“Bizim ən böyük problemimiz odur ki, 1994-cü ildə atəşkəs oldu, ondan sonra dünya dəyişdi, amma biz dəyişmədik, hər mənada 1994-cü ildə qaldıq”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumət proqramının 2023-cü ildə icrasının yekunlarına dair hesabatın Milli Assambleyada müzakirəsi üzrə yekun çıxışı zamanı deyib.
O bildirib ki, siyasi liderliyin ən böyük mənası və mahiyyəti rəhbərlik etdiyiz ölkəni dəyişən dünyaya uyğunlaşdırmaqdır.
Paşinyan daha sonra 44 günlük müharibədəki məğlubiyyətə toxunub: “Ən böyük problemlərdən biri bu oldu ki, ordunun necə hərəkət edəcəyini bilməməsi ortaya çıxdı. Bəli, bizim günahımızdır ki, iki il ərzində 30 illik orduya olduğu ərazidə istiqaməti necə müəyyənləşdirməyi öyrətməyə vaxtımız olmadı”.