Konqo Demokratik Respublikasının (KDR) silahlı qüvvələri ölkədə dövlət çevrilişi cəhdinin qarşısını ala bilib.
“Cebhe.info” xəbər verir ki, “Actualite” nəşri bu barədə X sosial şəbəkəsində ölkənin Silahlı Qüvvələrinin nümayəndəsi Silven Ekengeyə istinadən məlumat yayıb.
"Konqo Demokratik Respublikasının Silahlı Qüvvələri yerli və beynəlxalq ictimaiyyətə dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirir", - ordu sözçüsü bildirib.
Ekenge əlavə edib ki, çevriliş cəhdi xarici müdaxilə ilə bağlıdır. Onun sözlərinə görə, hazırda ölkədə vəziyyət nəzarət altındadır.