Ardını oxu...
ABŞ Prezidenti Co Bayden 26 sentyabr avtomobil işçilərinin aksiyasında qısa, lakin tarixi çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.

Qeyd olunur ki, Bayden etiraz aksiyası sıralarında iştirak edən ilk ABŞ lideri olub.

Siyasətçinin aksiyadakı çıxışı bir neçə dəqiqə çəkib.

Ağ Ev Baydeni “müasir tarixin ən yaxşı həmkarlar ittifaqı tərəfdarı” adlandırıb.

Qeyd edək ki, ABŞ-də Birləşmiş Avtomobil İşçiləri (UAW) həmkarlar ittifaqı sentyabrın 16-dan bəzi avtomobil istehsalçılarının zavodlarında ümumi tətilin başladığını elan edib. Xüsusilə, həmkarlar ittifaqı üzvləri əmək haqlarının əhəmiyyətli dərəcədə artırılmasını, pensiyaların yaxşılaşdırılmasını, məzuniyyətlərin artırılmasını və digər tədbirləri tələb edirlər.
Ardını oxu...
Türkiyənin xarici işlər naziri Hakan Fidanın bayraq həssaslığı gündəm olub.

Bakupost.az xəbər verir ki, nazir Fidan ötən şənbə ABŞ-ın Nyu-York şəhərində keçirilən MİKTA Xarici İşlər Nazirləri Toplantısında çəkilən xatirə fotosundan sonra Türk Bayrağını yerdən götürərək mühafizəçisinə verib.

Fidanın bu addımı digər nazirlərin də diqqətini çəkib və sosial şəbəkədə gündəm olub.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən G20 Liderlər Zirvə toplantısında xatirə şəklinin çəkildiyi platformada Türkiyə bayrağını yerdən götürərək pencəyinin cibinə qoymuşdu.

 
 
 
Ardını oxu...
“Hraparak” erməni qəzeti yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz komandasının üzvlərinə xəbərdarlıq edib ki, Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən ermənilər heç bir halda İrəvanda yerləşdirilməməlidir. Çünki onlar Ermənistan hakimiyyəti üçün "saatlı bombaya" çevrilə bilərlər.

Nəşrin yazdığına görə, Ermənistan hakimiyyəti Rusiya sülhməramlılarının Qarabağda 20 minə yaxın erməninin qalmasını təmin etməyə çalışacaqlarına inanır. Bu, RSK-nin Qarabağ bölgəsində olmasını əsaslandırmaq üçün lazımdır.

Digər tərəfdən erməni mediası qeyd edir ki, ölkə müxalifəti öz tərəfdarları və üzv təşkilatların potensialı ilə öz imkanları daxilində "humanitar fəlakət"in aradan qaldırılması işinə qoşulduğu üçün axşama planlaşdırılan mitinqi təxirə salıb.

Yəni dünən, srağagün və ondan əvvəl “humanitar fəlakət” əlamətləri yox idi? Etiraf etməli idilər ki, “kortəbii” mitinqlər iflasa uğradı, Ermənistan ictimaiyyəti kiçik qruplar halında İrəvanda çətinlik və diskomfort yaratmağa çalışan müxalifəti dəstəkləmədi? Özlərini rüsvay etməyi dayandırmaq variantı (“humanitar böhran”) ortaya çıxdı. \\Ölkə.Az
Ardını oxu...
Belə bir deyim var: “Əri döymüş arvadı it də tutdu bir yandan”. Ermənilərin Qarabağdakı 100 illik “mübarizəsi”nin iflas etdiyi bir vaxtda onları bu məsələyə sövq edən Fransa da arxalarından çəkildi. Nəticədə, ermənilər eyni vaxtda iki yerdən zərbə aldılar.

Məlum olduğu kimi erməni KİV-lərində bir neçə gün əvvəl informasiya yayıldı ki, Qarabağdan olan erməniləri Fransa qəbul etməyə hazırdır. Hətta bununla bağlı Fransanın Ermənistandakı səfirliyi gücləndirilmiş iş rejiminə keçib.

Xəbər yayılan kimi təkcə Qarabağdan yox, eləcə də Ermənistandakı ermənilər də Fransa səfirliyinə axın etdi. Bu zamansa Fransanın Ermənistandakı səfiri Olivye Dekotini meydana atılıb ölkəsinin Qarabağ ermənilərinə sığınacaq verməyə hazır olması ilə bağlı yayılan məlumatı təkzib etdi.

Bundan sonra sanki, qurbağa gölünə daş atdılar. Ermənilər məyus və çarəsiz çəkildə hadisələrin bundan sonrakı inkişafını izləmək zorunda qaldılar.
Teref.az bildirir ki, məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, çoxlarına bəllidir ki, Fransanın siyasi elitası, o cümlədən Makron Ermənistan-Azərbaycan münaqişəsi barədə mövqeyini daxili auditoriya üzərində qurur:

“Biz dəfələrlə şahid olmuşuq ki, rəsmi Paris hansısa fikir səsləndirir. Amma bu fikirlər iddia etdikləri vasitəçi ruhuna qətiyyən uyğun gəlmir. Yəni birtərəfli, qərəzli olur.

Yəni fransızların məqsədi problemin hansısa şəkildə həllinə dəstək vermək yox, Fransadakı erməni diasporunu məmnun etməkdir. Çünki, bütün seçkilərdə ermənilər ən yaxşı maliyyəçidir. Və fransız siyasətçilər də bu maliyyə mənbələrindən bacardıqları qədər çox faydalanmaq istəyirlər. Əvəzində isə erməni diasporuna yalançı vədlər verirlər”.

Tofiq Zülfüqarov son hadisənin fransızların ermənilərə qarşı ilk dönüklüyü olmadığını bildirib:
“Birinci dəfə deyil ki, Fransa öz vədindən qaçır. Mən bir vacib məqamı xatırlatmaq istəyirəm. 100 il keçməsinə baxmayaraq indiyəcən Fransa XİN-nin və MN-nin Baş Qərargahının “erməni genosidi”nə aid sənədləri məxfi saxlanılır. Əgər bu sənədlər ortaya çıxsa, biz görə bilərik ki, Fransanın bu məsələdə real mövqeyi nədən ibarətdir.

Bir çox ermənilər bu reallığı bilir. Bilir ki, Fransanın ermənilərə qarşı münasibəti heç də həmişə səmimi olmayıb. Ona görə də Fransa səfirinin son bəyanatı yeni bir şey deyil. Fransa ənənəvi riyakarlığını davam etdirir. Bu səbəbdən, ermənilər bundan sonra dost seçəndə bir qədər fikirləşməlidirlər.

Onların bundan sonra dost seçimində səhv etmək lüksü artıq yoxdur. Zaman Ermənistanın əleyhinə işləyir. Fransa heç zaman dostluqda heç bir dövlətə, o cümlədən də Ermənistana qarşı səmimi olmayıb”.
 
Ardını oxu...
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bu gün Naxçıvana gəlib.

O, azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə İğdır-Naxçıvan Təbii Qaz Boru Xəttinin təməlqoyma mərasimində və müasirləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcək, - BBC Türkcə yazıb.

Erdoğanın Azərbaycana səfərinin məhz indiyə, Qarabağda keçirilmiş "antiterror əməliyyatı"ndan sonraya təsadüf etməsinə diqqət çəkən bəzi siyasi təhlilçilərə görə, rəsmi Bakı Qarabağa nəzarəti ələ aldıqdan sonra növbəti hədəfinə - Zəngəzur layihəsinin açılmasına yönəlmək istəyir.

Amma keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Erdoğanın Azərbaycana səfəri əvvəldən planlaşdırılıb, sadəcə, baş verən hadisələr bu səfərin əhəmiyyətini artırır.
Tofiq Zülfüqarov deyir ki, müxtəlif ölkələrin Zəngəzur dəhlizi məsələsinə marağı böyükdür və Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqəsinin yaradılması vacibliyi ilə yanaşı, digər məsələlər də var: “İlk növbədə, Azərbaycanla Türkiyə arasında kommunikasiyaların möhkəmlənməsinə xidmət edəcək”.

Keçmiş nazir deyir ki, Zəngəzur dəhlizi layihəsində Orta Asiya ölkələrinin, Çinin də marağı var və ona görə də o hesab edir ki, Erdoğanın Naxışıvana bu səfəri zamanı Zəngəzur dəhizi ilə bağlı hər hansı mesajlar verilə bilər.

Tofiq Zülfüqarov Qarabağdakı hadisələrlə Zəngəzur layihəsi arasında paralellik aparmaq istəmir, deyir ki, Qarabağ Azərbaycanın daxili işi idi, Zəngəzur dəhlizi isə Azərbaycanla Ermənistan arasında mövzudur: “Bu mövzu və buna aid danışıqlar davam edəcək”.

Türkiyə Prezidentinin mətbuat xidmətinin açıqlamasına görə, Erdoğanla Əliyev görüşdə "Türkiyə-Azərbaycan münasibətləri, Qarabağdakı son vəziyyət də daxil olmaqla regiona və dünyaya dair məsələləri" müzakirə edəcəklər.

Səfər ötən həftə Azərbaycanın Dağlıq Qarabağdakı erməni separatçılarına qarşı başladığı və atəşkəslə bitən "antiterror tədbirləri"ndən sonra "Azərbaycana dəstək məqsədi daşıyır", - BBC Türkcə yazıb.

İki ölkə rəhbərinin Naxçıvanla Azərbaycanın digər bölgələrini quru yolla birləşdirməyi hədəfləyən Zəngəzur dəhlizi ilə bağlı da mesajlar verəcəyi gözlənilir.
BBC
 
Ardını oxu...
Ermənistanın Rusiya ilə münasibətləri korlansa, bütün Zəngəzur yenidən Azərbaycana birləşə bilər.

Modern.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının keçmiş deputatı, politoloq Sergey Markov səsləndirib.

“ABŞ və Fransa buna çalışır ki, Ermənistanın Rusiya ilə münasibətləri korlansın. O zaman KTMT İrəvana kömək etməyəcək, Zəngəzur vasitəsilə nəqliyyat dəhlizi olmayacaq, əksinə, bütün Zəngəzur yenidən Azərbaycana birləşəcək. SSRİ bu ərazini Ermənistana verməmişdən əvvəl də belə idi. Sizcə, təkcə Qarabağ Azərbaycanın tərkibinə daxil olacaq?”, - deyə o qeyd edib.
 
Ardını oxu...
“Rusiya Qarabağ münaqişəsinin həllində qalib gəldi. Çünki, o, Cənubi Qafqazda indiki vəziyyətdə ölkəmizə açıq-aşkar dostluq göstərməyən Avropa İttifaqının, ABŞ-ın və digər müxtəlif xarici oyunçuların yaratdığı son dərəcə təhlükəli problem düyününü açdı”.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı jurnalist, politoloq Maksim Şevçenko deyib.

Qarabağın Azərbaycan ərazisi olduğunu xüsusi vurğulayan Şevçenko bildirib ki, problemin öz həllini tapması ilə Ermənistan heç də uduzmayıb:

“Qərb tərəfindən bu manipulyasiya ehtimalının aradan qaldırılması əla nəticədir. Erməni məsələsindən pul qazanan, özlərinə siyasi ad yaradan və regionda geosiyasi manipulyasiyalar aparmağa çalışan lobbi məğlub oldu. Ermənistan isə işğaldan əl çəkməklə qalib gəldi”.
 
Ardını oxu...
Xaricdə fəaliyyət göstərən müxalifət mediasına qarşı hücum siyasəti yürütməliyik.

Axar.az xəbər verir ki, bunu İran mediasına müsahibəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Ramazan Şərif deyib.

"Media fəaliyyətlərimizi gücləndirməklə düşmənin media fəaliyyətinə qarşı çalışmalı, həm də hücuma keçməliyik",- Şərif bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib xaricdə fəaliyyət göstərən müxalifət mediasını təhdid edib.
 
Ardını oxu...
“Ermənistanın mövcud olduğu mexanizmlər faktor deyil və bu baxımdan Ermənistan özünün təhlükəsizliyi və təhlükəsizlik mexanizmlərini necə gücləndirəcəyini düşünməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sərkis Xandanyan Baş nazir Nikol Paşinyanın son bəyanatına istinadla deyib.

Baş nazir bundan əvvəl Ermənistanın yer aldığı xarici təhlükəsizlik sistemlərinin Ermənistanın təhlükəsizliyi baxımından təsirli olmadığını bildirmişdi.

“Bu, Ermənistanın xarici siyasət kursunu dəyişmək, ya KTMT-dən çıxmağa hazırlığıdırmı” sualına Xandanyan belə cavab verib:

“Bu, bizim etməli olduğumuz işlərlə bağlıdır.

KTMT və təhlükəsizlik sistemlərinə gəlincə, dəfələrlə qeyd olunub ki, bəli, Ermənistanın daxil olduğu mexanizmlər faktor deyil, bu baxımdan biz düşünməliyik ki, öz təhlükəsizliyimizi necə gücləndirək? Baş nazir bu məsələyə toxunub.

Bir çox ölkələrlə təhlükəsizlik və müdafiə sahəsi ilə bağlı danışıqlar aparılır və artıq bir neçə ölkə ilə nəticələr var. Hökumətin islahtalar gündəmində silahlı qüvvələrinin yenidən silahlandırılması məsələsi də var və bu istiqamətdə irəliləyirik”.

Xandanyan “Təhlükəsizlik alternativi yaradılıbmı və yaradılıbsa, hansı dövlətlərlə” sualını də cavablayıb:

“Hazırda konkret təhlükəsizlik sistemindən danışa bilmərik, çünki bu, mürəkkəb və uzunmüddətli prosesdir, amma əməkdaşlıq etdiyimiz ölkələrə gəlincə, Hindistanla bağlı çox danışılıb, müəyyən əlaqələr və nəticələr var. Fransa ilə əməkdaşlıq və sair”.
 
Ardını oxu...
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Monqolustanda rəsmi səfərdədir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Monqolustana səfər edən dövlət rəsmiləri Çingiz xan abidəsi qarşısında baş əyirlər.

Məlumata görə, Dövlət Dumasının spikeri Monqolustanın diplomatik ənənəsinə hörmət etməyib.

Belə ki, Rusiya nümayəndə heyətinin hökumət binasında keçirilən rəsmi qarşılanma mərasimində Volodin Çingiz xan abidəsi qarşısında baş əyməyib.

Qeyd edək ki, hətta Rusiya prezidenti Vladimir Putin 2019-cu ildə səfəri zamanı Çingiz xan abidəsini ziyarət edib.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti