Azərbaycan İranla dostlaşırmı?
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də axşam Tehrana səfər edib. O, İranın yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirməli, ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə etməlidir.

Oktyabrın 4-də Xəzərdə Azərbaycan-İran birgə təlimlərinin keçirilməsi barədə razılıq da əldə edilib.

Xələfovun səfəri Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tehran görüşlərindən sonra baş tutur.

Yaxın aylara qədər Azərbaycan və İran arasında müəyyən gərginlik yaşanırdı. Son illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlara səbəb olmuşdu. Hətta bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə “Kalaşnikov” avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi. Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla ( ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar “İran casusu” kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları da bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma son aylar hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa aid fikirlər səsləndirirlər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu Turana bildirib ki, İranla Azərbaycan qonşu dövlətdirlər və bu iki ölkə “Şimal-Cənub” nəqliyyat dəhlizinin iştirakçısıdır: “Hansı kı, regionda və regiondan kənarda nəqliyyat logistikasının inkişafı baxımından çox vacibdir”.

Deputat Azərbaycanla İran arasında münasibətlərin tam qırılma nöqtəsinə gəldiyini düşünmür: “Bəli, Azərbaycanın bir sıra haqlı mövqeləri mövcud idi. Məsələn, arzuolunan idi ki, Azərbaycanın bütün dostu, tərəfdaşı kimi, İran da Ermənistanın işğalçılıq siyasətini pisləsin. Təəssüf ki, bu, baş verməmişdi. Amma bu, İranla Azərbaycanın əlaqələrinin kəsilməsini şərtləndirən səbəb ola bilməzdi”.

E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan bütün ərazisi boyunca suverenitetini bərpa edib və bu, yeni siyasi reallıqlar yaradıb: “Bunun fonunda həm İranla, həm də əməkdaşlıq etdiyimiz digər ölkələrlə yeni müzakirə məsələləri meydana gəlir”.

Siyasi şərhçi Vaqif Hacıbəyli də səfərin nəticələrini böyük ümidlə gözləyir. “Çünki Zəngəzur dəhlizi (Ermənistandan keçəcəyi ilə bağlı müzakirələr gedən yol) ilə bağlı İranın münasibəti çox narahatedici idi. İran Zəngəzur dəhlizinin çəkilməsinə qarşı çıxırdı. Amma sonra belə bir təklif oldu ki, həmin avtomobil yolu İran ərazisindən keçsin. Biz bu istiqamətdə İranla razılığa gəlməliyik və bu xətt açılmalıdır ki, insanlar maneəsiz həm Naxçıvana, həm Türkiyəyə gedə bilsinlər”, – o, AzadlıqRadiosu ilə fikirlərini bölüşür.

Siyasi təhlilçi Nəsimi Məmmədli isə deyir ki, hazırda geosiyasi proseslərin çox sürətlə dəyişməsi ölkələr arasında münasibətlərin də tez-tez dəyişməsinə səbəb olur: “Azərbaycan-İran münasibətlərinə iki istiqamətdən – strateji və taktiki münasibətlər kontekstində baxmalıyıq. Hazırda bu iki istiqamətdə ziddiyyətli və mürəkkəb münasibətlərlə yanaşı, əməkdaşlıq meylləri də var”.

Onun sözlərinə görə, strateji baxımdan İranla Azərbaycan arasında ciddi problemlər olsa da, taktiki baxımdan əməkdaşlıq zəruridir: “Azərbaycan regionun böyük dövlətləri ilə dərin ziddiyyətlərdən yayınmaq, mümkün qədər əməkdaşlıq imkanlarını saxlamaq istəyir. Amma Azərbaycan üçün, əlbəttə, Qərb daha etibarlı tərəfdaşdır. İqtisadi münasibətlərimizin, təhlükəsizliyimizin əsas qarantı Qərbdir”.(Turan)

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

Dünyapress TV

Xəbər lenti