Ermənistan yenidən çalxalanır: - Rusiya növbəti cəza tədbirinə başlayıb
Ötən gün İrəvanda silahlı şəxslər polis idarəsinin binasına hücum ediblər. Yerli media xəbər verib ki, bundan əvvəl Nor-Nork rayonundakı binanın yaxınlığında qumbara partladılıb.

Bir sıra məlumatlara görə, fövqəladə vəziyyətə az qalmış “Döyüş Qardaşlığı” təşkilatının üzvləri polis idarəsi yaxınlığında toplaşaraq tərəfdarlarının azad edilməsini tələb ediblər.

Qeyd edək ki, dünən polis “Döyüş Qardaşlığı” təşkilatından 69 nəfəri saxlayıb.

Dünən axşam saatlarında isə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, İrəvanda polis idarəsinə silahlı basqına görə cinayət işi başlanıb. Vurğulanıb ki, polis bölməsində baş verən partlayış nəticəsində içəri girənlərdən ikisi qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Daha bir nəfər isə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. Sonuncu qeyd olunan cinayətin açıq-aşkar törədilməsində əsaslı şübhələr əsasında saxlanılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin İrəvan polisinin Nor-Nork inzibati ərazi dairəsi üzrə şöbəsinə 3 nəfərin basqın etməsi, hədə-qorxu gəlməsi və partlayış törətməsi faktı ilə bağlı dövlət əleyhinə cinayətlərin istintaqı baş idarəsində Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1-ci hissəsinə əsasən (terrorçuluq) cinayət işi başlanıb.

Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan bildirib ki, İstintaq Komitəsi araşdırmanın nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq.

Ekspertlər bildirirlər ki, son vaxtlar Ermənistanda hakimiyyət çevrilişinə cəhd, ölkədə destabilizasiya yaratmaq cəhdləri çoxalıb. Analitiklərin əksərinin qənaətincə, Baş nazir Nikol Paşinyan hökumətinin üzvlərinin Azərbaycanla sülhə meyilli bəyanatları artırması fonunda müxalif qüvvələr hərəkətə keçiblər və ölkədən qarışıqlığın yaranmasına, bununla hakimiyyətə gəlmək niyyətlərinə çatmaq istəyirlər.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Ermənistanda baş verənləri AYNA-ya şərh edərkən deyib ki, bu proseslərin arxasında “Rusiya izi” görünür: “Ermənistan üçün təhlükə yaradacaq ölkə var və bu ölkə Ermənistanın qonşuları sırasında deyil. Təhlükə yaradacaq ölkə, elə Ermənistanı özünə forpost bilən Rusiyadır. Ermənistan rəhbərliyi qərbyönümlü siyasət apardıqca, Rusiyanın maraqlarına əks olan addımlar atdıqca erməni siyasilərinin əksəriyyəti bunun Ermənistan üçün təhlükəli olacağını vurğulayırlar. Vaxtilə Rusiyadan göndərilən qatilin Ermənistan Parlamentini gülləbaran etməsini də xatırlamaq yerinə düşür. Belə olduğu halda, Ermənistanı qarışdırmaq istəyən qüvvəni ehtimal etmək elə də çətin deyil”.

“Rusiya əlinin altında olan Seyran Ohanyan kimi separatçı tör-töküntüləri qabağa verib Paşinyanın sülhə xidmət edə biləcək mövqeyinə qarşı çıxır və Rusiyaya bağlı bütün qüvvələrin aprel ayından başlayaraq fasiləsiz etiraz mitinqlərinə start verəcəklərini elan edir. Bu, təsadüfi sayıla bilməz. Paşinyan son üç ildə ona müxalif olan siyasi qüvvələrin çox cəhdlərini puç etdiyindən, bu etiraz dalğasının da qarşısını ala biləcəyi inandırıcı görünür”, - İsmayıl əlavə edib

Ekspert bildirib ki, separatçılara Kremldən dəstək verən ənənəvi fiqurlar var: “Rusiya Parlamentinin deputatı, ermənipərəst Konstantin Zatulinin “Paşinyanın dörd erməni kəndini verməsi satqınlıqdır” açıqlaması da göstərir ki, Moskva növbəti basqısını Qazaxın işğalda olan dörd kəndinin təhvil verilməsi bəhanəsi ilə bölgədə vəziyyəti daha da gərginləşdirməyə hazırlaşır. “Ayakve” adlı təşəbbüs qrupunun bir üzvünün bu kəndlərlə bağlı açıqlamasının arxasında məkrli planların olması istisna olunmur. Diqqət edək: “Qoşunlarımız Tavuşda əlverişli mövqelərdədir. Azərbaycan bu əraziləri ələ keçirməyə cəhd edərkən ciddi itkilər verəcək”. Ermənistan ordusunun hansı vəziyyətdə olmasını bilirik, amma bu tip bəyanatların arxasında Gümrü bazasının hərbi dəstəyi dayana bilərmi?. Təbii ki, dayana bilər. Demək istədiyim odur ki, Ermənistanda polis idarəsinə basqın etməklə, müxalifətin apreldə mitinqlərə başlaması barədə anons verməklə hərc-mərclik yaratmaq istəyi dayanır. Bunun da arxasında hansı qüvvənin dayandığını qeyd etdim”.
 
 
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO

Dünyapress TV

Xəbər lenti