Gürcüstan prezidenti Salome Zurabişvili təhlükəsizlik qüvvələrini Tbilisidə ikinci dəfə qəbul etməyə çalışdıqları xarici agentlər haqqında qanun layihəsinə qarşı etirazçıları dağıtmağı dayandırmağa çağırıb.
Bu barədə TASS nəlumat yayıb.
“Mən daxili işlər nazirini Vaxtanq Qomelaurini dinc mitinqin dağıdılmasını, qeyri-mütənasib gücdən istifadəni və yalın əlləri ilə gələn gənclərə qarşı zorakılığı dərhal dayandırmağa çağırıram”, - deyə prezidentin bəyanatında bildirilir.
Məlumata görə, mitinqdə təhlükəsizlik qüvvələri ölkənin ən böyük müxalifət partiyasının sədri Levan Xabeişvilini döyüb . Bundan əlavə, nümayişçilər saxlanılır. Gürcüstan parlamentinin müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputatı Anna Tsitlidze də yaralanıb.