Çeçenistan hakimiyyəti sosial şəbəkələrdə isitfadəçilərin qeyri-münasib davranışlarını müəyyən etmək niyyətindədir.
“Cebhe.info” yerli mətbuata istinadən xəbər verir ki, Çeçenistanın Gənclərlə İş üzrə Nazirliyi sosial şəbəkə istifadəçilərinin hərəkətlərini qiymətləndirəcək.
“Qroznı” informasiya agentliyi mənbəyə istinadən xəbər verir ki, sosial şəbəkələrin istifadəçiləri tərəfindən pozuntular respublikanın mədəniyyətini və mentalitetini gözdən salmağa yönəlmiş hərəkətlər kimi başa düşülür.
Nəşr qeyd edir ki, Çeçenistanın gənclərlə iş üzrə naziri Axmat Kadırov “Bigo Live” və “Likee” kimi məşhur platformaları yoxlamağı əmr edib. Nəşr qaydaları pozanlarla maarifləndirmə işlərinin aparılacağını bildirir.