"İran-İsrail gərginliyini diqqətlə izləyən iki tərəf də var. Bunun biri Rusiya, digəri İrandan maliyyələşən və silahlanan Hizbullah, Həmas, husilər kimi qruplardır. İran-İsrail gərginliyi Kremlin işinə yarayır!".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O, qeyd edir ki, birincisi, Qərbin diqqəti istər-istəməz Rusiya-Ukrayna müharibəsindən yayınır:
" İkincisi, Rusiya İranla strateji tərəfdaş olsa da, Tehranın Suriyada möhkəmlənərək Bəşər Əsəd rejimi üzərindən nəzarət etməsini istəmir. Çünki, bu halda Əsəd rejiminin Moskvadan asılılığı azalır. İranın vəd etdiyinin əksinə olaraq İsrailə ciddi nəticəsi olmayan raket zərbələri Hizbullah, Həmas və husilərə rəhbərlik edənləri də düşündürəcək. Onlar da İranın əməlinin dilindən zəif olduğunu gördülər".