CİA şefi "ABŞ-ın vaxtı qalmadı" dedi, qorxunc mesaj verdi:
İndi Ukraynanın bir dövlət kimi mövcudluğunun ABŞ və Qərbin hərbi dəstəyinə birbaşa bağlı olduğu artıq o qədər də ciddi şübhə doğurmur.... Qərbin Ukrayna qarşısında öz tarixi borcunu ödəməsinin vaxtı çoxdan çatıb, bir qədər də zaman itirilsə, bu dövlətin xilas edilməsi üçün gec olacaq...

Beynəlxalq məkanda narahatlıq dərinləşir. Dünyada "qaynar nöqtələr"in artması bəşəriyyətin gələcək taleyi üçün böyük təhlükəyə çevrilməyə başlayıb. Ukrayna savaşına paralel olaraq, Yaxın Şərqdə də silahlı toqquşmaların intensivləşməsi dünyada yeni situasiya yaradıb. Və hazırda dünyanın idarə edilməsində ciddi problemlər müşahidə olunur.

Ona görə də, beynəlxalq siyasi iradə mərkəzləri indi ilk növbədə Ukrayna savaşı ətrafında yaranmış situasiyanın mümkün qədər tez bir zamanda aydınlaşmasına çalışırlar. Hər halda, bu savaşın Qərb ölkələrinə birbaşa təhlükə törətməsi əsas müzakirə mövzusudur. Bu baxımdan, Ukrayna savaşının sülh masası arxasına daşınması üçün müəyyən cəhdlər göstərilir. Üstəlik, bu istiqamətdə konkret addımların atılmasına hazırlıq aparılır.

Məsələ ondadır ki, İsveçrədə Ukrayna savaşı ilə bağlı geniş tərkibli müzakirələr keçiriləcək. Həmin müzakirələrdə əsas mövzu savaşdan mümkün çıxış yolları olsa da, Ukraynanın gələcək taleyi ilə bağlı da müəyyən fikir mübadiləsi aparılacağı gözlənilir. Halbuki, dünyada kifayət qədər təsir gücü olan bəzi dövlətlər İsveçrə konfransına ya çağırılmaylblar, ya da iştirakdan imtina ediblər. Xüsusilə də, ABŞ və Qərbə qarşı əks düşərgədə yer alan Çinin İsveçrəyə təmsilçi göndərməyıcəyini bəyan etməsi Qərb siyasi dairələrində təşviş yaradıb.

Digər tərəfdən, Rusiya da Ukrayna savaşı ilə bağlı İsveçrə konfransına sərt etirazla reaksiya verib. Belə ki, Rusiya prezidenti Vladimir Putin ABŞ və Qərbi riyakarlıqda və məntiqsizlikdə suçlayıb. Kreml sahibi bildirib ki, ABŞ və Qərbin Rusiyanın kənarda saxlandığı konfransda Ukrayna savaşının sülh yolu ilə həll edilməsi üçün hansı variantları müzakirə edəcəyini anlamaqda çətinlik çəkir: "Rusiya sülh danışıqlarından imtina etmir. Deməli, Qərbdə də sülh istəyirlərsə, konfransa Rusiyanı da dəvət etməliydilər. Əks halda, savaşın qarşı tərəfi olan Rusiyasız sülhə necə nail olacaqlar? Sülh sazişini kiminlə müzakirə etmək niyyətindədirlər?"

Əslində, Kreml sahibinin bu iradları müəyyən mənada, haqlı görünür. Ona görə də, Rusiya siyasi dairələri hesab edirlər ki, İsveçrə konfransında sülh prosesinə start vermək barədə düşüncələrin ön planda olma ehtimalı inandırıcı deyil. Böyük ehtimalla bu konfransda ABŞ və Qərbin Ukrayna ordusuna dəstəyi gücləndirmək variantları əsas müzakirə mövzusu olacaq. Hər halda, bunu Qərb ölkələrinin təhlükəsizlik maraqları ilə arqumentləsdirmək niyyətlərin olduğu da qətiyyən diqqətdən yayınmır.

Xatırladaq ki, bir müddət öncə NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna savaşına xərclənən maliyyə vəsaitinin xeyriyyəçilik deyil, Qərb ölkələrinin təhlükəsizlik maraqlarına yatırılan investisiya olduğunu vurğulamışdı. NATO baş katibi Ukrayna savaşı sayəsində Rusiyanın hərbi potensialının önəmli bir hissəsini məhv edə bildiklərini də böyük strateji nailiyyət kimi qabartmışdı. Və bu, onu göstərir ki, Qərbdə Ukrayna savaşının davam etməsində maraqlıdırlar.

Maraqlıdır ki, Almaniya kansleri Olaf Şolts son açıqlamasında bu reallığı etiraf edib. Onun sözlərinə görə, Ukrayna savaşının yaxın vaxtlarda sona çatacağı gözlənilmir. Bu baxımdan, kollektiv Qərb hələ uzun müddət Ukrayna savaşını maliyyələşdirilməsinə məcbur qala bilər. Halbuki, Qərbdə bu savaşa maliyyə vəsaiti sərf etmək istəyənlərin sayı o qədər də çox deyil. Və ona görə də, indi daha çox mövcud savaş xərclərinin başqalarının üzərinə yükləmək istiqamətində manevrlər diqqəti çəkir.

Onu da qeyd etmək lazımdır ki, hazırda belə manevrlər daha çox ABŞ-ın ifasında müşahidə olunur və Ukrayna üçün olduqca təhlükəli situasiya yaratmağa başlayıb. Belə ki, Ağ Ev bütün cəhdlərinə baxmayaraq, Ukraynaya yardım üçün hazırladığı 60 milyard dollarlıq dəstək paketinə ABŞ Konqresində təsdiq ala bilməyib. Ona görə də, indi Ukrayna savaşının bütün maliyyə yükü məhz Avropa Birliyinin üzərində qalıb və bu səbəbdən də, rəsmi Kiyev olduqca acınacaqlı duruma düşdüyünü gizlətmir.

Digər tərəfdən, ABŞ-ın nüfuzlu xüsusi xidmət servisi olan CİA-nin şefi Uilyam Börns ABŞ Konqresinə mövcud situasiya ilə bağlı önəmli mesajlar yönəldib. CİA şefi bildirib ki, ABŞ-ın davamlı hərbi dəstəyi ilə Ukrayna ordusu öz mövqelərini 2025-ci ilə qədər müdafiə edə bilər. Əgər, bu dəstək olmazsa, Ukraynanı yaxın gələcəkdə "çox qaranlıq bir dövr" gözləyir. Böyük ehtimalla Ukrayna öz ərazilərinin xeyli hissəsini itirəcək: "Bu, ABŞ-ın buraxa biləcəyi ən ciddi və tarixi səhv olardı. Əsas təhlükə ondan ibarətdir ki, Ukraynanın silah-sursatı, bizim isə onlara dəstək üçün zamanımız tükənir. Ukraynaya dəstəkdən imtina Çinin Tayvana yönəlik iştahını da qabara bilər".

Belə anlaşılır ki, ABŞ-ın Ukraynaya hərbi dəstəyi bərpa etmək ehtimalı o qədər də yüksək deyil. Hər halda, Bayden administrasiyası ABŞ Konqresində bu problemin həlli istiqamətində hələlik irəliləyə bilməyib. Əksinə, bu müddətdə itirilən zaman Ukraynanın gələcək taleyini böyük risk altına salmağa başlayıb. ABŞ-ın kəşfiyyat şefinin bu məsələyə müdaxilə etmək məcburiyyətində qalması da vəziyyətin ciddiliyindən xəbər verir. Hər halda, böhranlı situasiya yaranmasaydı, CİA şefi bu məsələnin ciddiliyini izah etmək məcburiyyətində qalmazdı.

Digər tərəfdən, CİA şefinin Ukrayna üçün "çox qaranlıq dövr" proqnozunu gündəmə gətirməsi də təhlükəli mərhələnin sürətlə yaxınlaşdığını düşünməyə əsas verir. Ona görə də, indi Ukraynanın bir dövlət kimi mövcud olub-olmayacağının Qərbdən veriləcək dəstəyə birbaşa bağlı olduğu o qədər də böyük şübhə doğurmur. Və bu səbəbdən də, indi Qərbin Ukrayna dövlətçiliyini qorumaqda maraqlı olub-olmadığı da böyük ölçüdə müəyyənləşməyə başlayacaq.(musavat.com)

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO

Dünyapress TV

Xəbər lenti