Ekspertlərin əksəriyyəti Hofrayterin açıqlamaları və kansleri tənqid etməsi ilə razılaşmırlar. Almaniya kansleri Olaf Şolts Ukraynanı ərazilərindən imtina etməyə məcbur edir. Bunu Bundestaqın Avropa məsələləri üzrə komitəsinin sədri, Yaşıllar Partiyasından olan Anton Hofrayter bildirib. Qeyd edək ki, Almaniyanın hakim koalisiyasında Ukraynaya dəstəyin kəsilməsi ilə bağlı fikir ayrılıqları var. Bu barədə "Focus online" Youtube kanalı məlumat yayıb. Kanalın məlumatına görə, ekspertlərin əksəriyyəti Hofrayterin açıqlamaları və kansleri tənqid etməsi ilə razılaşmırlar. Onlar Bundestaqın Avropa Məsələləri Komitəsinin rəhbərinə təklif edirlər ki, Şolts Berlinin hazırkı siyasi kursundan razı qalmadığı təqdirdə ona etimadsızlıq səsverməsinə başlasın. Belə ki, İnsbruk Universitetindən Rusiya üzrə ekspert Gerhard Manqott, Hofrayterin kanala verdiyi açıqlamanı şərh edərkən qeyd edib ki, o, "Şoltsu təkcə qətiyyətsizlikdə ittiham etmir, kanslerin həm də Rusiya Prezidenti Vladimir Putinin müttəfiqinə çevirən saxta strategiyadan istifadə etdiyini ehtimal edir." Daha əvvəl kansler Olaf Şolts bildirmişdi ki, yalnız ölkədə iş tapan ukraynalıların Almaniyada qalmaq imkanı olacaq.