Ardını oxu...
Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
----
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Bu barədə “Shot” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, ölənlərin sayı 70 nəfərə çatıb.

Mənbədən vurğulanıb ki, onlar ayaqyolunda, bəslənmə otaqlarında (körpələri yedizdirmək üçün) və təmizlik inventarlarının yığıldığı otaqlarda gizlənsələr də, yanğının tüstüsündən boğulublar.
Ardını oxu...
Bu gün Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı Rusiya xüsusi xidmət orqanlarının planlı və şüurlu təxribatıdır. Məqsəd Kremlin Ukraynaya qarşı intensiv hücumlara və total səfərbərliyə haqq qazandırmaq cəhdidir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kaşfiyyat İdarəsi teleqramda bildirib.

“Moskvada insanların açıq şəkildə edamı Rusiyanın müharibənin daha da alovlanması və genişlənməsi ilə təhdid etməsi kimi başa düşülməlidir. Peskovun terror aktından bir müddət öncə “müharibə” ilə bağlı verdiyi bəyanatı sadəcə olaraq Kremlin diqqətlə planlaşdırılmış xüsusi əməliyyatının falstartıdır”, – BKİ-nin açıqlamasında nəql edilib.

Ukrayna kəşfiyyatı həmçinin qeyd edib ki, Kremlin “Kaşirskoye şossesində evlərin bombalanmasından başlayaraq bu cür terror aktlarının təşkilində böyük təcrübə var”.

“Eynən o zaman olduğu kimi, bu gün rusiyalıları qorxutmaq aksiyası Rusiyanın özündə kəmərlərin maksimum dərəcədə sıxılmasına səbəb olacaq”, – Baş Kəşfiyyat İdarəsi vurğulayıb.

Ukrayna kəşfiyyatına görə, Kreml, çox güman ki, bu hadisədə Ukraynanı günahlandıracaq ki, “öz vətəndaşlarının güllələnməsini mülki infrastruktura daha da qəddar hücumlar və ukraynalı mülki şəxslərin öldürülməsi üçün bəhanə kimi istifadə etsin”.

“Ukraynanın mülki infrastrukturuna bugünkü hücum eskalasiyanın başqa bir həlqəsidir”, – kəşfiyyat məlumatında qeyd olunub.

Eyni zamanda, BKİ əlavə edib ki, bir qrup yaraqlının avtomatlarla Moskvanın mərkəzində əngəlsiz hərəkət etməsi “Krokus siti holl”dakı silahlı hücumun Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini göstərir.

“Səfirliklər də terror hücumunun hazırlanacağı barədə xəbərdarlıq etmişdilər”, – hərbi kəşfiyyat vurğulayıb.
 
 


 
Ardını oxu...
Azərbaycan Prezidenti: "Bu terror aktını şiddətlə qınayırıq"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

AYNA xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.

Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm”.

Xatırladaq ki, Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktı olub. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
 
 
 
Ardını oxu...
İŞİD Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürüb.

CNN xəbər verir ki, bu barədə terror qruplaşmasının teleqram kanalında bildirilib.

Terror təşkilatı iddiası ilə əlaqədar heç bir sübut irəli sürməyib.

Bununla belə, Ümum-Rusiya Dövlət Televiziya və Radioyayımı Şirkətinin jurnalisti Andrey Medvedev isə bunun feyk olduğunu iddia edib. Onun fikrincə, bu kimi bəyanatları ciddiyə almaq lazım deyil:

“İslam Dövlətinin rəsmi teleqram kanallarında heç bir məlumatın olmaması ilə yanaşı, Əfqanıstan özəklərinin resurslarında da heç bir açıqlama yoxdur. Üstəlik, hazırda İŞİD hətta Yaxın Şərqdə belə təsirsiz bir strukturdur ki, heç bir rəsmi bəyanat belə 100 faiz ciddiyə alınmamalıdır”.

Xatırladaq ki, Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktı olub. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.(Report)
 
Ardını oxu...
Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin “Crocus City Hall”da törədilən terror aktında iştirakını inkar edib.

Bu barədə “strana.ua” məlumat verib.

“Ukraynanın Rusiyanın “Crocus City Hall”-dakı terror aktına heç bir aidiyyəti yoxdur”, – Podolyak vurğulayıb.
Bundan əvvəl rusiyalı politoloq Sergey Markov bildirib ki, “Crocus City Hall”-”da baş verən terror aktını böyük ehtimalla Kiyev təşkil edib.
Ardını oxu...
Gürcüstanın Batumi şəhərində tənzimləyici orqan altı qida müəssisəsini yalnız rus dilində menyu təklif etdiyinə və bununla bağlı xəbərdarlıqlara məhəl qoymadığına görə cərimələyib.SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Azadlıq” radiosunun Gürcüstan xidməti yayıb.Rəqabət agentliyi Batumidə müştərilərə demək olar ki, yalnız rus dilində xidmət göstərdiklərini əsas gətirərək altı müəssisəyə qarşı cərimələr elan edib.Deyilənlərə görə, agentlik hələ 2023-cü ilin noyabrında onlara xəbərdarlıq edib və qanun pozuntularını aradan qaldırmağa çağırıb, lakin onlar bunu müəyyən edilmiş vaxt çərçivəsində etməyiblər.Bəziləri fərdi sahibkar, bəziləri isə MMC kimi fəaliyyət göstərən müəssisələr 600-dən 1800 gürcü larisinə qədər (220-dən 660 dollara qədər) cərimə ödəməli olacaqlar.Qeyd edək ki, Gürcüstan qanunvericiliyi vətəndaşların ölkədə istənilən xidməti dövlət dilində ala bilməsini nəzərdə tutur. Cərimələrin verilməsi ilə bağlı qərar bu restoranları pozuntuları aradan qaldırmaq öhdəliyindən azad etmir. Tələblərə məhəl qoymamağa görə cərimənin nə qədər olacağı açıqlanmır.
 
Ardını oxu...
“Ukraynada baş verənləri 2008-ci ildə Fransa və Almaniyanın keçmiş liderləri Nikolya Sarkozi və Angela Merkel proqnozlaşdırıblar, vəziyyət adamı təəccübləndirir ki, Kiyev neytral qalıb NATO-ya daxil olmaq fikrindən əl çəkməli idimi?”.

Bunu “LCI” telekanalının jurnalisti və “Le Figaro” jurnalının baş redaktoru Qiyom Rokett deyib.

“Hələ 2008-ci ildə ABŞ prezidenti Corc Buş Ukraynanın NATO-ya üzv olmasının tərəfdarı idi, ona Nikola Sarkozi və Angela Merkel cavab verdilər ki, bu, ağılsızlıqdır və Rusiya tərəfindən təxribat kimi qiymətləndiriləcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, əvvəllər Sarkozi dəfələrlə bəyan edib ki, Ukrayna neytral ölkə olaraq qalmalı, Avropa ilə Rusiya arasında körpü olmağa çalışmalıdır.

Mənbə: TASS
 
 
 
Ardını oxu...
Çeçenistan hakimiyyəti sosial şəbəkələrdə isitfadəçilərin qeyri-münasib davranışlarını müəyyən etmək niyyətindədir.

“Cebhe.info” yerli mətbuata istinadən xəbər verir ki, Çeçenistanın Gənclərlə İş üzrə Nazirliyi sosial şəbəkə istifadəçilərinin hərəkətlərini qiymətləndirəcək.

“Qroznı” informasiya agentliyi mənbəyə istinadən xəbər verir ki, sosial şəbəkələrin istifadəçiləri tərəfindən pozuntular respublikanın mədəniyyətini və mentalitetini gözdən salmağa yönəlmiş hərəkətlər kimi başa düşülür.

Nəşr qeyd edir ki, Çeçenistanın gənclərlə iş üzrə naziri Axmat Kadırov “Bigo Live” və “Likee” kimi məşhur platformaları yoxlamağı əmr edib. Nəşr qaydaları pozanlarla maarifləndirmə işlərinin aparılacağını bildirir.
 
Ardını oxu...
Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb.

"DogruXeber.az"ın  xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.

Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə regional təhlükəsizlik məsələləri öz əksini tapıb. Azərbaycan nümayəndə heyətinin təklif etdiyi və səs çoxluğu ilə qəbul edilən dəyişikliklər nəticəsində məruzədən "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi", "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində Alma-Ata deklarasiyasına istinad etmə", "sülh danışıqlarının yalnız Brüsselin vasitəçiliyi ilə aparılması" kimi ifadələr çıxarılıb.

Əvəzində isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prossesinə hər kəsin dəstək verməli olduğu, bu prossesin beynəlxalq hüquq normalarına uyğun aparılması məruzədə öz əksini tapıb.

Müzakirədə çıxış edən Milli Məclisin deputatları - Tahir Mirkişili, Tural Gəncəliyev, Nurlan Həsənov regionda təhlükəsizliyin təşəkkül tapmasında Azərbaycanın müstəsna rolunu qeyd edərək bunun möhkəmlənməsi üçün Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və regional kommunikasiyaların açılmasının vacibliyini vurğulayıblar.
Ardını oxu...
Artıq 2 ildən çoxdur ki, Ukrayna müharibəsi davam edir. Proses başladığı zaman vurğuladığımız kimi, bu, Ukraynadan daha çox ABŞ-la, kollektiv Qərblə Rusiya arasında gedən müharibədir. Sonrakı proseslər də bunu təsdiqlədi.

Bu sözləri Axar.az-a Ukrayna müharibəsinin gedişatı haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General müharibənin ABŞ-dakı prezident seçkilərinədək nəzarətdə saxlanacağını bildirib:

“NATO-nun genişlənməsi Rusiyanın sıxışdırılmasına xidmət edir. Bunu bir həddə qədər Moskva qəbul edə bilər, ancaq sonra daha sərt cavab verməsi mümkündür. Bunlarla yanaşı, ABŞ Fransadan müharibənin daha da uzanması üçün istifadə edir. Belə ki, rəsmi Paris müharibəni qızışdırmaq üçün addımlar atır. Fransa Rusiya ilə az qala adı qoyulmamış müharibə halındadır və Ukraynaya ordu göndərməkdən danışır. Rusiya isə qarşılıq olaraq nüvə silahından istifadə ilə təhdid edir. Rusiyanın dar məqamda taktiki nüvə silahından istifadəsi bəlkə də mümkündür, lakin bu məsələ o qədər asan deyil. Çünki nəticə olaraq bütün dünya məhv ola bilər. Qarşıdan ABŞ-da seçkilər gəlir və bu seçkilər digərlərindən daha gərgin keçəcək. Ona görə, fikrimcə, Ukrayna və Rusiya arasındakı gərginliyin nəzarət altında saxlanılacağını düşünürəm. Hazırda Qərbin müharibənin əvvəlində olduğu kimi qarşılıqsız dəstəyi yoxdur. Digər tərəfdən ABŞ-a əlaltılıq edən Fransa Cənubi Qafqazdan Rusiyanı mühasirəyə almaq üçün Ermənistandan istifadə edir. Belə gərginliyin ABŞ-da seçkilərin nəticəsi bəlli olanadək davam edəcəyini düşünürəm. Bundan sonra isə müharibə yeni mərhələyə daxil olacaq”.

Facebook

Dünyapress TV

Xəbər lenti