Ardını oxu...
İsrailin baş naziri Benyamin Netanyahu Həmas qruplaşmasının İsrailə hücumuna görə İranın məsuliyyət daşıdığını bildirib. İran illərdir Həmas və Hizbullahı silahlandırır və bu iki qruplaşmanı gərəkli maliyyə ilə təmin edir. Tehran İsrailin ərəb ölkələriylə dialoqundan narahat idi. İsrail son illərdə bir neçə ərəb ölkəsi ilə diplomatik əlaqə quraraq qarşılıqlı şəkildə səfirliklər açmağa nail olmuşdu. İsraillə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulmasıyla bağlı danışıqlar son mərhələyə qədəm qoymuşdu. Tehran bu gedişatı pozmağa qərar verdi. Hizbullah təşkilatının da Livan ərazisindən İsrailə zərbə endirəcəyi istisna deyil. Bu halda İsrail iki cəbhədə savaşmalı olacaq. Görünür, Tehran hesab ediblər ki, Yaxın Şərqi qarışdırmaqla həm İsrailin, həm də ABŞ-ın planlarını pozmuş olacaqlar. Yaponiya 1941-ci ildə Amerikanın Pearl Harbor hərbi bazasına hücum edəndə gedişatın öz xeyrinə dəyişəcəyini düşünürdü. Amerikanın intiqamı dəhşətli oldu. ABŞ 1945-ci ildə Yaponiyaya yeni kəşf etdiyi iki atom bombası atmaqla düşmənini ağ bayraq qaldırmağa məcbur etdi. Yaponiyanın hərbi xuntasının Amerikaya hücumundan sadə yaponlar əziyyət çəkdilər, atılan atom bombaları yüzminlərlə yaponun ölümünə səbəb oldu. İndi də İsrailə hücum əməliyyatını planlaşdıranlar və əmr verənlər öz xalqlarını böyük təhlükəylə üz-üzə qoyublar.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Avropa Ukraynadakı münaqişənin davam etməsinə daha imkan verə bilməz.

Bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev deyib.

“Ukraynada sülhü bərpa etmək üçün yanaşmalar axtarmaq lazımdır”, - Radev bildirib.

O əlavə edib ki, BMT prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olması üçün güclü siyasi iradə, diplomatiya və aktiv danışıqlar gərəkdir. \\Axar.Az
 
Ardını oxu...
"ASALA 1975-ci ildə Livanda yaradılan terror təşkilatıdır. Bu təşkilat "Ermənistanın xilası üçün erməni gizli ordusu" anlamı daşıyır. Ermənistanın xilasına gəlincə, məhz həmin dövrdə Ermənistanı kimdən və nədən xilas edəcəkləri məsələsi isə müəmmalıdır".

Bu fikirləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

General bildirib ki, həmin təşkilat Türkiyə səfirliklərinə, Türkiyənin təşkil etdiyi tədbirlərə qarşı, ən əsası, insanların çoxluq təşkil etdiyi yerlərə terror aktları həyata keçirməklə tanınıb:

"ASALA-nın məqsədi "Tam Müstəqil bir Ermənistan" qurmaq idi. Onlar "Böyük Ermənistan" xülyasını reallaşdırmağa cəhd edirlər. Ümumiyyətlə, ermənilər ölkələri, bayraqları üçün mübarizə apararaq, hansısa çətinliyə sinə gərmiş bir cəmiyyət olmayıb. Bu xalqın tarixinə nəzər yetirsək, onların ən yaxşı gördükləri iş silahsız, günahsız və müdafiəsiz mülki insanları öldürmək, onlara zərər yetirməkdir. Sözdə ASALA 1985-ci ildən bu yana heç bir terror əməliyyatı etməsə də, özünü buraxdığını da bəyan etməyib. Bu terror təşkilatı ABŞ daxil olmaqla, bir çox ölkədə terror təşkilatı kimi siyahıya alınsa da, həm iqtisadi, həm təlim yönündə, həm də varlıqlarını davam etdirmələri üçün bütün imkanları var və himayə olunmaqdadır".

"2014-cü ildə qurulan VOMA terror təşkilatı istər II Qarabağ müharibəsində, istərsə də 24 saatlıq antiterror tədbirlərində düşmən tərəfdən aktiv olaraq iştirak etdi. Bu təşkilat ASALA-nı əvəz etmək üçün yaradılıb. Biz VOMA-nın təlimlər keçirdiyini və bu təşkilata dəstək verildiyini açıq-aydın görürük. Amma VOMA terror təşkilatının ASALA-nı əvəz etməsi təbii ki, vaxt alacaq, çünki bu proses asanlıqla olmur. Ən əsası, bu proses Qərb kəşfiyyat təşkilatının dəstəyini almadan, o cümlədən diaspora ermənilərinin maliyyə yardımı olmadan həyata keçirilə bilməz.
Ardını oxu...
VOMA-nın başda İrəvan olmaqla, hətta Zəngəzur bölgəsi də daxil, 17-18 yerdə təlim düşərgələri mövcuddur. Bu düşərgələrdə həyatda qalma, ilk yardım, mina yerləşdirmə, təxribat və təxribatların aradan qaldırılması kimi təlimlər verilməkdədir. Onların maliyyə dəstəkçisi diaspora erməniləridir, dəstəkləri isə Qərb kəşfiyyat idarələri".

"Bəs bu terror təşkilatı Azərbaycan və Türkiyəyə hansı təhlükəni törədə bilər?" sualına isə general belə cavab verib:

"VOMA və bənzər təşkilatlar şərti, sistemli müharibədə Türkiyə və Azərbaycana qarşı hansısa bir uğur qazana bilməzlər. 2014-cü ildə Ermənistan ordusuna dəstək olmaq üçün qurulan bu təşkilat II Qarabağ müharibəsinə təxminən 2 tabor şəxsi heyətlə qatıldı, lakin hansısa bir uğur əldə edə bilmədi, əldə etməsi mümkün deyil. Çünki belə terror təşkilatlarının müharibə şəraitində nizami ordu kimi döyüş tapşırıqlarını icra etmələrini gözləmək absurddur.
Ardını oxu...
Bir az Rusiya mənşəli hərbi şirkət "Vaqner"i, bir az da ABŞ mənşəli hərbi şirkət olan "Blackwater"i təqlid edərək Livan, Suriya və dünyanın bir çox yerində yaşayan xarici ölkə vətəndaşı olan ermənilərdən muzdlu şəkildə döyüşəcək adam yığmaqla hansısa uğur əldə edə bilməyiblər. Hazırkı vəziyyətdə Türkiyə və Azərbaycana qarşı hər hansı bir fəaliyyət göstərəcəklərini zənn etmirəm.

ASALA-nın etdiyi kimi, Türkiyə və Azərbaycan səfirliklərinə qarşı, xaricdəki diaspora təşkilatlarımıza qarşı yönəlmiş sui-qəsd və bombalama fəaliyyətləri həyata keçirə bilərlər. Əlavə olaraq, Türkiyədə yaşayan ermənilər və ya satqınlar, o cümlədən Azərbaycandakı əlaltıları olan şəxslər vasitəsi ilə də həm Türkiyədə, həm də Azərbaycanda bombalı təxribatlar, adam qaçırma və sui-qəsdlər, eləcə də buna bənzər terror hadisələri törədə bilərlər. Bu, onların imkanları daxilində reallaşa biləcək ehtimallardır.

Türkiyə və Azərbaycan bu cür təşkilatların beynəlxalq terror təşkilatı kimi tanınması və siyahıyalınması üzrə işləri daha da sürətləndirməlidir. Necə ki, üzərindən 30 il keçməsinə baxmayaraq, Azərbaycan Qarabağdakı separatçıları işlədikləri hərbi cinayətlərə görə Bakıya gətirib ədalət qarşısına çıxarır, bu terror təşkilatlarının etdiyi terror fəaliyyətlərinin də siyahıya alınaraq sübut halına gətirilməsi vacibdir. Türkiyə və Azərbaycan bu istiqamətdə birlikdə işləməlidir. Heç kim Azərbaycanı bu zəfər yolundan, bərabər qalxan Dəmir Yumruqdan geri qoya bilməz. Bu kimi təşkilatların etdiyi dırnaqarası təxribatlar mənəvi dəyərlərə və psixologiyaya təsir etmək üçün edilən işlərdir. Mən əminəm ki, tək millət, tək diaspora anlayışı və fəlsəfəsi ilə xaricdə və ölkə daxilində bu kimi təxribat fəaliyyətlərinin qarşısı alınacaq".
 
Ardını oxu...
Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tərəflər bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmir yolu xətti və körpülərinin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə ediblər.

İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə olunub.

Tərəflər regionun tranzit cəlbediciliyinin artırılmasının önəmini qeyd edərək, “Şimal-Cənub” dəhlizinin vacib komponenti olan Astaraçay üzərində inşa edilmiş körpünün yaxınlaşma yollarının tikintisi və sərhəd-gömrük infrastrukturunun yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini vurğulayıblar.

Eyni zamanda, Astara yük terminalının tikintisinin tezliklə başa çatdırılması üçün dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Görüşdə, həmçinin “Xudafərin”, “Qız qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə yekunlaşdırılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

Danışıqların yekunlarına görə, Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu imzalanıb.
Ardını oxu...
Yaponiyanın Sapporo şəhəri 2030-cu il Qış Olimpiya Oyunlarına ev sahibliyindən imtina etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Tokio-2020 ilə bağlı korrupsiya qalmaqalından sonra belə qərara gəlinib. Yaşananlar ictimai rəyə ciddi təsir etdiyindən, Olimpiadadan imtina edilməsi qənaətinə gəlinib.

Sapporo meri Katsuhiro Akimoto məlumatı təsdiqləməsə də, oktyabrın 11-də Yaponiya Olimpiya Komitəsinin prezidenti Yasuhiro Yamaşita ilə görüş keçirəcəyini bildirib. Görüşdə gələcək fəaliyyətlər müzakirə ediləcək.
 
Ardını oxu...
Azərbaycanlı jurnalist Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarkı Mişeldən Ermənistanın Qarabağı işğal etməsindən və 1 milyon azərbaycanlının didərgin düşməsindən sonra Aİ-nin niyə 30 il səssiz qaldığını və qərəzsiz vasitəçi olub-olmadığını soruşub.

Modern.az xəbər verir ki, Mişel İctimai televiziyanın müxbirinin “30 ildir niyə susurdunuz?” sualına cavab verməyib.

İspaniyanın Qranada şəhərində jurnalistlərin suallarını cavablandıran Mişel sualın ilk hissəsinə cavab verməsə də, ikinci hissəsi ilə bağlı təşkilatın qərəzsiz vasitəçi olduğunu bildirib.

Aİ-nin məqsədinin regionda rifah, sabitlik, təhlükəsizlik və əlaqəni təmin etmək olduğunu qeyd edən Mişel təşkilatın Azərbaycan və Ermənistan arasında vasitəçiliyə 3 il əvvəl başladığını bildirib. Mişel xəritələr və məhbusların mübadiləsi kimi konkret məsələlərdə irəliləyişə nail olunduğunu, sərhədlərin müəyyənləşdirilməsi üçün yaradılmış birgə komissiyaların olduğunu vurğulayıb.

"Biz çox səmimiyik. Çox dürüstük. Biz də başa düşürük ki, daha çox diplomatik səylərə ehtiyac var. Ona görə də bu gün Ermənistan baş naziri ilə görüşdük", - o qeyd edib.
 
Ardını oxu...
ASALA terror təşkilatının gənclər qanadı İrəvandakı sinaqoqa qarşı vandalizm aktına görə məsuliyyəti öz üzərinə götürüb və bunu "İrəvandakı Ümumdünya yəhudi mərkəzinə qarşı uğurlu qorxutma əməliyyatı" adlandırılıb.
"Yəhudilər Ermənistan dövlətinin və erməni xalqının qəddar düşmənidir. Bu xəbərdarlıqdır: oktyabrın 3-də İrəvandakı uğurlu əməliyyatımız hələ başlanğıcdır. Bu, ciddi öhdəliklərimizin sadəcə bəyanıdır. Hər bir ravvin bizim diqqət mərkəzimizdə olacaq", - terrorçu təşkilatın bəyanatında deyilir.
Ravvin söhbəti nədir, deyim sizə. Deməli, 12-15 noyabr günlərində Bakıda 500 ravvinin iştirakı ilə möhtəşəm tədbir keçiriləcək. Bu da erməniləri dəli edib.
ASALA bildirib ki, İsrail hökuməti Azərbaycanı dəstəkləməyə davam etdiyi təqdirdə Avropa, ABŞ, Kanada və Gürcüstandakı İsrail yəhudilərinə qarşı müharibə aparacaq...
Gördüyünüz kimi, ermənilər ağlını itirir. Bu qədər də axmaqlıq olar? Yəhudilərə ilişmək Amerikaya kəllə atmaq kimi bir şeydir. Heç kəs unutmasın ki, Amerikanı yəhudilər idarə edir...
Heç şübhəsiz ki, bu bəyanat ermənilərə çox baha oturacaq. Mənfur qonşumuzun yenidən ASALA kimi terrorçu qrupları dirçəltməsi ermənilərin mövcudluğunu belə təhlükə altına ala bilər.
ASALA söhbəti Silva Kaputikyanı yada salır. Ermənistanın xalq şairi olmuş bu qadın ASALA-nı vəsf edən şerlər yazıb, terroru təbliğ edib. O, ingilis dilinə “It's raining my sonny” (Yağış yağır, mənim balam (oğlum)) şerini ASALA üzvü olan Zöhrab Sarkisyan və Levon Əkməkcyana həsr etmişdi. Onlar 1982-ci ilin avqustunda Əsənboğa hava limanında terror aktı törətmişdi. Nəticədə 9 nəfər ölmüş, 92 nəfər isə yaralanmışdı. Türkiyə polisləri həbs olunmuş Levon Əkməkcyana 9 nəfəri öldürdüyünü xəbər verəndə Əkməkcyan qışqırıb: "Bu, azdır!!"
Əkməkcyanın apellyasiyası rədd edilmiş və o, 1983-cü il yanvarın 29-u dar ağacından asılmışdır...
Elbəyi Həsenli
Teref.az
 
Ardını oxu...
Ermənistan hakimiyyəti bir dəfə demişdi: “Qarabağ – Ermənistandır və nöqtə”. Bundan sonra biz Qarabağı itirdik. Allah eləməsin ki, hakimiyyət “Zəngəzur – Ermənistandır və nöqtə” desin.

Bu sözləri erməni mediasına açıqlamasında politoloq Artur Xaçikyan deyib.

“Biz bu qədər aşağılanmış vəziyyətdə olmamışıq. Türkiyə, İran, Azərbaycan Ermənistandan keçən dəhlizi İrəvan olmadan müzakirə edir. Türkiyə və Azərbaycan aqressiv formada dəhliz tələb edir: sən demə, dəhliz ən azı ikidir və bunlar strateji mahiyyət daşıyır”, - o bildirib.

Xaçikyan qeyd edib ki, Azərbaycan dəhlizdən heç də az aqressiv olmayan tərzdə Ermənistana 300 min azərbaycanlının qaytarılmasını tələb edir:

“Onların ardınca Azərbaycan polisi gələcək. Bundan başqa, onlar AES-in bağlanmasını tələb edirlər – istəyirlər, daş dövrünə qayıdaq. Həm də “erməni soyqırımı”ndan imtina etməyimizi də tələb edirlər”.

O iddia edib ki, dəhlizin açılmasından sonra təxribat təşkil ediləcək və ardınca Azərbaycan Ordusunun Ermənistan ərazisinə girməsinə şərait yaradılacaq.

Onun sözlərinə görə, Qərb dəhlizin açılmasında maraqlıdır, çünki Azərbaycan onda NATO üzvü olan Türkiyə ilə birləşəcək.

Xaçikyan Qərbin Ermənistana yardım etməyəcəyini, İranın da hərbi müdaxiləyə getməyəcəyini vurğulayıb:

“Ermənistan hakimiyyəti başqalarının maraqlarına xidmət edir, sözdən başqa bir şey verməyən Qərbi razı salmağa çalışır”. \\Axar.az
Ardını oxu...
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də axşam Tehrana səfər edib. O, İranın yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirməli, ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə etməlidir.

Oktyabrın 4-də Xəzərdə Azərbaycan-İran birgə təlimlərinin keçirilməsi barədə razılıq da əldə edilib.

Xələfovun səfəri Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tehran görüşlərindən sonra baş tutur.

Yaxın aylara qədər Azərbaycan və İran arasında müəyyən gərginlik yaşanırdı. Son illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlara səbəb olmuşdu. Hətta bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə “Kalaşnikov” avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi. Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla ( ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar “İran casusu” kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları da bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma son aylar hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa aid fikirlər səsləndirirlər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu Turana bildirib ki, İranla Azərbaycan qonşu dövlətdirlər və bu iki ölkə “Şimal-Cənub” nəqliyyat dəhlizinin iştirakçısıdır: “Hansı kı, regionda və regiondan kənarda nəqliyyat logistikasının inkişafı baxımından çox vacibdir”.

Deputat Azərbaycanla İran arasında münasibətlərin tam qırılma nöqtəsinə gəldiyini düşünmür: “Bəli, Azərbaycanın bir sıra haqlı mövqeləri mövcud idi. Məsələn, arzuolunan idi ki, Azərbaycanın bütün dostu, tərəfdaşı kimi, İran da Ermənistanın işğalçılıq siyasətini pisləsin. Təəssüf ki, bu, baş verməmişdi. Amma bu, İranla Azərbaycanın əlaqələrinin kəsilməsini şərtləndirən səbəb ola bilməzdi”.

E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan bütün ərazisi boyunca suverenitetini bərpa edib və bu, yeni siyasi reallıqlar yaradıb: “Bunun fonunda həm İranla, həm də əməkdaşlıq etdiyimiz digər ölkələrlə yeni müzakirə məsələləri meydana gəlir”.

Siyasi şərhçi Vaqif Hacıbəyli də səfərin nəticələrini böyük ümidlə gözləyir. “Çünki Zəngəzur dəhlizi (Ermənistandan keçəcəyi ilə bağlı müzakirələr gedən yol) ilə bağlı İranın münasibəti çox narahatedici idi. İran Zəngəzur dəhlizinin çəkilməsinə qarşı çıxırdı. Amma sonra belə bir təklif oldu ki, həmin avtomobil yolu İran ərazisindən keçsin. Biz bu istiqamətdə İranla razılığa gəlməliyik və bu xətt açılmalıdır ki, insanlar maneəsiz həm Naxçıvana, həm Türkiyəyə gedə bilsinlər”, – o, AzadlıqRadiosu ilə fikirlərini bölüşür.

Siyasi təhlilçi Nəsimi Məmmədli isə deyir ki, hazırda geosiyasi proseslərin çox sürətlə dəyişməsi ölkələr arasında münasibətlərin də tez-tez dəyişməsinə səbəb olur: “Azərbaycan-İran münasibətlərinə iki istiqamətdən – strateji və taktiki münasibətlər kontekstində baxmalıyıq. Hazırda bu iki istiqamətdə ziddiyyətli və mürəkkəb münasibətlərlə yanaşı, əməkdaşlıq meylləri də var”.

Onun sözlərinə görə, strateji baxımdan İranla Azərbaycan arasında ciddi problemlər olsa da, taktiki baxımdan əməkdaşlıq zəruridir: “Azərbaycan regionun böyük dövlətləri ilə dərin ziddiyyətlərdən yayınmaq, mümkün qədər əməkdaşlıq imkanlarını saxlamaq istəyir. Amma Azərbaycan üçün, əlbəttə, Qərb daha etibarlı tərəfdaşdır. İqtisadi münasibətlərimizin, təhlükəsizliyimizin əsas qarantı Qərbdir”.(Turan)

Dünyapress TV

Xəbər lenti