"İrəvan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməli idi". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.
Onun sözlərinə görə, İrəvanın əlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatları vardı ki, bunlar da regionda sülh və qarşılıqlı hörmətə əsaslanan siyasi və praktiki yol xəritəsi sayılır.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, İsfahan ermənilərinin İran parlamentindəki nümayəndəsi Robert Beqlaryan dünən İslam Şurası Məclisinin açıq iclasında çıxış edərək, Azərbaycan əleyhinə qərəzli və həqiqətdən uzaq fikirlər səsləndirib.
O, dilə gətirdiyi ittihamlarla bağlı rejimin hakimiyyət orqanlarının münasibət bildirməsini ciddi şəkildə tələb edib. Eyni zamanda o, İran hakimiyyətini Azərbaycanın Qarabağdakı anti-terror tədbirlərinə qarşı biganə qalmamağa səsləyib:
“Bakı Təbrizə, İranın şimal-qərb əyalətlərinə, Tehran və Qəzvinə göz dikib”.
“Şanlı Azərbaycan ordusu Ermənistanın qoşunlarını torpaqlarımızdan çıxarmaq öhdəliyini özü yerinə yetirdi”.
Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov İngiltərənin BBC World News telekanalının canlı efirində bildirib.
O vurğulayıb ki, Azərbaycanın suveren ərazisindəki qanunsuz erməni hərbi kontingentinin buraxılması və tərksilah edilməsi ilə bağlı əvvəllər əldə edilmiş razılıq Ermənistan və Azərbaycan arasında sülh prosesinin daha da irəliləyişinə mühüm təkan olacaq. Onun sözlərinə görə, Yevlaxda keçiriləcək bugünkü görüş Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycanın hüquqi müstəvisinə dinc yolla reinteqrasiyasının başlanğıcıdır.
“Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlər tarixi xarakter daşıyır və hazırda müxtəlif sahələrdə fəal şəkildə inkişaf edir”.
Bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Essam bin Saleh əl-Cüteyli Səudiyyə Ərəbistanının Milli Gününün 93 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
“Bu əlaqələr iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında səfər mübadiləsi ilə əlamətdar olub və biz hazırda Səudiyyə Ərəbistanı-Azərbaycan İşgüzar Şurasının yaradılması yolu ilə ticarət dövriyyəsinin həcminin artırılması üzərində işləyirik”, - səfir bildirib.
O qeyd edib ki, iki ölkə arasında çoxlu oxşar cəhətlər var və bu, ticarət dövriyyəsinin həcmini iki dəfə artıracaq.
“Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və qardaş Azərbaycan xalqına möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycana isə inkişaf və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram”, - səfir söyləyib.
“Mən Qarabağ regionu ətrafında yenidən hərbi eskalasiya və onun mülki şəxslərə, xüsusən də ən həssas təbəqəyə təsirindən təəssüflənirəm”.
Gununsesi.info bildirir ki, bunu deyə bu gün Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç bildirib.
“Ötən illər ərzində, mənim 2021-ci il Memorandumunda qeyd olunduğu kimi, yerli əhali regionda silahlı döyüşlərin humanitar və insan hüquqlarının nəticələrindən əziyyət çəkir. Xüsusilə keçən dekabr ayından bəri onlar təcrid olunmuş vəziyyətdə yaşayırlar, əsas təchizat və xidmətlərin kəskin çatışmazlığını yaşayırlar. Onların təhlükəsizliyinin növbəti dəfə təhdid edildiyini və insan hüquqlarının pozulduğunu, iztirablarını dərinləşdirdiyini görmək məni çox narahat edir.
Qeyd edim ki, atəşkəs yenicə elan edilib. Mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün bölgədə silahlı döyüşlərin dayandırılması çox vacibdir. Təsirə məruz qalan yerli əhaliyə humanitar yardım göstərənlər və insan hüquqlarının müdafiəsini təmin edənlər üçün müntəzəm və maneəsiz çıxışın təmin edilməsi vacibdir.
Barışığa aparan yol təcili olaraq bərpa edilməli və bütün insanlar üçün davamlı sülhü təmin etmək üçün təsirlənmiş əhalinin insan hüquqlarına tam hörmət əsasında dialoq bərpa edilməlidir.
Mən bütün müvafiq həmsöhbətlərlə əlaqə saxlamağa və mövcud insan hüquqları problemlərinin aradan qaldırılmasına kömək etmək üçün regiona səfər etməyə öhdəliyimi və hazırlığımı təsdiq edirəm”.
DİA.AZ: - "Dojd" telekanalı dünən guya Xankəndidə zirzəmidə gizlənən erməni qadınla müsahibə yayıb. Müsahibənin lap əvvəlində qadın hırıldayır, sonra isə çəkilişin getdiyini anlayaraq matəm donuna girir. Ətrafda da nədənsə heç kəs yoxdur. İnternet əlaqəsinin səviyyəsi də əladır! Aşkardır ki, saxtakarlıqdır...
DİA.AZ bildirir ki, ümumən, həm Qərbin, həm də Rusiyanın liberalları ("Dojd" da bu yönümlü kanaldır) ikiyüzlü yanaşma nümayiş etdirirlər. Zelenski deyəndə ki, Ukrayna ərazisindəki separatçılar ya Ukrayna vətəndaşı olaraq yaşamalı, ya da Rusiyaya getməlidir - səsi çıxan yoxdur. Biz eyni şeyi ermənilərə münasibətdə söyləyəndə - üstümüzə gəlirlər. Axı niyə Ukraynada, Gürcüstanda, İspaniyada və s. separatçılıq pisdir, Azərbaycanda isə yaxşıdır?..
“Biz Qarabağda antiterror tədbirlərinə başlayan can Azərbaycanın yanındayıq. Ayağınıza daş dəyməsin!”.
Bunu Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce “X” hesabında yazıb.
O, Ermənistan silahlılarının Qarabağda basdırdığı minanın partlaması nəticəsində şəhid olan Azərbaycan polislərinə Allahdan rəhmət diləyib.
Karabağ'da Ermeni güçlerin döşediği mayının patlaması sonucu şehit olan Azerbaycanlı polislerimize Allah'tan rahmet diliyorum. Karabağ'da antiterör operasyonu başlatan can #Azerbaycan'ın yanındayız. Ayağınıza taş değmesin
4 Məhkəmə müştəridən pul alıb, avtomobilini sığortalamayan "AtaSığorta” şirkətinin vəzifəli şəxsi barədə qərar verib.
Qaynarinfo-nun məlumatına görə, Nürəli Əhmədov (ad-soyad şərt) əvvəlcədən tanımadığı "AtaSığorta” şirkətində menecer vəzifəsində işləyən 1994-cü il tarixli Bakı sakini Cavid Səmədovdan (ad-şərti soyad) avtomobilinin sığortalanmasını istəyib.
Cavid Səmədov 21 avqust 2023-cü il tarixdə ona avtomobilini sığorta etmək məqsədi ilə "Milliön” aparatı vasitəsi ilə 80 manat məbləğində pul ödətdirib.
Nürəli Əhmədov avtomobilinin sığorta olunduğuna əmin olub və yola çıxıb. Dövlət Yol Polisinin əməkdaşları tərəfindən iki dəfə cərimə edilib. Baş verən hadisə ilə bağlı "AtaSığorta” şirkətinin menecerini məlumatlandırsa da, Cavid Səmədov müştərinin avtomobilini sığorta etməkdən boyun qaçırıb. Nəticədə Nürəli Əhmədov Xətai Rayon Polis İdarəsinə müraciət etməli olub. Polis Cavid Səmədovu saxlayıb və İnzibati Xətlar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində protokol tərtib edərək, işi məhkəməyə göndərib.
Cavid Səmədov məhkəmədə özünü təqsirli bilərək deyib ki, "AtaSığorta” şirkətində menecer vəzifəsində işləyib, 21 avqust 2023-cü il tarixdə tanımdağı şəxsdən avtomobilini sığorta etmək məqsədi ilə "Milliön” aparatı vasitəsi ilə pul alıb. Lakin unutduğu üçün avtomobili sığortalamayıb, daha sonra həmin şəxs ona qarşı aqressiv münasibət sərgiləyib və avtomobil sığortalanmadığı üçün ona cərimə yazıldığını bildirərək barəsində şikayət ərizəsi ilə polisə müraciət edib. Avtomobil sığorta edilmədiyi üçün ümumilikdə vətəndaşa 183 manat dəyərində ziyan dəyib. Cavid Səmədov zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını və zərərçəkənin ona qarşı heç bir şikayət və tələbinin olmadığını detib. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edib.
Nürəli Əhmədov məhkəmə iclasında izahat verərək göstərib ki, 21 avqust 2023-cü il tarixdə "AtaSığorta” şirkətinin işçisinə şəxs avtomobilini sığorta etdirmək məqsədi ilə 80 manat ödəyib, lakin avtomobil sığortalanmayıb, bu səbəbdən də iki dəfə cərimə olunub. O həmçinin ziyanın ödənildiyini və şikayətinin olmadığını deyib.
Məhkəmə tərəflər arasında barışıq əldə olunduğu üçün Cavid Səmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verib.
“Bob Menendez Türkiyəni tanımır. Deyəsən, heç Tayyib Ərdoğanı da tanımır”.
DİA.AZ “Report”a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-nin televiziya kanalına açıqlamasında deyib.
O, ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendezin Yunanıstanın təhlükəsizliyi kimi bir sıra məsələləri bəhanə edərək F-16-ların Türkiyəyə satışına mənfi yanaşmasına münasibət bildirərkən vurğulayıb: "Yunanıstan ilə Türkiyənin qədim bir dostluğu var. Menendez, deyəsən, Türkiyəyə qarşı düşmən münasibət bəsləyir və bizi onun seçdiyi konkret müzakirə arealına çəkməyə çalışır. Amma biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”.