b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_f72db815ed423235bc1466ca37fa3fba.png
  

Müğənni Günel Ələkbərova qalmaqallı açıqlamalar verib.

İfaçı atasından gileylənib:

"Atam dünyasını dəyişib. Bu haqda danışmaq istəmirəm. Onun həyatda olmamağı məni məyus etmir. Çünki mən ondan nə sevgi, nə də qayğı görməmişəm. Hətta həyatımda nə isə baş veribsə, bu atasızlıqdan olub. Həyatımda nə isə düz getməyəndə həmişə onu günahlandırıram. Heç vaxt onu bağışlamayacağam, baxmayaraq ki, o, dünyasını dəyişib. O, pis insandır. Yaxşı insan övladını heç vaxt atmaz".

O, atasını belə xatırladığını ifadə edib:

"Mənə zəng elədilər ki, can üstədir səni görmək istəyir. Getmədim. İndiyə qədər onu bağışlamıram. Bağışlamayacağam da. Ümumiyyətlə, uşaqlıqdan mən onu tanımırdım. Məktəbdə oxuyanda məni oğurlamaq istəyiblər. Bir də universitet vaxtlarında gəlmişdi ki, mən sənin atanam, ananla bizi ayırdılar. Anamla sevib ailə qurmuşdular. Mənim ataya ehtiyacım olan zamanlarımda yanımda olmadı, böyüyəndən sonra iki dəfə cəhd göstərdi deyə, bu o demək deyil ki, yaxşı atadır. Elə bir şey yoxdur.

Arzu edirəm ki, bütün övladlar, xüsusilə də qızlar atası ilə böyüyər. Çünki atasız qıza çətindir. Bizim cəmiyyətdə də yanaşma fərqlidir. Baxırsan ki, ağıllı, kamallı, savadlı qızdır. Ancaq atası yoxdur deyə bir az başqa cür baxırlar"./Yenisabah.az

 
 
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
22 Aprel 2025 “Tərbiyəsiz onun özüdür”
22 Aprel 2025 “Buna görə həyat yoldaşımdan ayrılmaq istəyirdim”
22 Aprel 2025 "Ayaqqabım yox idi, efirə qaloşla çıxmışdım”
21 Aprel 2025 “Pişik Günel”: Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib
21 Aprel 2025 Kamil Qəbələdəki villasını göstərdi - VİDEO
21 Aprel 2025 Bu dəfə efirə əkiz qardaşı ilə çıxdı — FOTOLAR
21 Aprel 2025 "Sənətkarlarla onları bir tutmayın" - ETİRAZ
20 Aprel 2025 Həmin toyda müğənni də zəhərlənibmiş: “Ölümdən qayıtdım” - FOTO
19 Aprel 2025 Türk müğənnisi bilirik, əslində ermənidirlər — VİDEO
19 Aprel 2025  "Toyda iki mahnı oxudu, 10 min dollar verdilər"
18 Aprel 2025 "Həkimim dedi ki, yaşamaq istəyirsənsə…" - Əməkdar artist
18 Aprel 2025 “Özümü təhqir olunmuş kimi hiss edirəm”
18 Aprel 2025 Nəfəs kirayədə qalırmış - VİDEO
18 Aprel 2025 Sevgilisindən ayrılan kimi tətilə çıxdı - FOTO
18 Aprel 2025  "Meyxanaçılar və aşıqlar çərçivədən çıxıblar" - ETİRAZ
18 Aprel 2025 Nura Suri-dən tərs "şapalaq": "Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir? "
17 Aprel 2025 “Elə bilirlər, Azərbaycanda pulu küçəyə səpiblər” – VİDEO
16 Aprel 2025 Xuraman içki məclislərinə getdiyini açıqladı

Dünyapress TV

Xəbər lenti