalq İpək Yolu Forumu çərçivəsində Tiflisin Azərbaycan və Ermənistan arasında vasitəçiliyi yenidən müzakirə olunacaq. Tədbirdə həm Azərbaycanın baş naziri Əli Əsədov, həm də Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər. Onlar arasında görüşü istisna etmək olmaz. Rəsmi Bakı Tiflisin vasitəçiliyinə müsbət yanaşır, rəsmi İrəvanın cavabı gecikir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili açılış nitqində Gürcüstan hökumətinin “Dinc Qonşuluq Təşəbbüsü” irəli sürdüyünü, o cümlədən Gürcüstanın qonşu və dostları Azərbaycan və Ermənistanla Cənubi Qafqaza dayanıqlı sülh gətirmək istiqamətində birgə iştiraka hazır olduğunu bildirib. İrakli Qaribaşvilinin bu mesajı ilk növbədə erməni həmkarına yönəlib. Çünki Azərbaycan Qaribaşvilinin hər iki təşəbbüsünə əvvəldən razıdır. Ancaq Nikol Paşinyan İrakli Qaribaşvilinin təkliflərini qəbul etmək əvəzinə uzaq Fransanın ətəyindən yapışmaqda davam edərsə, nəticə olmayacaq.
Elxan Şahinoğlu
Teref.az
 
 
 

Ardını oxu...
Qarabağla bağlı Qərbdən nə alınmalı idisə, Əliyev onu aldı, indi Zəngəzuru almaq istəyir və Qərb platformalarında bunu edə bilmir. Bu mənada Əliyevin oradan qazanacağı heç nə yoxdur, ona görə də görüşə getmədi.

Gundeminfo.az axar.az-a istinadla xəbər verir ki, belə bir iddia ilə “Ermənistan” fraksiyasından olan deputat, Xarici əlaqələr komitəsinin sədr müavini Armen Rüstəmyan Brüsseldə oktyabrın sonunda keçirilməsi gözlənilən Əliyev-Mişel-Paşinyan görüşünün vaxt azlığı səbəbindən baş tutmamasını şərh edərkən deyib.

Rüstəmyanın fikrincə, Əliyev istədiyini əldə etmək üçün noyabrın 10-da elan edilən bəyanatdan başqa, digər üçtərəfli razılaşmalara arxalanacaq. Deputatın sözlərinə görə, Əliyev 5 tələb ilə “sülh müqaviləsi”ni imzalamağa çalışır:

“Onun tələblərinin 5 istiqaməti var: Azərbaycanın istədiyi şərtlərlə delimitasiya və demarkasiya, bura Ermənistan ərazisinin 29800 kvadrat kilometr olmasını qəbul etmək daxil deyil, yeri gəlmişkən, rəsmi Bakı heç vaxt Ermənistan ərazisini tanıdığını deməyib; Anklavlar məsələsi var ki, onun vasitəsilə Azərbaycan bizim strateji yollarımıza nəzarəti ələ keçirəcək; Əliyev təcavüzkar Ermənistanın həmin əraziləri işğal etdiyini açıqlayacaq. Bu gün onlar təzminatı 100 milyard dollar civarında qiymətləndirirlər, bu, əlbəttə ki, yekun rəqəm deyil.

Bütün bunlarla yanaşı, qaçqınların Ermənistana qayıtması məsələsi də gündəmə gələcək və bu, Ermənistan üçün ciddi demoqrafik problemlər deməkdir. Əliyev Ermənistanın 1988-ci ilə qədər azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə yenidən geri qaytarılmasını tələb edəcək. Ermənistanda azərbaycanlıların yaşamadığı yer demək olar ki, yoxdur; Nəhayət, Ermənistanın tələb etdiyi, Əliyevin fikrincə, dövlətlərarası yol statusuna malik olmayan, erməni tərəfinin təklif etdiyi yol”.

Ardını oxu...
DİA.AZ: - Paşinyan Rusiya ilə münasibətlərə nöqtəni qoydu və Türkiyə-Azərbaycan xəttinə daxil olacağını bəyan etdi

DİA.AZ xəbər verir ki, Paşinyan “The Wall Street Journal”a müsahibəsində deyib:

"Regionun gələcəyi uzun müddətdir bağlı olan sərhədlərin və ticarət yollarının, o cümlədən Azərbaycanla Türkiyənin suverenliyinə hörmət şərti ilə Ermənistan ərazisindən keçən quru əlaqəsinin açılmasındadır"

Ermənistan lideri əlavə edib ki, İrəvan Rusiya ilə tarixi əlaqələr əvəzinə daha qədim olan “Azərbaycan və Türkiyə ilə münasibətləri tarixini” seçir.

O həmçinin qeyd edib ki, Rusiya hərbi bazalarının Ermənistanda olmasının heç bir faydası yoxdur. Bununla belə, Paşinyan bildirib ki, hazırda Rusiya hərbi bazasının Ermənistandan çıxarılması mümkünlüyü müzakirə olunmur.
Ardını oxu...
Fransa prezidenti Emmanuel Makrona yumurta atıblar.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Misirdə baş verib.
Yumurta mühafizəçilərin əhatəsində olan Fransa prezidentinin alnına dəyib.
Hadisəni şərh edən erməni teleqram kanalları yazıb ki, maraqlıdır, fransızlar öz prezidentini müdafiə edə bilmirlərsə, Ermənistanı necə qoruyacaqlar?

 
Ardını oxu...
Finlandiyanın paytaxtı Helsinki şəhərindəki Türkiyə səfirliyinə hücum olub.

32gun.az xəbər verir ki, bu barədə Helsinki polisi X sosial media hesabında paylaşım edib.

Məlumata əsasən maskalı şəxslər səfirliyin giriş qapısını boyayaraq tüstü bombaları ilə hücum ediblər.

Qısa müddətdə hadisə yerinə polis və xilasetmə qrupları gəlib.

Hücumla bağlı araşdırma başlayıb.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti