Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin “Crocus City Hall”da törədilən terror aktında iştirakını inkar edib.
Bu barədə “strana.ua” məlumat verib.
“Ukraynanın Rusiyanın “Crocus City Hall”-dakı terror aktına heç bir aidiyyəti yoxdur”, – Podolyak vurğulayıb. Bundan əvvəl rusiyalı politoloq Sergey Markov bildirib ki, “Crocus City Hall”-”da baş verən terror aktını böyük ehtimalla Kiyev təşkil edib.