Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb. ---- Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.
Bu barədə “Shot” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, ölənlərin sayı 70 nəfərə çatıb.
Mənbədən vurğulanıb ki, onlar ayaqyolunda, bəslənmə otaqlarında (körpələri yedizdirmək üçün) və təmizlik inventarlarının yığıldığı otaqlarda gizlənsələr də, yanğının tüstüsündən boğulublar.