Ardını oxu...
Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya, Fransa və İtaliya liderləri birgə bəyanat yayaraq, İsraili dəstəklədiklərini və HƏMAS-ın hərəkətlərini pislədiklərini bildiriblər.
TEREF.AZ bildirir ki, bu barədə “Report” Ağ Evə istinadən məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Corcio Meloni, Böyük Britaniyanın baş naziri Rişi Sunak və ABŞ prezidenti Cozef Bayden birgə bəyanatda HƏMAS-ın terror hərəkətlərinin heç bir əsası və legitimliyi olmadığını, pislənilməli olduğunu qeyd ediblər.

Onlar İsrailin özünü və xalqını bu cür vəhşiliklərdən qorumaq səylərini dəstəkləyəcəklərini qeyd ediblər:

“Son günlər dünya HƏMAS terrorçularının evlərində ailələri qətlə yetirmələrini, musiqi festivalından zövq alan 200-dən çox gənci qətlə yetirmələrini, hazırda girovluqda olan yaşlı qadınları, uşaqları və bütün ailələri qaçırmalarını dəhşət içində seyr etdi. Yaxın günlərdə İsrailin özünü müdafiə etmək qabiliyyətinə malik olmasını təmin etmək üçün İsrailin müttəfiqləri və ortaq dostları olaraq birləşmiş və koordinasiya şəklində hərəkət edəcəyik”.
 
Ardını oxu...
Avropa Şurası Parlament Assambleyasının Strasburqda bazar ertəsi təsdiq edilmiş payız sessiyasının gündəliyinə “Dağlıq Qarabağda humanitar vəziyyət” məsələsi daxil edilib. Turanın xüsusi müxbirinin Strasburqdan verdiyi məlumata görə, debat oktyabrın 12-də Mərkəzi Avropa vaxtı ilə saat 16.00-da (Bakı vaxtı ilə 18.00) baş tutacaq.

Mövzu ilə bağlı Xorvatiyalı deputat Domaqoy Haydukoviç məruzə ilə çıxış edəcək.
 

Bayden administrasiyasının immiqrasiya siyasəti İsrail hadisələrinin ABŞ-da təkrarlanmasına səbəb ola bilər.

DİA.AZ musavat.com-a istinadən xəbər verir ki, bu fikri bazar günü ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Qrin “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"İsraildə baş verənlər Amerikanın da başına gələ bilər. Biz 160-dan çox müxtəlif ölkədən əcnəbilər tərəfindən işğal olunmuşuq", - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, səlahiyyətlilər çox vaxt ABŞ-a daxil olan qeyri-qanuni miqrantları və onların harada olduqlarını müəyyən edə bilmirlər. Miqrasiyanın miqyası o qədər böyükdür ki, Bayden administrasiyası bunun öhdəsindən gələ bilmir.

"Bu oyanış zəngi olmalıdır", - deyə siyasətçi yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden miqrasiya siyasətinə görə dəfələrlə tənqid olunub. Texas qubernatoru Qreq Abbott dövlət başçısını ABŞ-Meksika sərhədində qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyəti pisləşdirməkdə ittiham edib.
 
Ardını oxu...
İsrail HƏMAS-la danışıqlar aparmaq niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib.

“Bunlar açıq-aşkar sənədləşdirilmiş hərbi cinayətlərdir. Terrorçularla danışmaq mərhələsi artıq geridə qaldı. İndi HƏMAS-ın terror infrastrukturunu məhv etmək lazımdır ki, bir daha belə dəhşət yaşanmasın”, - Erdan bildirib.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 700-dən çox sakin ölüb, 2,2 mindən çox insan yaralanıb.

İsrail ordusu cavab tədbirləri görür.
Ardını oxu...
İran Prezidenti İbrahim Rəisi Araz keçidinin tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

APA xəbər verir ki, bu barədə İran Prezidenti hökumətin bugünkü iclasında deyib.

İbrahim Rəisi İran-Azərbaycan sərhədindəki layihənin tikintisinin sürətləndirilməsininin vacibliyini vurğulayıb.

İran Prezidenti bildirib ki, bu layihənin işə düşməsi iki ölkə, eləcə də region ölkələri arasında mübadilə, iqtisadi və ticarət əlaqələrinin səviyyəsini artıracaq.

Qeyd edək ki, oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.
 
Ardını oxu...
Yaxın Şərqdə baş verənlər müharibədir.

Axar.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

"Biz onları məhv edəcəyik. İsrailə və vətəndaşlarına tətbiq etdikləri bu yağışlı günün intiqamını alacağıq. HƏMAS təşəbbüsü ələ aldı və müharibəyə başladı. Biz onu bitirəcəyik", - Dik bildirib.
 
Ardını oxu...
Həmas terrorçularının İsrailə gözlənilməz hücumu 1973-cü il müharibəsindən sonra İsrailin kəşfiyyatının ən böyük uğursuzluqlarından biri ola bilər.

DİA.AZ axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

“Hücuma quruda və dənizdə onlarla əməliyyat, eləcə də raket hücumları daxildir. Buna görə də, bu hücumun hazırlığı özündə dərin planlaşdırma və koordinasiyanı ehtiva edir ki, bu da İsrailin kəşfiyyat xidmətləri tərəfindən nəzərdən qaçırıla bilməzdi”, - nəşr bildirib.

Karneqi Fondunun baş elmi əməkdaşı Aaron Devid Miller isə deyib ki, israillilər HƏMAS-ın belə hücum edəcəyinə inanmırdılar:

“Heç kim onların sərhədi keçməyə risk edəcəyinə inanmırdı. Bu regionlarda kifayət qədər İsrail qüvvələrinin olmaması ciddi səhv idi”.
 
Ardını oxu...
“Taliban” hökuməti İsrail ərazisinə keçidi təşkil etmək üçün İran, İraq və İordaniyaya müraciət edib.

Belə ki, taliblər, HƏMAS-a kömək etmək istəyirlər. Bundan başqa, onlar Qüdsü də ələ keçirmək istəyirlər.

“Taliban” bu məqsədlərinə çatmaq üçün sözügedən üç ölkənin onları dəstəkləməsini istəyir.
Mənbə: “The Jerusalem Post”
 
Ardını oxu...
Fransanın daxili işlər naziri Jerald Darmanen Qəzza zolağında fələstinli yaraqlıların İsrailə qarşı hücumları fonunda Fransa ərazisindəki sinaqoqlarda və digər yəhudi məskənlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair göstəriş verib.

Fransalı nazir bu barədə Tuluzada işgüzar səfərdə olarkən bildirib.

O əlavə edib ki, Parisə qayıtdıqdan sonra, İsrail hadisələri kontekstində ölkədə hansı problemlərin yarana biləcəyini müəyyən etmək üçün təhlükəsizlik toplantısı keçirəcək.
Mənbə: AFP
Ardını oxu...
İraq hökuməti Fələstinə dəstəyini ifadə edir.

Bakupost az xarici KİV-ə istinadla xəbər verir ki, bunu İraq hökumətinin sözçüsü əl-Avadi bildirib.

"Bu səhər fələstinlilərin başlatdığı əməliyyatlar onların uzun illərdir məruz qaldıqları ədalətsizliyin nəticəsidir"- əl Avadi qeyd edib.

İraqda islamçı təşkilatların silahlı qruplarının İsrail ərazisinə hücumuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib.
 

Dünyapress TV

Xəbər lenti