Ardını oxu...
İYİ Partiya sədri Meral Akşener Türkiyə Böyük Millət Məclisindəki bugünkü qrup toplantısındakı çıxışının əsas hissəsini Yaxın Şərqdəki hadisələrə, Azərbaycana və ermənilərin mümkün terror təhdidlərinə həsr edib. Çıxışın həmin hissəsini olduğu kimi paylaşmaqda fayda görürəm:
“Filistin hükûmeti, Türkiye’ye karşı, Ermeni lobisinin yanında durdu. Filistin hükûmeti, Uygur Türklerine karşı, Çin’in yanında durdu. Filistin hükûmeti, Kıbrıs Türklerine karşı, Rum yönetiminin yanında durdu. Türk Milleti, herkesin “bitti” dediği anlardaki, dirilişin adıdır. Şükürler olsun ki, bugün, tüm dünya; Türk’ün, yine şanlı bir mücadelenin ardından, yeni bir dirilişine, yeni bir zaferine, şahitlik ediyor. Bugüne kadar Karabağ; sadece Azerbaycan’ın değil; bir büyük coğrafyadaki, her Türk’ün davası olmuştur. Ne mutlu bize ki; Bu haklı davanın, nihayete kavuşmasını da görebildik. Hiç şüphesiz, Karabağ, bizim için bir hasret, Türklüğün bir kavşak noktası, bir hak ve özgürlük mücadelesinin adıdır. Aynı zamanda Karabağ, bizim için; bölgemizde, barış ve huzurun sağlanması için; bir an önce istikrara kavuşması gereken, bir kültür ve ticaret köprüsüdür. Bundan, yaklaşık 30 yıl önce, Azerbaycan’ın topraklarının, yüzde 20’si olan Karabağ; işgal edilmiş ve 1 milyondan fazla kardeşimiz, evinden, yurdundan, göç etmek zorunda bırakılmıştı. Hiç unutmuyorum; Azerbaycan’ın büyük şairi, Bahtiyar Vahapzade Bey, onlar için, “Didergin” demişti. Yani; yerinden, yurdundan sürülmüş, göç etmek zorunda bırakılmış kardeşlerimiz. Vahapzade, şiirinde, onların çilesini, şöyle anlatıyordu: “Başına haranın külünü töksün, Sinesi azabdan dağ-dağ didergin. Teze veteninde garip, çekingen, Köhne veteninden kaçak didergin.” İşte yıllarca süren bu büyük mücadele, çekilen bu büyük çile; 2’nci Karabağ Savaşı’nda, Can Azerbaycan’ımızın zaferiyle son buldu. 10 Kasım 2020’deki, ateşkes anlaşmasıyla beraber, Karabağ, yeniden özgürlüğüne kavuştu. Ancak buna rağmen, geride bıraktığımız, yaklaşık 2 yıllık dönemde, hiçbir anlaşma hükmüne uyulmadı. Azerbaycan’ın toprak bütünlüğü, yok sayılmak istendi. Bu nedenle, 19 Eylül tarihinde, Azerbaycan ordusu, Hankendi ve civarına yönelik, bir antiterör operasyonu gerçekleştirerek, Anayasal haklarını, güvence altına aldı. Böylece artık, “Dağlık Karabağ” kavramı, tarihe karışmış oldu. Değerli milletvekilleri; Şimdi önümüzde, bölgenin, barış ve istikrarı için, çok önemli bir fırsat var. Bu fırsat, iyi değerlendirilebilirse; Azerbaycan ile Türkiye arasında, doğrudan ve kesintisiz ulaşım sağlanacak; ve böylece, Türk Dünyası’nın entegrasyonu için, tarihi bir adım atılmış olacak. Ayrıca, Zengezur Koridoru’nun açılıp, Orta Koridor’a bağlanması; Ermenistan da dahil olmak üzere, tüm bölge ülkelerinin ekonomisine, büyük katkılar sağlayacak. Kaos ve çatışma yerine, bölgede, huzur ve istikrar hâkim olacak. Hatta eğer bu başarılabilirse; Türkiye ile Ermenistan arasındaki, normalleşme sürecinin de, normal ve meşru bir işleyişle, sağlıklı bir neticeye ulaşacağını, rahatlıkla söyleyebiliriz. Ancak, bu fırsatların, beraberinde, tehditler getirdiğini de, unutmamalıyız. Gerek, Azerbaycan’ın toprak bütünlüğünü sağlaması, gerekse de, bölgede ortaya çıkan, bu potansiyel karşısında, yeni bir terör odağının doğuşuna, izin veremeyiz. Çünkü son günlerde; küçük yaşta çocuklara, silah eğitimi vererek, teröre özendirerek, Karabağ’da kalıcı istikrarı engellemeye yönelik, bir terör yapılanmasının, temellerinin atıldığını görebiliyoruz. Karabağ’da, Azerbaycan’a karşı varlık gösteremeyen Ermenistan, Asala’yı temel alan, Voma adındaki örgüt ile, asimetrik bir savaşa hazırlanıyor. Mertçe mücadeleden kaçanlar, kalleşçe öldürmenin yollarını arıyor. Ermenistan hükümetlerinin, uzun yıllardır, pkk’ya, lojistik ve insan kaynağı desteği sağladığını, zaten biliyoruz. Türk ve Türkiye düşmanlığı temelinde başlayan, bu birlikteliğin; Voma – pkk ortaklığıyla devam etmesi de, pek tabii muhtemeldir. Bu sebeple; Sınırlarımızdaki gevşekliği, derhal gidermeli, ve hudutlarımızı, terörist geçişine karşı, daha sıkı biçimde korumalıyız. Bu terör oluşumunun, diplomatik yollarla bertarafı için de; tüm bilgi ve belgeleri, uluslararası kamuoyuna taşımalı, teröre yatırım yapmanın, kaçınılmaz sonuçlarını, Ermenistan’a anlatmalı, böylece, yine tarihi bir hata yapmasının, önüne geçmeliyiz. Başta Ermenistan hükümeti olmak üzere, herkes bir gerçeği, çok iyi bilmelidir: Karabağ Türk’tür! Karabağ Türk’ündür! Karabağ Azerbaycan’ındır! Terörün hiçbir çeşidi de, bu gerçeği değiştiremeyecektir! Bu vesileyle; bir an önce bölgede, barış ve huzurun sağlanmasını diliyor, can Azerbaycanlı kardeşlerimize, sevgi ve muhabbetlerimizi sunuyorum. Değerli dava arkadaşlarım; Maalesef coğrafyamızda, türemiş ve türetilmiş terör örgütlerinin, ortak noktası, Türk’e düşman olmalarıdır. Bugün bizim için, PKK, YPG, DAEŞ ne ise, Karabağ’ı hedef alacak, yeni bir terör örgütü de, onların kanlı bir izdüşümü olacaktır. Ancak herkes bilmelidir ki; Azerbaycan’a yönelik, bu ve benzeri girişimler karşısında Türk Milleti, tek yumruk olacak, ve çelikten yumruğunu, terörün tepesine indirecektir. Asala ile denediler, başaramadılar. pkk/ypg ile denediler, başaramadılar. Hizbullah ile denediler, başaramadılar. Daeş ile denediler, başaramadılar. Fetö ile denediler, başaramadılar. Ne hikmetse, bütün terör örgütlerinin hedefinde, Türk milleti var. Kimisi millet kavramına, yüce dinimizi alet ederek savaş açar. Kimisi de millet kavramına, etnik aidiyetleri alet ederek savaş açar. Ama hepsinin ortak noktası, Türk milletine, Türk devletine ve Atatürk’e olan alerjileridir”.
Merak Akşenerin çıxışının bu hissəsini yayımlamağı niyə lazım bildim? Meral Akşener sıradan siyasətçi və partiya lideri deyil, keçmişdə ölkəsinin daxili işlər naziri olub, müxtəlif mənbələrdən məlumat əldə etmək imkanına malikdir. Əgər xanım Akşener ASALA ilə PKK işbirliyinin yenidən vüsət alması və terrorçuların Qarabağla bağlı “planlarından” danışmaqla hamını xəbərdar edirsə deməli bildikləri var.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Gələn il ABŞ-də keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən Vivek Ramasvamy Azərbaycana qarşı saxta ittihamlarla çıxış edib.

O, təşviqat xarakterli müsahibəsində ermənilər tərəfindən Gəncə və Bərdə şəhərlərinə raket hücumunun kadrlarını nümayiş etdirib.

Lakin o, həqiqətləri gizlədərək, guya bu kadrlarda raket hücumuna məruz qalanların ermənilər olduğunu bildirib.

Belə ki, Vivek Azərbaycanı ittiham edərkən fonda gedən kadrlar Ermənistanın törətdiyi Gəncə və Bərdə terrorundan olub.

Qeyd edək ki, bu görüntülərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də danışıb və videosüjeti sərt tənqid edib:

"Dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər”.
Həmin saxta ittihamlara təqdim etdiyimiz videonun 60-cı saniyəsinədək baxa bilərsiniz:


 
 
 
Ardını oxu...
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı aparıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fidan Berbok ilə İsrail və Fələstindəki son hadisələri müzakirə edib.

Həmçinin, söhbət zamanı NATO-nun genişlənməsi məsələlərinə də toxunulub. (Mənbə: TRT)
 
 
 
Ardını oxu...
Brüsseldə keçirilən Ramşteyn formatında görüşdə Alyansın bütün üzvləri Ukraynanın gələcəyinin NATO-da olduğunu təsdiqləyiblər.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O vurğulayıb ki, Ukrayna döyüş meydanında nə qədər güclü olarsa, sülh danışıqları zamanı bu ölkənin mövqeyi bir o qədər möhkəm olacaq.

"Tarix təkrar olunmamalıdır. Buna görə də Alyansın bütün üzvləri Ukraynanın NATO-ya üzv olmasına razılıq verib", - Stoltenberq əlavə edib.

NATO-nun baş katibi qeyd edib ki, Alyansa üzv ölkələr Ukraynaya dəstəyini davam etdirəcək.

Stoltenberq vurğulayıb ki, Ukraynaya daha çox silah-sursat vermək lazımdır.
 
Ardını oxu...
“Oktyabrın 12-də Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi. Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib.

Azərbaycanın bu təklifi müsbət qarşıladığını və xarici işlər nazirimizin Rusiya və erməni həmkarları ilə görüşməyə hazır olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:“Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri altı saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma iki-üç saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır”.
 
Ardını oxu...
“HƏMASın qaçmağa və ya gizlənməyə yeri olmayacaq"
İsrail və HƏMAS müharibə vəziyyətindədir və hər iki tərəfdən ölənlərin sayı minlərlə ölçülür. Yaxın Şərq böyük bir fəlakətə doğru sürüklənir.
Fələstində ikinci ən böyük güc Fələstin Azadlıq Təşkilatıdır. Bu təşkilata 2004-cü ildən, yəni Yasir Ərəfat 75 yaşında dünyasını dəyişəndən sonra Mahmud Abbas rəhbərlik edir. O, hələ də öz yerindədir. Burada bir önəmli məqam var. HƏMAS İsraili dövlət kimi tanımır. Fələstin Azadlıq Təşkilatı (FAT) isə 1993-cü ildə İsraili dövlət kimi tanıyıb. Hazırda HƏMAS Fələstində FAT-dan daha güclüdür. Ancaq FAT ilə İsrail arasında da münasibətlər yaxşı deyil.
Belə ki, keçən ay öz partiyası qarşısındakı televiziya çıxışında Mahmud Abbas Holokostla bağlı antisemitizm xarakterli şərhlərinə görə bütün dünyada geniş şəkildə qınandı. Mahmud Abbas həmin çıxışında belə demişdi: “Onlar deyirlər ki, Hitler yəhudiləri yəhudi olduqlarına görə öldürüb və Avropa yəhudilərə yəhudi olduqları üçün nifrət edirdi, xeyr. Yəhudilərə qarşı dinlərinə görə deyil, sosial rollarına görə mübarizə aparıldığı açıq şəkildə izah edilib”.
Mahmud Abbas daha sonra “sosial rol” dedikdə “sələmçilik, pul və s.” şeyləri nəzərdə tutduğunu açıqlamışdı.
Bu çıxışa cavab olaraq öncə fələstinli intellektual kəsim kəskin bəyanatla çıxış etdi. Daha sonra yəhudilərin nüfuzlu elm xadimləri də həmin bəyanata dəstək verdi.
Maraqlıdır ki, Azərbaycan mediasında daha çox HƏMAS haqqında yazırlar. Ancaq HƏMASla birlikdə Fələstin İslami Cihad Hərəkatı da əldə silah İsrailə qarşı döyüşür. İslami Cihad HƏMAS-dan kiçikdir, ancaq onlar da Fələstində müəyyən nüfuza sahibdir. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, İngiltərə, Yaponiya, Kanada, Avstraliya və İsrail İslam Cihadını terrorçu təşkilat hesab edirlər. Bu hücumda İzz əd-din əl-Qasım Briqadası da iştirak edir. Bunlar kimdir? HƏMAS-ın hərbiləşmiş qanadıdır. Onlara Məhəmməd Deyf rəhbərlik edir. 1991-ci ildə yaradılmış bu təşkilat indiyə kimi dəfələrlə İsrailə qarşı terror hücumları təşkil edib. Əl-Qasım Briqadası Fələstində ən yüksək səviyyəli hərbi hazırlığa malik qüvvə kimi tanınır...
Bəs HƏMAS və tərəfdarları İsrail dövlətindən konkret olaraq nə istəyirlər? Əl-Qəssam Briqadalarının baş komandiri Məhəmməd Deyfin bəyanatından sonra HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə, daha sonra İslami Cihaddan Ziad əl-Nəhlənin bəyanatları səsləndi. Əsas tələb bunlardır: Bütün məhbusların azad edilməsi; Qüdsdə Fələstinin müqəddəs yerlərinin toxunulmazlığı təmin edilsin, Qəzzənın mühasirəsinə son qoyulsun və.s. Aydındır ki, radikal dinçi və millətçi kimi tanınan İsrailin hazırkı Baş naziri Benyamin Netanyahu bu kimi tələbləri qətiyyən qəbul edə bilməz. Fələstin müqavimətinin önündə yer alan HƏMAS radikal sağçı mövqedə olan İsrail hökuməti ilə üz-üzə qalıb. Tək Benyamin Netanyahu deyil, hökuməti təşkil edən digər radikallar da HƏMAS-ın məhvinə qədər müharibənin davam etməsi tələbi ilə çıxış edir. Ona görə Benyamin Netanyahu hökuməti müxtəlif tərəflərdən gələn atəşkəs çağırışlarına məhəl qoymur. Benyamin Netanyahu birmənalı şəkildə deyir: “Bu müharibəni biz başlamadıq, ancaq bu müharibəni də, HƏMASı da biz bitirəcəyik”.
Hərbi ekspertlər hesab edir ki, HƏMAS və onlara dəstək verən Livanın Hizbullah şiə qruplaşması İsrailin quru qoşunlarından daha yaxşı döyüşür. Hizbullah bu 2000 və 2006-cı illərdə sübut edib. Ancaq İsrail ordusu havada dominant gücə sahibdir. Bu isə yəhudilərə ağlasığmaz üstünlük verir. Düşünün ki, hazırda İsrail Fələstin ərazisini Misir sərhədinə qədər total şəkildə bombalayır. Təbii ki, HƏMAS və onun ətrafında olan silahlı qruplaşmalar İsrailin bu üstünlüyünü aradan qaldırmaq üçün nəsə etmək gücündə deyillər. Ona görə də İsrailin hərbi rəhbərliyi xəbərdarlıq edib ki, HƏMAS terrorçularının “qaçmağa və ya gizlənməyə yeri olmayacaq. Biz buna imkan verməyəcəyik”. İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Hagari deyib ki, biz terrorçuları hər yerdə təqib edəcəyik. Bu arada isə Misir Fələstinlə sərhədini bağlayıb. Yəni fələstinlilərin fəlakətdən uzaqlaşmaq şansı da yoxdur...
Xarici xəbər agentlikləri bildirir ki, Fələstin və Livan ərazisindən yüz minlərlə insan baş götürüb qaçır. Maraqlıdır ki, İsraili tərk etməyə çalışan yəhudilər də çoxdur. Ancaq İsrailin hava limanlarına eniş və uçuşlar tamamilə dayandırılıb. Sıradan insanlar müharibənin gətirdiyi bəlalardan uzaqlaşmağa can atırlar. Xüsusən uşaqları xilas etməyə çalışırlar...
Sirr deyil ki, Qərbdəki solçu düşərgə birmənalı şəkildə Fələstini müdafiə edir. Onların düşüncəsinə görə, İsrail 75 ildir ki, Fələstin torpaqlarını işğal altında saxlayır. Və Qərbin CNN, BBC, FOX kimi nəhəng xəbər mərkəzləri Fələstin-İsrail qarşıdurmasını ikincinin xeyrinə təbliğ edirlər. Məsələn, eyni media sənaye kompleksi İsrail ordusu tərəfindən gecə yarısı yataq otağından yarıçılpaq götürülən fələstinli kişilər, qadınlar və uşaqlar üçün heç vaxt girov ifadəsini işlətməyib. CNN, FOX və MSNBC-dəki ekspertlər heç vaxt heç bir ittiham irəli sürülmədən qeyri-müəyyən müddətə saxlanılan 1200 fələstinlini girov adlandırmayıblar. Solçuların baxışına görə, mahiyyətdə həmin fələstinlilər İsrail tərəfindən girov kimi saxlanılır.
Başqa bir məqam: Solçular deyir ki, Qərb mediası Rusiyanın Ukraynada törətdiyi dağıntıları ən kəskin ifadələrlə ictimai rəyə sırıyır. Ancaq İsrailin Fələstinə qarşı aşırı gücdən istifadəsi haqqında isə bir kəlmə də demir...
Ərəblərin ən nüfuzlu media orqanı olan “aljazeera” xəbər verir ki, hal-hazırda Qəzza zolağındakı xəstəxanalarda yaralı əlindən tərpənmək mümkün deyil. Ölənlər arasında 6 nəfər fələstinli jurnalist də var. Qəzza zolağında təhlükədən kənar hesab oluna biləcək yer qalmayıb.
İraqda Ayətullah Seyid Məhəmməd Baqir əl-Həkim tərəfindən qurulmuş Bədr Briqadası İrana bağlıdır. Təşkilatın lideri Hadi əl-Əmiri bəyan edib ki, əgər ABŞ İsrailə açıq şəkildə hərbi yardım etsə, biz də Amerikaya bağlı obyektləri legitim hədəf kimi sıradan çıxaracağıq.
“Save the Children” (Uşaqları xilas edək) təşkilatının Avropa üzrə direktoru və Avropa İttifaqındakı nümayəndəsi Willy Bergogne deyir ki, onun təşkilatı bir neçə Aİ üzv dövlətinin Fələstinə humanitar yardımını dayandırmaqla bağlı qərarına görə "narahat olub".
O, “aljazeera” xəbər telekanalına deyib: “Biz digər Aİ üzv dövlətləri və Avropa Komissiyasının da fələstinli ailələrə dəstəyini dayandırmaq üçün oxşar hərəkətləri nəzərdən keçirməsindən son dərəcə narahatıq”.
Bu arada isə BMT komissiyası Qəzza və İsraildə müharibə cinayətlərinin törədilməsi ilə bağlı “aydın dəlil”lərin ortaya çıxdığını bildirib.
Münaqişənin monitorinqini aparan BMT komissiyasına görə, hər iki tərəfin törətdiyi hərbi cinayətlərə, o cümlədən mülki şəxslərin hədəfə alınması barədə faktlar var.
Komissiya tələb edib ki, beynəlxalq humanitar hüququ pozan və ya mülki şəxsləri hədəfə alanların hamısı məsuliyyətə cəlb edilsin.
“Qəzzadan gələn silahlı qrupların yüzlərlə silahsız mülki vətəndaşı gülləbaran etməsi ilə bağlı xəbərlər dünyaya dəhşət saçır və dözülməzdir. Mülki girovlardan və mülki şəxslərdən canlı qalxan kimi istifadə müharibə cinayətləridir”, - bəyanatda deyilir.
Komissiya həmçinin bildirib ki, “İsrailin Qəzza zolağını su, qida, elektrik və yanacağın kəsilməsi ilə tam mühasirəyə alması, şübhəsiz ki, mülki insanların həyatı bahasına başa gələcək və fələstinlilərin kütləvi şəkildə cəzalandırılması kimi dəyərləndiriləcək”...
Yaxın Şərqi xaosa sürükləyən və qəddarlığı ilə seçilən müharibə davam edir...
Elbeyi Hesenli
Teref.az
Ardını oxu...
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya gəlişi Qarabağda olan Rusiya hərbi kontingentinin gələcəyini müəyyənləşdirməklə bağlı ola bilər. Rusiya diplomatları son günlərdə açıqlamalarında hərbi kontingentin Azərbaycan ərazisində qalma müddətinin uzadılmasına işarə edirlər. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibəsində deyib ki, Rusiya hərbi kontingenti Qarabağı tərk edəcəksə Ermənistana yox ölkəsinə qayıtmalıdır. Paşinyan bunu təsadüfən deməyib. Çünki Kreml Rusiya hərbi kontingentini Qarabağdan Ermənistandakı bazasına yerləşdirmək planını da nəzərdən keçirir. Ermənistanın baş naziri bu haqda məlumatlıdır. Rusiya hərbi kontigentinin Ermənistandakı bazaya köçürülməsi Qərbə yaxınlaşmaq istəyən Nikol Paşinyanın maraqlarına cavab vermir.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Hörmətli həmkarlar,
Həqiqətən biz məsələlərə laqeyid yanaşdıqca, gözümüzü yumub ancaq QHT Agentliyinin əlinə baxıb qrant gözləyəcəyiksə, onlar bizi daha çox dolayacaq, Ali rəhbərliyi daha çox aldadacaqlar.
Bir neçə gün əvvəl Agentliyin mətbuat katibinin müsahibəsini oxudum. Heyrətə gəldim həqiqətən. Ya ona Prezident Administrasiyasından hazır müsahibə təqdim ediblər, ya da adamın həqiqətən məsələlərdən xəbəri yoxdur.
Mən bir neçə detalı izah edib, məsələnin mahiyyətinə keçəcəm.

Demək həmin xanımın “inqilabi dəyişikliklər” kimi təqdim etdiyi məsələləri diqqətinizə çatdırıram:

1. Xanım deyir ki, “Azərbaycanda milli donor institutunun mövcud olduğu son 15 ildə keçirilmiş heç bir müsabiqələrlə bənzərlik təşkil etməyəcək. İlk dəfədir ki, Agentliyin müsabiqələri Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında elan olunacaq”. Xanıma izah edən olmayıb ki, Azərbaycan milli donor QHT Şurası və ya indi QHT Agentliyi deyil. Nə də bu qaydalar ilk dəfə tətbiq edilmir. Ölkədə Gənclər Fondu, Elm Fondu, habelə ayrı-ayrı nazirliklərin qrantları mövcuddur. Nazirlər Kabineti müvafiq sahələr üzrə də QHT layihələrinin maliyyələşdirilməsi haqqında qaydalar təsdiq edib. Sadəcə bir az bu sahədən başı çıxan adam lazımdır ki, sizlərə düzgün istiqamət versin.

2. Xanım deyir ki, “İndiyədək qrant müsabiqələri ilin müxtəlif dövrlərində elan olunub, bu isə layihələrin icrasında xeyli çətinliklər, haqlı narazılıqlar yaradırdı. Agentlik ilk dəfə növbəti ilin müsabiqə elanlarını ondan əvvəlki ildə verəcək”. Bildirmək lazımdır ki, QHT Şurası 13 il sizin dediyiniz yeniliklərdəki kimi işləyib. Növbəti ilin qrant elanı əvvəlki ilin noyabr ayında, tam sizin layihə qəbul edəcəyiniz vaxtdan başlayırdı. Bundan da xəbəriniz yoxdursa, ən azından arxivi bir qədər araşdırmağa ehtiyac vardır. QHT Şurasının da zamanında layihələr 1 ay qəbul olunurdu, 1 ay seleksiya və ekpertiza olunurdu, 1 aya yaxın da qərar qəbul olunurdu. Bu indi “inqilabi” dəyişiklik oldu?

3. Xanım deyir ki, “İndiyədək QHT-lərə layihə yazmağa hazırlaşmaq və sənədlərini təqdim etmək üçün heç vaxt bu qədər vaxt verilməyib. Agentlik bu unikal fürsəti yaradıb ki, QHT-lərin keyfiyyət üzərində köklənməyə, plan üzrə işlərini səmərəli qurmağa tam şəraitləri olsun. Hər 3 qrant müsabiqəsinin eyni vaxtda elan edilməsi isə o deməkdir ki, QHT-lər müsabiqələrlə bağlı bütün mənzərəni, mövzuları aydın şəkildə görmək imkanı qazansın, seçim imkanları artsın. Əvvəlki dövrdə növbəti müsabiqənin hansı mövzuda olacağı qaranlıq qalırdı”. Təkrarçılıq olmasın, amma QHT Şurası vaxtında da eyni təcrübə tətbiq olunurdu. QHT-lərin tam vaxtı da çatırdı, üstəlik hələ artıq vaxt da qalır. Səmimi deyim ki, sonuncu cümləyə o qədər gülmüşəm ki. Təsəvvür edin, deyilir ki, guya müsabiqə elan olunub, amma hansı mövzuda olması qaranlıq qalıb. Bu günə qədər hansı müsabiqə olub ki, mövzusu olmayıb? Mövzusuz müsabiqə olur?
Ardını oxu...
Həqiqətən dərinliklərə vardıqca biyabırçılıqlar üzə çıxır.
Tələsik 5 ay sonra nəticələrini elan edəcəkləri müsabiqənin indidən anons edilməsi çox mətləblərdən xəbər verir. Zamanı gəldikdə hansı korrupsiya əməllərinin üzərinin ört basdır edilməsini cəmiyyət üzvlərinə açıqlayacam. Məni tanıyanlar yaxşı bilir ki, heç bir fakt olmadan hansısa məsələnin üzərinə getmərəm.
Sadəcə başqalarından fərqli olaraq dövlətə sevgimiz qarşımızı kəsir.
Amma bu gün diqqətimi daha çox çəkən digər qrant verən qurumlardan fərqli olaraq QHT Agentliyinin qrant elanının bütün mətbuatda, hətta radio kanallarda verilməsi idi. Bayaq 104 FM-də də dinlədim.
Hazırda məni bir sual maraqlandırır: Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası əhəmiyyətlidir, yox QHT Agentliyinin qrant elanı?
Bayaqdan izləyirəm, bir neçə saytdan başqa mötəbər tədbir haqqında məlumat verən yoxdur. Amma haranı açırsan qrant elanı reklam olunur.
Samir Adigozelli
Teref.az
 
Ardını oxu...
Ermənistanın məğlub edilməsi və qondarma rejimin məhv edilməsi hələ proseslərin sona çatması demək deyil. Qarabağın işğaldan azad edilməsi qədər Ermənistanla bağlı vacib strateji plana sahib olmalıyıq. Söhbət nədən gedir? Ermənistan regional və qlobal layihələrə qoşularaq, inkişaf strategiyasını ortaya qoyacaq. Bəs, bizə güclü Ermənistan lazımdırmı? Azərbaycan Qarabağı geri qaytarmayana qədər Ermənistanın heç bir regional layihədə iştirak edə bilməyəcini dəfələrlə bəyan etmişdi. Artıq Qarabağ problemi tarixə qovuşur. Bəs, Ermənistana hansı həcmdə şans vermək məcburiyyətində qalacağıq?!
Bu gün məğlub olan Ermənistanın gələcəkdə inkişaf edərək güclü iqtisadiyyata və orduya sahib olmasının qarşısını almaq üçün uzaq hədəflərə hesablanan stratetegiyadan istifadə etməliyik. Azərbaycanın bundan sonrakı əsas hədəflərindən biri Ermənistanın inkişafının sadəcə kiçik bir ipdən asılı olmasını təmin etmək siyasəti olmalıdır. Yüz il bundan öncə Ermənistan Azərbaycanın sərvətləri hesabına dirçəlməyə başlamışdı. Həmin vaxt Ermənistan dövləti SSRİ-nin tərkibində olan respublika kimi (ittifaq ölkələr kimi) Azərbaycandan faydalanmaq imkanı qazanmışdısa, indi də Azərbaycanın təşəbbüsləri ilə regional və qlobal layihələrə qoşulmaqla, inkişafa nail ola bilər. Azərbaycanın imkanlarından faydalanaraq, inkişaf yolu keçən Ermənistan daha sonra torpaq iddialarını ortaya qoymuşdu. Eyni səhvə yol versək, azacıq zəifləsək və gələcəkdə Ermənistan-Rusiya münasibətləri də pozitiv mərhələyə qədəm qoysa, o zaman yenidən eyni ssenarinin qurbanına çevrilə bilərik.
Təbii ki, bu gün gərginləşən Rusiya-Ermənistan münasibətlərinin bu məsələdə İrəvana hansı həcmdə güzəşt edəcəyimizin əsas barometrlərindən biri olacaq. Rusiya bundan sonrakı proseslərdə də əsas açar rolunu oynayacaq.
Ermənistana yerləşən ABŞ İrana yaxın bir yerdə daha bir istinad nöqtəsi əldə etmiş oldu. Qarabağ problemindən sonra növbəti məsələnin - Zəngəzur dəhlizinin mürəkkəb oyun qaydaları qarşıdadır. Daha sığortalı davranmalıyıq.
Ermənistan öz iqtisadiyyatını regional layihələrə qoşulmaqla, dirçəltməyə çalışacaq. İrəvanda sabitlik əldə ediləndən sonra qərbyönümlü Paşinyan bir müddət sonra müxtəlif sahələr üzrə ABŞ və Fransa təcrübəsini ölkəyə idxal edəcək. Ermənistan ordusu NATO ordu sisteminin komponent və təcrübələrinə yiyələnməyə çalışacaq və bu məsələ hazırda əsas prioritet kimi qarşıya qoyulub. Bəli, həqiqətən də Ermənistanın inkişafı üçün Qarabağ problemindən xilas olmaq lazım idi. Paşinyan bunu ciddi şəkildə dərk edirdi.
Dünyada kiçik dövlətlərin böyük dövlətlər tərəfindən “udulması” (kiçik və qonşu ölkənin asılı və zəif halda saxlanılması) təcrübəsi geniş yayılıb. Ermənistanı “udmağı” bacarmalıyıq...
Qısası, bizə güclü Ermənistan lazım deyil...
Samir Feyruzov
Teref.az
Ardını oxu...
Son bir neçə il ərzində Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) rəhbərliyi bir neçə dəfə dəyişdirilsə də, bu adlı-sanlı səhiyyə müəssisəsində müsbət istiqamətdə ciddi dönüş əldə edilməyib. Müəssisənin fəaliyyətində əvvəllər narazılıq doğuran neqativ hallar indi də qalmaqdadır. Xəstəxanada tibbi xidmətin keyfiyyəti, qiymətlərin yüksək olması, güzəşt hüququ olan neftçilərin sağlamlığına diqqətin yetərli olub-olmaması, kadr məsələlərində rüşvətxorluq və s. ayrı söhbətin mövzusudur. Məsələ burasındadır ki, bu sadalanan müstəvilərdə əldə edilən qanunsuz gəlirlər xəstəxana rəhbərliyi, konkret olaraq baş direktor Musa Abbasov üçün yetərli deyil.
Musa Abbasov xəstəxanaya rəhbər vəzifəyə gələndən sonra xəstəxananın ənənəvi tərəf müqabilləri ilə işləməkdən imtina etdi. Daha doğrusu, onların qarşısına sərt tələblər qoyduğundan, birgə işləmələriu qeyri-mümkün oldu. Məsələn, təzə baş direktor camaşırxana xidməti göstərən "AGNA Service” MMC ilə müqaviləni təktərəfli olaraq dayandırdı (onların işıq və su xəttini kəsdi, hətta maşınlarının xəstəxananın həyətinə girişinə qadağa qoydu) və bununla da firmaya külli miqdarda zərər vurdu. Tərəflər qarşılıqlı olarasq bir-birini məhkəməyə verdilər.
Bundan başqa, yenə bu il Mərkəzi Neftçilər Xəstəxanası Publik Hüquqi Şəxsin "Firewall Fortigate 81F ( FGT81FTK21000935 ) standart lisenziyanın satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi 50 min manat vergi borcu olan, cəmi 200 manat nizamnamə kapitalına malik "RABALON" MMC oldu. Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
Hürriyyət.az xəbər verir ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında xəstələr və vətəndaşları ücün təhlükəli vəziyyət yaranıb. Belə ki, xəstəxananın direktoru Musa Abbasov binanın həyətində, yanğın zamanı ehtiyat su götürmək ücün nəzərdə tutlan su hovuzunun üstündə kafe işlədir. Kafe hovuzun üstündə inşa edildiyi ücün xəstəxanada baş verə biləcək yanğın zamanı hovuzdan su götürmək mümkün olmayacaq. Musa Abbasov xəstəxananın bütün imkanlarından istifadə edərək, qeyri-leqal mənfəət əldə edir və həmən məbləğ birbaşa onun cibinə axır. Xəstəxananın nizamnaməsinə görə, ancaq tibbi xidmət qarşılığında, könüllü ayırmalar, dövlət tərəfindən ayırmalar nəticəsində hər hansı vəsait müəsissəyə daxil ola bilər. Bu isə müvafiq müqavilə əsasında mümkündür. Bu barədə publik hüquqi şəxslər haqqında qanunda da qeyd olunub. Xəstəxanaların nizamnaməsində sahibkarlıq fəaliyyəti ilə əlaqədar malliyə vəsaitinin müəssisəyə daxil olması qadağandır. Üstəlik, bu vəsaitlərin müəsissənin hesabına yox, Musa Abbasovun cibinə daxil olması korrupsiya halıdır. Hətta vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərindən sui-istifadə deməkdir. Odur ki, müvafiq dövlət qurumlarının Bakı şəhərinin mərkəzində Neftçilər Xəstəxanasında qanunsuz kafe fəaliyyət göstərən kafeyə biganə yanaşması, xüsusən də, Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında, yanğın söndürmək ücün nəzərdə tutulan su hovuzunun üzərində qanunsuz tikinti ilə bağlı susqunluq nümayiş etdirməsi suallar doğurur.

Müşahidə olunub ki, hər dəfə həkimlər onun kabinetindən çıxandan sonra baş direktorun otaqda ayaqqabısız, corabla gəzməsi diqqətləri çəkib.
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

 

Dünyapress TV

Xəbər lenti